35
imkanları mәhdudlaşdırılmışdır
8
. Bu dәyişikliklәr Venesiya Komissiyasının bәzi
tövsiyәlәri ilә uyğunluq tәşkil etsә dә, Komissiyanın seçki kampaniyalarının tәşkili ilә
bağlı tövsiyәlәri ilә uzlaşmır. Azәrbaycanda geniş KİV olsa da, ATӘT/DTHİB
Beynәlxalq Seçkilәri Müşahidә Missiyası vә ATӘT PA tәrәfindәn müәyyәn edildiyi
kimi, seçicilәrin alternativ görüşlәrә dair mәlumat alması mәhdudlaşır
9
.
Güc bölgüsü, effektiv yoxlama vә balans
Konstitusiyaya әsasәn, Azәrbaycan Respublikasında prezidentli idarәetmә forması
qüvvәdәdir vә prezident qanunverici vә mәhkәmә hakimiyyәti üzәrindә әsaslı tәsir
qüvvәsinә malikdir.
Prezident İlham Әliyev 2003-cü ilin oktyabr ayından hakimiyyәtdәdir. Hakimiyyәtә
gәldikdәn bәri Prezident Әliyev öz siyasi hakimiyyәtini әsaslı şәkildә
möhkәmlәndirmişdir. 2008-ci ildә o, ikinci dәfә beş illik müddәtә prezident
seçilmişdir vә 2013-cü ilin oktyabr ayında keçirilәcәk növbәti prezident seçkilәrindә
namizәdliyini irәli sürәcәk. 2008-ci ildә keçirilmiş seçkilәr ATӘT-in bütün
tövsiyәlәrinә cavab vermәdi, lakin demokratik seçkilәrin keçirilmәsi üzrә beynәlxalq
standartlara cavab verilmәsi istiqamәtindә әhәmiyyәtli irәlilәyişlәrә nail olunmuşdu.
Seçkilәr dinc şәraitdә keçirildi, lakin sağlam rәqabәt yox idi vә parlaq siyasi
müzakirәlәr tәşkil olunmadı. Çatışmazlıqlara baxmayaraq, AŞPA-nın xüsusi komitәsi
bildirdi ki, seçkilәr ölkә seçicilәrinin arzu vә istәklәrini әks etdirir.
Qanunverici hakimiyyәt Milli Mәclisә mәxsusdur. MM beş il üzrә 125 üzvdәn ibarәt
olan bir palatalı qurumdur. Prezidentin Yeni Azәrbaycan Partiyası (YAP)
qanunvericilikdә vә siyasi sistemdә hakim mövqe tutur. Parlament siyasi
müzakirәlәrin tәşkil olunması baxımından forum vә güclü icraedici hakimiyyәti
balanslaşdıra bilәcәk bir qurum kimi inkişaf edir .
Seçkili rәsmilәr tәrәfindәn idarә olunan effektiv hakimiyyәt
Azәrbaycanın seçkili rәsmilәrinin heç bir mәhdudiyyәt olmadan idarә etmәk üçün
effektiv güclәri var. Silahlı qüvvәlәr mülki nәzarәt altındadır vә ölkәnin siyasi
qәrarlar qәbul etmә prosesindә hәlledici rol oynamır.Ölkәdә böyük sahibkarların
әhәmiyyәtli rol oynamasına baxmayaraq, onların seçkili rәsmilәrә tәsir göstәrә
bilәcәk dәrәcәdә çoxlu güclәri yoxdur.
Vәtәndaş cәmiyyәti, informasiya vasitәlәri vә iştirak
Vәtәndaş Cәmiyyәtinin miqyası vә müstәqilliyi
Azәrbaycanda Vәtәndaş Cәmiyyәti Tәşkilatı sektoru qeydiyyatdan keçmiş vә
fәaliyyәt göstәrәn 3000 QHT ilә tәmsil olunur. Vәtәndaş cәmiyyәti tәşkilatlarının
böyük әksәriyyәti xarici sәfirliklәr tәrәfindәn tәmin olunan qrantlar da daxil olmaqla,
beynәlxalq donorların maliyyәlәşdirmәsindәn asılıdır.
8
Avropa Şurasının Parlament Assambleyası, 10/10/2013/Seçkilәri müşahidә, Azәrbaycanda Prezident
seçkilәri: AŞPA vә AP nümayәndәlәrinin birgә bәyanatı.
9
ATӘT/DTİHB/SMM 2010-cu
il Parlament Seçkilәri, Yekun Hesabat, sәh.2
36
Sonuncu Universal Dövri İcmal - 2013 dövründә vәtәndaş cәmiyyәti qrupları ölkәdә
fәallar üçün çәtin mühitin olduğu barәdә narahatlıqlarını ifadә etdilәr. 2013-cü ilin
fevralında Parlament QHT-lәr haqqında Qanun, Qrantlar haqqında Qanun vә İnzibati
Xәtalar Mәcәllәsi dә daxil olmaqla yerli vә beynәlxalq vәtәndaş cәmiyyәti
tәşkilatlarının fәaliyyәtinin tәnzimlәndiyi qanunlara edilmiş dәyişikliklәri qәbul etdi.
Dәyişikliklәr vәtәndaş cәmiyyәti tәşkilatlarından onların benefisiarlarının kim olması
barәdә mәlumatları açıqlamağı tәlәb edir. Vәtәndaş cәmiyyәti tәşkilatları üçün
narahatlıq doğuran mәsәlә 200 AZN-dәn artıq miqdarda vәsait vermәk istәyәn
donorlarla müqavilә bağlanmasının tәlәb olunduğu dәyişikliklәrin qәbul edilmәsidir,
bu dәyişikliklәrlә hәmçinin kimliyini anonim saxlamaq istәyәn donorların nağd vәsait
şәklindә yardım vermәk imkanları mәhdudlaşır. Yerli vә beynәlxalq QHT-lәrin
qeydiyyatdan keçmә prosedurları zәif olaraq qalır
10
Senzurasız işlәyәn müstәqil plüralist media
Mәtbuat vә söz azadlığı Konstitusiyada әks olunmuşdur vә qanunla tәmin olunur.
Qanun, xüsusilә dә, mәtbuat senzurasını qadağan edir.
Azәrbaycanın müstәqillik qazanmasından indiyә qәdәr ölkә mәtbuatı dövlәt
tәrәfindәn idarә olunan sistemdәn çox çeşidli mәtbuat buraxılışlarının olduğu, hәm
dövlәtә mәxsus olan, hәm dә özәl bölmәyә aid olan bir sistemә transformasiya
edilmişdir. Yeni mәtbuat qanunları vә qeydiyyatdan keçmә prosedurları qәbul
edilmişdir.
Ölkәdә geniş mәtbuat kütlәsinin fәaliyyәt göstәrmәsinә baxmayaraq, hökumәtin
mәtbuatda dәrc olunan mәlumatların mәzmununa nәzarәt etmәk imkanları var.
ATӘT-in Mәtbuat Azadlığı üzrә Nümayәndәsinә vә beynәlxalq cәmiyyәtin
nümayәndәlәrinә görә, ümumi mәtbuat mühiti müstәqil plüralist mәtbuat üzrә
beynәlxalq standartlara cavab vermir.
11
Hökumәt kriminal diffamasiyanın
istifadәsinin sona çatmasına vә öz düşüncәlәrini ifadә etdiklәrinә görә azadlıqlarından
mәhrum olunan jurnalistlәrin vә bloqerlәrin azadlığa buraxılmasına
hәvәslәndirilmişdir.
12
Vәtәndaş vә siyasi iştirakın çoxsaylı kanalları
Qanunla hökumәt vәtәndaşları onlara tәsir edә bilәcәk siyasәt vә mәsәlәlәr barәdә
informasiya ilә tәmin etmәlidir. Lakin tәcrübәdә dövlәt qurumlarının
rәsmi internet
sәhifәlәri mәzmun nöqteyi-nәzәrindәn zәifdir vә informasiya müntәzәm olaraq
yenilәnmir.
Siyasi partiyaları formalaşdırmaq azadlığı vә tәşkilatlanmış müxalifәtin mövcudluğu
10
ENP Ölkәnin inkişafı hesabatı 2012 - Azәrbaycan, Brüssel, 20 mart 2013, Bildiriş, Avropa
Komissiyası, sәh. 5
11
Daimi Şuraya
Müntәzәm Hesabat, 13 iyun 2013-cü il, ATӘT, Media Azadlığı Nümayәndәsi,
Miyatoviç, sәh.4-6
12
Azәrbaycanda söz azadlığının güclәndirilmәsi, Avropa Komissiyası tәrәfindәn media azadlığı üzrә
Birgә Bәyanat, Avropa Şurası vә Avropada Tәhlükәsizlik vә Әmәkdaşlıq Tәşkilatı (ATӘT), Brüssel, 9
noyabr 2012-ci il