Academic
Views
1
E-Ticarәt vә Azәrbaycanda Tәtbiqinin İqtisadi Sәmәrәliyi
Elçin Süleymanov vә Füzuli Әliyev
Giriş
Qloballaşan dünyada ticarәtin әhәmiyәti daha da artmaqdadır. Xüsusilә qәrb ölkәlәri,
Amerika vә Yaponiyada geniş tәtbiq olunan e-ticarәt getdikcә Azәrbaycanda da geniş
vüsәt almağa başlamışdır. E-ticarәt tәbii ki yeni bir ticarәt istiqamәtidir, ancaq müәyyәn
әsaslar vә prinsiplәr baxımından әnәnәvi ticari metodlara oxşardır vә çox vaxt eyni
metodlardan istifadә edir. Dolaysıyla e-ticarәt, hәr mәnada yeni vә әnәnәvi ticarәtә
alternativ bir ticari metod deyil, informasiya vә kommunikasiya texnologiyalarının
inkişafına paralel olaraq ortaya çıxan vә ticarәti asanlaşdıran bir yenilikdir. İnternet bütün
sahәlәrә yeniliklәr gәtirib. Qısa desәk, bir kompüterin başqa bir (vә ya daha çox)
kompüterә bağlanması ilә ortaya çıxan sistemә kompüter şәbәkәsi (computer network)
deyilir. Buna әsaslanaraq interneti dünyanın hәr tәrәfinә bağlı olan kompüter şәbәkәsi
adlandıra bilәrik. Hәr ay tәxminәn 10% böyüyәn bu geniş kompüter şәbәkәsi informasiya
bölüşmә sürәtini dә hәr gün artırmaqdadır. Dünyada insanlararası әmәk bölgüsü nәticәsindә
ticarәt anlayışı ortaya çıxmışdır. Qәdim bir anlayış olan ticarәt ilә, ticarәtә görә daha yeni
anlayış olan internet bir-birinә yaxınlaşmağa başlamışdır. Ticarәtin interneti ticari bir
mәhsul kimi görmәsinin sәbәbi internetin geniş kütlәli bir şәbәkәyә yayılmasıdır. Bundan
başqa, әnәnәvi marketinq fәaliyyәti internetә görә 4 dәfә daha bahalıdır. Bu vә digәr
sәbәblәrә görә internetә yönәlәn bütün ticari fәaliyyәtlәr elektron ticarәt adlandırılır. Gün
keçdikcә qlobal bazarda payı böyüyәn elektron ticarәt әmәliyyatlarında ABŞ-ın lider
olmağı heç kәsi tәәccüblәndirmir, çünki әn güclü internet infrastrukturu vә istifadәçisi
Amerikadadır. Buna görә dә inkişaf etmәkdә olan ölkәlәr dünya bazarında daha çox paya
sahib ola bilmәk üçün elektron ticarәtә yönәlmәli vә bunun üçün lazımi infrasturkturu
yaratmalıdırlar.
Elektron Ticarәt Anlayışı
E-ticarәtә müxtәlif tәriflәr vermәk olar. Bәzi yanaşmalara görә e-ticarәt (e-commerce) hәr
cür malın vә xidmәtin kompüter texnologiyası, elektron rabitә kanalları vә müvafiq
texnologiyalardan (smart kartlar, elektron fond transferi-EFT, POS terminallar, faks, vәs.)
istifadә edilәrәk alınıb satılmasıdır. Başqa bir yanaşmaya görә isә e-ticarәt, ödәmә
prosesinin internet vasitәsilә hәyata keçirildiyi alqı-satqılardır. Elektron ticarәtin inkişafı
prosesinin internetin inkişafına paralel olduğu müşahidә edilmәkdәdir. Xüsusilә internet
sәhifәlәri üçün tәmәl proqramlaşdırma dili olan HTML (Hypertext Markup Language) vә
Sun Microsystems tәrәfindәn yaradılmış bir proqramlama dili olan JAVA-dan istifadә
etmәklә saytlardakı elektron ticarәt әmәliyyatları daha rahat dizayn vә idarә edilmәkdәdir.
Elektron Ticarәt Vasitәlәri
Elektron ticarәt әsasәn 2 yolla hәyata keçirilir. Bunlar, firmadan firmaya (B2B) vә firmadan
istehlakçıya (B2C) olan e-ticarәt yollarıdır. Bununla bәrabәr, elektron әmәliyyatlara daha
geniş prizmadan yanaşsaq, bura dövlәt qurumları, fәrdlәr, xaricdәki vәtәndaşlar, şirkәtlәr vә
Elçin Süleymanov vә Füzuli Әliyev Aprel 2013
digәr müәssisәlәri dә daxil etmәk lazımdır. Çünki, elektron әmәliyyatlar firmalarla firmalar
arasında, firmalarla istehlakçılar arasında, firmalarla dövlәt orqanları arasında, firmalarla
xarici vәtәndaşlar arasındakı әlaqәlәri ifadә etmәkdәdir. [1]
E-ticarәtin vasitәlәrinә gәldikdә isә, ticari fәaliyyәtlәrdә istifadә etdiyimiz vә ticarәti
asanlaşdıran bütün vasitәlәr e-ticarәt vasitәlәri sayıla bilәr. Mәsәlәn, internet, kompüter,
telefon, faks, elektron ödәmә vә pul transfer sistemlәri, EDI (Electronic Data Interchange-
Elektron Mәlumat Mübadilәsi), multimedia texnologiyaları, vәs. göstәrilә bilәr. Elektron
ticarәtin vasitәlәri aşağıdakı kimi sıralana bilәr: telefon, faks, televiziya, bilgisayar, elektron
ödәmә vә pul sistemlәri, elektron mәlumat mübadilәsi, rәqәmsal televiziya, internet,
telekommunikasiya, GSM, vәs. yuxarıda sayılanlarla mәhdudlaşmamaqla on әsas vasitә
elektron ticarәt anlayışını әtraflı izah edir. [2] Ancaq elektron ticarәt daha çox internet
әtrafında cәmlәşmәkdәdir. Bunda internetin böyümә sürәtinin rolu böyükdür.
Müvafiq Siyasәt vә Standartların Yaradılması
E-ticarәt, beynәlxalq ticarәtin qloballaşması baxımından çatılmış әn son nöqtәni ifadә
etmәkdәdir. Daha da irәli gedәrәk e-ticarәt, OECD, UNCTAD vә ÜTT kimi bir çox
beynәlxalq tәşkilatların çoxdan tәmin etmәyә çalışdığı daha asan, uyğun, ucuz vә sürәtli bir
beynәlxalq ticari platforma üçün başlanğıc nöqtәsidir. Beynәlxalq prinsip, norma vә
standartlara uyğun olmayan yerli tәtbiqlәrin çoxu, müvafiq ölkә baxımından e-ticarәtdәn
gözlәnilәn faydanı vermәmәsi ilә nәticәlәnәcәk. [3]
1. Sәrbәst ticarәt:
Dünya bazarının açıq olması, e-ticarәtin inkişafı üçün әn önәmli şәrtlәrdәn biridir. E-ticarәt
baxımından bazarın açıq olması, sәrbәst bazar şәrtlәrindә, şәffaf, etibarlı, hamı üçün sürәtli
vә ucuz әlçatan infrastrukturun qurulması demәkdir. Buna görә, ölkәlәrin struktur
islahatlarına üstünlük vermәlәr vә xüsusilә dә telekommunikasiya sektorunu vә internet
xidmәtlәrini sәrbәslәşdirmәlәri lazımdır. [4]
2. Bazar mexanizminin hüquqi bazasının formalaşdırılması:
i) Vergiqoyma: Vergi, e-ticarәtdә әn çox müzakirә edilәn mövzulardan biridir. Vergi
sahәsindәki anlaşmazlıqlar hәm dolaysız (direkt), hәm dә dolayı vergilәrdә var.
Dolaysız vergilәrdә, vergi mükәllәfinin daimi iqamәt adresi vә vergi tutulmalı gәlirin
mәnbәyi (ölkә әsaslı) münaqişәlidir.
ii) Elektron maliyyә әmәliyyatları: Elektron maliyyә әmәliyatları, belkә dә mövcud e-
ticarәt strukturunun әn yaxşı işlәyәn komponentidir. Bunun sәbәbi, elektron fond
transferi (EFT) vә oxşar bank әmәliyyatlarının uzun vaxtdır tәtbiq olunmasıdır.
Bununla yanaşı, bu әmәliyyatlar, bәzәn problemlәr olmasına baxmayaraq, üçüncü
tәrәflәrin müdaxilәsi mümkün olmadan elektron mühitdә hәyata keçirilmәkdәdir.
iii) Biznes siyasәti vә bazarlarda iştirak: Sәrbәst ticarәt siyasәti vә azad yerli rabitә
infrastrukturu (telekommunikasiya xidmәtlәri) e-ticarәt üçün çox vacib amillәrdәndir.
Academic
Views
3
Bazarlara çıxış hәm kәmiyyәt (istifadәçi sayı), hәm dә keyfiyyәt (sürәt, servis
proayderlәr vәs.) baxımından, xüsusilә inkişaf etmәkdә olan ölkәlәrdә çox işlәr
görülmәli olan bir mövzudur
iv) Ticarәt qanunvericiliyi: Әnәnәvi ticarәtә görә hazırlanmış ticarәt qanun vә normativ
aktlarının, e-ticarәtin yaratdığı yeni şәrtlәrә uyğunlaşdırılması lazımdır. Müqavilәlәr,
imza, elektron sәnәdlәrin hüquqi qüvvәsi kimi mәsәlәlәr, e-ticarәti genişlәndirmәk
istәyәn hәr ölkәnin ticarәt qanunvericiliyindә nәzәrdә tutulmalı, lazım gәlәrsә müvafiq
dәyişikliklәr edilmәlidir.
v) İntellektual mülkiyyәt hüquqları: İntellektual mülkiyyәt hüquqları; bir tәrәfdәn
әdәbiyyat, musiqi, fotoqrafiya kimi әnәnәvi incәsәnәt әsәrlәrini, digәr tәrәfәdәn dә
kompüter proqramları kimi yeni inkişaf edәn sahәlәrlә әlaqәdardır. Ümumdünya
İntellektual Mülkiyyәt Tәşkilatı (WIPO), elektron mühitdә әsәr sahibinin hüquqlarının
qorunması mәqsәdilә 2 yeni müqavilә hazırlayıb vә imza üçün tәqdim etmişdir.
Azәrbaycanın E-Ticarәtdәn Әldә Edәcәyi Qazanclar
İnkişaf etmәkdә olan ölkәlәrin әn vacib ortaq problemlәrindәn biri, iqtisadiyyatda
sәmәrәliliyin lazımi ölçüdә tәmin edilmәmәsidir. Başqa sözlә, mәnbәlәrin optimal istifadә
edilmәsindә әngәllәr vardır. Bu әngәllәr, adәtәn islahat siyasәti ilә hәll oluna bilәn struktur
problemlәridir. Mәhdud tәbii, maliyyә vә bәşәri resursların әn yaxşı formada istifadә
olunacağı sahәlәrә istiqamәtlәndirilmәsi (resursların optimal bölgüsü), bu mәqsәdlә
bazarların açıq saxlanılması, bәrabәr imkanlar, şәffaflıq, ticari, intellektual vә istehsal
hüquqlarının qorunması vә bunlar üçün lazımi hüquqi, inzibati vә texniki strukturların
yaradılması iqtisadi sәmәrәliliyin artırılması üçün vacib şәrtlәrdir. [5] E-ticarәt, inkişaf
etmәkdә olan ölkәlәr baxımından sağlam rәqabәtә qarşı әngәllәrin azaldılması vә ortadan
qaldırılması üçün uyğun bir vasitә olmaqla bәrabәr, struktur elastikliyinә görә hәr ölkә
iqtisadiyyatı üçün vacib olan kiçik vә orta sahibkarlıqların dәstәklәnmәsi baxımından da
böyük imkanlar açmaqdadır. E-ticarәt, hәr şeydәn әvvәl müәyyәn mal vә xidmәtlәrin tәmin
edilmәsindә “bazara yaxın olmaq” amilini şirkәtlәr üçün bir üstünlük olmaqdan
çıxartmaqdadır. Elektron әlaqә ilә azaldılan әmәliyyat vә nәqliyyat xәrclәri hәm lokal hәm
dә beynәlxalq bazarlarda mal vә xidmәt ticarәtinin strukturunu dәyişdirmәkdәdir. Elektron
mühitdә tәmin olunma xüsusiyyәti olmayan fiziki mallara da, e-ticarәt bәzi asanlıqlar
gәtirmәkdәdir. Belә malların istehsalında istifadә olunan investisiya, xammal vә
yarımfabrikatların әn uyğun xәrclәrlә tәdarükü, tәdarükçülәrin inventar mәlumatları
haqqında sürәtli mәlumat alma, kompüterlә idarә olunan tәdarük sistemlәri, istehsal edilәn
malların paylanmasında (lokal nәql, beynәlxalq әmәliyyatlarda gömrük sistemlәri) vә
marketinqindә әn optimal paylama kanallarının vә marketinq imkanlarının müәyyәn
edilmәsi kimi müxtәlif asnalıqlar, fiziki malların әl dәyişdirmәsindә e-ticarәtin ortaya
çıxartdığı imkanlardan bәzilәridir. İnkişaf etmәkdә olan ölkәlәr, e-ticarәt mövzusunda
hazırlıqlarını nә qәdәr tez başlasalar qazancları da o nisbәtdә artacaqdır. [6]
Әks halda, dünya ticarәtinin inkişaf etmiş ölkәlәrdәn digәrlәrinә doğru istiqamәtlәnmәsi
daha da güclәnәcәk.Lazımi açıq şәbәkәyә çıxış infrastrukturunu, inzibati vә hüquqi
Elçin Süleymanov vә Füzuli Әliyev Aprel 2013
tәnzimlәmәlәri yaxın vaxtda hәyata keçirmәyәn, әmәk gücünün kәmiyyәt vә keyfiyyәtini
belә açıq şәbәkәdә әmәliyyatlara hazır sәviyyәyә gәtirmәyәn cәmiyyәtlәr e-ticarәt
mövzusunda da geridә qalacaqlar. Belәliklә, başda çox mәsrәfli kimi görünәn lazımi
texniki vә inzibati infrastrukturu qurabilmәyәn ölkәlәri iqtisadi vә sosial itkilәri müvafiq
başlanğıc xәrclәrindәn daha çox olacaq. [7]
Elektron ticarәtin inkişaf etdirilmәsi vә yayılması baxımından qısa müddәtdә edilmәli
tәnzimlәmәlәr aşağıda göstәrilib. Bu düzәnlәmәlәr çox vacibdir vә bunlardan hәr hansı
birinin lazımi şәkildә hәyata keçirilmәmәsi elektron ticarәtinә çox böyük mәnfi tәsir
edәcәkdir:
1. Texniki infrastrukturun yaxşılaşdırılması, sahә adları tәsis sisteminin
formalaşdırılması: Әvvәlki bölmәlәrdә dә deyildiyi kimi, texniki infrastuktura görә
ortaya çıxan problemlәr açıq şәbәkәlәrә çıxışı, dolayısıyla da e-ticarәti çox
mәhdudlaşdırmaqdadır. Sürәtli, etibarlı, ucuz vә hәrkәsin istifadә edәcәyi bir açıq
şәbәkә infrastrukturu olmadan, e-ticarәtin faydalarından istifadә etmәk mümkün
olmayacaq. Bu çәrçivәdә, istifadәçilәrin girәcәyi şәbәkә saytlarının adlarının
(domain names) tәsis edilmәsi, bunların daha sonra istifadәlәrini asanlaşdırmaq
mәqsәdilә tәsnif edilmәsi vә bu işlәrdә haqsız rәqabәtә imkan vermәmәk üçün sahә
adları tәsis sisteminin şәffaf vә beynәlxalq normalara uyğun olmasının tәmin
edilmәsi vacibdir.
2. İstehlakçını vә şәxsi mәlumatları qoruyan tәdbirlәrin alınması: İstifadәçilәrin e-
ticarәt sisteminә etibarı etmәsini tәmin etmәk vә davam etdirmәk lazımdır. E-ticarәt
ilә hәyata keçirilәn ticari fәaliyyәtlәrdә, әnәnәvi ticarәtdә olduğu kimi mәxfiliyin,
mәlumatın tamlığının vә şәxsiyyәtin doğruluğunun tәmin edilmәsi vә istifadәçilәrin
bunlardan әmin olması çox vacibdir. Bunula yanaşı әnәnәvi ticarәtdә olduğu kimi
istehlakçı hüquqlarının qorunması üçün әlavә hüquqi vә inzibati tәnzimlәmәlәrә
ehtiyac vardır.
3. Elektron imzanın hüquqi qüvvәsinin olması: Elektron imza, e-ticarәtdә vacib olan
istifadәçi tәhlükәsizliyinin vә sistemin tәhlükәsizliyinin tәmin edilmәsi baxımından,
eyni zamanda da әnәnәvi ticarәtin әsas elementi olan imzanın funksiyasını yerinә
yetirmәsi baxımından çox vacib bir sistemdir. Elektron imzanın hüquqi qüvvәsini
tәmin etmәdәn, elektron mühitdә biznes müqavilәsi bağlamaq demәk olar ki
mümkün deyil.
4. Vergiqoyma, ödәmә vә çatdırılma üsullarının yaradılması: Xüsusilә beynәlxalq e-
ticarәtdә vergi ödәnilmәsi vә yerli vergi orqanları arasında bölgüsü üçün ümumi
hәll yollarının tapılması, ödәmә vasitәlәrinin yaradılması, gömrük prosedurasının
sadәlәşdirilmәsi vә e-ticarәtә uyğunlaşdırılması lazımdır.
5. İntellektual mülkiyyәt hüquqlarını qoruyan tәdbirlәrin görülmәsi: E-ticarәtdә, daha
doğrusu açıq şәbәkәlәrdә xüsusilә kompüter proqramlarının, şeir, roman, hekayә,
Academic
Views
5
rәsm kimi sәnәt әsәrlәrinin oğurlanması, qanunsuz tәqlid edilmәsi vәs. hallarda
intellektual mülkiyyәt hüquqlarının qorunması lazımdır.
E-Ticarәtin İqtisadi vә Sosial Tәsirlәri
E-ticarәtin tәmәl iqtisadi tәsiri, әngәllәrin daha az olduğu bir iqtisadi fәaliyyәt sahәsi
yaratmasıdır. Bu tәsir, әsas olaraq sürәtlә inkişaf edәn informasiya-kommunikasiya
texologiyalarının nәticәsidir. E-ticarәt, sürәtlә inkişaf edәn bu infrasturkturdan istifadә
etdiyi üçün iqtisadi hәyata tәsiri dә eyni ölçüdә çox böyükdür. E-ticarәt, potensial olaraq
bütün istehsalçı, tәdarükçü, istifadәçi vә istehlakçıları bir yerә yığdığına görә, sәnaye
inqilabından bu yana xәyal edilәn mal vә xidmәt istehsalı ilә ticari hәyatı reallığa çevirәn
xüsusiyyәtlәrә sahib olduğu hesab edilir. Bütün bunlarla yanaşı, e-ticarәt hәlә yeni bir
istiqamәt olduğundan iqtisadi vә sosial tәsirlәrin bu gündәn hiss edilmәsi, hәr şәraitdә
fәrziyyәlәrә әsaslandırılmaqda vә spekulyativ olmaqdadır. [8] E-ticarәtin statistik mәnada
necә ölçülmәsi lazım olduğu mövzusunda hәlәki hәr hansı bir beynәlxalq uzlaşmaya
varılmamışdır. Hәr hansı bir vasitә vә göstәricilәrlә ölçülә bilmәyәn bir böyüklüyün
gәlәcәk tәsirlәri haqqında danışmaq tәbii olaraq etibarlılıq intervalı geniş olan tәxmini bir
yanaşma olacaq.
Nәticә
E-ticarәtin Azәrbaycan iqtisadiyyatına tәsiri, әngәllәrin daha az olduğu bir iqtisadi fәaliyyәt
sahәsi yaratmasıdır. Bu tәsir, әsasәn sürәtlә inkişa edәn informasiya-kommunikasiya
texnologiyalarının sәbәb olduğu nәticәdir. Bu tәsirlәri 2 cәhәtdәn nәzәrә ala bilәrik:
1. Firmalar baxımından faydaları: İnternet sayәsindә firmalar müştәrilәrinә dünyanın
hәr yerindә 7 gün 24 saat xidmәt edә bilirlәr. İnternetdә virtual mağaza açmağın
maya dәyәri real bir mağaza açmağın maya dәyәrindәn olduqca aşağıdır. Daha sürәtli
mәhsul istehsalı, test edilmәsi vә müştәri tәlәblәrinin müәyyәn edilmәsi mümkün
olduğundan müştәrilәrin tәlәblәri daha tez tәmin olunur. Sәmәrәli mәhsul tanıtma,
mәhdudiyyәtsiz әlaqә imkanları sayәsindә, qlobal istehlakçı şәbәkәsilә firmalar
yüksәk satış hәyata keçirә bilirlәr.
2. İstehlakçılar baxımından faydaları: İstehlakçı, evindәn, iş yerindәn vә ya hәr hansı bir
yerdәn internetә qoşularaq zaman vә mәkan fәrqi olmadan, hәr zaman hәr yerdәn
alqı-satqı hәyata keçirә bilәr. İnternetdә alqı-satqı asan vә әylәncәlidir.İstehlakçı,
internetdәkibir çox mәhsul arasından özünә әn uyğun mәhsulu müqayisә ilә seçir vә
sürәtlә satın alma әmәliyyatını hәyata keçirir. Ümumiyyәtlә e-ticarәtin iqtisadi vә
sosial hәyata aşağıdakı kimi tәsir edәcәyi düşünülür:
a) Açıq şәbәkәdә e-ticarәt әmәliyyatları, iqtisadi rabitәni çoxaldır. Bunun
nәticәsindә, xüsusilә kiçik vә orta sahibkarlar vә fәrdi müştәrilәr, digәr
marketinq üsullarından daha asan vә ucuz xәrclә ticari fәaliyyәtlәr hәyata keçirә
bilәcәklәr.
Elçin Süleymanov vә Füzuli Әliyev Aprel 2013
b) E-ticarәtin gedәrәk daha çox istifadә edilmәsi. Bunun sәbәbi, hamının
istifadәsinә açıq olan vә hәmçinin heç bir tәşkilata vә ya şәxsә aid olmayan
internet istifadә edilmәsidir.
c) E-ticarәt, mal vә xidmәtlәrin istehsalı, paylanması vә marketinqi ilә yanaşı hәr
növ mәlumat mübadilәsinә yeni imkanlar açmaqdadır
d) Mal vә xidmәt bazarının strukturu e-ticarәt ilә dәyişәcәkdir.
e) E-ticarәt ilә, satıcı vә alıcının şәffaf vә әdalәtli rәqabәtә yaxın bir şәraitdә bir
yerә gәlmәsinә imkan verilәrәk, resursların daha sәmәrәli istifadә edilmәsi tәmin
edilәcәkdir.
f) E-ticarәtin, mәşğulluğa tәsiri dә qaçılmazdır.
g) Yeni iş yerlәri vә savadlı olaraq ifadә edilәn – kompüterdәn istifadә edә bilәn
әmәk qüvvәsinin formalaşmasına tәsir edәcәkdir.
h) İnkişaf etmiş ölkәlәrdәn inkişaf etmәkdә olan ölkәlәrә olan yeni texnologiya
ixracı, müәyyәn qәdәr mәdәniyәt ixracını da özü ilә gәtirәcәkdir.
Elektron ticarәtin inkişaf etdirilmәsi baxımından Azәrbaycan hökumәtinә iki әsas vәzifә
düşür. Bunlardan birincisi; dövlәtin әsas funksiyalarının icrası zamanı elektron ticarәtin
gәtirdiyi imkanlardan istifadә edilmәsidir. Bu çәrçivәdә; icra orqanları inzibati vә xidmәti
funksiyalarını yerinә yetirәrkәn elektron hökumәtin verdiyi imkanlardan istifadә etmәli vә
inkişaf etdirmәlidirlәr. Әhalinin qeydiyyatı vә şәxsi mәlumatlarla әlaqәli xidmәtlәr,
vergiqoyma vә ödәmә, dövlәtin mal vә xidmәt alması zamanı e-ticarәtdәn istifadә edilmәsi
buna nümunә göstәrilә bilәr.
Dövlәtin bu mövzudakı ikinci, amma birincidәn daha önәmli vәzifәsi isә elektron ticarәt
üçün lazımi fiziki vә hüquqi infrastrukturu yaratmaqdır. Elektron ticarәtin fiziki
infrastrukturunun qurulması müәyyәn texniki tәchizatdan asılı olduğuna görә, böyük
miqyasda texnoloji yeniliklәrdәn tәsirlәnir. Müasir dövrdә olan texnoloji inkişaf sәviyyәsi,
elektron ticarәtin fiziki infrastrukturunun hazırlanmasına çox müsbәt tәsir edәcәk
keyfiyyәtdәdir. Elektron ticarәt üçün lazımi infrastrukturun yaradılması isә, fiziki
infrastrukturdan daha çәtin kimi görünür. Bunun әn önәmli sәbәblәrindәn biri, әnәnәvi
ticarәtdә istifadә edilәn metod vә vasiәtәlәrin bir qisminin elektron ticarәtә yaramaması,
belәliklә dә mövcud qanunvericilikdә dәyişiklik mәcburiyyәti, hazırlanmalı olan yeni
hüquqi tәnzimlәmәlәrin digәr ölkә qanunlarına da uyğun olması zәrurәtinә baxmayaraq bu
mövzuda hәr hansı bir beynәlxalq fikir birliyinә gәlinmәmәsi, texniki infrastrukturda olan
bәzi problemlәrin hüquqi problemlәrә dә sәbәb olması kimi çәtinliklәr sayıla bilәr. Son
olaraq, e-ticarәtin inkişafı istiqamәtindә hәyata keçirilәcәk dövlәt siyasәti haqqında
danışmaq olar. Çünki, özü dә bir istifadәçi olan dövlәtin bu mövzuda hәyata keçirәcәyi
hazırlıqların keyfiyyәti vә sürәti ilә, texniki, inzibati vә hüquqi tәnzimlәmәlәrdә hәata
Academic
Views
7
keçirәcәyi funksiyaları icra tәrzi e-ticarәtin ölkәdәki inkişafına tәsir edәcәkdir. Bu
xüsusiyyәtlәr nәzәrә alındıqda aşağıdakı amillәrin vacibliyi ortaya çıxmaqdadır:
- Dövlәt orqanlarında bu istiqamәtdә hәyata keçirilәn işlәr koordinasiya edilmәli vә
bu sahәdә özәl sektorla güclü әmәkdaşlıq aparılmalıdır.
- E-ticarәt, qlobal informasiya cәmiyyәtinin ayrılmaz bir parçası olduğuna görә,
hәyata keçirilәn siyasәtlәr, texniki standartlar vә tәtbiqat vasitәlәri beynәlxalq
normalara uyğun formada müәyyәn edilmәli, bu mövzuda tәlәsilmәmәlidir.
- Dövlәt sektoru e-ticarәtdәn istifadәyә öyrәşmәlidir.
- Bürolarda vә ticarәtdә kağız işlәrindәn elektron әmәliyyatlara keçid bir proqram
çәrçivәsindә hәyata keçirilmәlidir.
- Hәyata keçirilәcәk tәnzimlәmәlәrlә istifadәçilәrin tәhlükәsizliyi mütlәq tәmin
edilmәli, tәrәflәrin vә vasitәçilәrin mәsuliyyәti aydın müәyyәn edilmәlidir.
Nәticә olaraq, elektron ticarәt sahәsindә hәyata keçirilәcәk dövlәt siyasәtinin tәrkib
hissәlәrini, müvafiq fiziki infrastrukturun hazırlanmaı vә davamlı inkişaf etdirilmәsi, dövlәt
vә özәl sektorun tәlәblәrinin müәyyәn edilmәsi vә uğunlaşdırılması, vә hüquqi bazanın
yaradılması kimi göstәrmәk olar.
Әdәbiyyat:
[1] “History of the Internet: A Timeline”; (http://www.wnpl.alibrary.com/train/
tutorial/timeline.html). Giriş tarixi 4 mart, 2011.
[2] “History of the Internet”; (http://www.cs.rochester.edu/u/leblanc/internetcourse/
history.htm). Giriş tarixi 5 mart, 2011.
[3] “The Internet”; (http://www.wuwien.ac.at:8082/rfc/rfc1462.hyx/rfc1462.3_b The_
bInterne). Giriş tarixi 12 mart, 2011.
[4] Varian, Hal R., “The Information Economy: How Much Will Two Bits Be Worth in the
Digital Marketplace?”; (http://sims.berkeley.edu/~hal/pages/sciam.htm). Giriş tarixi 12
mart, 2011.
[5] Suleymanov, E “Electronic commerce and IT's probable effects on Azerbaijan
Economy” Application of Information and Communication Technologies, 2009. AICT
2009. International Conference 14-16 Oct. 2009.
[6] Suleymanov, E “Electronic commerce and IT's probable effects on Azerbaijan
Economy” Application of Information and Communication Technologies, 2009. AICT
2009. International Conference 14-16 Oct. 2009.
[7] “Elektronik Ticaret İliskilerin Rengini Belirliyor”, Information Week, S. 15, 1998.
Elçin Süleymanov vә Füzuli Әliyev Aprel 2013
[8] Tapscott, Don, Dijital Ekonomi (İstanbul, Koç Sistem Bilgi ve İletisim Sistemleri A.Ş.
Yayınları, 1998).
Mәnbә: Journal of Qafqaz University, No. 32, 2011.
Dostları ilə paylaş: |