Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 10

 

 

Türkiyə hökümətindən müstəqil olaraq, Nurçu qruplar 



Azərbaycanda çalışan iş adamları vasitəsilə pulsuz dini 

ədəbiyyat paylayır. Hökümət onların fəaliyyətini ehtiyyatla 

izləyir. Onlar arasında Fətullah Gülen hərəkatı

92

 əsas 



diqqətini təhsilə yönəldib və özəl şirkət tərəfindən himayə 

olunur.


93

 Bu hərəkat böyük nüfüz qazanmış turk litseylərini 

və Bakı Qafqaz Universitetini idarə edir.

94

 Müəllimlər 



Türkiyə mənşəli İslamı şagirdlər arasında yayırlar. “Yaxşı 

xatırlayıram ki, onlar bizdən xahiş etmədən belə, ibadət 

etməyimizə necə nail oldular”, – keçmiş  şagirlərdən 

olan Tengiz söyləyir. “Məktəbdə yaşça böyük olan 

şagirdlər var idi ki, onlar da namaz qılırdı; biz onları 

nümünə kimi qəbul edib, hər  şeyi onlar kimi etməli 

idik. Beləliklə, biz də ibadət etməyə başladıq!”.

95

 



                                                                                        

səhifəsinə bax. Türk İlahiyyət Fakultəsi Bakıda 1992-1993-

cü illərdə açılmlşdır. Hazırlıq kursları İzmirdə, Dokuz Eylul 

Universitetində keçirilir. İlk məzunlar 1996-1997-ci illərdə 

olmuşdur. Bakı Türk Ali Məktəbi eyni fakultədə açılmış və 

dini təhsil verən digər Ali Məktəb 1994-1995-ci illərdə 

Naxçıvanda fəaliyyətə başlamışdır. Hər il ilahiyyət 

fakultəsində 200-ə yaxın tələbə və Bakı Ali Məktəbində 300-

ə yaxın  şagird oxuyur. Məzunlar “İlahiyyətçi və  Ərəb dili 

müəllimi” diplomu alırlar, www.ceebd.co.uk/ceeed/un/az/ 

az003.htm. Türkiyəli müəllimlər Bakının beş rayonunda, 

Abşeron, Balakən və Saatlı rayonunun iki kəndində  və 

Yevlax, Qusar, Xaçmaz, Zaqatala və Ağdaşda, hərəsində bir 

nəfər olmaq şərtilə, işləyir. Onlar dini təbliğ edə bilməz, 

yeganə  “əhalinin suallarına cavab” verə bilərlər və onların 

fəaliyyəti ciddi izlənir. Böhran Qrupunun müsahibəsi, Turk 

müəllimlər, Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.  

92

 Nurçu  hərəkatı 1873-ci ildə dünyaya gələn və uzun illər 



ərzində dünyavi Atatürkçü Türkiyədə dini oyatmağa çalışan 

Səid Nursi tərəfindən təsis edilib. O, Nur Məktubu (Risale i 



Nur) adlı  və 600 səhifədən ibarət Quranın  şərhinin 

(təfsirinin) müəllifidir. 1960-ci ildə onun vəfatından sonra, 

hərəkat parçalanmışdır. Fətullah Gülenin rəhbərlik etdiyi 

əsas qollardan biri təhsil vasitəsilə  fəlsəfənin aşılanmağını 

təşviq edir. 1938-ci ildə anadan olan Gülen klassik dini təhsil 

almiş və rəsmi ruhani kimi işləyəndən sonra təhsil və gənclər 

üçün yay kursları ilə  məşğul olmuşdur.  Fətullahçıların 

Qafqazda və  Mərkəzi Asiyada ilk missiyaları Sovet 

İttifaqının süqutundan bir müddət  əvvəlki dövrdə 

başlanmışdır. 1971-ci ildə  İslamçı  fəaliyyətə görə üç illik 

həbs olunmuş, 1996-ci ildə dövlətə qarşı çevrilişə  təhrik 

etməkdə ittiham olunmuş Gülen ABŞ-a köçmüş, lakin 2006-

cı ildə  bəraət qazanmışdır. Balcı, “İslama giriş”, eyni 

mənbədən, səh. 85-92. 

93

 Çağ  Öğretim Işletmeleri A.Ş.,



 

Era Teaching Companies 

Ltd., see http://cag.edu.az. 

94

 On orta məktəb və hazırlıq kursları, bir ibtidai məktəb, 



qimnaziya və universitetin (Qafqaz University) hər biri 

əsasən  İngilis dilində  tədris edir və, Təhsil Nazirliyi 

tərəfindən təsdiq edilmiş, Qərb (Türkiyə) və dünyavi tədris 

proqramları ilə təhsil verir.  

95

 Böhran Qrupunun müsahibəsi, Tengiz (əsl adı deyil), 



Fətullah Gülen məktəbinin sabiq şagirdi, Bakı, sentyabr 

2007. Lənkəranda Şiə valideynlərin bəzisi uşaqların Fətullah 

Gülen məktəbində bir neçə ay oxuyandan sonra Sünni 

üslubu ilə namaz qılmasından narazılıq etmişlər. Böhran 

Həmçinin, digər  əhəmiyyətli qurum Azərbaycan 

Gənclərinin Yardım Fondudur ki, o da Dağlıq Qarabağ 

köçkünlərinə yardım göstərir. Sözügedən fond Türkiyə 

mənşəli dini rəhbər Osman Nuri Topbaş  tərəfindən 

yaradılmış və Bakı İslam Universitetinin Zaqatala filialının 

və Məscidin tikintisinə vəsait ayırmışdır.

96

 

Türkiyə dövlətinin himayə etdiyi dini təşkilatlarla 



özəl fondların himayə etdikləri təşkilatlar arasında 

münasibətlər birmənalı deyil. Fətullah Gülənin fəaliyyəti 

Türkiyədə 2006-cı ilə gədər qadağan idi, bununla belə 

bu fəaliyyət Türkiyənin Mərkəzi Asiya və Qafqazda 

mədəni və dini təsirini yaymaqdadır.

97

 Bununla  belə, 



son aylarda Türkiyə mənşəli sünni İslamı təbliğ edən 

fəaliyyətlərə, xüsusi olaraq Nurçu qruplara, Bakının 

təzyiqləri artmışdır.

98

 



2007-ci ilin aprelində dini dərslər təşkil etdiyinə görə 

və hakimiyyət tərəfindən fərqli düşünənləri sıxışdırmaq 

üçün geniş istifadə olunan, “polisə müqavimət”

99

 maddəsi 



əsasında iki nurçu Yevlax rayonunda saxlanılmışdır. 

Nurçu fəlsəfəsinə yaxın müstəqil imamın cənubda 

keçirdiyi Quran kursları 2007-ci ildə bağlanmışdır.

100


 

2007-ci ilin noyabr ayında QMİ-nin rəhbəri Şeyxülislam 

“radikal vəhhabi, nurçu və digər cinayətkar qrupların 

müqəddəs  İslama zərər vurur” kimi təəcüb doğuran 

bəyanat vermiş və buna əsasən vəhhabiləri və nurçuları 

Azərbaycanda “arzu olunmayan” adlandırmışdır.

101

 

Şeyxülislam  əvvəllər də Nurçulardan xoşlanmadığını 



dilə gətirmişdir, ancaq bu nurçularla vəhhabiləri eyni 

sıraya qoyan ilk belə bir rəsmi bəyanat idi. 2008-ci 

ilin yanvarında yerli mətbuat 2007-ci ildə qeyri-qanuni 

dini təbliğat apardığına görə Türkiyə siyasətçisi Mehmet 

Harun Kayaçının həbsi haqqında məlumat yaymışdır.

102


 

                                                                                        

Qrupunun müsahibəsi, Hüseyn (əsl adı deyil), Lənkəran 

sakini, Lənkəran, oktyabr 2007. 

96

 İslam Universiteti Bakı Dövlət Universiteti və Bakı 



Qazfqaz Universitetindən fərqli birisidir . 

97

 Balcı, “İslama giriş”, eyni mənbədən, səh. 91- 95.  



98

 Böhran  Qrupunun  müsahibəsi, Nurçu fəlsəfəsinə yaxın 

olan müstəqil Sünni imam, oktyabr 2007. 

99

 “Azərbaycanın Yevlax rayonunda nurçular həbs olunub”, 



Day.az, 27 aprel 2007.  

100


 Böhran Qrupunun müsahibəsi, nurçu fəlsəfəsinə yaxın 

olan müstəqil sünni imam, oktyabr 2007. 

101

 “Şeyx Vəhhabilik və Nurçuluğa qarşı mübarizəyə çağırır”, 



Zerkalo, 17 noyabr 2007; və “Radikal vəhhabilər və nurçular 

İslamın adına ləkə  gətirir:  Şeyxülislam”, Trend xəbərlər 

agentliyi, 26 noyabr 2007.  

102


 R. Cəfərov, “Azərbaycanda həbs olunan Türk siyasətçisi 

qonşu ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilə 

bilər”, Exo, 26 yanvar 2008. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə