Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 9

 

 

HizbuAllah adlandıran İslamçı qrupun 1990-ci illərdə 



cinayətkar  əməllərdə  iştirak etməsi iddia olunur. 

2000-ci ildə bu qrup tanınmış Azərbaycan ziyalısı 

Ziya Bünyadovu 1997-ci ildə qətlə yetirməkdə ittiham 

olunmuş  və qrupun yeddi üzvü həbs olunmuşdur.

80

 

Ramazanov və onun yaxın tərəfdarları  İrana qaçmış 



və indiya kimi orda qalırlar, lakin onlardan biri 2002-

ci ildə Azərbaycana qayıtmaq istəyərkən həbs 

olunmuşdur.

81

 Bünyadovun  qətlinin səbəbi hələ  də 



müəmmalı olaraq qalır; bəzi müxalifət üzvləri iddia 

edir ki, bununla dinin heç bir əlaqəsi yoxdur.

82

 

Bir qism rəsmi və qeyri-rəsmi  şiə icmaları  İran və 



digər oxşar  şiə  mərkəzləri ilə dini əlaqələr qururlar, 

lakin təsisatlar arası münasibətlər çox az sayda 

mövcuddur. İran Mədəni Mərkəzi və İmam Xomeyni 

Xeyriyyə Fondu hələ də fəaldır, lakin İranın dini təsiri 

ciddi dərəcədə azalıb. 2001-ci ildə Azərbaycan ölkədə 

mövcud olan 22 İran mədrəsəsinin hamısını 

bağlamışdır.

83

 İranın açıq dini təbliğatı dayandırması 



iki dövlət arasında  əldə olunan razılığın nəticəsi də 

ola bilər.

84

 Azərbaycan rəsmiləri son beş ildə



85

 ölkəyə 


yalnız bir neçə İran missionerinin gəldiyini iddia edir

lakin digər məlumatlı  mənbələr davamlı  səfərlərdən 

xəbər verir.

86

 



Cüzi gərginlik hələ  də qalmaqdadır.  İddia edilir ki, 

İran Azərbaycanın cənubunda yaşayan Talış azlığı ilə 

əlaqələr qurur və üstəlik, ölkənin cənubunda yayımlanan 

İranın Səhər kanalı rəsmi Bakını tənqid edir və müntəzəm 

olaraq Talışların etnik azlıq haqqları məsələsini qaldırır.

87

 



 

 

80



 “Hizbu-Təxririn istintaqı başa çatdı”,  Bizim  Əsr, eyni 

mənbədən. 

81

 K. Səfəroğlu, “Xütbələrdə gizlənən siyasi İslam”, Ayna, 17 



iyun 2006. 

82

 Bəzi müxalifət üzvü və mediya nümayəndələri 



Hizbollahın bu hadisə ilə əlaqəli olmasına şübhə ilə yanaşır 

və güman edirlər ki, 2005-ci ildə həbs olunan və cəmiyyətdə 

əks səda doğuran bir sıra insan oğurluğu və  qətllər 

törətməkdə  təqsirini boynuna alan daxili işlər nazirliyinin 

sabiq yüksək rütbəli zabiti Hacı Məmmədovun bu qətldə əli 

ola bilərdi. Qənimət Zahid, “Blef”, Azadlıq, 31 oktyabr 2007. 

83

 DQİDK-nın cənub bölgəsi üzrə nümayəndəsi deyir ki, 



bölgədə “üç mədrəsə, o cümlədən Masallıda bir və 

Cəlilabadda iki mədrəsə vardır. Onlar qeyri-qanunidir və 

İran rejiminin ideyalarını  təbliğ etdiklərinə görə, biz onları 

bağlamışıq. Müəllimlər çalışırdı ki, şagirdlər Azərbaycana 

qarşı  vətən sevgisini unutsun və onlar üçün İslamın yeni 

mənsubiyyət olduğunu aşılayırdılar.”, Böhran Qrupunun 

müsahibəsi, Azərbaycanın cənubu, oktyabr 2007. 

84

 Böhran Qrupunun müsahibəsi, hökümət rəsmisi, Bakı, 



sentyabr 2007. 

85

 Böhran Qrupunun müsahibəsi, hökümət və DQİDK-nın 



rəsmisi, Bakı, oktyabr-noyabr 2007.  

86

 Böhran Qrupunun müsahibəsi, noyabr 2007.  



87

 Səhər TV, www.saharirib.ir, peyk vasitəsilə yayımlanan 

və İran hökümətin məliyyələsi ilə dini və siyasi proqlamlar 

Yaxın gələcəkdə bunun ciddi problemlər yaratması 

ehtimalı azdır,

88

 lakin 2007-ci ilin dekabr ayının 10-da 



İmam Mehdinin Şimal Ordusu adlanan qrupa üzv 

olmaqda güman edilən 15 nəfər təxribatçılıq 

fəaliyyətinə görə uzunmüddətli azadlıqdan məhrum 

olumuşdurlar. Gənc  şiə ruhanisi Səid Dadaşbəylinin 

rəhbərlik etdiyi bu qrup İslam İnqilabını Qoruyanların 

xüsusi qurumu olan İranın Qüds Ordusu adlı təşkilatından 

geniş maliyyə yardımı və təlim almaqda günahlandırıldı. 

Dadaşbəyli özü yalnız xeyriyyə  fəaliyyəti ilə  məşğul 

olduğunu israr edirdi. Bu hadisə  İranla Azərbaycan 

arasında diplomatik küsülülüklə nəticələndi.

89

 

D.



 

T

ÜRKİYƏ

 

Ölkənin dünyavi modelinə ən münasib hesab olunduğuna 

görə Türkiyə mənşəli sünni İslam Azərbaycanda kök 

salmışdır. “Türkiyədə mövcud olan İslam Azərbaycan 

dövlətinin dünyavi modeli ilə uzlaşan yeganə  İslam 

cərəyanıdır” – DQİDK-ın sabiq sədri Rafiq Əliyev belə 

hesab edir.

90

 3,000-dən artıq insan Cümə namazı üçün 



Bakıdakı Türk Məscidinə toplaşır. Türkiyə mənşəli sünni 

İslam ölkənin şimal bölgələrində də yayılır və burada 

artıq daha çox insan müntəzəm şəkildə ibadət üçün rəsmi 

məscidlərə üz tutur.  

Dini məsələlər üzrə Azərbaycan Türkiyə ilə əməkdaşlıq 

aparır: Türkiyənin Diyanet İşleri Başkanlığı (Dini Məsələlər 

üzrə Katiblik) Türk mənşəli İslamın xaricdə təşviq etmək 

mandatına malikdir. Türkiyə səkkiz məscidin inşasını 

maliyyələşdirib, ruhanilərə təlim keçir və İslam məktəb 

və universitetlərində  təhsil almaq üçün təqaüd ayırır. 

Türkiyənin dəstəyilə Bakı Dövlət Universitetində ilahiyyat 

fakültəsi təsis olunmuşdur və Azərbaycanın müxtəlif 

şəhərlərinə türkiyəli müəllimlər göndərilmişdir.

91

  



                                                                                        

göstərən kanaldır, Böhran Qrupunun müsahibəsi, Lənkəran 

sakini, Lənkəran, oktyabr 2007; və  “İran Diplomatı 

Azərbaycanda Tehran tərəfindən separatizmin təşviq 

olunmasını inkar edir”, Day.az, 11 yanvar 2007. 

88

 Hər iki ölkə azlıq məsələsini qabarda bilər.  İranda iyirmi 



milyon Azərbaycan mənşəli insan yaşayır. Azlıqlar arasında 

mübarizədə din kiçik rol oynayır. 

89

 Qrup 2007-ci ilin yanvarında həbs olunub və ictimayyət 



üçün bağlı məhkəmədə mühakimə olunmuşdur. Prokurorluq 

iddia edirdi ki, onlar höküməti devirmək və  Şəriət 

qanunlarını  (İslam qanunlarını) bərqərar etmək istəyirdilər. 

Dadaşbəyli on dörd il, digərləri isə iki ildən on dörd ilədək 

azadlıqdan məhrum edilmişdir. “Azərbaycan:  İslamçıların 

Məhkəməsi İranla Münaqişə üçün Zəmin Yaradır”, RFE/RL, 

9 oktyabr 2007; və

 

“Azərbaycan ‘Səid Dadaşbəyli’ qrupu ilə 



əlaqədar İrandan izahat gözləyir”, Day.az, 24 dekabr 2007.  

90

 B.  Balcı, “Azərbaycanda  İslamın dirçəlişi”,  CERI 



araşdırmaları (Paris, 2007).  

91

 DQİDK-nın www.addk.net/aze/articles/turkiye.html və 



Diyanətin www.diyanet.gov.tr/turkish/default.asp internet 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə