Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Müvəqqəti işlər vəkili Derek Hoqan



Yüklə 13,46 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü13,46 Kb.
#27549


STENOQRAM 

ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi 

Müvəqqəti işlər vəkili Derek Hoqan 

Açılış nitqi 

Azərbaycanda İnsan Hüquqları Forumu  

“Park İnn” Hoteli, Bakı, Azərbaycan 

11 dekabr, 2013-cü il 

 

Müvəqqəti işlər vəkili Hoqan:  Hamınızın sabahınız xeyir. Beynəlxalq İnsan 

Hüquqları Günü münasibətilə təşkil olunmuş bu tədbirdə sizlərlə birlikdə iştirak 

etmək mənim üçün şərəfdir. Bu önəmli tədbiri təşkil etdiklərinə görə mən 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi 

təşkilatına, Britaniya Səfirliyinə və digərlərinə təşəkkürümü bildirmək istəyirəm.    



 

Hər il biz BMT-in Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş İnsan 

Hüquqları üzrə Beynəlxalq Konvensiyasını qeyd edirik. Həmin dövrdə BMT bizim 

hər birimiz üçün daha yaxşı bir dünya təsvir etmişdir və bu sənəd bütün xalqlar və 

bütün dövlətlər üçün ümumi nailiyyət standartı olaraq qalmışdır.   

 

Birləşmiş Ştatlar, İnsan Hüquqları üzrə Beynəlxalq Konvensiyada əks olunmuş 



əsas prinsipləri tam şəkildə dəstəkləyir, yəni hər hansı əlamətindən, irqindən, 

rəngindən, cinsindən, dilindən, dinindən və yaxud siyasi və ya digər 

düşüncələrindən asılı olmayaraq hər bir kəsin müəyyən hüquq və azadlıqlara malik 

olduğunu qəbul edir. Bu hüquqlara hörmət uzun müddət ABŞ-ın bütün dünyada, o 

cümlədən Azərbaycanda həyata keçirdiyi xarici siyasətin bir sütunu olmuşdur.    

 

Keçmiş Dövlət Katibi Hillari Klinton 2012-ci ildə Bakıya səfəri zamanı qeyd etdiyi 



kimi bizim ən yaxın qarşılıqlı əlaqələrimiz öz vətəndaşlarının bütün insan 

hüquqlarına hörmət edən demokratik dövlətlərlədir. Bugünkü dünyanın artan 

mürəkkəb çətinlikləri ilə mübarizə aparmaq üçün biz güclü tərəfdaşlarımızın 

olmasını istəyirik və onlara ehtiyacımız vardır və güclü demokratik dövlətlər bizim 

ən güclü tərəfdaşlarımızdır.  



STENOQRAM 

Bizim düşüncələrimizə görə demokratiya fərdlərə imkan və azadlığın təmin 

olunması baxımından hər hansı digər idarəçilik sistemindən daha yaxşıdır.  

 

Birləşmiş Ştatlar hesab edir ki, Azərbaycanın gələcək çiçəklənməsi və sabitliyi 



insan haqlarına hörmətin gücləndirilməsi və demokratik islahatların tərəqqisi 

vasitəsilə ən yaxşı formada təmin edilə bilər.  

 

Digər azadlıqlarla bərabər biz Azərbaycan hökumətinə ifadə, sərbəst toplaşma və 



birləşmə azadlıqlarını təmin etməyi tövsiyə edirik. Biz eyni zamanda müvafiq 

mühakimə proseduruna və ədalətli məhkəmə mühakiməsinə, media plüralizminə, 

rəy və informasiyaya sərbəst çıxış imkanlarına olan ehtiyacı da, vurğulayırıq. Biz 

bu sahədə daha çox işlərin həyata keçirilməsini tövsiyə edirik, çünki biz hesab 

edirik ki, bu cür hüquq və azadlıqlar demokratiyanın sütunlarıdır və Azərbaycanın 

dostu olaraq biz, onun malik olduğu böyük potensialı reallaşdırmasını istəyirik.     

 

Heç şübhəsiz ki, biz başlıca insan haqlarına hörmət edilən, qorxudan azad bir 



mühit yaradırıqsa və həlledici məsələlərlə bağlı məqsədyönlü, yetkin və ictimai 

müzakirələrin aparılmasına sadiqlik nümayiş etdiririksə bu halda bizim 

cəmiyyətlərimiz daha da güclənir.   

 

Biz hesab edirik ki, insan haqlarına hörmət və əsaslı narahatlıqların müzakirəsində 



hökumətin vətəndaşlarla, xüsusilə gənclərlə birgə iştirakı hökumətlərin özlərinin 

uzun-müddətli sabitliklərini qoruyub saxlaması baxımından ən yaxşı və ən effektiv 

yoldur.    

 

Mən Birləşmiş Ştatların Azərbaycanda insan haqları və demokratiyada maraqlı 



olduğunu bir daha bəyan etmək istəyirəm. Biz, hamı tərəfindən qəbul olunan insan 

haqlarına hörmət edilməsinin gücləndirilməsi və bu hüquqlardan istifadə 

etdiklərinə görə insanların cəzalandırılmaması üçün hökumət, vətəndaş cəmiyyəti 

və media ilə əməkdaşlığımızı davam etdirəcəyik.   

 

Biz bunu ona görə edirik ki, biz Azərbaycanın müstəqil və çiçəklənən Azərbaycana 



çevrilməsi istiqamətindəki baxışlarına kömək etmək istəyirik.    

 

Təşəkkür edirəm.  



Yüklə 13,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə