Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   20   21   22   23   24   25   26   27   28

46 

 

Azәrbaycanda  şәhәr nәqliyyatı  әsasәn böyük sayda fәrdi avtobuslarla tәmsil olunur. 



Bakıda hәmçinin şәhәr metropoliteni dә fәaliyyәt dә göstәrir. Sektora әsaslı nәzarәt vә 

tәsir mәrkәzi hökumәtin üzәrinә düşür.  Şәhәr üzrә  nәqliyyat  әmәliyyatları 

Azәrbaycan Respublikasının Nәqliyyat Nazirliyi tәrәfindәn lisenziyalaşdırılır vә 

nizamlanır. Nәqliyyat Nazirliyinin 2007-ci il fәrmanına  әsasәn orta vә kiçik ölçülü 

avtobuslar tәdricәn böyük ölçülü avtobuslarla әvәz olunmuşdur. Bakı Metrosu aşağı 

tariflәr sәbәbindәn gәlirsiz hesab olunur vә  әsasәn dövlәt tәrәfindәn birbaşa 

maliyyәlәşdirilir. Metroda gediş haqqının 2011-ci ildә  әvvәlki qiymәtin üçdә bir 

hissәsi qәdәr artmasına baxmayaraq qiymәt hәlә dә aşağı sәviyyәdәdir. 2012-ci ildә 

dövlәt  şirkәtin yüksәk itkilәrini  әhatә etmәk üçün Bakı Metrosuna verilәn qrantı 28 

faiz artırdı. Nәqliyyat tariflәri Azәrbaycan Respublikasının Tarif Şurası  tәrәfindәn 

dövlәt sәviyyәsindә müәyyәn edilir. 2013-cü ildә dövlәt sәrnişin daşınma xidmәtlәri 

üçün avtobus marşrutlarında marşrutun qruplaşmasını  vә gediş haqqını yolun 

uzunluğuna uyğunlaşdırmanı nәzәrdә tutan yeni tariflәrә dair qәrar qәbul etdi. 

 

Nәqliyyat Nazirliyi 2011-ci ilin dekabr ayında Bakıda nәqliyyatın intellektual 



idarәetmә sistemi yaradılmışdır. Daxili İşlәr Nazirliyi ilә birgә  şәkildә sistemin 

mәqsәdi ictimai nәqliyyat xidmәtlәrinin tәkmillәşdirilmәsi, nәqliyyat marşrutları, 

nәqliyyata, küçәlәrә  vә prospektlәrә  nәzarәtin optimallaşdırılmasından ibarәt 

olmuşdur. Yeni sistemlәrdә hazırda yoxlama mәrhәlәsindә olan ictimai nәqliyyatda 

vahid ödәmә kartları nәzәrdә tutulur. 

 

Yollar 

Bazar strukturu: Orta 

Bazar institutları: Orta 

 

Әsas problemlәr: (i) yolların tәmiri vahidlәrinin bölüşdürülmәsi vә 

korporativlәşdirilmәsi; (ii) yol tikintisi vә  tәmirindә  rәqabәtin irәli sürülmәsi; (iii) 

müvafiq sektorda daha çox özәl sektorun iştirakı; vә (iv) yol istifadәçilәrinin xәrc 

islahatı vә onların yol tәmiri vә tikintisinә ayrılması 

 

Yollara xidmәt göstәrәn qurum olan “Azәryolservis” 2007-ci ilin fevral ayında açıq 



sәhmdar cәmiyyәtinә çevrildi (100 %-i dövlәt tәrәfindәn idarә olunur). 1994-2000-ci 

illәrdә yol sektoru yol istifadәçilәrinin xәrclәri, o cümlәdәn yanacaq aksizi gәlirlәri, 

nәqliyyat vasitәlәrinin illik yoxlanması, nәqliyyat vasitәlәrinin satışına qoyulan vergi, 

tranzit vә dövriyyә vergisi әsasında Yol Fondu ilә maliyyәlәşdirilmişdir. Sektorun 

bütün gәlirlәri mәrkәzi büdcә ilә ötürüldükdәn sonra fond 2000-ci ildә  lәğv 

olunmuşdur. Buna baxmayaraq, Yol Fondu 2007-ci ildә bәrpa edilmişdir. Yollar üzrә 

Xüsusi Büdcә Fondu kimi tanınan bu Fond Nәqliyyat Nazirliyi tәrәfindәn idarә 

olunur. Yol tәmiri vahidlәrini ayırmaq (ilkin olaraq eyni şirkәt altında) vә  şirkәt 

daxilindә müqavilә razılaşmaları yaratmaq üçün sәylәr göstәrilsә  dә bu işin gedişi 

aşağı  sәviyyәdә olmuşdur. “Azәryolservis”lә  Nәqliyyat Nazirliyi arasında xidmәt 

sәviyyәsi razılaşması imzalanmışdır. Yol islahatı strategiyasının icrası üçün daha çox 

sәylәrә ehtiyac duyulur. 

 

Dәmir yolları 

Bazar strukturu: Orta 

Bazar institutları: Böyük 

 



47 

 

Әsas problemlәr: (i) tәşkilati bölgü tәşәbbüsü; (ii) maliyyә şәffaflığının artırılması vә 



dövlәtdәn asılılığın azaldılması; (iii) sәrnişin vә infrastruktur bizneslәrindә maliyyә 

davamlılığının yaradılması (o cümlәdәn tarif islahatı  vә  İctimai Nәqliyyat Öhdәliyi 

mexanizminin irәli sürülmәsi); vә (iv) dәmir yolu bizneslәrindә rәqabәtin yaradılması. 

 

Әsas dәmir yolu bizneslәri (infrastruktur, sәrnişin, yük vә s.) eyni qurum tәrәfindәn 

idarә olunur. Rәqabәt vә özәllәşdirmә baxımından kiçik irәlilәyişlәrә nail 

olunmuşdur. Azәrbaycan Dövlәt Dәmir Yolu İdarәsi tam komplekslәşdirilmiş dövlәt 

inhisarı kimi fәaliyyәt göstәrmәyә davam edir. Yük tariflәri liberallaşdırılmışdırsa 

sәrnişin tariflәri hәlә  dә hökumәt tәrәfindәn müәyyәn olunur. Әn böyük maliyyә 

problemlәrindәn biri dә 2006-cı ildә qadağan edilәn dövlәt qurumları arasında barter 

әmәliyyatları  tәcrübәsi olmuşdur (burada dövlәt  şirkәtlәri xidmәtlәrin haqqını nağd 

ödәmәmişdir). ADDY 2000-ci ildә ilk beş illik biznes planını hazırlamışdır. 

MUBS/BMHS hesabatları 2002-ci ildәn hazırlanmışdır. 

 

Bankçılıq 

Bazar strukturu: Böyük 

Bazar institutları: Böyük 

 

Әsas problemlәr: (i) dövlәt banklarının özәllәşdirilmәsi vә bu sektorda rәqabәtin 

artırılması (ii) maliyyә vasitәçiliyi üzrә özәl sektorun inkişafı (iii) yerli valyuta 

mәhsullarının artırılması 

 

Azәrbaycanın bankçılıq sistemi dövlәt tәrәfindәn idarә olunur, 45 %-i 

dollarlaşdırılmış  vә qeyri-depozit maliyyәlәşmәdәn yüksәk asılıdır. Güclü kredit 

artımına baxmayaraq maliyyә vasitәçiliyinin sәviyyәlәri aşağıdır. Özәl sektor 

vasitәçiliyindә gәlәcәk tәşkilati inkişaf, rәqabәt, mәhsul innovasiyası vә inkişafı üzrә 

imkanlar vardır. 

 

2012-ci ilin sonundan etibarәn Azәrbaycanın bankçılıq sistemindә 43 bank olmuşdur 



ki, onların arasında әn yüksәk 5-i ümumi aktivlәrin 59 %-nә malikdir vә yalnız 6-nı 

xarici banklar tәşkil etmişdir

20

 (onlar aktivlәrin 12 faizindәn azına sahibdir). Dövlәt 



tәrәfindәn idarә olunan Azәrbaycan Beynәlxalq Bankı depozitlәrin 35 %-nin bazar 

payına malik olmaqla bazarda hakim rol oynayır. Bununla belә, dövlәtlә әlaqәsi olan 

sahiblәri nәzәrә almaqla, bank aktivlәrinin tәxminәn 70 %-i dövlәtlә  әlaqәli olan 

banklardadır. 

 

ABB aktiv keyfiyyәtinin aşağı düşmәsi ilә üzlәşmişdir. 2012-ci ilin 1-ci rübündә ABB 



Maliyyә Nazirliyindәn 50 milyon AZN (Sәviyyә 1 kapitalı) kapital vә  Mәrkәzi 

Bankdan 150 milyon AZN miqdarında kömәkçi kredit (Sәviyyә 2 kapitalı) almışdır. 

Bu cәmi kapitalı 10,8 faiz artırdı, lakin yenә dә 12 faiz sayılan normativ minimumdan 

aşağı idi. Sub-borc әlavәsindәn sonra özәllәşdirmә planları tәxirә salınmışdır.  

 

Azәrbaycan Depozit Sığorta Fondu 2007-ci ildә yaradılmışdır; onun qәrar vermә 



üsulu mәcburi likvidliklә mәhdudlaşdırılır. Bankların sayı 2012-ci ildә azaldı, “Royal 

Bank” 2012-ci ildә iflas elan edildi vә bağlandı. Yerli depozitorlara ödәnişi 

Azәrbaycan Depozitlәrin Sığortası Fondu verdi.  

 

                                                 



20

 22 bankda xarici kapital var; lakin onların yalnız 6-da xarici kapital 50% tәşkil edir.

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə