2007-ci IL Martın 16-da “Şəffaflıq Azərbaycan” Anti Korrupsiya təşkilatı tərəfindən atəT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən alac



Yüklə 8,15 Kb.
tarix06.02.2018
ölçüsü8,15 Kb.
#25971


Şəkidə Anti-Korrupsiya Mərkəzi fəaliyyətə başlayıb
Açılış mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri də iştirak edib
2007-ci il Martın 16-da “Şəffaflıq Azərbaycan” Anti Korrupsiya təşkilatı tərəfindən ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət mərkəzi) layihəsinin Şəki mərkəzinin rəsmi açılışı keçirilib. Şəki şəhərində baş tutan tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero, “Şəffalıq Azərbaycan” Anti korrupsiya təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva, Rayon İcra Hakimiyyəti rəsmiləri, bir sıra yerli və xarici QHT nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Rəna Səfərəliyeva “Şəffaflıq Azərbaycan” təşkilatı barəsində tədbir iştirakçılarına məlumat verib və bu günə qədər təşkilat tərəfindən həyata keçirilən layihələr barədə danışıb. Şəkidə açılan yeni mərkəzin həm Şəki, həm də region əhalisinə böyük fayda gətirəcəyini qeyd edən təşkilatın rəhbəri bu mərkəzin köməkliyi ilə vətəndaşların pulsuz hüquqi yardım ala biləcəyini və dövlət orqanları tərəfindən qarşılaşdıqları problemlərin həllində layihə çərçivəsində vətəndaşlara köməklik göstəriləcəyini qeyd edib.

ATƏT səfiri isə şəkililəri belə bir mərkəzin açılması münasibəti ilə təbrik edib və ATƏT-in ölkədə korrupsiya halının aradan qaldırılmasında maraqlı olduğunu qeyd edərək, bildirib ki, ATƏT öz missiyası çərçivəsində korrupsiyaya qarşı mübarizədə daim dövlətə dəstək vermişdir. Səfir bu mənada yeni açılan mərkəzin vətəndaşlara faydalı olacağına əmin olduğunu bildirib.

“Şəffaflıq Azərbaycan” təşkilatının layihənin reallaşdırılması üçün xeyli işlər gördüyünü bildirən səfir ATƏT-in “Şəffaflıq Azərbaycan” təşkilatı ilə birlikdə olmaqdan qürur duyduğunu söyləyib. Səfir bu təşkilatın beynəlxalq şəbəkənin bir üzvü olduğunu və sadə əhali ilə birbaşa əlaqələrin qurulmasının olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonda səfir Şəki ictimaiyyətini yeni mərkəzlə əməkdaşlıq etməyə, mərkəzin xidmətlərindən istifadə etməyə çağırıb.



Şəki İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova da öz çıxışında Şəkidə belə bir mərkəzin açılışının olduqca əlamətdar bir hadisə olduğunu qeyd edib və rəhbərliyin mərkəzin səmərəli fəaliyyəti üçün əlindən gələn yardımı göstərəcəyini bildirib.

Sonda çıxış edən Fikrin Bəktaşi (ALAC Layihəsinin Koordinatoru) layihə barədə məlumat verib, layihənin məqsədləri, nailliyyətləri və əsas fəaliyyət istiqamətləri barədə danışıb.
Yüklə 8,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə