Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 15

 

 

O, Azərbaycan mətbuatında və vebsaytlarda tez-tez 



çıxış edir və Beynəlxalq Dini Azadlıq Assosiasiyası 

və Forum 18 də daxil olmaqla, dini etiqad azadlığı ilə 

məşğul olan beynəlxalq QHT-lərlə  sıx  əməkdaşlıq 

edir.  İcma  Dəyərlər  adlanan həftəlik qazet nəşr edir 

və, siyasi və dini məsələləri  şərh edən eyni adlı 

Internet səhifəsinə malikdir.

137

 Azərbaycanın dini 



rəhbərləri arasında  İbrahimoğlu  ən tanınan və siyasi 

baxımdan səsi eşidilən  şəxsdir. Adətən qərb 

müşahidəçiləri onu  öz məqsədləri üçün Avropanın 

demokratiya və insan haqqları kimi dəyərlərindən 

yararlanan bir mötədil insan kimi tanıyırlar. 

Cümə  Məscidi bağlandıqdan sonra, Bakıda müstəqil 

şiələrin ən böyük ibadət yeri Dadaş Məscidi olmuşdur. 

Hacı  Şahinin rəhbərlik etdiyi icma

138

 1990-cı illərin 



əvvələrindən mövcuddur və 2002-ci ildən  şəhərin 

işgüzar rayonunda öz binasına malikdir. Bu icma 

yaxında yerləşən neft şirkətləri və beynəlxalq 

təşkilatlarda çalışan varlı və təhsilli gəncləri daha çox 

cəlb edir. Cümə namazına 800-dən artıq dindar 

toplaşır ki, bunların da hamısı içəri sığışmayanda bir 

hissəsi küçədə ibadət edir. İcma dini haqqların 

qorunması üzrə çalışan Mənəvi Dünya İctimai Birliyi 

adlı QHT-yə və Salam adlı qazetə malikdir. 

Dadaş  Məscidi 2007-ci ildə prosedurların daha 

yumşaq olmasından yararlanaraq qeydiyyatdan keçmişdir. 

Hacı  Şahin deyir ki, hökumət son dövrlərdə düzgün 

addımlar atmışdır. “Radikallaşma məhz dindarların 

haqqları pozulanda ortaya çıxır. Deyəsən, hökümət 

bunu başa düşməyə başlayıb. Radikallar İslamı  dərk 

etmir və müxtəlifliyə hörmət etmir”.

139

 

Bakıdakı Cavad Məscidi də Cümə namazına yüzlərlə 



gənci qeyri-münasib şəraitdə qəbul edir. Bu Məscidin 

də “Birlik” adlı öz QHT-si, qəzeti və binası var. 

Məscidin iki imamından biri, Hacı Namiq Bakı İslam 

Universitetində  dərs deyir.

140

 İki dəfə, 1992-ci və 



2001-ci illərdə icmanı qeydiyyata almaqdan imtina 

ediblər. Güman edilir ki, buna səbəb hölumətin İranda 

təhsil almış Hacı Namiqə  şübhə ilə yanaşmasıdır. 

Yuxarıda qeyd edilən digər iki icmaya oxşar olaraq, 

Cavad Məscidi də  vətəndaş  cəmiyyətinin və dini 

haqqların təbliği ilə  məşğul olur. “İndiki zamanda 

bizim işimiz vətəndaş  cəmiyyətinin inkişafıdır. Biz 

sadəcə hüquqlarımıza yiyə durmaq istəyirik, lakin 

bizə deyirlər ki, siz radikalsınız və inqilab istəyirsiniz. 

Bunu deməklə, hökümət ictimaiyyətin bizə olan geniş 

 

 

137



 Bax: www.irla.org, www.forum18.org və www.deyerler.org. 

138


 O,  ozü  öyrənmiş imam olduğunu, lakin qısa müddət 

ərzində İranın Qazvin şəhərində oxuduğunu iddia edir. 

139

 Böhran  Qrupunun  müsahibəsi, Hacı  Şahin, Cavad 



Məscidinin İcmasının imamı, Bakı, oktyabr 2007. 

140


 O, Qumda (İran) təhsil alıb. 

dəstəyini azaltmağa çalışır”, Hacı Namiq belə 

fikirdədir.

141


 

2.

 

Digər müstəqil qruplar 

Bakı şəhərinin ətrafında və digər şəhərlərdə Şeyxülislamı 

və QMİ-ni tanımaqdan imtina edən digər icmalar da 

mövcuddur.

142

Əksəriyyəti qeydiyyatdan keçməyib və 



şəxsi mənzillərdə görüşlər keçirir. Ramizoğlunun 

sözlərinə görə “kiçik, qeyri-ənənəvi dini icmaların 

sayı  kəskin sürətlə artmaqdadır ki, onlara da nəzarət 

etmək çox çətindir. Azərbaycanda vətəndaş 

cəmiyyətinin olmadığına görə, bu icmalar mahiyyətcə 

siyasiləşmişdir. Bu radikallaşma demokratiyanın 

olmamasına və dövlət nəzarətinə cavab reaksiyasıdır”.

143


 

Bəziləri hökumətə açıq  şəkildə tabe olmur. 2007-ci 

ilin iyun ayında QMİ  tərəfindən  əzanın ucadan 

səslənməsinə qoyulan qadağaya Hacı  Əbdül riayət 

etməmişdir: “şübhəsiz, biz əzanın səsləndirilməsini 

davam etdirdik. Biz hətta  əzanı  əvvəlkindən iki dəfə 

yüksək səslə ötürməyə başladıq ki, yaxınlıqda 

yerləşən QMİ onu eşidə bilsin”.

144

 

Rəsmi ruhani nümayəndələr də DQİDK-ni və QMİ-ni 



ehmalca tənqid edirlər.  Əzan oxuyan bir gənc 

ruhanilərlə Böhran Qrupununun söhbətindən bəlli 

olub ki onlar, əzanı Azərbaycan təqvimi ilə 

səsləndirsələr də, Azərbaycan  şiələrinin çoxunun 

İranın dini rəhbərliyinə rəğbətini nəzərə alaraq, ibadət 

tərzini “daha düzgün” hesab etdikləri  İran sayağı 

həyata keçirirlər.

145


 türk  məscidlərinin tikilməsini və 

Türkiyədən gələn sünni İslamın hökumət tərəfindən 

bütövlükdə dəstəkləndiyini görən daha yüksək rütbəli 

ruhanilər şiə məscidlərin İrandan maliyyə yardımı ala 

bilməməsindən gileylərini bildirmişlər. 

 

 



141

 Böhran  Qrupunun  müsahibəsi, Hacı Namiq, Cavad 

Məscidinin İcmasının başçısı, Bakı, oktyabr 2007. 

142


 Əhəmiyyətli sayıla bilən müstəqil icmalar Gəncə,  Şəki, 

Quba və cənub bölgəsində mövcuddur. Bəziləri qeydiyyatdan 

keçib və Paşazadənin hakimiyyətini tanıyır; digərləri hələ də 

tanımayıb, və onları qorumaq məqsədilə hesabatda onların 

adları açıqlanmır.  

143


 Böhran Qrupunun müsahibəsi, Hacı Azər Ramizoğlu, 

DEVAMM-ın sabiq sədri, Tbilisi, avqust 2007.  

144

 Böhran Qrupunun müsahibəsi, Hacı Əbdül, Bakı, sentyabr 



2007. Hacı  Əbdül Bakı Hüseyn Məscidinin imamıdır və 

gənclərin narkotik və alkoqol asılılığından qurtulmasına kömək 

edən və keçmiş Sovet İttifaqının əksər respublikalarında təmsil 

olunan Tövbə Cəmiyyətinin rəhbəridir. Tanınmış sabiq millət 

vəkili olaraq o, yenidən seçkilərə qatılmaq fikrində olsa belə, 

dəfələrlə namizəd kimi qeydiyyatı rədd edilmişdir. 1996-ci ildə 

dini etiqad azadlığı haqqında qanuna edilən dayişikliklərdən 

sonra onun məscidi qeydiyyata alınmamışdır.  

145

 Böhran  Qrupunun  müsahibəsi, rəsmi ruhani, Şiə, 



sentyabr-oktyabr 2007.  


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə