Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 4

 

 

qrupun altı üzvü qeyri-qanuni silah alınması, silahlı 



qarət, sərhədi qeyri-qanuni keçmə, sənədlərin 

saxtalaşdırılması  və  həbsə müqavimət ittihamları ilə 

on ildən on beş ilədək azadlıqdan məhrum edilmişdir. 

Nazirliyin verdiyi məlumata əsasən, bu şəxslər ABŞ, 

İsrail və Rusiya səfirliklərini, Dövlət Neft Şirkətininin 

(ARDNŞ) və Azərbaycan Milli Bankının binasını 

partlatmağı planlaşdırıdılar.

27

 Əlavə olaraq, keçən ay 



sıralarında azərbaycanlı, türk, rusiyalı  və  yəmən 

vətəndaşı olan on altı nəfər, bağlı keçən məhkəmənin 

hökmü ilə odlu silahların qeyri-qanuni alınması  və 

daşınması, və 2005-ci ilin iyulunda daxili işlər 

nazirliyinin zabitini qətlə yetirdiklərinə görə ömürlük 

azadlıqdan məhrum olunmuşdular. Deyilənə görə bu 

şəxslər  əl-Qaidə üzvü olmuş  və Çeçenistanda 

döyüşmək üçün Gürcüstanın Pankisi dərəsində  təlim 

keçmişlər.

28

 Məhkəmə dinləmələri zamanı müdafiə 



tərəfinin vəkilləri və qohumlar ittiham olunanların 

bəzilərinin bir-birini tanımadığını iddia edirdi.

29

 Rəsmi 


mənbələrə istinad edərək  əl-Qaidə ilə bağlılığı iddia 

edən çoxsaylı  mıtbuat məlumatlarına baxmayaraq, 

rəsmi ittihamnamədə əl-Qaidə ilə əlaqə qeyd edilmirdi.

30

 



Bu yaxınlarda, 2007-ci ilin oktyabrın 29-da milli 

təhlükəsizlik nazirliyi “radikal vəhhabi qrupu” 

tərəfindən “Bakıda bir sıra dövlət  əhəmiyyətli 

binalara və beynəlxalq anti-terror koalisiyasının üzvü 

olan ölkələrin səfirlik və missiyalarına qarşı” “böyük 

və  dəhşətli aksiyanın” qarşısının alındığını  bəyan 

etdi.

31

 29-31  oktyabr  tarixlərində ABŞ  Səfirliyi 



konsulluq xidmətini dayandırdı.

32

 Norvecin  Statoyl 



neft  şirkətinin, Britiş Petroleumun, Böyük Britaniya 

və ABŞ səfirliklərinin xidməti personalının yerləşdiyi 

Landmark biznes mərkəzi iki günlük bağlandı.

33

 



 

 

27



 Milli  Təhlükəsizlik Nazirliyinin bəyanatını tapmaq üçün 

bax www.mns.gov.az/news/17.04.2006.15.33_en.html. 

28

 “Azərbaycan  Şübhəli sayılan  əl-Qaidə yaraqlılarını  həbs 



etdi”, RFE/RL, 19 aprel 2006. 

29

 Böhran  Qrupunun  müsahibəsi, Elman Osmanov, ittiham 



olunan tərəfin vəkili, fevral 2008; və “Azərbaycanda  İslam 

radikallarına hökm oxundu”, BBC Azeri.com, 19 aprel 2006. 

30

 Böhran  Qrupunun  müsahibəsi, Elman Osmanov, ittiham 



olunan tərəfin vəkili, fevral 2008. 

31

 “Azərbaycan terror aksiyasının qarşısını aldığını deyir”, 



International Herald Tribune, 29 oktyabr 2007; və 

“Azərbaycan: Bakıda terror aksiyası pozulmuşdur,” 

EurasiaNet, 29 oktyabr 2007. 

32

 “ABŞ Səfirliyi fəaliyyətini təmamilə bərpa edib”, Day.az



31 oktyabr 2007. 

33

 F.  İsmayılzadə, “Azərbaycan rəhbərliyi radikal İslamın, 



xüsusilə orduda yayılmasından ehtiyyatlanır”, Ceymstoun 

Fondu, 7 noyabr 2007; və “Statoyl şirkəti Azərbaycandakı 

fəaliyyətini müvəqqəti dayandırıb”, Day.az, 29 oktyabr 2007. 

Hadisədən sonrakı bir neçə həftə ərzində terror aktları 

planlaşdırmaqda ittiham olunan onlarla “vəhhabi”,

34

 o 



cümlədən hissədən qaçmış ordu zabiti

35

 və  əl-Qaidə 



və əl-Cihadla əlaqədə olması güman olunan ərəb əsilli 

Əbu Cəfər adlı şəxs və onların bir neçə tərəfdaşı həbs 

olunmuşdur. Təşkilatçı kimi təqdim olunan cavan 

“vəhhabi” həbsə müqavimət göstərərkən öldürülmüş,

36

 

və 100-ə yaxın sələfi müvəqqəti saxlanılmışdır.



37

 

Lakin bəzi rəsmilər təhlükənin həqiqətdə daha az 



miqyasda olmasını qeyd etdilər. Müdafiə nazirliyi 

orduda “vəhhabilərin” olmadığını bəyan etdi.

38

 Daxili 


İşlər Naziri bəyan etdi ki, “Azərbaycanda dini ekstremizm 

təhlükəsi yoxdur” və söz verdi ki, hüquq-mühafizə 

orqanları heç kimə “terror fəaliyyətini dinlə ört-basdır 

etməyə” imkan verməyəcək.

39

  

 



 

34

 Sələfilərdən fərqli olaraq, Vəhhabilər  əsas kimi Hənbəli 



məktəbinin qanunlarından istifadə edir, bax Böhran 

Qrupunun Yaxın  Şərq üzrə Hesabatı N°37, İslamı  Dərk 



Edərək, 2 mart 2005. “Vəhhabi” sözü keçmiş Sovet 

İttifaqında dissident İslam hərəkatlarını  təsvir etmək üçün 

istifadə olunurdu, və eyni zamanda, səhvən, bütün sələfilərə 

şamil olunur. Bakı  sələfi icmasının üzvləri  İslama daha 

puritan yanaşmaya malikdirlər, lakin özlərini vəhhabi 

saymırlar. Bax: Əbu Bəkr icmasının rəhbəri Qamət 

Süleymanov haqqında, “Mən vəhhabi deyiləm”,  Today.az

30 avqust 2006.  

35

 “Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi radikal vəhhabi 



qrupunun üzvləri olan baş leytenant Kamran Əsədov və 

Fərid Cabbarovu həbs edib”, APA xəbərlər agentliyi, 10 

noyabr 2007; və “ABŞ-ın Azərbaycandakı  səfirliyinə qarşı 

terrorçuluq aksiyası keçirmək istəyən qrupun son üzvü Milli 

Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edildi”, APA 

xəbərlər agentliyi, 21 noyabr 2007. 

36

 Böhran  Qrupunun  müsahibəsi, yerli sakinlər, Məştağa, 



noyabr 2007; Rövşən  İsmayılov, “Azərbaycan terror 

aksiyasının qarşısını aldığını deyir,” EurasiaNet, 29 oktyabr 

2007; və Teymur Hüseynov, “Bakıda polislə  vəhhabilər 

arasında atışma olub – bir nəfər ölüb”, Day.az, 27 oktyabr 

2007. 

37

 “Vəhhabi müharibəsi başladı”, Azadlıq, 30 oktyabr 2007. 



Əksəriyyəti polisə müqavimət ittihamı ilə  cəzalandırılıb, 

Böhran Qrupunun müsahibəsi, Abu Bəkr icmasının üzvü, 

Bakı, yanvar 2008.  

38

 DQİDK-nın sədri zabiti vəhhabi adlandırdı, “Hidayət 



Orucov: Xanlar rayonundakı  hərbi hissənin zabiti leytenant 

Kamran Əsədov dini etiqad baxımından vəhhabi olub”, APA 

xəbərlər agentliyi, 29 oktyabr 2007. Müdafiə Nazirliyi bunu 

təkzib edir “Azərbaycan Müdafiə Naziri: ordu sıralarında … 

vəhhabi yoxdur”, Day.az, 29 oktyabr 2007. 

39

 “Daxili İşlər Nazirliyi: dini radiklizmin təşviqi Azərbaycan 



üçün çox təhlükəlidir”,  Day.az, 29 oktyabr 2007; və 

“Tarixşçə: Azərbaycanda  İslam”, BBC Monitoring, 30 

oktyabr 2007, bax: http://acturca.wordpress.com/2007/11/04/ 

backgrounder-islam-in-Azerbaijn/. Xarici işlər nazirliyi 

terrorçuluq təhlükəsinin olmamasını deyir, həmin yerdə. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə