Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 3

 

 

1999-cu ildə  təhlükəsizlik orqanları bir sıra ağır 



cinayətlər törətdiyinə görə Ceyşullah (Allahın 

ordusu)


17

 təşkilatının on dörd üzvünü həbs etdi. Bu 

qrup Azərbaycan Ekstrasenslər Birliyinin sədri Etibar 

Erkini və onun iki oğlunu qətlə yetirmiş, Avropa 

Yenidənqurma və  İnkişaf Bankının (AYİB) ofisini 

qarət etmiş  və Krişna icmasının Bakı  qərarqahını 

partlatmaq cəhdi etmişdir.

18 


 

Hizb-ut-Təhririn ilk fəalları, deyilənə görə, 

Azərbaycana 2000-ci ildə  Şimali Qafqazdan gəlmiş 

və Özbəkistan vətəndaşı olan Abdurəsul Abdukərimov 

(Abdulla) 2001-ci ilin avqustundan etibarən təşkilatın 

Azərbaycan bölməsini yaratmışdır. Məhz həmin il, bir 

müddət sonra, təşkilat qeyri-qanuni elan olunmuş  və 

onun altı üzvü (beş Azərbaycan və bir Ukrayna 

vətəndaşı) “dövlətin dünyavi quruluşunu dəyişmək və 

xarici səfirliklərə, və ümumiyyətlə  əhaliyə qarşı iri 

miqyaslı terror hücumları təşkil etmək” cəhdinə görə 

həbs olunmuşdur.

19

 

ABŞ-da 2001-ci ilin 11 sentaybr terror hücumlarından 



sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkib 

hissəsi olaraq, Azərbaycan öz taburunu Əfqanıstana 

yolladı  və ABŞ  və NATO uçuşları üçün öz hava 

məkanını açıq elan etdi. Əl-Qaidə rəhbərinin müavini 

Ayman əl-Zavahiri “özlərini Allahsızlarla bağladığına”

20

 



 

 

17



 Sələfi qrup olmasına baxmayaraq, Ceyşullahın  İranla 

əlaqəli olması deyilir. Bax S. Kornel, eyni mənbədən, səh. 

43; həmçinin “Azərbaycanın  əsas problemi”, 525-ci qazet

15 avqust 2003.  

18

 “Xütbələrdə gizlənən siyasi İslam”,  Ayna, 17 iyun 2006. 



Təşkilat üzvləri dörd ildən on üç ilədək azadlıqdan məhrum 

ediliblər; Bu qrupu 1995-ci ildə 32 yaşlı daxili işlər 

nazirliyinin cəsus əməkdaşı Mübariz Əliyev yaradıb ki, o da 

ömürlük azadlıqdan məhrum edildi və, adı çox mənfi 

hallanan, Qobustan həbsxanasına yerləşdirildi. Böhran 

Qrupunun müsahibəsi, Elchin Behbudov, İşgəncələr 

Əleyhinə Komitənin sədri, yanvar 2008. Məlumatlara 

əsasən, həbsxananın müdiri Əliyevi dəfələrlə döymüş, və o, 

dişlərini itirmişdir. “Həbsxananın tibbi personalının 

etinasızlığı”, Prison-Watch İctimai Birliyi, 12 dekabr 2007. 

19

 Hizb-ut-Təhrir, Sünni, pan-İslamist siyasi meyilli və 



dünyanın  ən azından 40 ölkəsində  fəal olan təşkilatdır ki, 

dinc yollarla İslam xilafəti qurmaq istəyir və bir çox ölkədə, 

xüsusilə gizli fəaliyyət göstərdiyi Orta Asiyada, qadağandır. 

Bax Böhran Qrupunun Asiya Hesabatı N°58, Mərkəzi 



Asiyada Radikal İslam: Hizb-ut-Təhrirə cavab, 30 iyun 

2003. O, zor işlətməməyə çağırırı, lakin bəzi hallarda, 

digərlərinə zordan istifadə etməyi, həvalə edib, 

www.hizbuttahrir.org/. Abdulla ölkəni tərk etdi, “Hizb-ut-

Təhrir üzrə istintaq yekunlaşdı”,  Bizim  Əsr, yanvar 2002, 

http://bizimasr.mediaaz.com/arxiv_2002/yanvar01/xeber.htm

l internet səhifəsinə bax. 

20

 C.  Nikol,  “Ermənistan, Azərbaycan və Gürcüstan: 



Təhlükəsizlik məsələsi və ABŞ Maraqlarına təsiri”, 

Konqresin Araşdırma Xidməti, 1 fevral 2007, səh. 14.  

görə azərbaycanlıları  cəzaya layiq adlandırmışdır. 

2004-ci ildə Milli Təhlükəsizlik Naziri Namiq 

Abbasov  əl-Qaidənin BTC neft boru kəmərində 

təxribat planlaşdırdığını iddia etmişdir.

21

 Həmin il, əl-



Qaidənin Qafqaz üzrə  əlaqələndiricisi  Əbu Həfsdən 

təlimat aldıqları güman edilən doqquz xarici vətəndaş 

(Əfqan, Britaniyalı,  İordaniyalı  və Rus) terror 

aksiyasıyaları planlaşdırmaqda ittiham edilərək həbs 

olunmuşdur.

22

 



2005-ci ilin martında  Əmiraslan  İsgəndərovun 

rəhbərliyi altında altı Azərbaycan vətəndaşı terror 

aksiyası planlaşdırdıqlarına və Bakıda partlayış təşkil 

olunması  təhlükəsi haqda əl-Qaidənin adından 

bəyanat tərtib etdiklərinə görə  məhkum olunmuşlar. 

Milli Təhlükəsizlik Nazirliyinin məlumatına  əsasən, 

qrupun əsas məqsədi hökümətin “dünyavi, demokratik 

və terrorçuluq əleyhinə siyasətini”

23

 dəyişdirməyə 



məcbur etmək idi. Bununla belə, “ictimaiyyət üçün 

bağlı məhkəmədən sonra…ittihamı təsdiqləmək üçün 

əsaslı  dəlillərin tapılıb-tapılmaması müəmmalı 

qalır”.


24

 Müdafiə  tərəfinin vəkili deyir ki

təqsirləndirilən  şəxslərdən bir neçəsi  Əmiraslan 

İsgəndərovu sadəcə tanıdıqlarına görə həbs olunmuşdur.

25

 

Həmin ay Nazirlik belə bir bəyanatla çıxış etmişdir: 



Beynəlxalq terrorçuluğa qarşı mübarizənin 

nəticəsində  əl-Cihad, Qafqazın  İslam Ordusu, 

Hizb-ut-Təhrir, [və] Ceyşuallah kimi təşkilatların 

fəaliyyəti neytrallaşdırılmış, beynəlxalq terrorçuluq 

təşkilatlarla sıx münasibətlərdə şübhəli bilinən yeddi 

humanitar təşkilat bağlanmış, 43 şəxs ekstradisiya 

edilmiş  və onlarla terrorçu tərəfdar ölkələrin 

müvafiq qurumlarına təhvil verilmişdir.

26

 

2006-cı ilin aprel ayında, ictimiyyət üçün bağlı olan 



digər məhkəmədə, Camaat əl-Müvahiddun adlanan 

 

 



21

 Bax C. Laft, “Bakı-Tbilisi-Ceyhan: başa çatmayıb və artıq 

hədəfə çevrilib”, Qlobal Təhlükəsizliyin Təhlili  İnstitutu, 4 

noyabr 2004, www.iags.org/n1104041.htm. 

22

 Milli  təhlükəsizlik nazirliyinin bəyanatı, 5 iyul 2005, 



www.mns.gov.az/news/05.07.2005.19.05_ru.html veb-

səhifədə dərc olunub. 2005-ci iyununda ittiham olunanlar üç 

ildən on beş ilədək məhkum olunmuşlar.  

23

 Milli  təhlükəsizlik nazirliyinin bəyanatı, 17 mart 2005, 



www.mns.gov.az/news/17.03.2005.16.14_en.html veb-

səhifədə dərc olunub. Məlumatlara görə, Isgəndərov 1999-cı 

ildən 2003-ci ilədək əl-Qaidə ilə Əfqənistanda təlim keçmiş 

və döyüşmüşdür.  

24

 Azərbaycan üzrə Ölkə Hesabatı, Freedom House, 2006, 



www.freedomhouse.org/template.cfm?page=47&nit=390&y

ear=2006.  

25

 Böhran Qrupunun müsahibəsi, Elman Osmanov, müdafiə 



vəkili, fevral 2008. 

26

 “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik 



Nazirliyinin  əməkdaşları öz peşə bayramlarını qeyd 

etmişlər”, Azərbaycan, 29 mart 2005.  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə