Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 

 



Avropa üzrə Hesabat N°191 

25 mart 2008

 

AZƏRBAYCAN: MÜSTƏQİL İSLAM VƏ DÖVLƏT 

I.

 

GİRİŞ 

Son on il ərzində  İslamçı qruplara qarşı  zərbələr 

radikal  İslamın Azərbaycanda artmaqda olması 

ehtimalını gücləndirib. Hökümət zorakılıq aktları 

planlaşdırmaqda iddia edilən fəalları  həbs etmişdir. 

Mətbuat xarici təşkilatlara qarşı terror hücumları 

haqda məlumlatlar yaymışdır.  Əsl vəziyyət isə bu 

qədər birmənalı deyil. 

Öz mədəni modellərini ixrac etmək istəyən ölkələrə 

(İran, Türkiyə  və Yaxın  Şərqə) qonşu olan 

Azərbaycana 2001-ci ilə qədər missioner və xeyriyyə 

təşkilatlarının davamlı axını müşahidə olunurdu. 

Onların təsiri nəticəsində həm şiə, həmçinin də sünni 

qruplar yaranmışdır. Bu qrupları dünyavi quruluşa 

təhlükə sayan dövlət onlarla münasibət qurmaq 

üzərində baş sındırmaqda idi. 

Azərbaycanda bir sıra müsəlman icmalar, xüsusilə 

sələfilər, rəsmi dini idarə olan Qafqaz Müsəlman 

İdarəsinin (QMİ) dini hakimiyyətini tanımaqdan 

imtina edir. Hökümətin narahatçılığına səbəb bu 

məscidlərə dindarların artan axınıdır.  Əksər sələfilər 

İslama puritan yanaşan və siyasətə can atmayan 

mömin müsəlmanlardır. Yalnız az bir hissəsi 

hökümətə açıq müxalif fikirlər söyləyir, lakin 

hökümətin QMİ  və Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsi (DQİDK) vasitəsilə dini fəaliyyətə  tətbiq 

etdiyi sərt nəzarət bəzi müstəqil qrupları ixtilafa vadar 

edib.


1

 Xüsusilə  bəzi kiçik və müstəqil  şiə icmaların 

adlarını çəkmək olar ki, onlar dini azadlıqları naminə 

mübarizə aparır və artıq siyasi müxalifətlə  əlaqələr 

qurmağa nail olub. 

 

 



1

 Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş 

üzrə Dövlət Komitəsi (DQİDK) dini həyatı izləyən və ona 

nəzarət edən dövlət qurumlarıdır. QMİ Sovet dövründə 

yaradılıb və (1980-ci ildən) Allahşükür Paşazadə tərəfindən 

idarə olunur. Bu qurum ruhaniləri təyin edir, moizələrə 

nəzarət edir və  Məkkəyə ziyarəti təşkil edir. 2001-ci ildə 

yaradılan DQİDK dini icmaların qeydiyyatına və 

fəaliyyətinə  nəzarət edir. Bu təşkilatlarla  əlaqədar daha 

ətraflı məlumat üçün bax aşağıda Bölmə IV.A. 

Müsəlman icmaların dövlətin təhlükəsizliyinə  nə 

dərəcədə  təhlükə  təşkil edib-etməməsi və cihadçı 

ekstremizmə qarşı  nə kimi səmərəli üsullar qəbul 

olunmalıdır suallarına cavab tapmaq məqsədilə bu 

hesabat diqqəti müstəqil müsəlman icmalarla 

Azərbaycan dövləti arasında münasibətlərə yönəldir.  



A.

 

DÜNYAVİLİK

 

ƏNƏNƏSİ 

İslamın  şiə  məzhəbi müasir Azərbaycanın  ərazisində 

on altıncı  əsrdən sonra aparıcı  təriqətə çevrilmişdir, 

lakin  İranın təsiri zəif olan şimal bölgələrində  əksər 

əhali sünnilərdir. Rusiya ilə İran arasında 1828-ci ildə 

imzalanmış Türkmənçay müqaviləsindən sonra 

Azərbaycan Respublikasında və  İranda yaşayan 

azərbaycanlılar bir-birindən ayrılmışlar.

2

 Azərbaycanda 



yaşayanlar Çar Rusiyasının  İslamı  tədricən 

marginallaşdıran ruslaşdırma siyasətinin təsirinə 

məruz qalmışdır,

3

 sonra isə, Sovet höküməti cəmiyyətin 



dünyaviləşməsini daha da dərinləşdirmişdir. 1930-cu 

illər  əksər məscidlərin bağlanması  və dinə qarşı  ən 

sərt təzyiqlərlə yadda qalmışdır. 1940-cı illərdə 

müsəlmanları və onların dini fəaliyyətini idarə etmək 

üçün Moskva yeni qurum yaratdı.

4

 Qafqaz  və Orta 



Asiya müsəlmanların bir qismi gizli və dövlətin 

nəzarətindən kənar etiqad qrupları yaratmağa nail 

oldular,

5

 lakin 1991-ci ildə müstəqillik əldə etdiyi bir 



 

 

2



 Saziş Yerevan, Naxçıvan və Talış xanlığının qalıqları 

üzərində Rusiyanın suverenliyini tanımış  və imperiyalar 

arasında Araz çayını sərhəd kimi müəyyən etmişdir. 

3

 Böhran Qrupunun telefon müsahibəsi, Bayram Balcı, 



direktor, Fransanın Mərkəzi Asiyaşunaslıq  İnstitutu, 

Daşkənd, avqust 2007; və S. Kornel, “Azərbaycanda islamın 

siyasiləşməsi”, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu 

Araşdırmalar Proqramı, Vaşinqton və Uppsala, 2006.  

4

 

Üç yeni Müsəlman  İdarələri – Mərkəzi Asiya və 



Qazaxıstan (Daşkənd),  Şimalı Qafqaz (Maxaçkala) və 

Cənubi Qafqaz (Bakı) – sonradan Rusiya Müsəlmanları 

İdarəsinə çevrilən “SSRİ-nın Avropa hissəsinin 

Müsəlmanlarının Mərkəzi  İdarəsinə” 1943-ci ildə  əlavə 

edilmişdir. 

5

 Bu  hesabat  qeyri-rəsmi  İslamı  (İslam icmalarını) 



“müstəqil” adlandırır. Digərləri “qeyri-rəsmi  İslam” 

terminini istifadə edirlər – C. Qlen,  Mərkəzi Asiyada Sovet 



Mirası  (Cippenham, 1999) bax, səh. 91 – və ya “parallel 

İslam” – bax A.Benniqsen, Unudulmuş Müsəlmanlar (Paris, 




Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 2

 

 

zaman,  əksər azərbaycanlılar təşkilatlanmış dini 



qruplarla əlaqələri itirmişdirlər. 

Muasir Azərbaycan  əhalisinin yalnız kiçik hissəsinin 

İslamın əsas şərtlərinə əməl edən dünyavi bir ölkədir.

6

 



2006-ci ilin tədqiqatı göstərir ki, “siz özünüzü bütün 

dini mərasimləri (adətləri) bilən və onlara riayət edən 

əsl inanclı hesab edirsiniz” sualına yalnız 7.2% 

respondent müsbət cavab vermişdir; 49.7% faiz insan 

isə özlərini “dinə inanan, lakin dini məsələlərdən 

bilikli olmayan və dini şərtlərə riayət etməyən” 

adlandırıblar.

7

 Müsəlman olmaq dindən çox mədəni 



və etnik anlam daşıyır.  Əhalinin təxminən üçdə ikisi 

şiə, üçdə biri isə sünnidir. Konstitusiya dini etiqad 

azadlığını  təmin edir və müxtəlif dinlər arasında 

münasibətlər adətən yaxşıdır.

8

 Demək olar ki, bütün 



dini icmalar sülhsevərdir, hökümətlə  sıx  əməkdaşlıq 

edir və dövlətin dəstəklədiyi QMİ-nin dini hakimiyyətini 

tanıyır. Yalnız kiçik sayda icmalar hökümətdən 

muxtariyyət naminə səy göstərdiyinə görə “müstəqil”, 

hətta ondan da az sayda icma isə radikal adlandırıla bilər. 

Məscidlərə gedənlərin sayı  nəzərəçarpan qədər 

artmasa belə,  şimal və  cənub regionlarda yaşayanlar, 

ənənəvi olaraq, bütün ölkə ilə müqayisədə daha 

dindar olmuşdurlar. Bakıda  əksər məscidləri ziyarət 

edənlərin sayı azdır (istisnalar aşağıda müzakirə 

olunur).

9

 Bununla  belə, Bakı  və digər  şəhərlərdə öz 



mənsubiyyətinin axtarışında olan cavanlar dinə üz 

tutmaqda yaşlılardan daha fəaldırlar.

10

 Adətən bu orta 



məktəb və ya universitet səviyyəsində baş verir. Din 

                                                                                        

1981) və T.Svyatoxovski, “Azərbaycan:  İslamın Gizli 

Simaları”, Dünya Siyasəti Jurnalı, cild. 19, # 3 (2002 payız), 

səh. 73. 

6

 2004-ci ildəki sorğuda respondentlərin 63.6 faizi heç vaxt 



ibadət etmədiklərini deyiblər; 13.2 faiz isə  bəzən ibadət 

etdiklərini etiraf ediblər. Bax: H. Hacızadə, “Sentyabrın 11-

dən sonra Azərbaycanda Din və Dini Etiqad Azadlığı”,  III 

Era, # 6 (2005), səh. 38.  

7

 Digər 40.1 faiz dinə inandıqlararını, dini ənənələr haqqında 



anlayışa malik olduqlarını, lakin bu ənənələrdən ancaq 

bəzilərinə riayət etdiklərini bildiriblər. Bu sorğu sosioloji 

xidmət təşkilatı olan Puls tərəfindən 2004, 2005 və 2006-ci 

illərdə təkrarən keçirilmiş və belə bir nəticəyə gəlmişdir ki, 

dini şərtlərə riayət edən respondentlərin sayı dəyişməz olaraq 

qalır və 50 faizdən aşağıdır. “Azərbaycan 2006-ci ildə, 

sosioloji monitorinq”, Puls/Fridrix Ebert Fondu, Bakı, 2007. 

8

 Azərbaycan kiçik xristian və yəhudi icmasına malikdir.  



9

 Bakı  Şəhidlər Məscidi 3000-nə  gədər dindarın ibadət 

mərkəzidir.  Əbu Bəkr məscidi  ən yüskək göstəricilərə 

malikdir: malumatlara əsasən həftədə 7000-nə  gədər 

dindarın ibadət yeridir. (daha ətraflı məlumat aşağıda təqdim 

olunub).  İçəri  Şəhərdəki Ləzqi Məscidində cümə namazına 

800 nəfər gəlir. Digər müstəqil  şiə  məscidləri, xüsusilə 

Dadaş Məscidi, həmçinin yüzlərlə inanclının ibadət yeridir.  

10

 Böhran Qrupunun müsahibəsi, Dr. Kristin Hunner-Krizel, 



Bakı, sentyabr 2007; və yazışmalar, oktyabr 2007. 

şəhərdə yaşayan bu qruplara “saflıq” və “azadlıq” 

təklif edir, lakin bu siyasi məyusluğun nümayişi 

deyil.


11

 Siyasi və ya iqtisadi inciklik səbəbindən dinə 

dönən gənclərin əksəriyyəti şimalda və ya, Nardaranın 

ətrafında, Bakı kəndləri adlanan məkanda yaşayır.

12

  

B.



 

T

ERRORÇULUQ 

İ

TTIHAMLARI 

 

Ümumiyyətlə Azərbaycanın dünyavilik xüsusiyyətinə 

baxmayaraq, İranla Türkiyə arasında strateji yerləşməsi 

və Rusiyanın qaynar nöqtəsi sayılan Dağıstan 

respublikası ilə ümumi sərhədi bu ölkəni həm dinc, 

həm də radikal xarici İslam təsir dairələrinin rəqabət 

meydanına çevirir. Hökümət iddia edir ki, Qərblə 

iqtisadi və siyasi əlaqələri ölkənin xaricdən gələn 

İslam ekstremistlərinin hədəfinə çevirir. 

Hökümət 1990-cı illərdən etibarən radikal İslamçı 

cərəyanlarla uğurlu mübarizə apardığını iddia 

etmişdir. Deyilənə görə, Azərbaycanda ilk beynəlxalq 

terrorçu təşkilat əl-Cihad olmuşdur ki, o da sonradan 

əl-Qaidə ilə birləşmişdir.

13

 Təşkilatın Azərbaycan 



bölməsini İbrahim Eydaruz 1995-ci ildə yaratmış, ona 

1997-ci ilə  gədər rəhbərlik etmiş, sonra Londona 

köçmüş  və iki ildən sonra orada həbs olunmuşdur.

14

 



1998-ci ildə  əl-Qaidə  tərəfindən Dar-es-Salam və 

Nayrobidəki ABŞ  səfirliklərində partlayışlardan bir 

saat  əvvəl  əməliyyata görə  məsuliyyəti öz üzərinə 

götürmək haqqında məlumatı əks etdirən faks Bakıda 

yerləşən telefon nömrəsindən təşkilatın London 

bölməsinə göndərilmişdir.

15

 Bir  müddət sonra, ABŞ-



ın Mərkəzi Kəşviyyat  İdarəsi (MKİ) ilə birlikdə 

Azərbaycan təhlükəsizlik orqanları  əl-Cihadın hərbi 

əməliyyatlar üzrə rəhbərini Əhməd Salaam Mabrukun 

həbsinə nail olmuş  və Azərbaycan tərəfi onu Misirə 

ekstradisiya etmişdir. Deyilənə görə, bu əməliyyatı 

keçirilərkən ABŞ və İsraildə 100-dən çox hədəfə qarşı 

hücum planlarını əks etdirən disk aşkar olunmuşdur.

16

 



 

 

11



 “İnsanlara gözəllik və saflıq lazımdır. Bundan başqa burda 

gənclərə daha nə  təklif etmək olar”, müstəqil  şiə icmasının 

üzvü belə düşünür. Böhran Qrupunun müsahibəsi, İlham (əsl 

adı deyil), Bakı, sentyabr 2007.  

12

 Böhran  Qrupunun  müsahibəsi, Azərbaycanın regionları, 



oktyabr-noyabr 2007. 

13

 Əl-Cihad, və ya İslami Cihad, 1970-cı ildə Misirdə 



yaranan  İslamçı radikal qrupdur. Əl-Qaidə ilə  sıx  əlaqələrə 

məxsus idi və 2001-ci ilin iyununda onunla birləşmişdir. 

Bax: www.globalsecurity.org/military/world/para/aljihad.htm  

14

 İttiham akti, ABŞ Üsəma Bin Ladenə qarşı, et. al, bax: 



http://cns.miis.edu/pubs/reports/pdfs/binladen/indict.pdf.  

15

 S. Kornel, eyni mənbədən, səh. 48.  



16

 “İslamçı qruplar kimyavi-bioloji silahdan istifadə etmək 

planını daşıyırdı”, World Tribune.com, 21 aprel 1999. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə