Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)


 İdarәetmәnin tәkmillәşdirilmәsi vә biznes mühiti



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

24 

 

3.3. İdarәetmәnin tәkmillәşdirilmәsi vә biznes mühiti 

 

Әsas problemlәr 

 

Çox  әhәmiyyәtlidir ki, Azәrbaycan rәqabәtin tәşviq olunması  vә biznes mühitinin 



tәkmillәşdirilmәsi tәdbirlәri hesabına iqtisadiyyatın diversifikasiya edilmәsinә  vә 

maliyyә bazarının dәrinlәşmәsinә çalışır. Xüsusilә, korrupsiya Azәrbaycanda  әsas 

narahatlıq doğuran mәsәlә olaraq qalır, bu hakimiyyәt nümayәndәlәri tәrәfindәn dә 

qәbul olunmuşdur. Hakimiyyәt strukturları  mәhkәmә sisteminin güclәndirilmәsi vә 

korrupsiyanın azaldılması üçün müvafiq islahatlara başlamış, anti-korrupsiya 

komitәsini güclәndirmiş  vә anti-korrupsiya kampaniyasına start vermişdir. Elektron 

vergi ödәmәnin nisbәtini artırmaq mәqsәdilә tәtbiq edilәn E-hökumәt tәşәbbüslәri vә 

stimulları dövlәt tәrәfindәn göstәrilәn xidmәtlәrә çıxış sәviyyәsini vә gәlir axınlarının 

şәffaflığını artırır. Xüsusilә  dә korporativ idarәetmә  vә qeyri-rәsmi ödәnişlәrin 

üstünlük tәşkil etdiyi sahәlәrdә investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac 

var.Bundan  әlavә, ölçüsündәn vә ya siyasi әlaqәsindәn asılı olmayaraq müxtәlif 

iştirakçılara  әdalәtli davranılmasını  tәmin etmәk üçün anti-monopoliya strukturu 

güclәndirilmәlidir.  

 

Bankların operativ cavabı 

 

Bank yüksәk korporativ idarәetmә vә şәffaflıq standartlarına öhdәlik nümayiş etdirә 



bilәcәk vә idarәetmә  tәcrübәlәrini tәkmillәşdirmәk öhdәliyi olan özәl vә dövlәt 

sektorunun müştәrilәri ilә  әmәkdaşlığı prioritet istiqamәt seçәcәk. Bundan әlavә, 

böyük vә orta ölçülü korporativlәrin maliyyәlәşdirilmәsi istiqamәtindә  aşağı 

sәviyyәdә kapitallaşdırılmış yerli bankların bacarıqsızlığı  nәticәsindә  rәqabәtlilik vә 

“bәrabәr  şәrtlәrin” yaradılmasına maneçilik törәdildiyindәn bu seqmentdә Orta 

Hәcmli Birgә Maliyyәlәşdirmә Mexanizmi (OBMM) AYİB-ә  tәrәfdaş bankların 

hәvәslәndirilmәsindә mühüm rol oynayacaq. Bu Azәrbaycanda fәaliyyәt göstәrәn 

bәrabәr şәrtlәrin hökm sürdüyü sahәlәrdә vә biznes mühitindә arzu olunan inkişafdan 

bәhrәlәnәcәk korporativlәrin yeni dalğasının maliyyәyә  çıxışını  tәmin edәcәk. KBD 

yerli kiçik vә orta müәssisәlәrdә korporativ idarәetmәnin sәviyyәlәrinin artırılmasında 

mühüm әhәmiyyәtli rol oynayacaq. 

 

Azәrbaycan MHŞT-nin prinsiplәrinә tam riayәt edәn ilk ölkә olmuşdur. Geniş  vә 



çeşidli sahәdә sürәtlә  vә  dәqiqliklә yaxşı idarәetmә  vә  gәlirlәrin  şәffaflığı 

sәviyyәsinin artırılması istiqamәtindә  hәyata keçirilәn layihәlәrdәn  әldә olunan 

uğurlar baxımından neft vә qaz sektorlarını nümunә göstәrmәk olar. Yerli şirkәtlәrin 

göstәrdiyi xidmәtlәr hesabına sadәcә neft vә qaz istehsalçılarına dәstәk göstәrmәyәn, 

hәmçinin iqtisadiyyatın intensiv texnologiya sahәlәri üzrә fәaliyyәt göstәrәn şirkәtlәr 

vә kömәkçi xidmәtlәr üçün idarәetmәnin vә biznes mühitinin daha da 

tәkmillәşdirilmәsinә nail olmaq mәqsәdilә neft vә qaz ehtiyatlarından istifadә etmәk 

olar.  


 

Bank tәrәfindәn neft, qaz istismarı vә istehsalı vә xidmәtlәr sahәsindә özәl sektorun 

layihәlәrinin dәstәklәnmәyә davam edilmәsi bu sahәdә neft vә qaz istehsalı üzrә özәl 

әmәliyyatçıların rolunu artıracaq vә biznes mühiti nöqteyi-nәzәrindәn müsbәt tәsirlәr 

göstәrәcәk. Bank, hәmçinin karbohidrogen ixracı yollarının diversifikasiyası hesabına 

regional ticarәti yaxşılaşdıracaq regional әhәmiyyәtli layihәlәrә, elәcә  dә enerji 

infrastrukturunun regional inteqrasiyasına üstünlük verәn layihәlәrә  dәstәk 



25 

 

göstәrәcәk. Bank Azәrbaycanda seçkili әsasla dövlәt sektorunun layihәlәrinә  dәstәk 



verә bilәr. Bu dәstәk hәmin layihәlәrin korporativ idarәetmә, şәffaflıq, gәlirlәrin idarә 

olunması vә yüksәk standartların yaradılması baxımından mühüm keçid tәsirinә malik 

olduqları hallarda vә ekoloji davranış  vә enerji sәmәrәliliyi baxımından sistematik 

tәsirlәrinin olduğu hallarda göstәrilә bilәr. Şәffaflıq baxımından Bank Azәrbaycanın 

tәkmillәşdirilmiş MHŞT qaydalarına davamlı olaraq riayәt etmәsinә  dәstәk 

göstәrәcәk.  

 

Siyasi dialoq vә texniki әmәkdaşlıq (TӘ) 

 

Paralel olaraq Bank institusional vә nizamlayıcı islahatları artırmaq üçün Azәrbaycan 



Hökumәti ilә sıx әmәkdaşlıq edәcәk. Karbohidrogen vә xarici investisiya sahәlәrindә 

әldә olunmuş tәcrübәlәri әsas götürәrәk AYİB qanunvericilik çәrçivәsindә nail 

olunmuş inkişafı tәşviq edәrәk, elәcә dә rәqabәti yüksәldәrәk vә korrupsiyaya şәrait 

yaradan amillәri azaldaraq real sektorda mümkün olan sahәlәrdә daha әlverişli 

investisiya mühitinin yaradılmasına çalışacaq. Bu tәdbirlәrin uğurlu olması üçün әsas 

dövlәt qurumları ilә konstruktiv siyasi dialoq üzrә yeni kanalların açılması hәlledici 

rol oynayacaq. 

 

3.4. Bankın tәklif olunan fәaliyyәtlәrinin ekoloji vә sosial nәticәlәri 

 

Bank Azәrbaycanda bütün әmәliyyatların BӘT-in müvafiq tәlәblәrinә vә milli әmәk 



standartlarına, hәmçinin Bankın Ekoloji vә Sosial Siyasәtinә uyğun olaraq hәyata 

keçirilmәsini tәmin edәcәk. AYİB-in Әtraf Mühit vә Sosial Fәaliyyәt Tәlәblәri ilә tam 

uyğunluğun  әldә edilmәsi mәqsәdilә layihәlәrin hazırlanmasına yönәldilmiş bütün 

investisiyalar üzrә  Әtraf Mühit vә Sosial Mәsәlәlәr üzrә  Tәdbirlәr Planının 

hazırlanması da daxil olmaqla, müştәrilәrә uyğunluğa nail olmağa dәstәk vermәk 

üçün tәdbirlәr görülәcәk. 

 

Bankın nәqliyyat infrastrukturunun inkişafı ilә bağlı layihәlәr dә daxil olmaqla, milli 



sәviyyәdә müәyyәn edilmiş yüksәk әhәmiyyәtli layihәlәrin icrasına dәstәk göstәrmәk 

öhdәliyi var. Biz hökumәtlә  әmәkdaşlıq çәrçivәsindә bu sahәlәr üzrә olan layihәlәr 

üçün texniki әmәkdaşlığın cәlb edilmәsi imkanlarına baxacağıq. 

 

Bizim ölkәdә yol infrastrukturunun gәlәcәk inkişafına cәlb olunduğumuz müddәt 



әrzindә Bank yol hәrәkәtinin tәhlükәsizliyi nöqteyi-nәzәrindәn yaxşı beynәlxalq 

tәcrübә/standartları tәşviq edәcәk. Biz bu tipli layihәlәrin dizaynı mәrhәlәsindә yaxşı 

beynәlxalq tәcrübәlәrin tәqdim olunması vә yol hәrәkәtinin tәhlükәsizliyinin dizaynı 

ilә  mәşğul olan beynәlxalq tәşkilatlarla olan әlaqәlәrimizin vә qazandığımız 

tәcrübәlәrin bu mәsәlәyә  cәlb olunması, elәcә  dә maariflәndirmә kampaniyalarının 

tәşkil olunması imkanlarını nәzәrdәn keçirәcәyik.  

 

Bank mövcud vә yeni maliyyә vasitәçiliyi üzrә olan layihәlәr vasitәsi ilә  “Әtraf 



Mühit, Sağlamlıq vә  Tәhlükәsizlik” tәlәblәri üzrә treninqlәrin tәşviq edilmәsi 

istiqamәtindә göstәrdiyi cәhdlәrin davam etdirilmәsini nәzәrdә tutur. Bank son 

dövrlәr “Elektron tәlim” komponentini işlәyib hazırlayıb vә biz Azәrbaycanda 

maliyyә vasitәçiliyi üzrә olan hәr hansı yeni layihәlәr üçün bu moduldan istifadә 

etmәk imkanlarını nәzәrdәn keçirәcәyik. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə