Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 8

 

 

C.



 

İ

RAN

 

Baxmayaraq ki, müstəqillik qazanılandan dərhal sonra 

İran mənəvi təsir mənbələrindən biri olmuşdur, bu 

gün onun təsiri məhduddur.

70

 Azərbaycanda  şiələrin 



nüfuzlu ruhani iyerarxiyası yoxdur. Mərca  əl-təqlid, 

yəni ki dindarlar tərəfindən mütləq tabe olacağı bir 

şəxsiyyət yoxdur; Azərbaycanın Şeyxülislamı ehkamların 

və müqəddəs qanunların mötəbər  şərhçisi sayılmır.

71

 

Məhz bu əsasla  İran mənşəli dini qurumlar, nəzəri 



baxımdan, Azərbaycan  şıələri arasında daha çox 

mənəvi nüfuza malik ola bilərlər və, bu da, qismən 

müstəqil dini icmaların rəsmi ruhani rəhbərliyini 

qəbul etməkdən imtina etməsinin səbəblərindən biri 

ola bilər.  Şeyxülislamın dini statusunun mərca  əl-

təqliddən aşağı olması 2000-ci ildə  İrandan gələn 

bütün dini missionerlərə hökümətin qadağa qoymasında 

rol oynaya bilərdi. 

İran ruhanilərinin daxilindəki bölünmələr, və eləcə də, 

bu ali ruhanilər və Tehran rejimi arasında bölünmələr 

dini fikirlərin Azərbaycana axınına təsir etmişdir. 

İranın mühüm mərca  əl-təqlidi  ətrafında yaranmış 

özəl fondlar azərbaycanlı tələbələrin İranda dini təhsil 

alması üçün təqaüdlər ayırmışlar.

72

 Böyük  Ayətolla 



Əli  əl-Sistani (indi İraqda yaşayır) Azərbaycanın 

özündə  və Gürcüstan azərbaycanlıları arasında 

(Kvemo Kartlinin sərhəd rayonlarında) humanitar 

fəaliyyət və dini fikirlərin yayılmasında fəallıq 

göstərən  Əhli Beyt təşkilatına rəhbərlik edir. Digər 

mötəbər  mərca  əl-təqlid Fazil Lənkaranidir ki,

73

 

 



 

70

 Azərbaycanın  Şeyxüslislamı  İslam Respublikasının Ali 



Dini Rəhbəri Xamneyinin dini hakimiyyətini tanıyırdı, lakin 

1998-ci ildən sonra mövqeyini dəyişib və indi, İraqda 

yaşayan və mötədil kimi tanınan, Böyük Ayatolla Əli  əl-

Sistanini tanıyır, Böhran Qrupunun müsahibəsi, Altay 

Göyuşov, Bakı, sentyabr 2007. Azərbaycanlılar indi yeni 

mərca əl-təqlid seçimini edir (təqlid mənbəyi). 

71

 İranın Şiə ruhanilərinin siyasi və dini iyerarxiyası haqqında, 



bax Böhran Qrupunun Yaxın Şərq üzrə Hesabatı N°5, İran: 

İnqilabın Ruhu naminə Mübarizə, 5 avqust 2002. 

72

 Müstəqillik qazanılan dövrdə Azərbaycanda yalnız 70-80 



işləyən imam var idi. Onların dini biliklər səviyyəsinin aşağı 

olması Azərbaycanda İrana bənzər hakimlər iyerarxiyasının 

yaradılmasına  əngəl törətmişdir. Məhz bu səbəbdən, gənc 

Azərbaycanlılar  əsasən Qum və  Nəcəf  şəhərləri olmaqla, 

İranda təhsil almağa yollanmışlar. Motika, eyni mənbədən, 

səh. 111-124. 

73

 Əslən azərbaycanlı olan Lənkarani  İranda təhsil almış və 



inqilabda iştirak etmişdir 2007-ci ildə  vəfatına gədər o, 

Azərbaycana xüsusi diqqət ayırırdı  və Azərbaycan 

ziyalılarına qarşı bir neçə fətva (dini sərəncam) vermişdir. Bu 

fətvalardan birini o, 2006-cı ildə  Məhəmməd Peyğəmbəri 

təhqir edən məqalə yazdığına görə bir Azərbaycan 

jurnalistinə qarşı vermişdir. Bax: “İran ruhanisi Azərbaycanlı 

jurnalistə qarşı fətva vermişdir”, RFE/RL, 30 noyabr 2006.  

sonralar onun fikirlərini yayan azərbaycanlı tələbələri 

İranın ilahiyyat mərkəzi sayılan Qumda oxumağa cəlb 

etmişdir.

74

 

Bəzi fondların gündəliyində daha çox siyasi 

məqsədlər var idi. İmam Xomeyni Xeyriyyə Fondu

75

 



Dağlıq Qarabağ münaqişəsindən sonra azərbaycanlı 

köçkünlərə yardım göstərirdi, lakin eyni zamanda 

ölkənin daxili işlərinə qarışmaqda ittiham edilərək 

müxalifət mətbuatında tənqid olunurdu.

76

 Köçkün 


düşərgəsinin sakinlərindən biri xatırlayır: “Onlar düyü 

ilə  bərabər Xomeyninin şəkillərini, dini kitablar və 

Talış  mənsubiyyətinə aid kitablar gətirirdilər”.

77

 Bu 



Komitənin Azərbaycanın cənub bölgələrində 1991-ci 

ildə  təsis olunan və dini ənənələrə sadiq olan və 

Nardaran kəndində yerləşən Azərbaycanın  İslam 

Partiyası ilə (AİP)  əlaqəli olması bildirilir.

78

 Əsasən 


Bakı  kəndlərində  və nisbətən az sayda cənubda 

üzvləri olan bu partiya əvvəllər çox fəal idi, lakin 

sonralar,  İranın bu partiyadan istifadə edərək 

Azərbaycanda dünyaviliyi sarsıtmaq ehtimalından 

ehtiyyatlanan hökümət onu 1995-ci ildə qadağan 

etmişdir. Bu partiya qeyri-rəsmi olaraq hələ  də 

fəaliyyət göstərir, lakin onun artıq hökümət tərəfindən 

ciddi izlənməməsi onun nə  dərəcədə  zəifləməsinin 

bariz nümünəsidir.

79

  



İranın dəstəklədiyi və Azərbaycan vətəndaşı Tahir 

Ramazanov tərəfindən idarə olunan, və özünü 

 

 

74



 İndiki dövrdə Qumda 200-250 qədər azərbaycanlı (əsasən 

ölkənin cənubundan) tələbə var. Onların, nəticə etibarı ilə, 

Azərbaycanda 

şiə 


İslamın inkiçafına necə 

təsir 


göstərəcəklərini indidən demək çox tezdir. Bax: Balcı, 

“Azərbaycanda Şiəlik”, eyni mənbədən. 

75

 Bax: www.emdad.ir/Homepage.aspx?lang=en-US.  



76

 “Azərbaycan-İran münasibətləri”, Far Mərkəzi, Monitorinq 

Qrupu, Bakı, 1996, bax www.zerbaijan.com/azeri/hhz3.htm  

77

 Böhran  Qrupunun  müsahibəsi, Lənkəran, oktyabr 2007. 



Talışlar, Araz çayının hər iki tayında yaşayan və bu 

səbəbdən  İran və Azərbaycan arasında bölünən azsaylı 

xalqdır. Deyilənə görə,  İran talış faktorunu Azərbaycanda 

sabitliyi pozmaq üçün istifadə etməyə cəhd etmişdir.  

78

 Böhran Qrupunun müsahibəsi, rəsmi molla, Lənkəran 



rayonu, oktyabr 2007. 

79

 AİP 1992-ci ildə qeydiyyatdan keçmişdir; 1995-ci ildə 



onun sədri Hacı  Əlikram  Əliyev həbs olunmuş  və partiya 

İran tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq üçün 

istifadə edilməsi ittihamı ilə bağlanmışdır. AİP 

rəhbərlərindən  ən azından biri həbsxanada vəfat etmişdir. 

Partiya rəhbərliyindən həbsə düşməyənlər ölkəni tərk 

etmişdir. Yunusov, “İslam”, eyni mənbədən, səh. 212 (Rus 

dilində). Bu yaxınlarda, 2007-ci ilin iyunun 26-da AİP 

nümayəndələrinə  Gəncədə görüş keçirtməyə icazə 

verilməmişdir. Sabiq partiya sədri Hacıağa Nüriyevlə 

bərabər beş nəfər həbs olunmuş və digər on doqquz partiya 

üzvü gecəni polis məntəqəsində keçirmişlər. “Dini Bülleten”, 

Turan xəbərlər agentliyi, 9 iyul 2007. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə