Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 5

 

 

Azərbaycanda insan haqqlarının zəif inkişaf etməsi,



40

 

təhlükəsizlik orqanlarında zorakılıq və müstəqil 



olmayan məhkəmə sistemini nəzərə alaraq, İslamçı 

terrorçu olmaqda ittiham edilən şəxslərin məhkəmələrinin 

ictimaiyyət üçün bağlı keçirilməsi yerli və beynəlxalq 

müşahidəçilərdə ekstremizm təhlükəsinin real miqyasları 

ilə bağlı suallar doğurmuşdur. Yerli cinayətkar 

qrupları  əl-Qaidə ilə  əlaqədə olmaqda iddia etməklə, 

ola bilsin ki, hakimiyyət terroçuluğa qarşı beynəlxalq 

mübarizəni bəhanə  gətirərək dini sıxışdırmalara 

müəyyən dərəcədə qanuni don geyindirir.

41

 Hər halda, 



yuxarıda sözügedən hadisələr haqlı  təhlükəsizlik 

maraqları  və ümumi insan haqları, o cümlədən dini 

azadlıqlar arasında incə bir tarazlığa ehtiyac olduğunu 

nümayiş etdirir. 

 

 

40



 “Azərbaycana dair İnsan Haqqları Hesabatı 2007: 

Azərbaycan”, ABŞ Dövlət Departamenti, 2008; və Böhran

 

Qrupunun Avropa Brifinqi N°40, Azərbaycanın 2005 



Seçkiləri: Əldən verilmiş İmkan, 21 noyabr 2005.  

41

 Böhran  Qrupunun  müsahibəsi, yerli mütəxəssislər və 



fəallar, yanvar-fevral 2008. Bax A. Vəliyev, “Əl-Qaidə 

Azərbaycanda: Əfsanələr və Reallıqlar”, Qlobal Terrorçuluğun 



Təhlili, cild 4, # 10 (18 may 2006) və “Sələfiliyin 

Azərbaycanda İki Siması”, Qlobal Terrorçuluq, cild 4, # 40 

(5 dekabr 2007); “Zərduşt Əlizadə: Mən Azərbaycanda heç 

bir terror təhlükəsi görmürəm”, Day.az, 30 oktyabr 2007; A. 

Yunusov,  Azərbaycan 21-ci əsrin birinci yarısında: 

Münaqişələr və Potensial Təhlükələr (Bakı, 2007), səh. 119-

148; və H. Koteça, “Azərbaycanda  İslam və Etnik 

Mənsubiyyəti: Üzə  çıxan icmalar və  gərginlik”,  iyul 2006, 

bax: www.esiweb.org/pdf/Azerbaijan_osceislamic_and_ 

ethnic_identities_in_Azerbaijan_Jul2006_23087_en.pdf.  

II.

 

XARİCİ TƏSİRLƏR

 

 

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanandan 

sonra Türkiyə,  İran, Yaxın  Şərq ölkələri və  cənubi 

Rusiyadan olan ekstremist qruplar bura öz təsirlərini 

yaymağa çalışmişlar.

42

 Rəsmi ruhanilər Sovet 



dönəmində təhsil almış mollalardan ibarət idi ki, onlar 

da  əhalinin mənəvi oyanışını ödəyə bilmirdi. 

Müstəqillikdən sonrakı onillikdə müsəlman ölkələri 

150-ə yaxın məscid tikmiş

43

 və ölkəyə müəllim, 



missioner göndərmişlər. Əvvəllər tanınmayan sələfiliyi 

də xarici missionerlər gətirmişlər. Xaricdən gələn 

missionerlərin bir qismi siyasi məqsədlər güdürdü, və 

hökümət onların bir çoxunu ölkədən xaric etmişdir, 

qalanlarını isə ciddi nəzarətdə saxlayır. Bü gün, yalnız 

türk mənşəli dini təşkilatlar fəaldır. Rəsmi Ankara 

İrandan və Yaxın  Şərqdən gələn radikal İslamı Türk 

dünyasından kənar saxlamağa çalışır

44

 və Türkiyənin 



dünyavi modelinin Azərbaycandakına bənzəməsi 

səbəbindən Türkiyə mənşəli qruplar müsbət qarşılanır.

45

 

Lakin, son zamanlarda, hökümət Türkiyədən gələn 



bəzi qruplara daha çox şübhə ilə yanaşmağa başlayıb.  

A.

 

Y

AXIN 

Ş

ƏRQ 

 

Sələfi  İslamı Azərbaycana missionerlər, Səudiyyə 

Ərəbistanında, Küveytdə  və ya Misirdə  təhsil almış 

azərbaycanlılar və 80-ci illərin sonlarında və 90-ci 

illərin  əvvəlində  Məkkəyə  həccə getmiş  zəvvarlar 

gətirmişlər ki, onu da, adətən, yerli tənqidçilər “Vəhhabi” 

İslam adlandırır.

46

 Dini  ədəbiyyat və  İnternet təbliğat 



 

 

42



 O. Roy, “İran inqilabının Yaxın Şərqə təsiri ”; və B. Balcı, 

“Post-Sovet Azərbaycanında  Şiə  məzhəbi:  İran və daxili 

dinamik təsirlər arasında”, bax S. Mervin (ed.), Dünya 

Şiələri və İran (Paris, 2007).  

43

 R. Mehdiyev, “Qloballaşma dövründə dövlət və cəmiyyət”, 



Azərbaycan, sentyabr 2007. 

44

 B.  Balcı, “İslamla dünyavilik arasında: Asiyanın və 



Qafqazın türk-dilli respublikalarında Türkiyənin regional 

siyasəti”, Balçı (ed.), Qafqazda din və siyasət (Paris, 2007)  

45

 Türkiyə Dini İşlər üzrə Baş  İdarəsi adlanmasına 



baxmayaraq, yalnız Sünni İslamın rəsmi üslubuna xidmət edir. 

46

 Müstəqillik dövründən əvvəl Yaxın Şərq müsalmanları ilə 



az sayda əlaqələr mövcud idi. Böhran Qrupunun müsahibəsi

Azərbaycanlı dindar, Bakı, oktyabr 2007. Azərbaycanın  ən 

böyük Sələfi icmasının rəhbəri Qamət Süleymanov Səüdiyyə 

Ərəbistanında və Sudanda təhsil alıb. 1996-cı ildə 120 tələbə 

Misir,  İran, Liviya və Suriyada rəsmi yolla ilahiyyəti 

öyrəniblər, R. Motika, “Post-sovet Azərbaycanında  İslam”, 



Din üzrə Sosial Elmlər Arxivi, iyul-sentyabr 2001, səh. 115. 

 



Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 6

 

 

işini və bu təriqətə qoşulmağı asanlaşdırdı.



47

 Sələfilər 

əsl  İslama etiqad etdiklərini iddia edir və yaxşı 

müsəlman necə olmasına diqqəti çəkirlər.

48

 Azərbaycanda 



sələfilik gənclərin mənəvi ehtiyyaclarını ödəyə bilməyən 

rəsmi ruhanilərin yaratdığı boşluğu doldurur.

49

 Bununla 



belə, bu təriqətə qoşulanların sayı çox güman ki heç 

10,000-i də keçmir.

50

  

Sələfiliyi təbliğ edənlər sırasında  ən faəl qrup İslam 



İrsinin Dirçəlişi Cəmiyyəti (İİDC) sayıla bilər.

51

 



Azərbaycanda bu Cəmiyyət 1994-cü ildən işləməyə 

başlamış, lakin 2001-ci ildə  təşkilatın  Əfqanıstan və 

Pakistan  şöbələrinin  əməkdaşlarının  əl-Qaidə ilə 

əlaqələrdə  təqsirləndirilməsindən sonra, onun yerli 

nümayəndəliyinin fəaliyyəti qadağan olunmuşdur. İİDC 

əsasən mərkəzi Azərbaycanda (39), şimalda (17) və 

Bakıda (4)

52

 olmaqla, ölkə üzrə 62 məscidi bərpa etmiş 



və bu gün, Azərbaycan sələfilərinin əsas yığıncaq nöqtəsi 

olan Əbu-Bəkr məscidinin inşasını maliyyələşdirmişdir. 

Dağlıq Qarabağdan köçkün düşmüş  əhaliyə kömək 

edən humanitar təşkilatlar da sələfiliyi təşviq etmişlər.

53

 

 



 

47

 Böhran Qrupunun müsahibəsi,  İslam üzrə azərbaycanlı 



alim, Bakı, sentyabr 2007.  

48

 Sələfilik Peyğəmbərin, onun səhabilərinin və növbəti iki 



nəslin yeddinci əsrdə  təbliğ etdiyi ənənələrə qayıtmağa 

çalışır. O, İslamın dörd əsas məktəbini inkar edir, geyim və 

şəxsi görkəm məsələsində sərt üsluba üstünlük verir və dinə 

olan sədaqətdən yayındırmasına görə rəsmi təşkilatlanmadan 

kənar durur. Ətraflı, Böhran Qrupunun hesabatına baxın, 

İslamçılığı Dərk Edərək, eyni mənbədən. 

49

 Bir  çox  ərəb ölkələrində  sələfilik milli mənsubiyyətindən 



artıq təsəlli tapmayan gənclər arasında geniş yayılıb. Bax O. 

Roy, “Avropada İslam, Dinlərin sarsılması  və dini 

cərəyanların kəsişməsi?” K. Mixalski (ed.), Avropa 

Həmrəyliyinin  Şərtləri, Yeni Avropada Din, cild 2 (Nyu 

York/Budapeşt, 2006). 

50

 Sələfilərin sayı haqqında məlumat müxtəlifdir. Qamət 



Süleymanov deyir ki, Əbu Bəkr məscidini 7,000 nəfər 

müntəzəm olaraq ziyarət edir. Ölkənin digər  şəhərlərində 

orta hesabla onlarla dindarın məsciddə ibadət etməsini 

təxmin etsək, 10,000 rəqəmini ən maksimal saymaq olar. 

51

 İİDC bir çox ölkədə  fəaliyyət göstərən Küveyt QHT-dir. 



Təşkilatın Pakistan və Əfqanıstandakı bəzi üzvləri əl-Qaidə 

fəalları olmaqda ittiham olunmuş  və ABŞ  tərəfindən 

Quantanamo Bey həbsxanasında saxlanılırlar. “Birləşmiş 

Millətlər Təşkilatının Təhlükəsizlik  Şurasının  əl-Qaidə  və 

Talibana qarşı Sanksiyalar Komitəsinin Ümumi Siyahısı”, 

BMT Təhlqkəsizlik  Şurası 1267, səh. 60, BAx: 

www.un.org/sc/committees/1267/conso list.shtml.  

52

 A. Yunusov, Azərbaycanda İslam (Bakı, 2005), səh. 232.  



53

 Azərbaycandakı Soros Fondunun rəhbəri demişdir, “Təkcə 

Küveyt təşkilatları 62 məscidin tikintisi maliyyələşdirmişdir 

ki, bunun üçün də 30 mln avro xərclənmişdir. Maliyyələşdirmə 

müəmmalı prosedurlarla, hökümətin təmamilə  nəzarəti 

olmadan həyata keçirilmişdir.”, F. Əsədov, “Azərbaycanda 

dinə əsaslanan xeyriyyə fəaliyyəti və İslam”, Avropa Fondu 

Mərkəzi, 2003.

  

1993-cü ildən etibarən Səudiyyə Ərəbistanından olan 



Beynəlxalq İslam Xeyriyyə Təşkilatı (BİXT)

54

 Qaçqın 



və  Məcburi Köçkünlərlə  İş üzrə Dövlət Komitəsilə 

birgə  Bərdə  və Sumqayıtda  ərzaq paylamış  və tibbi 

yardım göstərmişdir. 1999-cı ildə Bakıdan Kanadaya 

uçmuş təşkilat işçilərindən birinin terrorçuluq ittihamı 

ilə  həbs edilməsi, BİXT-in fəaliyyətinin araşdırma 

mənbəyinə çevrilməsinə səbəb olmuşdur. 

BİXT Bakıdakı ofisini və bir neçə işçisini saxlasa da, 

2006-ci ildən təşkilatın fəaliyyəti dayandırılmışdır.

55

 

1995-ci ildən etibarən BİXT-in bir qolu olan Küveyt 



Asiya Müsəlmanları Komitəsi və təşkilatın Bakı ofisi 

qaçqın və köçkünlərə yardım göstərirdi və  sələfi 

ədəbiyyatını idxal edirdi.

56

 Şübhəsiz, bu xeyriyyə 



təşkilatlarının sələfiliyin yayılmasında rolu olmuşdur

lakin bu təriqətə qoşulan şəxslərin kiçik bir hissəsinin 

radikallaşmasında sözügedən təşkilatların nə dərəcədə 

məsuliyyət daşıması qeyri-müəyən olaraq qalır. 



B.

 

D

AĞISTAN VƏ 

Ç

EÇENİSTAN

 

Çeçenistana yollanan ərəb və Yaxın  Şərq yaraqlıları 

Azərbaycandan

57

 və sələfiliyin müstəqil inkişaf etdiyi 



Dağıstandan keçməklə, sələfiliyin transformasiya edib 

sələfi cihadçılığa çevrilməsinə yardım etmişlər.

58

 

 



 

54

 1978-ci  ildə  təsis olumuş  BİXT iyirmi ölkədə  fəaliyyət 



göstərir. Rəhbərlikdə olan Səüdiyyəli Abd Al Həmid 

Süleyman  əl-Mücil İnterpol tərəfindən axtarışdadır və ABŞ 

Xəzinədarlığı tərəfindən İslamçı radikal qruplara dəstək üçün 

maliyyə toplanmasına görə “bir milyon qiyməti olan adam” 

adlandırılıb. Bax: www.ustreas.gov/offices/enforcement/key-

issues/protecting/charities_execorder_ 13224-i.shtml#m). Bu 

məlumat “əl-Qaidəyə məxsus olan və ya onunla əlaqədə olan 

təsisatlar” siyahısında təqdim edilib, BMTTŞ-ın 1267 saylı 

Komitəsi, səh. 57-58. 

55

 



Böhran Qrupunun telefon müsahibəsi, BİXT 

nümayəndəsi, Bakı, yanvar 2008. 

56

 Küveyt  şəhərində yerləşən bu təşkilat  əsas diqqətini 



yardım və inkişafa yönəldir, lakin həmçinin, təhsil və təlimlə 

məşğul olur. Bax: www.iico.org/home-page-eng/index-eng. 

htm. 2005-ci ildə  təşkilat tərəfindən Qafqaz Müsəlmanlar 

İdarəsinə “hadiyyə” kimi on dörd ton “vəhhabi” ədəbiyyatı 

yollanmışdır ki, bu da, Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsinin (DQİDK) tənqidinə  və QMİ-ni bu səpkili 

materialların yayılmasına kömək etməkdə günahlandırmasına 

səbəb olmuşdur. “Qazax və Özbək dilində kitablar 

Azərbaycana humanitar yardım kimi göndərilib”,  Ekspress

3 avqust 2005. 

57

 S. Kornel, eyni mənbədən, səh. 46.  



58

 Yerli dindarlar öz düşüncələrini xarici təsir olmadan, 

Sələfi  ədəbiyyatı  əsasında formalaşdırıb. Bax M. Qammer, 

“Dağıstanda Siyasət, Millətçilik və  İslam” Balcı,  Din və 



Siyasət, eyni mənbədən, səh. 149-161; A. Matveyeva, 

“Dağıstan: Millətlərarası ziddiyətlər və  Sərhədin hər iki 

tərəfinə onların təsiri”, M. Qammer (ed.), Xəzər Regionu 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə