İnformasiya iqtisadiyyatının kateqoriyaları: kapital və bölgü Kapital nəzəriyyələri Kreativ kapital



Yüklə 65,49 Kb.
tarix03.10.2017
ölçüsü65,49 Kb.
#3098

İnformasiya iqtisadiyyatının kateqoriyaları: kapital və bölgü

1. Kapital nəzəriyyələri

2. Kreativ kapital

3. Bölgü. İqtisadi hakimiyyətin növləri

4. Meritokratiya
1. Kapital nəzəriyyələri

Kapital – gələcəkdə fərdə nemət axınını təmin edən vasitədir. Nemət anlayışı subyektiv olduğundan, kapital anlayışı da həmçinin, subyektivdir və hər kəs tərəfindən qəbul olunmuş izaha malik ola bilməz. Kapitalın məhsuldarlığı (səmərəliliyi, effektivliyi) – kapitalın həcminin kəmiyyətcə qiymətinin və onun tərəfindən yaradılan nemət axınının nisbətidir. Kapitalın məhsuldarlığını onun fərdin əldə etdiyi nemət axınına təsir etmə qabiliyyəti kimi müəyyənləşdirirlər. Kapital nəzəriyyələrini adətən iki üsulla təsnifləşdirirlər.

Birinci təsnifat çərçivəsində kapital xarici, daxili və sosial növlərə bölünür.

Xarici kapital – kapital sahibinin bilavasitə iştirakı olmadan nemət axınını yarada bilən obyektlərin məcmusudur. Xarici kapital adətən maddi formada olur, o, bir şəxsdən digərinə ötürülə, satıla, vəsiyyət edilə bilər və s. Başqa sözlərlə, xarici kapital likvidlik xüsusiyyətinə malikdir. Xarici kapitala dəzgah, bina, istiqraz və s. nümunə ola bilər.

Daxili kapital – fərdin onun tərəfindən əldə olunan nemət axınlarına təsir edən keyfiyyətləridir. Daxili kapital öz sahibindən ayrılmazdır və yalnız onun bilavasitə iştirakı zamanı fəaliyyət göstərə bilər. O, ötürülə, satıla, vəsiyyət edilə bilməz. Daxili kapitala musiqi istedadı, insanın cəlbedici zahiri, onun sağlamlığı, təhsili nümunə ola bilər.

Sosial kapital – fərdin digər insanlarla onun tərəfindən əldə olunan nemət axınlarına təsir edən əlaqələr sistemidir. Sosial kapital həm xarici, həm də daxili kapitalın xüsusiyyətlərinə malikdir. Sosial kapital xarici kapitalda olduğu kimi özündə fərdə münasibətdə xarici obyektləri – digər fərdləri birləşdirir. Buradan görünür ki, sosial kapitalın məhsuldarlığı onun xarici insani komponentlərinin tərkibi və keyfiyyətindən asılıdır. Sosial kapital daxili kapitalda olduğu kimi sahibinin bilavasitə iştirakı zamanı fəaliyyət göstərir. Buradan görünür ki, sosial kapitalın məhsuldarlığı sahibinin şəxsi keyfiyyətlərindən asılıdır. Sosial kapitala fərdin dostluq, ailə və işgüzar əlaqələri nümunə ola bilər.

Kapitalın təsnifatının ikinci üsulu nemətlərin dəyərinin ölçülməsinə əsas yanaşmaların: dəyər, utilitarist, natural–maddi və natural–zaman yanaşmalarının təhlilinə əsaslanır.

Dəyər yanaşması nemətin dəyərinin onun bazar qiyməti ilə eyni olması fikrindən doğur. Bu zaman kapital pul gəlirlərinin mənbəyi kimi müəyyənləşir. Faizin verilmiş dərəcəsində pul gəlirləri axını diskontlaşdırma vasitəsilə adətən kapitalın həcminin kəmiyyətcə qiyməti qismində qəbul olunan bir dəyər göstəricisinə gətirilir. Beləliklə, nemətlərin qiymətinin dəyər izahı zamanı da kapital pul vahidləri ilə ifadə olunur.

Utilitarist yanaşması nemətin dəyərinin onun bu fərdə təmin etdiyi faydalılıq və ya məmnunluqla eyniyyət təşkil etməsindən doğur. Kapital subyektiv faydalılığın mənbəyi kimi müəyyənləşir. İnsanların zövqləri müxtəlif olduğundan, kapital subyektiv kateqoriya kimi çıxış edir ki, bu da utilitarist yanaşma çərçivəsində şüurlu kapital nəzəriyyəsini qurmağa imkan vermir.

Buna görə də, güman edilir ki, nemətin verdiyi faydalılıq bütün fərdlər üçün eynidir və onun bazar qiyməti ilə ifadə olunur. Bununla yanaşı, kapitalın utilitarist nəzəriyyəsi dəyər nəzəriyyəsində faktiki olaraq “əriyir” və iqtisadi nəzəriyyədə müstəqil mənasını itirir.

Cədvəl 3.4

Kapital nəzəriyyələri



Kapital

Kapitalın ölçülməsi üsulu

Dəyər

Natural – maddi

Natural – zaman

Daxili

İnsan kapitalı

_

Kreativ kapitalı

Sosial

Dəyər sosial kapitalı

_

Şəxsiyyətlərarası

Xarici

Maliyyə kapitalı, istehsal kapitalı

Fiziki






Natural – maddi yanaşma kapitalın və onun tərəfindən yaradılan nemətlərin eynicinsliyi ilə bağlı ehtimal üzərində qurulur. Kapitalın, nemətlərin müstəqil mənbələri qismində eyni vahidlərin müəyyən kəmiyyətindən (misal üçün, dəzgahlar) ibarət olduğu və bundan başqa hər-hansı bir növ nemətin istehsal olunduğu (misal üçün, tavalar) hal nəzərdən keçirilir. Bu zaman kapitalın həcmi kapital vahidlərinin miqdarı, nemətlərin axını isə, istehsal edilmiş məmulatların məcmu miqdarı ilə ölçülür.

Kapitalın tərifində bu yanaşmanın iki çatışmazlığı vardır. Birinci, tətbiq olunan kapital vasitələrinin və istehsal olunan nemətlərin vahid növü haqqında fərziyyələr tamamilə qeyri – realistikdir. İkincisi, kapitalın və nemətin ölçülməsi üçün müxtəlif vahidlərin istifadəsi kapitalın məhsuldarlığının qiymətləndirilməsini qeyri – mümkün edir. Əgər kapital və onun tərəfindən yaradılan nemətlər axını üçün vahid natural ölçünü müəyyən etmək mümkün olsa idi, göstərilən hər iki çatışmazlıq aradan qaldırılardı. Bu problem aşağıda kapitalın tərifinə natural – zaman yanaşması çərçivəsində həll ediləcək.

Kapitalın tərifinə natural – zaman yanaşması insanın daxili kapitalının qiymətləndirilməsi üçün istifadə edilir. Bu yanaşma mütləq nemətin insanın ali yaradıcı fəaliyyəti olması haqqındakı fərziyyəyə əsaslanır. Mütləq nemətin dəyəri insanın yaradıcılıqla məşğul olduğu müddətin davamlılığı kimi zaman vahidləri ilə ölçülə bilər.
2. Kreativ kapital

İnsanın kreativ kapitalı ona ali fəaliyyəti həyata keçirməyə imkan verən şəxsi keyfiyyətlərinin məcmusudur. Kreativ kapital nemət axınının–ali fəaliyyətlə doldurulmuş zaman kəsiklərinin mənbəyidir. Beləliklə, kreativ kapital və onun tərəfindən yaradılan nemətlərin axını eyni vahidlərlə-zaman vahidləri ilə ölçülür.

Kreativ kapitalın potensial və istifadə olunmuş həcmlərini fərqləndirirlər. Kreativ kapitalın potensial həcmi və yaxud yaradıcılıq həddi müəyyən edilmiş vaxt müddəti ərzində (məsələn, bir sutka) yaradıcı fəaliyyətin maksimal mümkün davamlılığına bərabərdir. Kreativ kapitalın potensial həcmi yalnız fərdin şəxsi keyfiyyətlərindən asılıdır və onun həyat fəaliyyəti şəraitindən asılı deyildir. Kreativ kapitalın istifadə olunmuş həcmi fərdin həyat fəaliyyətinin real şərtləri daxilində müəyyən edilmiş vaxt müddəti ərzində yaradıcı fəaliyyətin faktiki davamlılığına bərabərdir. Kreativ kapitalın istifadə olunmuş həcmi onun potensial həcmindən kiçikdir. Bu da xarici amillərin əlverişsiz təsiri ilə bağlıdır. Onlardan ən əsasları aşağıdakılardır:


  • Maddi nemətlərin çatışmazlığı və aşağı səviyyəli pul gəlirləri;

  • Ailədə, işdə və s.yerlərdə qeyri-harmonik sosial qarşılıqlı əlaqələr;

  • Sosial infrastrukturların-ictimai təhlükəsizlik sistemlərinin, mənzil-kommunal sferalarının, nəqliyyat vasitələrin və s. inkişaf etməməsi;

  • Cəmiyyətdə neqativ sosial-siyasi mühit.

Pul gəlirləri istifadə olunmuş kreativ kapitalın həcminə təsir göstərən əsas amil kimi çıxış edir. Ona görə də çox vaxt bu amili vahid amil kimi nəzərdən keçirirlər və istifadə olunmuş kreativ kapitalı pul gəlirinin artan funksiyası kimi şərh edirlər. Gəlirin sonsuzluğa istiqamətlənməsi zamanı istifadə olunan kreativ kapital fərdin yaradıcı həddinə istiqamətlənir və onu gəlir həddi adlandırılan gəlirin müəyyən kəmiyyətində əldə edir. Kreativ kapitaldan istifadənin səmərəliliyi istifadə olunmuş kreativ kapital həcminin fərdin yaradıcı həddinin kəmiyyətinə olan nisbətinə bərabərdir. Gəlirin artması ilə səmərəlilik artır və gəlirin hüdudlanmış kəmiyyətində yüz faizlik səviyəyə çatır.

Aşağıdakı aspektlərdə kreativ kapital konsepsiyası Q. Bekkerin insan kapitalı konsepsiyasından fərqlənir:



  • Ölçü vahidləri. İnsan kapitalı dəyər vahidləri ilə, kreativ kapital isə zaman vahidləri ilə ölçülür;

  • Kapitalın yaradılması. İnsan kapitalı təhsildə, sağlamlıqda və s. investisiyalar nəticəsində, kreativ kapital isə fərdin yaradıcı fəaliyyəti prosesində yaradılır;

  • Gəlirin rolu. Pul gəliri insan kapitalının fəaliyyətinin məqsədi kimi çıxış edir. Eyni zamanda gəlir kreativ kapital fəaliyyətinin zəruri şərti və yaxud da vasitəsi kimi çıxış edir;

  • Zamanda dəyişiklik. Elm və texnikanın inkişafı ilə insanın təhsil səviyyəsi köhnəlir. Ona görə də o özünün yenidən bərpa edilməsini tələb edir. Başqa sözlə, insan kapitalı köhnəlməyə və ya amortizasiyaya məruz qalır. İsanın yaradıcı qabiliyyəti əksinə, ali fəaliyyət prosesində inkişaf edir, yəni, kreativ kapital öz-özünə artma vasitələrinə malik olur.

Sosial kreativ kapital və ya şəxslərarası kapital – bu fərdin digər fərdlərlə şəxslərarası əlaqə sistemidir. Əgər şəxslərarası əlaqənin itkisi istifadə olunmuş kreativ kapital həcminin azalmasına təsir edirsə onda şəxslərarası əlaqə kreativ adlanır. Əlaqənin kreativliyi əlaqənin itirilməsi zamanı fərdin istifadə etdiyi kreativ kapitalın həcminin azaldığı kəmiyyətə bərabərdir. Kreativ əlaqənin yaranma şərti hər iki fərdin digər fərdin şəxsiyyəti haqqında müəyyən biliklər əldə etməsidir. Əlaqənin kreativliyi bu spesifik biliyin həcmi ilə sıx əlaqəlidir. Kreativ əlaqənin nümunəsi kimi dostluq və sevgini göstərmək olar.

Şəxslərarası kapitalın həcmi bütün kreativ əlaqələrin fərdlər tərəfindən eyni anda itirilməsi zamanı fərdin istifadə olunmuş kreativ kapitalının azaldığı kəmiyyətə bərabərdir. Hipotetik hadisədən sonra fərdin saxladığı kreativ kapitalın həcmi muxtar kreativ kapitalın həcminə bərabərdir. Beləliklə, fərdin kreativ kapitalı şəxslərarası kapitalın və muxtar kretiv kapitalın cəminə bərabərdir. Kreativ kapitalın bağlılıq dərəcəsi kreativ kapitalın ümumi həcmində şəxslərarası kapitalın xüsusi çəkisinə bərabərdir. Kreativ kapitalın muxtariyyət dərəcəsi kreativ kapitalın ümumi həcmində muxtar kreativ kapitalın xüsusi çəkisinə bərabərdir. Kreativ kapitalın bağlılıq muxtariyyət dərəcələrinin cəmi vahidə bərabərdir.
Cədvəl

Kreativ kapital və insan kapitalı.



Aspekt

Kapital

İnsan

Kreativ

1

Ölçü vahidi

Pullar

Vaxt

2

Mənbə

İnvestisiyalar

İnkişaf

3

Gəlirin rolu

Məqsəd

Vasitə

4

Zamanında dəyişiklik

Amartizasiya

Öz-özünə artma


3. Bölgü. İqtisadi hakimiyyətin növləri

Nemətlərin bölgüsü–cəmiyyət üzvləri tərəfindən nemətlərin istehlakı prosesini nizamlayan iqtisadi mexanizmdir. Fərd tərəfindən nemətin istehlak həcmi bu nemətin əldə olunması və fərdin ondan xeyir götürməsi qabiliyyəti ilə müəyyən edilir. Ona görə də bölgünün obyektlərinə nemətdən istifadə hüququ və fərdin şəxsi keyfiyyətləri aiddir.

İstifadə hüququnun bölgüsü müxtəlif növdə nemətlər üçün müxtəlif xarakterə malikdir. Hər bir insan doğulduğu andan etibarən qeyri-iqtisadi nemətlərdən istifadə hüququna yiyələnir və istisna hallarda bu hüquq cəmiyyət tərəfindən məhdudlaşdırılır. Bu cür nemətlərə insanın öz həyatı, hava, günəş və s. aiddir. İctimai nemətdən istifadə hüququ insanların məhdud dairəsi, ölkənin, regionun, evin və s. sakinləri arasında bölüşdürülür. dünyanın, regionun və mənzilin sakinlərində və s.-də yayılmışdır. Bu hüquq nemətin spesifik xüsusiyyətləri: istisnasızlıq və rəqabətsizlik hesabına məhdudlaşdırıla bilməz. İctimai nemətlərə asayişin qorunması, şəhər parkı və s. aiddir, informasiya cəmiyyətində yaradıcı əməyin məhsullarını əldə etmək imkanı daha az xərclərlə mümkünləşir. Ona görə də bu məhsullar faktiki olaraq ictimai nemətə çevrilirlər.

Şəxsi nemətlərdən istifadə hüququ şəxsi mülkiyyət sisteminə əsaslanır. Nemətin bu növü yalnız onun sahibi tərəfindən istifadə edilə bilər. Müasir dövrdə şəxsi nemətin əsas növü kimi pul çıxış edir. Şəxsi nemət mütləq mənada maddi və ya pul formasına malik olmur. Zadəgan titulu, elmi dərəcə, işgüzar ad kimi bir sıra statuslu nemətlər qeyri-maddi nemətin nümunəsi kimi qəbul oluna bilər. Şəxsi nemətlərin bölgüsünün əsas amili kimi varislik təsisatı çıxış edir. Müəyyən şəxsi nemətlərə mülkiyyət hüququ varislərə verilə bilər, digər şəxsi nemətlərə bu hüquq verilə bilməz. Maddi nemətlər varislərə ötürülə bilər, qeyri-maddi nemətlər isə ötürülə bilməz. Qeyri-maddi nemətlərdən fərqli olaraq varislik üzrə ötürülən qeyri-maddi nemətin nümunəsi kimi zadəgan titulunu göstərmək olar.

Şəxsi keyfiyyətlərin bölgüsü iki əsas - bioloji və sosial amillə müəyyən edilir. Bioloji amillər insanın anadangəlmə keyfiyyətlərini, sosial amillər isə insanın sonradan qazanılmış keyfiyyətlərini müəyyən edir. İki amil arasındakı fərq ondan ibarətdir ki, insanın irsi keyfiyyətləri müəyyən məqsədə yönəldilmiş dəyişikliyə aid deyildir, lakin insanın əldə olunmuş keyfiyyətləri isə əksinə olaraq tərbiyyənin, təhsilin və tibbi xidmətin nəticələri kimi çıxış edir. Son onillikdə biotexnologiyanın naliyyətləri insanın təbii keyfiyyətlərini daha böyük dərəcədə müəyyən olunmuş məqsədə dəyişmək imkanını verir. Bununla da bioloji və sosial amillər arasındakı sərhəd tədricən silinir.

Mülkiyyət hüququnun bölgüsü sistemi və şəxsi keyfiyyətlərin bölgüsü sistemi öz aralarında sıx şəkildə bağlıdırlar. Digər tərəfdən şəxsi keyfiyyətlərə təsir edən əsas amil kimi şəxsi nemətlərin əslində isə pul sərvətlərinin bölgüsü çıxış edir. Pul fərdə spesifik şəxsi nemətə malik olmaq imkanını yaradır. Belə nemətlərə pullu tibbi, təhsil, turizm və s. xidmətlər aiddir. Şəxsi keyfiyyətlərin bölgüsünə eləcə də eyni əhəmiyyətə, yəni, pulsuz təhsilə, pulsuz tibbi xidmətlərə və s. malik olan ictimai nemət istehlakının həcmi təsir döstərir. Belə nemətin istehsal həcmi nə qədər çox olarsa maddi bərabərsizliyin şəxsi keyfiyyətlərin bölgüsünə təsiri bir o qədər də az olacaqdır. Digər tərəfdən şəxsi keyfiyyətlərin bölgüsü şəxsi nemət bölgüsünə təsir edən əsas amil kimi çıxış edir. Aşağıda göstərildiyi kimi cəmiyyətin inkişafı ilə fərdin şəxsi qabiliyyətinin onun istehlak həcminə təsiri güclənir.

Hər bir fərd cəmiyyətdə nemətlərin bölgüsü sisteminin eyni zamanda həm obyekti, həm də subyekti kimi çıxış edə bilər. Fərd obyekt qismində iştirak etdikdə özünün istehsal etdiyi nemətlərin həcmini müəyyən edən sistemin təsirini hiss edir. Sistemin subyekti qismində isə fərd öz əməlləri ilə digər insanların istehlak etdiyi nemətlərin həcminə təsir göstərə bilər. Fərdin bu bacarığı onun iqtisadi hakimiyyəti kimi çıxış edir.

Fərdin iqtisadi hakimiyyəti daxili və xarici amillərlə müəyyən edilir. Xarici amilə fərdə məxsus şəxsi (həm maddi, həm də qeyri-maddi) nemətlər aiddir. İqtisadi hakimiyyətin daxili amillərinə isə fərdin şəxsi (həm anadangəlmə, həm də sonradan qazanılmış) keyfiyyətləri aid edilir. Hər bir tarixi dövrə cəmiyyətdə nemətlərin bölgüsünün xarakterinə təsir edən iqtisadi hakimiyyətin dominant amili uyğundur. İqtisadi hakimiyyətin həmin bu amilinə əsaslanan cəmiyyətdə nemətlərin bölgüsü sistemi iqtisadi hakimiyyətin sistemi adlanır. O, cəmiyyətin həm iqtisadi, həm də siyasi sisteminin fəaliyyət xarakterini müəyyən edir. Ona görə də onu sadəcə olaraq hakimiyyət sistemi adlandırırlar.

İndi isə ibtidai, sənayeyəqədərkisənaye cəmiyyətlərində hakimiyyət sistemlərini nəzərdən keçirək.

İbtidai cəmiyyətdə iqtisadi hakimiyyətin üstünlük təşkil edən amili kimi insanın fiziki gücü hesab edilirdi, bölüşdürülən nemətlərin üstünlük təşkil edən növü kimi isə həyati vacib predmetlər: qida, geyim və s. hesab edilirdi. Lakin cəmiyyətin inkişafı ilə insan özünün fiziki məşğuliyyət qabiliyyətini inkişaf etdirir və onun mexaniki gücü daha çox məqsədyönlü özünü dəyişdirmənin nəticəsi kimi çıxış edir, yəni əldə olunmuş keyfiyyətə transformasiya olunur.

Sənayeyəqədərki cəmiyyətdə iqtisadi hakimiyyətin başlıca amili kimi torpaq üzərində xüsusi mülkiyyəti, iqtisadi üstünlükləri və s. dəstəkləyən miras qalmış titul çıxış edir. Bu cəmiyyətə müvafiq olan siyasi sistem aristokratiya adını almışdır. Bu dövrdə insanın şəxsi keyfiyyətləri cəmiyyətdə nemətlərin bölgüsünə əhəmiyyətsiz təsir göstərmiş və eyni zamanda insanın təbii əsaslandırılmış fiziki gücü təsərrüfat həyatına ciddi təsir göstərməmişdir. İqtisadi həyat sərt reqlamentasiyaya məruz qaldıqca, bölüşdürülən maddi nemətlər heç də hər zaman bazar formasını almamışdır. Cəmiyyətin inkişafı ilə iqtisadiyyatın əksər hissəsini bazar münasibətləri tutur və bu zaman nemətin üstünlük təşkil edən forması kimi əmtəə çıxış etməyə başlayır. Bu zaman nemətlərin bölgüsü sistemində varislik titulunun hesabına deyil, müstəqil rəqabət şəraitində bazar fəallığı vasitəsilə əldə olunmuş xüsusi mülkiyyət mühüm rol oynayır.

Sənaye cəmiyyətində anadangəlmə deyil, daha çox sonradan qazanılmış sahibkarlıq qabiliyyəti iqtisadi hakimiyyətin başlıca amillərindən hesab olunur. Onlar insanın möhkəm əsəb sistemi, dözümlülük, məharətlilik və s. kimi bəzi anadangəlmə qabiliyyətləri ilə daha da möhkəmləndirilmişdir. Bu cür siyasi sistem demoktatiya adını almışdır. Demokratiyanın əsas mahiyyəti sənayeqədərki dövrün irsən alınmış iqtisadi imtiyazlarından imtinadan və ictimai həyatın təsərrüfat və siyasi sferalarında fərdlərə bərabər hüquqların verilməsindən ibarətdir. Sənaye cəmiyyətində əmtəə nemətlərin üstünlük təşkil edən növü kimi çıxış edir. Cəmiyyətin inkişafı ilə iqtisadiyyatda maddi əmtəələr deyil, müasir informasiya texnologiyaları vasitəsilə ictimai nemətlərə çevrilən yaradıcılıq fəaliyyətinin məhsulları daha böyük rol oynamağa başlamışlar. İqtisadiyyatın bazar sferası tədricən itməkdədir.
4. Meritokratiya

İnformasiya cəmiyyətində iqtisadi hakimiyyətin üstünlük təşkil edən amili kimi fərdin yaradıcılıq qabiliyyəti, məhsulun üstünlük təşkil edən növü kimi isə unikal şəxsin ali fəaliyyətinin nəticəsi olan informasiya məhsulu çıxış edir. Yaradıcılıq qabiliyyəti insanın merkantil (mənfəətpərəst) məqsədləri ilə zəif şəkildə əlaqəlidir, onlar daha da müxtəlifdirlər və sahibkarlıq qabiliyyəti ilə müqayisədə irsi amillərlə daha az dərəcədə şərtlənmişdir.

İnformasiya cəmiyyətində nemətlərin bölgüsü əvvəlki dövrlərdəki nemət bölgüsündən prinsipial şəkildə fərqlənir. Çünki o zaman istehlak sferasındakı bərabərsizlik maddi nemətlərin qeyri-bərabər bölgüsü ilə müəyyənləşirdi. Maddi nemətlərin əksər hissəsinin istehlakı insanın yüksək intellektual və yaradıcı inkişafını tələb etmirdi. Ona görə də şəxsi keyfiyyətlərin bölgüsü problemi ikinci dərəcəli hesab olunurdu. İnformasiya cəmiyyətində isə vəziyyət başqa cürdür. İnformasiya məhsulları ictimai nemət kimi çıxış etdiyindən nemətlərin bölüşdürülməsi problemi özünün ənənəvi anlamında aktuallığını itirmiş olur və tədricən yaradıcılıq qabiliyyətinin bölüşdürülməsi problemi ilə əvəzlənir. Bir tərəfdən insanın yardacılıq qabiliyyətləri onun özünün inkişafı naminə ictimai informasiya nemətlərindən istifadə etmək bacarığını xarakterizə edir, yəni, son nəticədə onun istehlak həcmini müəyyən edir. Digər tərəfdən insanın yaradıcılıq qabiliyyəti onun informasiya nemətlərini yaratmaq bacarığını xarakterizə edir, yəni, son nəticədə onun istehsal həcmini müəyyən edir. Beləliklə də insanın yaradıcılıq inkişafı onun istehsal və istehlak etmək qabiliyyətini müəyyən edir. Əvvəlki tarixi dövrlərdə insanın bu qabiliyyətləri üst-üstə düşmürdülər və eləcə də müxtəlif ictimai siniflərə aid edilirdilər. Belə ki, istehsal əməyi aşağı siniflərə, istehlak isə yuxarı siniflərə aid edilən bacarıqlardır. İnformasiya cəmiyətində nemətlərin bölgüsü ictimai faydalı fəaliyyətin bölgüsü prosesini əks etdirir. İnsan inkişaf etdikcə onun yaradıcı istehlakının və yaradıcı istehsalının həcmi bir o qədər də artır.

Nemətlərin bölgüsü problemində əsas diqqəti şəxsi nemətlərin bölgüsündən qabiliyyətlərin bölgüsünə keçməsi “nemət” anlayışının özünə olan yanaşmanın köklü sürətdə dəyişməsinə gətirib çıxarmışdır. Əgər əvvələr nemət anlayışı adı altında istehlakın xarici obyekti başa düşülürdüsə informasiya cəmiyyətində isə bu termin altında istehlakın subyekti–insan, daha döğrusu onun informasiya məhsullarını istehlak etmə prosesini mümkünləşdirən qabiliyyətləri başa düşülür. İnformasiya cəmiyyətində nemət anlayışının mahiyyətinin dəyişməsi nemətlərin internalizasiyası adlanır. Maddi əmtəələr formasında olan xarici nemətlər fərdin yaradıcı qabiliyyətləri formasında olan daxili nemətlərlə əvəzlənir.

Şəxsi nemətlərin ilk növbədə isə pul gəlirinin bölgüsü informasiya cəmiyyətində şəxsi keyfiyyətlərin bölgüsündən asılıdır. Bu asıllığın iki – obyektiv və subyektiv amilini fərqləndirilər. Obyektiv amil daxili nemətlərin sahiblərinin eyni zamanda informasiya məhsullarının istehsalçısı kimi çıxış etməsi ilə şərtləndirilmişdir. Öz növbəsində informasiya məhsulları özlərinin yaranması anında ictimai deyil, şəxsi nemətlər kimi çıxış edirlər.

Bu vəziyyət fərdə özünün yaradıcı fəaliyyətinin məhsulunu onun üçün zəruri olan maddi nemətlərə mübadilə etmək imkanını verir. Başqa sözlə yaradıcı fərd informasiya iqtisadiyyatında ən az nadir resursun mülkiyyətçisi kimi çıxış edir. Şəxsi nemətlərin bölgüsünün qabiliyyətin bölgüsündən asıllığının subyektiv amili informasiya nemətlərinin istehsalının maksimallaşmasına yönəldilmiş dövlət hakimiyyətinin müəyyən məqsədə yönəldilmiş fəaliyyətində əks olunur. Bu məqsədə əsasən dövlətin sərəncamında olan maddi nemətlər elə bölüşdürülməlidir ki, onun bölgüsü cəmiyyətdə yaradıcı fəaliyyətin ümumi həcmini maksimallaşdırısın. Onda yüksək yaradıcılıq qabiliyyəti olan fərd aşağı səviyyəli yaradıcılıq qabiliyyətli fərdlə müqayisadə dövlətdən daha çox qayğı görməlidir. Subyektiv amil hökümətin zəmanət verdiyi yaşayış minimunun həcminə təsir edir. Yaşayış minimumu fərdin yaradıcılıq qabiliyyətindən asılı olaraq differensial şəkildə tətbiq olunmaılıdır. Fərd inkişaf etdikcə dövlət tərəfindən zəmanət verilən yaşayış minimunun məbləği yüksəlir.

İnsanın xidmətləri–bu onun yaradıcı qabiliyyətinin zahiri təzahürüdür. İnformasiya iqtisadiyyatında xidmətlər fərdin informasiya məhsullarının fərdlər tərəfindən istehlak müddətinin ümumi davamlılığı və ya digər fərdlər tərəfindən tələb etməsi vasitəsilə kəmiyyətcə qiymətləndirilə bilər.

Beləliklə, informasiya iqtisadiyyatında həm xarici, həm də daxili nemətlərin bölgüsü prinsipi qısaca olaraq aşağıdakı kimi təyin olunur: “Hər bir insana – onun xidmətinə görə”. Bu prinsipə əsaslanan hakimiyyət sistemi meritokratiya (ingliscə merit – xidmət, ləyaqət) adlandırılır.



Meritokratiya – informasiya cəmiyyətinin iqtisadi və siyasi hakimiyyət sistemidir.

İnformasiya və sənaye cəmiyyətlərində hakimiyyətlərin xarakteri bir-birindən əsaslı şəkidə fərqlənirlər. Sənaye iqtisadiyyatında hakimiyyət məcburi simasızlaşdırılmış xarakteri daşıyır. İqtisadi sferada əməyə məcburiyyət maddi nemətlərin istehlak həcminin azalması təhlükəsi altında yerinə yetirilir. Siyasi sferada əməyə məcburiyyət insanın şəxsi keyfiyyətlərinin (ilk növbədə mənəvi) kifayət etməyən səviyyədə inkişafı ilə əsaslandırılan güc formasında yerinə yetirilir. Sənaye cəmiyyətinin iqtisadi sferasında hakimiyyətin simasızlaşdırılması özünü insanlararası qarşılıqlı əlaqələrin əsas amili hesab edilən pulun vasitəçilik funksiyasında əks olunur. Siyasi sferada hakimiyyətin simasızlaşdırılması siyasi qüvvənin üstünlük təşkil edən rollarında və insanın şəxsi keyfiyyətləri “hazırlanan” ictimai təşkiltlarda əks olunur. İnformasiya cəmiyyətində hakimiyyət əsaslandırılmış və şəxsləndirilmiş şəkildə çıxış edir. O, hər bir fərdin hakimiyyətin həm obyekti, həm də subyekti kimi çıxış etdiyi könüllü insanlararası qarşılıqlı əlaqələr formasında təzahür edir. İkitərəfli hakimiyyətli təsirlərin nəticəsində fərdlərdə yaradıcılığa, yəni, məhsuldar fəaliyyəttə əlavə motivlər meydana gəlir. Fərdin ictimai davranışı dövlət tərəfindən güc təsirinin qorxusu ilə deyil, qeyri-əxlaqi hərəkət hallarında şəxslərarası əlaqələrin itməsi qorxusu ilə nizamlanır.



İnformasiya iqtisadiyyatında maddi nemətin bir fərddən digər fərdə təmənnasızz ötürülməsi birinci fərd üçün heç də həmişə itki kimi hesab edilmir. Əgər belə ötürmə nəticəsində ikinci fərdin yaradıcılıq fəaliyyətinin həcmi artarsa və onun birinci fərdə şəxsi təsiri çox olarsa onda sonuncunun yaradıcılıq istehlakının həcmi son nəticədə arta bilər. Beləliklə də informasiya cəmiyyətində maddi nemətlərin bir tərəfli ötürülməsi Pareto-təkmilləşməyə gətirib çıxara bilər. Bu könüllü razılaşmaların vasitəsilə maddi nemətlərin doğru bölgüsü probleminin münaqişəsiz həlli üçün əsas yaradır.




Yüklə 65,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə