Fesil indd



Yüklə 185,11 Kb.
səhifə1/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
#51669
  1   2   3   4   5   6   7   8


160

FƏSİL 6. 

Sağlam həyat və insan inkişafı

6. 1. Ümumi baxış

6.1.1

Sağlamlıq nədir?

İnsanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün bir 

çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası insanların sağlamlı-

ğıdır. İnsan bədəni sağlam olmadıqca heç bir normal fəaliyyətdən və inkişafdan 

söz gedə bilməz. Sağlam insan dedikdə təkcə onun bədəninin sağlamlığı deyil, 

həm də onun əqli sağlamlığı nəzərdə tutulur. 

Sağlamlıq cəmiyyət tərəfindən müəyyən olunmuş dinamik bir anlayış oldu-

ğu üçün onun müəyyən və standart tərifi mövcud deyildir. Daha geniş tərkibdə 

götürsək, sağlamlıq aşağıdakı konseptual modellərin bir çoxunun bir arada ol-

ması deməkdir:

-  insan orqanizminin xarici və daxili tarazlığının olması

-  insan bədənində xəstəliklərin olmaması

-  normal yaşamaq və fəaliyyət göstərmək bacarığı

-  sosial rifahın olması.

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  sağlamlığın  tərifini  belə  vermiş-

dir: “Sağlamlıq fiziki, əqli və sosial rifahın bütöv bir şəkildə mövcud olması,



xəstəliklərin  və  bəlanın  insan  bədənindən  uzaq  olmasıdır.”  İnsan  sağlamlı-

ğı həmçinin yaşam şəraiti və resursların mövcudluq dərəcəsindən asılı olaraq 

dəyişir, bunlara yaşamaq üçün yer, müvafiq təhsil, ərzaq təminatı, maddi gəlir, 

sülh və əmin-amanlıq, sosial ədalət, bərabərlik və səmərəli ətraf mühit daxildir.

Sağlamlığı xarakterizə edən əsas amillərdən biri də, insanın öz daxili səhhəti 

ilə onu müəyyən edən kənar amillərin qarşılıqlı əlaqəsidir. Bu kənar amillərin 

təsirindən asılı olmayaraq əsas məsuliyyət hər bir fərdin öz üzərinə düşür və 

hər bir şəxs öz sağlamlığını özü təmin etməlidir. İnsanlar öz iqtisadi və siyasi 

güclərindən asılı olmayaraq sosial mühitlərini fərdi şəkildə özləri idarə edir və 

tənzimləyirlər. 

İnsan sağlamlığını müəyyənləşdirən əsas amillər üç hissəyə bölünmüşdür: 

həyat tərzi, ətraf mühit və bio-tibbi amillər. Həyat tərzinə yaşamaqla bağlı fərdi 

şəkildə verilmiş qərarlar daxildir. Bu qərarlar normal həyat yaşamaq məqsədilə 

verilsə də, bəzən xəsətliklərə və ya ölümə yol aça bilər. Ətraf mühit amillərinə 

insanların bədənlərinə təsir edən kənar ünsürlər daxildir. Bu ünsürləri insanlar 

fərdi şəkildə idarə edə bilmirlər. Bunlara hava, su, iqlim və digər ətraf mühit 

amilləri daxildir. Bio-tibbi amillərə isə insanların bədənlərində genetik olaraq 

yaranan həmçinin fiziki və əqli sağlamlıq da daxil olmaqla insanlarda mövcud 




161

olan  tibbi  amillər  daxildir.  Bunlara  anadangəlmə  və  ya  sonradan  formalaşan 

müxtəlif xəstəliklər, viruslar və ya bədənin fəaliyyət göstərməsi üçün lazım olan 

həyati ünsürlər daxildir.

Sağlamlığın təmin edilməsi adətən üç amilin -- fiziki, əqli və sosial rifa-

hın müxtəlif kombinasiyası şəklində həyata keçirilir və bunların hamısı birlikdə 

“sağlamlıq üçbucağı” adlanır.  Fiziki sağlamlıq insanların sağlam bədənə malik 

olması deməkdir. Fiziki sağlamlığı qorumaq üçün müntəzəm fiziki fəaliyyətlə 

məşğul  olmaq  (idman),  düzgün  qidalanmaq  və  normal  istirahət  etmək  lazım-

dır.  Əgər insanlar normal qidalanarsa, həyat səviyyələri artarsa, və keyfiyyətli 

səhiyyə xidməti ilə təmin olunarlarsa onların bədənləri fiziki cəhətdən sağlam 

olacaqdır. 

Əqli sağlamlıq insanların koqnitiv və emosional rifahı və əqli pozğunluqla-

rının olmaması anlamına gəlir. ÜST-ün tərifinə görə, əqli sağlamlıq “insanların 

öz bacarıqlarını dərk etməsi, həyatda baş verən streslərə müqavimət göstərməsi, 

məhsuldar olaraq fəaliyyət göstərməsi və öz cəmiyyətinə tövhə vermək bacarı-

ğının olması” kimi xarakterizə edilir.

Sosial rifah insanların normal şəkildə yaşaması üçün tələb olunan şəraitin və 

vasitələrin lazımı şəkildə mövcud olmasıdır. Sosial ünsürlərə insanların yoxsul-

luq dərəcəsi, keyfiyyətli təhsil alması, səmərəli və təmiz ətraf mühitdə yaşaması 




162

və insanlarla münasibəti daxildir. Qeyd etdiyimiz hər üç amil birlikdə mövcud 

olduqda insanların sağlam yaşaması mümkündür. Bunlardan əgər hər hansı biri 

çatışmırsa, tam şəkildə sağlam olmaq qeyri-mümkündür.



6.1.2

Səhiyyə xidməti

Səhiyyə xidməti insanlarda baş verən xəstəliklərin, zədələrin, fiziki və əqli 

çatışmazlıqların diaqnozu, müalicəsi və onların qarşısının alınmasıdır. Səhiyyə 

xidməti və ya tibbi xidmət tibbin müxtəlif növlərini əhatə edən və ixtisaslaşan 

səhiyyə işçiləri tərəfindən göstərilir. Bu prosedura ilkin tibbi xidmət, ikinci və 

üçüncü dərəcəli tibbi xidmət və həmçinin ictimai səhiyyə sahəsində görülən işlər 

daxildir.

Səhiyyə xidmətlərinə çıxış və əlçatanlıq ölkələr, qruplar və fərdlərdən asılı 

olaraq dəyişir və bunlara sosial və iqtisadi şərait təsir edir. Səhiyyə sistemləri 

hədəf əhalinin tibbi ehtiyaclarını ödəmək üçün yaradılmış qurumlardır. Onla-

rın xüsusiyyəti və tərkibi ölkələrdən asılı olaraq dəyişir. ÜST-ün açıqlamasına 

əsasən  yaxşı  fəaliyyət  göstərən  səhiyyə  sistemi  güclü  maliyyə  mexanizminə, 

müvafiq təhsil görmüş və rəqabətli şəkildə ödənilən işçi qüvvəsinə, qərarlar və 

qanunlar hazırlamaq üçün etibarlı məlumata, lazımi infrastruktura və keyfiyyətli 

dərmanlar və texnologiyalara malik olmalıdır.  

Səhiyyə  xidmətini  müvafiq  təhsil  almış  və  təcrübəyə  malik  işçi  qüvvəsi 

həyata keçirir. Bunlara müxtəlif tibb sahələrini təmsil edən həkimlər, tibb bacı-

ları, ictimai səhiyyə işçiləri, icma ilə işləyən şəxslər və digərləri daxildir. Tibbi 

xidmətin göstərilməsinə görə səhiyyə sistemini bir neçə hissəyə bölmək olar. 

Bunlara ilkin tibbi xidmət, ikinci dərəcəli xidmət, üçüncü dərəcəli xidmət, ev və 

icmalara göstərilən səhiyyə xidmətləri daxildir.

İlkin səhiyyə xidməti yerli icmada əsas rola malik tibbi xidmətdir. Bu, səhiyyə 

xidməti sistemində bütün pasiyentlərə ilkin olaraq konstultasiya verən və müayinə 

edən tibbi xidmət işçilərinin işidir. Bu sahədə çalışan profesional heyət adətən 

ilkin xidmət həkimi, ailə həkimi və tibb bacıları olurlar. Xəstəliyin növündən 

və dərəcəsindən asılı olaraq pasiyentlər ikinci dərəcəli səhiyyə xidməti göstərən 

qrupa yönləndirilə bilər. İlkin səhiyyə xidməti bütün yaş qrupları, bütün coğrafi 

regionlardan və sosial-iqtisadi təbəqələrdən olan pasiyentlər, həmçinin keçici və 

xroniki fiziki və əqli xəstəliklərdən əziyyət çəkənləri əhatə edən ən geniş profilə 

malik xidmətdir. Buna görə də, ilkin səhiyyə xidməti göstərən həkimlərin geniş 

əhatəli tibbi biliyə malik olması önəmlidir. İlkin xidmətdə davamlılıq çox vacib 

amildir, çünki pasiyentlər davamlı olaraq yoxlamağa və səhhətlərində yaranan 

digər problemlərə görə ilkin tibbi xidmət göstərən həkimlərə müraciət edirlər. 

Ümumi xroniki xəstəliklər adətən ilkin tibbi xidmət səviyyəsində müalicə 

olunur, bunlara hipertaniya, diabet xəstəlikləri, astma, əsəb xəstəlikləri, sümük 



Yüklə 185,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə