Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 21

 

 

radikallaşmaq riskindən agahdır,  əksər QHT-lər 



onların haqqlarını güclü şəkildə müdafiə etmir:

191


  

Əksər hüquq müdafiəçiləri milli-demokratik 

düşərgənin yetirmələdir və güclü dünyavi 

ənənələrə malikdir. Onlar daha çox həbsdə olan 

jurnalistlər və söz azadlığı kimi digər daha populyar 

mövzularla məşğul olmağa üstünlük verirlər. Az 

sayda hüquq müdafiəçisi radikal İslamçılar olduğu 

iddia edilən şəxslərin ədalətli mühakimə hüququnun 

qorunması kimi qeyri-populyar məsələlərlə məşğul 

olmağı öz üzərinə götürür.

192

 

Şimal bölgələrində polisin zorakılığı 2001-ci ildə 



saqqallı  şəxslərin təhqiramiz yoxlanması, onların 

saqqallarının zorla qırxılması  və onların döyülməsi 

kimi hallardan başlamışdır.

193


 Şimal bölgəsindəki 

şəhələrdən birində polis əməkdaşı Böhran Qrupuna 

etiraf etmişdir ki, “Onlara (sələfilərə) möhkəm 

tapşırılıb ki, saqqallarını  qırxsınlar”, çünki onların 

zahiri görünüşü “uşaqları qorxudur”.

194


 Ardıcıl 

“yoxlama” kampaniyası onlarla adamın iki gündən 

yeddi günə qədər yerli polis məntəqələrində saxlanılması 

ilə  nəticələndi. “Məni həbs edib üç dəfə saqqalımı 

qırxıblar”, 70 yaşlı  sələfi Ehtiram söyləyir. “Mən 

polisə gedəndə, onlar məni təhqir etdilər. Hamımız bu 

təzyiqdən çox əziyyət çəkirik”.

195


 Digər  şəhərdə, bir 

gənc məsələnin dərininə varmadan, dedi, “onlar 

kişinin dözə bilməyəcəyi, alçaldıcı hərəkətlər edirlər. 

Döyməkləri problem deyil, Allah özü hakimdir. Lakin 

digər hərəkətləri…”

196


 

“Onlar bizim evlərimizə  gəlib, silah axtarır… onlar 

hətta bizim kim olduğumuzu öyrənməyə cəhd etmirlər. 

Bizə ağzımızı yummağı deyirlər”, Ələsgər şikayətlənir. 

“Mənim evimə üç dəfə gəliblər. Artıq qonşularım da 

mənə  şübhə ilə baxır”.

197

 Afiyyəddin  əlavə edir ki, 



2007-ci ilin oktyabrında şimal bölgəsindəki məscidlərdən 

birində bir neçə kişi saxlanılıb və  vəhşicəsinə 

döyülmüşdür. “Onları məcbur etdilər ki, polisdə deyil, 

küçədə döyüldükləri haqda sənədə imza atsınlar. Həbs 

 

 

191



 Böhran  Qrupunun  müsahibəsi, vətəndaş hüquqlarının 

müdafiəçisi, Bakı, fevral 2008. 

192

 Böhran Qrupunun telefon müsahibəsi, Leyla Yunus, insan 



haqqları müdafiəçisi, fevral 2008. 

193


 Zaqatala, Balakən, Şəki, Qusar, Quba və Xaçmaz, Böhran 

Qrupunun müsahibəsi, Elman Osmanov, müdafiə  vəkili, 

fevral 2008. 

194


 Böhran  Qrupunun  müsahibəsi, polis nümayəndəsi

Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.  

195

 Böhran  Qrupunun  müsahibəsi, Ehtiram (əsl adı deyil), 



Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.

 

196



 Böhran Qrupunun müsahibəsi, Fəxrəddin (əsl adı deyil), 

Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.  

197

 Böhran  Qrupunun  müsahibəsi,  Ələsgər (əsl adı deyil), 



Azərbaycanın şimal bölgəsi, oktyabr 2007. 

zamanı onlar dəfələrlə  təhqirə  məruz qalırdılar və 

onlara deyirdilər ki ‘siz itdən də aşağısınız’. Biz onlara 

başa salmağa çalışırıq ki, biz xəvaric deyilik, lakin 

onlar üçün fərqi yoxdur. Biz çox yorulmuşuq”.

198


 

2007-ci ilin oktyabr-noyabr aylarında, mətbuatda 

yayılmış terror cəhdi haqqında gedən xəbərlərdən 

sonra, milli təhlükəsizlik və daxili işlər nazirlikləri 

ölkə boyu birgə “yoxlama” kampaniyasına başladılar. 

Dəvəçi rayonun imamı Mirzə  Əlibəyovla

199

 bərabər, 



polisə “müqavimət” ittihamı ilə onlarla sələfi tutulub, 

polis məntəqəsində saxlanılmışdır. Onların arasında 

vaxtilə  əfv olunan sələfi “Qarabağ partizanı”  Əsgər 

Rüstəmov da olmuşdur; polis onun evindən bir neçə 

güllə tapandan sonra, onu qeyri-qanuni silah saxlamaqda 

ittiham etmişdir, lakin qohumları güllərərin evə 

atılmasını iddia edir.

200


 Bu  kimi  məsələləri artıq bir 

neçə il ərzində araşdıran Bakı jurnalisti deyir ki, gənc 

sələfilərin bir çoxu gözdən itmiş kimidir. “Onların 

mühakimə olub-olmamasını biz heç bilmirik”.

201

 

Şimal bölgəsindəki sələfi icmaları üzvləri saylarının 



əvvəllər daha çox olduğunu, ancaq bir çox gənc 

üzvlərin bölgəni tərk etdiyini söyləyirlər.

202

 2007-ci ilin 



dekabrında penitensiar xidmətinin başçısı Nazim 

Ələkbərov demişdir ki, 60-dan 70-ə  gədər vəhhabi 

həbsdədir və əlavə etmişdir ki “onlardan on beş nəfəri 

bizə müraciət edib, əvvəlki etiqadlarından imtina 

etdiklərini bildiriblər”.

203


 

Radikallaşma təhlükəsi haqda ehtimallar müxtəlifdir. 

“İnanmıram ki, sələfilər və nurçularla əlaqədar hansısa 

təhlükə var” şimal bölgəsindəki  şəhərlərdən birində 

yaşayan sünni imam belə düşünür. “Bu sadəcə 

 

 



198

 Böhran Qrupunun müsahibəsi, Afiyəddin (əsl adı deyil), 

Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.  

199


 “Dəvəçi vəhhabilərinin imamı həbs edildi”, APA xəbərlər 

agentliyi, 29 oktyabr 2007. Mirzə  Əlibəyov on beş günlük 

azadlıqdan məhrum edilmişdir. Anar Vəliyevin dediyinə əsasən 

(“İki sifət”, eyni mənbədən), o, mömin sələfidir və cihad 

qruplarla  əlaqəsi yoxdur. Dörd nəfərlə  bərabər,  Əlibəyov 

2008-ci ilin martın 13-də müəmmalı qalan ittihamla yenidən 

saxlanılmışdır. 

200


 Böhran Qrupunun müsahibəsi, Akif Nağı, sədr, Qarabağ 

Azadlıq Təşkilatı; həmçinin, bax: “Qarabağ partizanları" indi 

də dindar olduqlarına görə  təzyiqə  məruz qalırlar”,  525-ci 

qazet, 22 noyabr 2007. 

201


 Böhran  Qrupunun  müsahibəsi, müstəqil jurnalist, Bakı, 

oktyabr 2007.  

202

 Şimal bölgələrdə yaşayan sələfilər deyir ki, “qardaşlardan” 



bir çoxu təzyiqlər nəticəsində Bakıya köçüblər. Kim isə iddia 

edir ki, yüzlərlə  sələfi həbsdədir. Böhran Qrupunun 

müsahibəsi, Azərbaycanın şimal bölgəsi, oktyabr-noyabr 2007.  

203


 “Azərbaycan penitensiar xidmətinin rəhbəri: ölkənin islah 

müəssələrində təxminən 60-70-ə yaxın vəhhabi var”, Day.az

7 dekabr 2007. 



Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 22

 

 

hökümətin ‘qabaqlama’ siyasətidir”.



204

 DQİDK 


nümayəndəsi Gündüz İsmayılov sübüt etməyə çalışır 

ki, “xəvariclər arasında iki yönüm mövcuddur: mülayim 

və radikal. Qanunu gəbul edənləri dövlət gəbul edir. 

Lakin onlar qanunu gəbul etmirsə, buna müəyyən 

reaksiya ortaya çıxır. Onlardan bəziləri Azərbaycanda 

xilafət qurmaq istəyir!”.

205

 Polis  isə öz hərəkətlərini 



dinin arxasında gizlənən cinayətkarlığa qarşı mübarizə 

ilə əsaslandırır.

206

 Bununla belə, polisin fəaliyyətindən 



belə görünür ki, o bir çox hallarda dinc sələfilərlə 

radikallar arasında fərq qoymur. 

Müsahiblərimizin bir qismi düşünür ki, hökümətin 

addımları dindarları ekstremizmə  təhrik edir. Gənc 

sələfi olan Ələsgər deyir, “bizi döyməklə inancımızı 

əlimizdən almaq istəyirlər, lakin başa düşmürlər ki, 

bu mümkün deyil. Onlar tam əksinə nail olacaqlar. 

Mənə pis adam olduğumu dönə-dönə deyəndə, mən 

doğrudan da pis adama dönəcəm”.

207


 Müstəqil imam 

əlavə edir, “bu kimi üsullar radikallaşmaya qarşı 

mübarizə deyil, əksinə, onun artmasını asanlaşdıran 

amildir”.

208

 “Dağıstana baxın!”- müstəqil hüquq 



müdafiəçisi deyir. “Biz ordakı  vəziyyətin burda da 

təkrarlanmasınımı istəyirik?”.

209

 “İnsanlar nə  qədər 



çox  ədalətsizlik görsələr, bir o qədər onlar dinə 

sığınacaqlar ki, cəmiyyətdə tapa bilmədikləri cavabları 

burda tapsınlar”, yerli mütəxəssis belə qənaət çıxarır.

210


 

 

 



204

 Böhran Qrupunun müsahibəsi, rəsmi sünni imam, noyabr 

2007.  

205


 

Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov, 

rayonlarda dini məsələlər üzrə  şöbənin rəhbəri, DQİDK, 

Bakı, sentyabr 2007.  

206

 Böhran  Qrupunun  müsahibəsi, polis nümayandəsi, 



Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.  

207


 Böhran  Qrupunun  müsahibəsi,  Ələsgər (əsl adı deyil), 

Azərbaycanın  şimal bölgəsi, oktyabr 2007. O, əlavə edir: 

“burda [Azərbaycanın  şimal bölgəsində] insanların hamısı 

saqqal saxlamaq istəyir, lakin edə bilmir. Biz onlarla din 

haqqında söhbət edirik, əsl İslamın nə olduğunu çatdırmağa 

çalışırıq. Polisdən fərqli olaraq, biz onlara müəyyən bir şey 

təklif edirik. Bizə qalan bir Allahdır”. 

208


 Böhran  Qrupunun  müsahibəsi, müstəqil imam, Bakı, 

dekabr 2007.

 

 

209



 Böhran  Qrupunun  müsahibəsi, müstəqil insan haqqları 

müdafiəçisi, Bakı, fevral 2008. 

210

 Böhran Qrupunun müsahibəsi, Tofiq Turkel, Turan 



xəbərlər agentliyinin eksperti, fevral 2008. 

V.

 

YEKUN SÖZ 

Bu hesabatda sözügedən müstəqil icmalar hökumətə 

və ya dünyavi həyat tərzinə demək olar ki, əsl təhlükə 

kəsb etmir. Demək olar ki, ölkədəki heç bir icma 

cihada meylli hesab oluna bilməz.  İslam dövləti 

qurmaq fikrini açıq bildirən az sayda icmanın ciddi 

tərəfdarları yoxdur və onlar məqsədlərinə çatmaq 

üçün strateji baxışa malik deyirlər. Bununla belə, İslam 

təhlükəsinin  şişirdirilməsi insanların sıxışdırılması  və 

dini həyatı nəzarətdə saxlamaq üçün bir bəhanə kimi 

istifadə olunmuşdur ki, bu da, polisin qəddarlığı ilə 

üzləşmiş qrupların siyasiləşməsi və hətta radikallaşması 

riskini artırır, baxmayaraq ki, ilkin vəziyyətdə bu 

qruplar qeyri-siyasi və sirf dini xarakter daşıyırdılar. 

Hökümət dini dairələrdə hörmətə malik olan mötədil 

səsləri gücləndirməyə başlamışdır, lakin o daha çox iş 

görməlidir, xüsusilə  sıravi vətəndaşların və ruhani 

olmaq istəyənlərin dini təhsilinin artırılmasına fikir 

verməlidir.  İslamla, o cümlədən müstəqil  İslami 

icmalarla, dövlət arasında dini azadlığı daha səmərəli 

təmin etmək üçün daha optimal münasibəti müəyyən 

etmək üçün müstəqil və rəsmi ruhaniləri, tədqiqatçıları 

və QHT-ləri cəlb etməklə, ictimai müzakirələr təşkil 

olunmalıdır. Müstəqil dini icmalar isə, xüsusilə sələfilər, 

öz növbəsində, üzvlərini terrorçuluğun və radikallaşmanın 

risklərindən agah etməlidir, və  rəsmi ruhanilər və 

Azərbaycan höküməti ilə  həqiqi dialoqa başlamağa 

sövq etməlidir.  



Bakı/Tbilisi/Brüssel, 25 mart 2008


Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 23

 

 

ƏLAVƏ A 



 

BEYNƏLXALQ BÖHRAN QRUPU HAQQINDA 

 

 



Beynəlxalq Böhran Qrupu (Böhran Qrupu) müstəqil, 

qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır və onun 

110-dan çox əməkdaşı düyünə düşmüş münaqişələrin 

qarşısını almaq və onları  həll etmək məqsədilə beş 

qitədə yerlərdə aparılan təhlillər və yüksək səviyyəli 

məsləhətlərlə işləyirlər.

 

Böhran Qrupunun yanaşması yerlərdə aparılan 



araşdırmalara  əsaslanır. Siyasi təhlilçilər qrupu zorakı 

münaqişənin qopması, güclənməsi və ya yenidən baş 

verməsi təhlükəsi olan ölkələrdə  və ya həmin ölkələrin 

qonşuluğunda yerləşdirilir. Yerlərdən gələn məlumat və 

dəyərləndirmələrə əsasən o, hədəfi beynəlxalq səviyyədə 

əsas qərar qəbul edənlər olan və praktiki tövsiyələr təklif 

edən analitik hesabatlar hazırlayır. Böhran Qrupu 

həmçinin bütün dünyada ən mühüm münaqişə 

vəziyyətləri və potensial münaqişələrlə  əlaqədar 

durumla bağlı  qısa müntəzəm yeniliklər təmin edən 



CrisisWatch 12 səhifəlik aylıq bulleteni nəşr edir.

 

Böhran Qrupunun hesabatları və brifinq sənədləri xarici 



nazirliklərə  və beynəlxalq təşkilatlara elektron poçtu 

vasitəsilə  və ya çap formasında göndərilir və eynu 

zamanda qrupun İnternet saytında, www.crisisgroup.org. 

ünvanında, yerləşdirilir. Böhran Qrupu öz böhranla bağlı 

təhlillərini ön plana keçirmək və özünün siyasətlə bağlı 

tövsiyələrinə  dəstək qazanmaq məqsədilə hökumətlərlə 

və onlara təsir edən qurumlarla, o cümlədən KİV-lər ilə 

yaxından əməkdaşlıq edir. 

Böhran Qrupunun siyasət, diplomatiya, biznes və  KİV 

sahəsində tanınmış  şəxsıləri özündə birləşdirən idarə 

heyəti bu hesabat və tövsiyələrin dünyada əsas siyasət 

hazırlayan şəxslərin diqqətinə çatdırılması işində birbaşa 

iştirak edir. Böhran Qrupunun sədri Avropa Xarici 

Əlaqələr Komissiyasının keçmiş üzvü, Barnslı Lord 

Pattendir. 2000-ci ilin yanvarından qurumun prezidenti 

və başçısı Avstraliyanın keçmiş Xarici İşlər Naziri Qaret 

Evansdır. 

Böhran Qrupunun beynəlxalq qərərgahı Brüsseldədir və 

Vaşinqton (hüquq şəxs kimi), Nyu-York, London və 

Moskvada təbliğatçı ofisləri yerləşir. Hazırda təşkilatın 

yerlərdə 15 ofisi var (Əmman, Belqrad, Bişkek, Dakar, 

Düşənbə, İslamabad, Cakarta, Kabul, Nayrobi, Pretoriya, 

Priştina, Kvito, Seul, Skopye və Tiflisdə) və onun 

təhlilçiləri dörd qitədə böhrana məruz qalmış 50-dən çox 

ölkədə  və  ərazidə  fəaliyyət göstərirlər. Afrikada bura 

Anqola, Burundi, Fil Dişi Sahili, Konqo Demokratik 

Respublikası, Eritreya, Efiopiya, Qvineya,  

Liberiya, Ruanda, Sahel bölgəsi, Syerra Leone, Somali, 

Sudan, Uqanda və Zimbabve; Asiyada Əfqanıstan, 

İndoneziya, Kəşmir, Qazaxıstan, Qırxızıstan, 

Myanmar/Birma, Nepal, Şimali Koreya, Pakistan, 

Tacikistan, Türkmənistan və Özbəkistan; Avropada 

Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və 

Hersoqovina, Gürcüstan, Kosovo, Makedoniya, 

Moldova, Serbiya və Çernoqoriya; Yaxın Şərqdə Şimali 

Afrikadan İranadək bütün bölgə və Latın Amerikasında 

Kolumbiya, And bölgəsi və Haiti. 

Böhran Qrupu hökumətlərdən, xeyriyyə fondlarından, 

şirkətlərdən və  fərdi donorlardan vəsait toplayır. 

Aşağıdakı hökumət idarələri və  təşkilatları hazırda 

maliyyələşmə  təmin edir: Frankofon Hökumətlərarası 

Agentlik, Avstraliya Beynəlxalq  İnkişaf Agentliyi, 

Avstraliya Federal Xarici İşlər Nazirliyi, Belçika Xarici 

İşlər Nazirliyi, Kanadanın Xarici İşlər və Beynəlxalq 

Ticarət Departamenti, Kanada Beynəlxalq  İnkişaf 

Agentliyi, Kanada Beynəlxalq  İnkişaf Araşdırma 

Mərkəzi, Çexiya Xarici İşlər Nazirliyi, Hollandiya 

Xarici  İşlər Nazirliyi, Finlandiya Xarici İşlər Nazirliyi, 

Fransa Xarici İşlər Nazirliyi, Almaniya Xarici İşlər 

Nazirliyi, İrlandiya Xarici İşlər Departamenti, Yaponiya 

Beynəlxalq 

Əməkdaşlıq Agentliyi, Lixtenşteyn 

Knyazlığının Xarici İşlər Nazirliyi, Leksemburqun 

Xarici  İşlər Nazirliyi, Yeni Zellandiyanın Beynəlxalq 

İnkişaf Agentliyi, Çin Respublikası (Tayvan) Xarici 

İşlər Nazirliyi, Danimarka Krallığının Xarici İşlər 

Nazirliyi, Norveç Krallığının Xarici İşlər Nazirliyi, 

İsveç Xarici İşlər Nazirliyi, İsveçrə Federal Xarici İşlər 

Departamenti, Türkiyə Xarici İşlər Nazirliyi, Böyük 

Britaniya Xarici İşlər Nazirliyi, Böyük Britaniyanın 

Beynəlxalq İnkişaf Departamenti və ABŞ-ın Beynəlxalq 

İnkişaf Agentliyi.

 

Fondlara və özəl sektor donorlarına isə  aşağıdakılar 



daxildir: Atlantik Filantrofiz təşkilatı, Nyu-Yorkun 

Karneqi Korporasiyası, Kompton Fondu, Ford Fondu, 

Fundaçano Oriente, Beynəlxalq DARA Fondu, Bill & 

Melinda Qeyts Fondu, Uilyam və Flora Hyulet Fondu, 

Hant Alternativz Fondu, Koreya Fondu, Con D. və 

Katerin T. Mak Artur Fondu, Moriah Fondu, Çarlz 

Styuart Mott Fondu, Açıq Cəmiyyət  İnstitutu, Pyer və 

Pamela Omidyar Fondu, David və Lusil Pakard Fondu, 

Plauşearz Fondu, Siqrid Rozinq Trast, Rokfeller Fondu, 

Rokfeller Filantrofi Advayzers və  Yəhudi  İcmasının 

İanə Fondu olan Sarlo Fondu. 

Böhran Qrupu haqqında əlavə məlumatı bizim internet səhifəmizdən əldə edə bilərsiniz: 



www.crisisgroup.org

 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə