Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

42 

 

İstehsal vә xidmәtlәr 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 



 

Әsas problemlәr: (i) istehsal vә xidmәt sektorunun inkişafı yolunda әsas maneә olan 

korrupsiyanın qarşısının alınması üçün birgә sәylәr göstәrilmәli; vә (ii) icazәlәrin vә 

lisenziyaların daha da optimallaşdırılması, elәcә  dә antiinhisar qurumlarının 

bacarıqlarının vә gücünün artırılması ilә rәqabәt güclәndirilmәlidir. 

 

Son illәrdә inşaat materiallarının, kimyәvi maddәlәrin vә digәr sektorların 

işlәnmәsinin yüksәk daşınma qiymәtlәri ilә başa gәlmәsinә görә istehsal vә xidmәt 

sektoru tәbii sәrvәtlәr sektorundan yayılma effektindәn yalnız marjinal mәnfәәt 

götürmüşdür. Ümumilikdә, müәssisәlәr hәlә dә köhnә avadanlıqlarla fәaliyyәt göstәrir 

ki, bu da mәhsuldarlığın vә ekoloji vә keyfiyyәt standartlarının pis olmasına gәtirib 

çıxarır. Son illәrdә xüsusәn biznes qeydiyyatı baxımından yeni vasitәlәrin 

asanlaşdırılması üzrә institusional struktur inkişaf etsә  dә  rәqabәt siyasәtinin hәyata 

keçirilmәsi vә korporativ idarәetmә  vә biznes standartlarının inkişaf etdirilmәsi 

sahәsindә önәmli problemlәr qalmaqdadır. Korrupsiya maliyyә şәffaflığının qarşısını 

alır ki, bu da öz növbәsindә müәssisәlәrin inkişafına  әngәl törәdir vә hökumәtin 

iqtisadiyyatı müxtәliflәşdirmә cәhdlәrini pozur. 

 

Daşınmaz әmlak 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 

 

Әsas problemlәr: (i) әmlak hüquqlarının müdafiәsinin tәmin olunması; (ii) daşınmaz 

әmlak üzrә müasir hüquqi vә nizamlayıcı  çәrçivәnin inkişaf etdirilmәsi; (iii) müasir 

inşaat texnikaları  vә texnologiyalarına, o cümlәdәn enerjinin effektivliyi vә 

davamlılığına diqqәtin artırılması; vә (iv) müasir kommersiya mülkiyyәti tәchizatının 

artırılması. 

 

Әmlak bazarı, o cümlәdәn, yeni mәhsulların irәli sürülmәsi vә maliyyәlәşdirmә 

metodları inkişafının ilk dövrlәrini yaşayır. Bakı  şәhәrindә neftlә bağlı olan 

investisiyaların inkişafı üzrә müasir ofislәrin sayı kifayәt qәdәr olmasa da xarici 

institusional sәrmayәdarların ölkәyә marağı hәlә dә azdır. İpoteka bazarı zәif inkişaf 

etmişdir.  Әmlakın inkişafı üzrә nizamlayıcı  çәrçivә  zәifdir vә  әmlak hüquqlarından 

sui-istifadә halları geniş yayılmaqda davam edir. Buna baxmayaraq, “bir pәncәrә” 

sisteminin tәtbiqi vә ölkәdә bütün әmlak qeydiyyatı üzrә  mәsuliyyәtin vahid qurum 

olan Daşınmaz  Әmlakın Dövlәt Reyestri Xidmәtinә verilmәsi ilә  әmlak qeydiyyatı 

sahәsindә irәlilәyişlәr edilmişdir.  İcazәlәrin alınması prosesi 28 prosedur vә 200 

gündәn artıq müddәt tәlәb etdiyi üçün (Dünya Bankının 2013-cü il üzrә Biznesinә 

әsasәn) bu proses hәlә  dә  çәtindir. Daşınmaz  әmlakın davamlılığını (enerjinin 

effektivliyi,  әtraf mühitә  tәsir) dәstәklәyәn müasir әsas vә  әlavә qanunvericiliyin 

inkişafı baxımından boşluqlar hәlә  dә çoxdur. Davamlılıq mәsәlәlәri üzrә 

maariflәndirmә dә hәmçinin aşağı sәviyyәdәdir. 

 

İnformasiya vә kommunikasiya texnologiyaları 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 

 



43 

 

Әsas problemlәr: (i) telekommunikasiya infrastrukturunun (genişzolaqlı internet) 



inkişafının davam etdirilmәsi; (ii) nizamlayıcı çәrçivәnin inkişaf etdirilmәsi (mәs. 

müstәqil nizamlayıcının yaradılması vә rәqabәtli tәhlükәsizlik tәdbirlәrinin hәyata 

keçirilmәsi); (iii) sabit telefon şәbәkәsinin (Aztelekom) özәllәşdirilmәsi. 

 

Bu sahә üzrә müvafiq islahatların davam etdirilmәsi nәzәrdә tutulsa da 

telekommunikasiya sektoru hәlә  dә Rabitә  vә İnformasiya Texnologiyaları Nazirliyi 

(RİTN) tәrәfindәn idarә olunur ki, onun da әksәr telekommunikasiya müәssisәlәrindә 

(sabit telefon şәbәkәsi Aztelekom da daxil olmaqla) nizamlayıcı (Nazirliyin normativ 

şöbәsi vasitәsilә), siyasәtçi vә  әsas sәhmdar kimi üçqat rol oynaması bu sektorun 

hәyata keçirilmәsinә mәnfi tәsir göstәrir. Nizamlayıcı çәrçivә ümumilikdә zәif inkişaf 

etmişdir. 

 

Stasionar telefon seqmentindә iki dövlәtә mәxsus müәssisә Aztelekom vә Baktelekom 



(paytaxt şәhәri olan Bakıda) üstünlük tәşkil edir. Sabit telefon şәbәkәsi üzrә bir neçә 

şirkәtin lisenziyası olsa da rәqabәt çox mәhduddur. Mobil telefon bazarı daha yaxşı 

inkişaf etsә dә (3 әsas mobil operatorlar - Azercell, Bakcell, Azerfon) hәlә dә bölgәdә 

bu sahә üzrә geri qalır. Mobil telefon vә genişzolaqlı internet sәviyyәlәri nisbәtәn 

aşağı olsa da әhәmiyyәtli dәrәcәdә artmışdır. Azercell 2008-ci ildә tam olaraq 

özәllәşdirilmiş, 2006-cı ilin fevral ayında isә Catel-ә CDMA lisenziyası (450 MHz 

tezlik) verilmişdir, lakin o, әsasәn sabit naqilsiz telefon xidmәtlәri yerinә yetirir. 

İnternet xidmәtlәri abunә  xәttinin inkişafının vә internet bizneslәrinin hüquqi 

statusunu müәyyәnlәşdirәcәk qanunvericiliyin olmaması sәbәbindәn lәngimişdir. 

 

Tәbii Sәrvәtlәr 

Bazar strukturu: Böyük 

Bazar institutları: Orta 



 

Әsas problemlәr: (i) ARDNŞ-nin kommersiyalaşdırılması vә yenidәnqurması; (ii) neft 

vә qaz sektorunun daha da liberallaşdırılması  vә bazara yeni iştirakçıların daxil 

olmasına zәmin yaradılması; vә (iii) müstәqil enerji nizamlayıcısının yaradılması. 

 

Ölkә  tәbii sәrvәtlәrlә  zәngindir. Neft vә qaz gәlirlәrinin Azәrbaycanın ixracatının 

70 %-ә, büdcә  gәlirlәrinin isә  tәqribәn 50 %-ә  bәrabәr olacağı  nәzәrdә tutulur. 

Hökumәtin  әsas neft şirkәti olan ARDNŞ beynәlxalq neft şirkәtlәri (BNŞ) ilә 

әmәkdaşlıqda yerli neft istehsalının tәqribәn yarısına malikdir vә qaz istehsalına 

rәhbәrlik edir (2011-ci ildә ümumi istehsalın tәqribәn 30 %-i). ARDNŞ bir sıra qeyri-

profil aktivlәrlә tam şәkildә inteqrasiya olunmuş  şirkәt hesab olunur; onun 

yenidәnqurması  vә kommersiyalaşdırılması gözlәnilir vә  gәlәcәk üçün әsas mәsәlә 

hesab olunur. 2012-ci ildә ARDNŞ “Itera” şirkәtinin Gürcüstan filialını aldıqdan 

sonra Gürcüstanda qaz tәchizatçısı  vә distribüteri kimi öz dominant vәziyyәtini 

genişlәndirmişdir. BP Azәrbaycana 1992-ci ildә daxil olmuşdur vә hazırda ölkәnin әn 

böyük xarici sәrmayәdarı vә ARDNŞ-dan sonra ikinci әn böyük xam neft istehsalçısı 

hesab olunur. 

 

2006-cı ildә start verilәn Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kәmәrinin inşası, 



Şahdәniz yatağı vә әlaqәdar Cәnubi Qafqaz qaz kәmәrinin işlәnib hazırlanmasından 

sonra ixrac marşrutlarının geniş diversifikasiyası  әldә olunmuşdur. Bundan başqa, 

Azәrbaycan oxşar mәqsәdlәrә qulluq edәn digәr daşınma layihәlәrinin üzvüdür: 

mәsәlәn, ARDNŞ Gürcüstandan mayelәşdirilmiş  tәbii qazın uzun mәsafәli nәqli vә 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə