Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

26 

 

Bank aqrobiznes vә yerli istehsal sahәlәrindә fәaliyyәt göstәrәn müştәrilәrin Bankın 



“Әtraf Mühit, Sağlamlıq vә Tәhlükәsizlik” tәlәblәrini başa düşdüyündәn әmin olmaq

vә elәcә  dә onların layihәlәrinin bizim Әtraf Mühit vә Sosial Mәsәlәlәr üzrә 

Tәlәblәrimizә uyğun olaraq işlәyib hazırladıqlarından әmin olmaq üçün onlardan hәr 

hansı biri ilә işlәyәcәk. 



 

Gender 

 

Son dövrlәrdә tәsdiq olunan Strateji Gender Tәşәbbüsü (SGT) ilә bağlı olaraq, AYİB 



Azәrbaycandakı әlaqәdar sektor vә sahәlәrdә layihәlәr işlәyib hazırlamağa vә hәyata 

keçirmәyә  cәhd edәcәk. Strateji Gender Tәşәbbüsünün (SGT) gender bәrabәrsizliyi 

qiymәtlәndirmәsinә  әsasәn, Azәrbaycan gender bәrabәrsizliyinin böyük sәviyyәdә 

olduğu ölkәlәr arasındadır. Bank iş yerlәrindә bәrabәr imkanları dәstәklәmәk, karyera 

yüksәldilmәsini tәşviq etmәk vә qadınların da kişilәr kimi Bankın investisiyalarından 

eyni dәrәcәdә faydalandıqlarından әmin olmaq üçün öz müştәrilәri ilә işlәmәyә cәhd 

edәcәk. Bank, hәmçinin xidmәtlәrin hәm kişilәrin, hәm dә qadınların tәlәblәrinә 

cavab verәcәk  şәkildә  işlәnib hazırlanmasından vә  hәyata keçirilmәsindәn  әmin 

olmaq üçün müәyyәn fәaliyyәt hәyata keçirәcәk.  

 

Bank hal-hazırda Azәrbaycanın maliyyә sektorunda gender bәrabәrliyini tәşviq etmәk 



üçün layihә  hәyata keçirir. Layihә AYİB-ә  tәrәfdaş banklarda vә qeyri-bank 

mikromaliyyә institutlarında qadın müştәrilәrin sayının artırılması mәqsәdi ilә qadın 

kredit mәmurlarının sayının artırılmasına vә kredit mәmurlarına gender treninqlәrinin 

keçirilmәsinin tәmin olunmasına әsaslanır. Bank maliyyә institutları sektorunda qadın 

sahibkarların maliyyәyә  çıxışını asanlaşdırmaq vә onların biznes fәaliyyәtini 

dәstәklәmәk istiqamәtindә mümkün yolları müәyyәnlәşdirmәk mәqsәdilә öz 

müştәrilәri ilә işlәmәyә davam edәcәk.  

 

Gender bәrabәrliyinin qiymәtlәndirilmәsi üçün Әlavә 7-yә bax. 



 

4. MALİYYӘYӘ ÇIXIŞ 

 

4.1 Özәl kapital mәnbәlәri 

 

Azәrbaycanın maliyyә sistemindә  әsasәn banklar dominantlıq edir, banklar ölkәnin 



maliyyә sektorunun aktivlәrinin 90 faizinә sahiblik edirlәr. Bank sistemi ümumi 

sektorun aktivlәrinin 3.%-ә sahiblik edәn böyük dövlәt bankı olan Azәrbaycan 

Beynәlxalq Bankından vә 43 daha kiçik özәl bankdan tәşkil olunub. Son dövrlәr 

әrzindә Bank aktivlәri yüksәk dәrәcәdә artmışdır. Bununla belә, ölkәdә bankçılıq 

aşağı  sәviyyәdә qalmaqda davam edir vә ÜDM-in sadәcә 34 %-i tәşkil edir.  

Bankların kredit portfellәri nisbәtәn yaxşı diversifikasiya edilmişdir, ailә tәsәrrüfatları 

(33 faiz), ticarәt vә xidmәtlәr (21 faiz), sәnaye (11 faiz) vә daşınmaz  әmlak (10%) 

әsas kreditorlar hesab olunur. Mәrkәzlәşdirilmiş kredit bürosunun olmaması 

sәbәbindәn, elәcә  dә bankların böyük korporativ kreditlәşmәyә  vә yaxud da dövlәt 

tәrәfindәn hәyata keçirilәn maliyyә layihәlәrinә maraq göstәrmәlәri sәbәbindәn kiçik 

vә orta müәssisәlәrin bank kreditlәrinә zәif çıxışı var. 

 

Maliyyә sahәsindә kiçik bizneslәrin tәlәblәrini tәmin etmәk mәqsәdilә son illәr 



әrzindә mikromaliyyә  fәaliyyәti inkişaf etdirilmişdir. Qiymәtlәndirmәlәr göstәrir ki, 

mikromaliyyә borc alanlarının sayı 2006-cı ildәki 100000 sәviyyәsindәn 2012-ci ildә 




27 

 

400000 (ölkә әhalisinin 4 %-i) sәviyyәsinә yüksәlmişdir. Belә olsa da, mikromaliyyә 



institutlarının kredit portfeli ÜDM-in 1 %-i nisbәtindәdir. Bazar birlikdә demәk olar 

ki, bazarın yarısını tәşkil edәn iki dominant tәdarükçü – Accessbank vә FINCA әlindә 

cәmlәnmişdir. Son zamanlar mikromaliyyә bazarı sahәyә zәif nәzarәt edilmәsi, vaxtı 

ötmüş nizamlayıcı rejim, informasiyanın bölüşdürülmәsindәki çәtinliklәr,  әhalinin 

maliyyә barәdә  mәlumatlılıq sәviyyәsinin aşağı olması kimi bir sıra çәtinliklәrlә 

üzlәşmişdir ki, bu çәtinliklәr gәlәcәkdә  hәmin sahәnin inkişafına maneә törәdә 

bilәrlәr. Dövlәt bu problemlәri aradan qaldırmaq üçün İqtisadi Mәsәlәlәr üzrә  İsveç 

Dövlәt Katibliyi (SECO) vә Dünya Bankı ilә әmәkdaşlıq edir, lakin bir çox mәsәlәlәr 

hәlә dә hәll edilmәlidir. 

 

Son illәr  әrzindә qeyri-bank maliyyә sektoru inkişaf etmişdir, lakin onun maliyyә 



vasitәçiliyi çox mәhduddur. Sığorta sektorunun aktivlәri ÜDM-in 1 faizini tәşkil edir. 

Sığortaçıların verdiyi ümumi sığorta mükafatları 2012-ci ildә 61 faiz artaraq ÜDM-in 

0,63 faizini tәşkil etmişdir. Bunun da içәrisindә  әsas yeri qeyri-hәyat sığortası tutur 

(90 faiz). Son dövrlәr hökumәt bu sahәyә icbari sığorta tәtbiq etmәklә  dәstәk 

göstәrmişdir.  İcbari sığorta sisteminin stabillәşdirilmәsi vә  tәkmillәşdirilmәsi 

mәqsәdilә, elәcә  dә qanunla müәyyәn edilmiş  vәzifәlәrin hәyata keçirilmәsi 

mәqsәdilә 2011-ci ilin noyabr ayında hakimiyyәt strukturları İcbari Sığorta Bürosunu 

yaratmışdır. Bu islahatların sığorta bazarının ölçüsünü genişlәndirmәsi vә müәyyәn 

vaxt әrzindә yerli kapital bazarında aktivlәri artırması gözlәnilir. Müsbәt inkişaf xarici 

marağı hazırda iki böyük vә bir neçә kiçik xarici sığortaçıların iştirak etdiyi sığorta 

bazarına cәlb etmişdir.  

 

Qeyri-bank maliyyә sektorunun digәr seqmentlәri hәtta daha aşağı sәviyyәdә inkişaf 



etmişdir. Ölkәdә özәl pensiya fondları  fәaliyyәt göstәrmir vә lizinq sektoru hәm 

bazara daxil olma, hәm dә nizamlayıcı  çәrçivә baxımından öz inkişafının lap ilkin 

mәrhәlәsindәdir. Kommersiya özәl aktiv sektoru hәlә  dә yaradılma mәrhәlәsindәdir 

vә bu günә  qәdәr ölkәyә mühüm beynәlxalq özәl aktiv fondlarının marağı  cәlb 

olunmamışdır.  

 

Azәrbaycanda kapital bazarı yeni yaranma mәrhәlәsindәdir. Bakı Fond Birjasının 



dövriyyәsi 2012-ci ildә 7% artaraq 9 milyard AZN (ÜDM-in 17%-i) tәşkil etmişdir. 

Fәaliyyәtin böyük әksәriyyәtinin hökumәt istiqrazları seqmentindә (90%) cәmlәşdiyi 

halda, bir il әvvәl korporativ seqmentin dövriyyәsi demәk olar ki, yarıbayarı 

azalmışdır.  İlkin korporativ istiqraz bazarında 81, ilkin sәhm yerdәyişmәlәrindә isә 

548 sövdәlәşmә olmuşdur. Ümumi korporativ borc vә aktiv kapitalı 2012-ci ildә 550 

mln. AZN vә yaxud ÜDM-in 1 %-i qәdәr artmışdır. Qiymәtli kağızlar bazarı üçün 

әsas institusional vә qanunverici çәrçivәnin 2000-ci ilin әvvәllәrindәn etibarәn 

olmasına baxmayaraq, özәl sektordan kapitalın sәfәrbәr edilmәsinә az tәlәbat var vә 

bu sahәdә hәlә dә az iş görülür.  

 

Fithc, Moody’s, Standard& Poor's kimi tәşkilatların hesabatlarında Azәrbaycana 



müvafiq olaraq әn aşağı investisiya dәrәcәlәri verilmişdir: BBB-, Baa3 and BBB-. 

 

4.2. Digәr beynәlxalq maliyyә institutları (BMİ) ilә  әmәkdaşlıq vә çoxtәrәfli 



inkişaf banklarının maliyyәlәşmәsı 

 

Bank siyasi dialoqun effektivliyinin artırılması  mәqsәdilә Dünya Bankı, Beynәlxalq 



Maliyyә Korporasiyası  vә Asiya İnkişaf Bankı ilә  әlaqәlәrini önә  çәkәrәk bu 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə