Microsoft Word 191 Azerbaijan Independent Islam and the State azeri doc



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix30.10.2018
ölçüsü0,61 Mb.
#76427
  1   2   3   4   5   6   7   8   9   ...   19


AZƏRBAYCAN: MÜSTƏQİL İSLAM VƏ DÖVLƏT

 

Avropa üzrə Hesabat N°191 – 25 mart 2008

 



 

MÜNDƏRİCAT

 

QISA İCMAL............................................................................................................................ i 

I.

  GİRİŞ



.................................................................................................................................. 1

 

A.



  D

ÜNYAV


İ

L

İ



Ə

NƏNƏS



İ

................................................................................................................1

 

B.

  T



ERRORÇULUQ 

İ

TTIHAMLARI



.......................................................................................................2

 

II.

 

XARİCİ TƏSİRLƏR......................................................................................................... 5

 

A. Y



AXIN 

Ş

ƏRQ



................................................................................................................................5 

B. D


AĞISTAN VƏ 

Ç

EÇEN



İ

STAN


.........................................................................................................6 

C.  İ


RAN

............................................................................................................................................8 

D. T

ÜRK


İ

.....................................................................................................................................9 



III.

 

MÜSTƏQİL MÜSƏLMAN İCMALARI ...................................................................... 11

 

A. S


ƏLƏF

İ

 



Q

RUPLAR


......................................................................................................................11 

1.

  Bakı......................................................................................................................................11 



2.

  Azərbaycanın şimalı ............................................................................................................12 

3. Xəvariclər ............................................................................................................................12 

B. M


ÜSTƏQ

İ



Şİ

Ə 

Q



RUPLARI

.........................................................................................................13 

1. Müstəqil icmalar ..................................................................................................................13 

2. Digər müstəqil qruplar.........................................................................................................15 

3. Nardaran misalı....................................................................................................................16 

IV.

 

DÖVLƏTİN REAKSİYASI............................................................................................ 17

 

A. D


ÖVLƏTIN 

D

IN 



Ü

ZƏRINDƏ 


N

ƏZARƏTI


.......................................................................................17 

1. Hüquqi çərçivə.....................................................................................................................17 

2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ...........................................................................18 

3. Qafqaz Müsəlmanlar İdarəsinin İslahatı..............................................................................19 

B. D

ÖVLƏT 


T

ƏRƏFINDƏN 

S

IXIŞDIRMALAR



.....................................................................................20 

V.

  YEKUN SÖZ



..................................................................................................................... 22

 

ƏLAVƏLƏR



 

A. 


 

B

EYNƏLXALQ 



B

ÖHRAN 


Q

RUPU 


H

AQQINDA


...............................................................................23 

 



 

 

Avropa üzrə Hesabat N°191 

25 mart 2008

 

AZƏRBAYCAN: MÜSTƏQİL İSLAM VƏ DÖVLƏT 

QISA İCMAL

 

2007-ci ilin sonunda Azərbaycanda iri terror aktının 

qarşısının alınması haqqında iddialar neftlə zəngin bu 

ölkədə  İslam ekstremizminin nə  dərəcədə  təhlükə 

doğurduğu haqqında müzakirələrə yol açdı. 

Azərbaycan  əksərən mötədil (əsasən  şiə) müsəlman 

əhalisi olan dünyavi dövlətdir. 1991-ci ildə Sovet 

İttifaqının dağılmasından sonra, rəsmi dini qurumların 

hakimiyyətini rədd edən müstəqil sünni və  şiə 

icmaları yaranmışdır. Onlardan bəziləri siyasi 

yönümlüdür, ancaq hakimiyyəti devirmək niyyətilə 

zorakılığa əl atmağa meylli olanlar ya çox cüzi, ya da 

yox dərəcəsindədirlər. Bununla belə, hökumət bu 

“müstəqil icmalar” ilə bağlı narahatlığını bildirir və 

onları nəzarətdə saxlamağa, o cümlədən sıxışdırmağa 

cəhd edir. Bu cür yanaşma dinc dindarları 

radikallaşdırmaq təhlükəsi yaradır. 

Müstəqillikdən sonra və öz coğrafi yerləşməsindən 

irəli gələrək, ölkə öz nüfuzunu yaymağa çalışan 

müxtəlif dini cərəyanların hədəfinə çevrildi. İrandan, 

Yaxın  Şərqdən və Türkiyədən missionerlər və 

xeyriyyə  cəmiyyətləri, eləcə  də Rusiyanın  şimali 

Qafqaz bölgəsindən olan şəxslər dini yaymaq üçün 

gəldilər. Onlardan bəziləri, deyilənə görə, radikal 

İslamçı  şəbəkələrlə, o cümlədən  əl-Qaidə ilə  əlaqəli 

idilər.Hazırda bu qrupların çoxu ölkədən xaric 

edilmişdir və yalnız Türkiyə mənşəli qruplar nisbətən 

dövlət tərəfindən sıxışdırılmadan fəaliyyət göstərirlər.  

Xeyli dərəcədə xarici qruplar tərəfindən yetişdirilən 

və maliyyələşdirilən müstəqil dini icmalar rəsmi 

məscidlərdən daha sürətlə artmışlar. Hələ iyirmi il 

əvvəl Azərbaycanda demək olar ki eşidilməmiş təriqət 

olan Sələfilik  əsasən Bakıda və  şimal rayonlarında 

özünə yer etmişdir. Dövlət tərəfindən dəstəklənən 

rəsmi ruhanilərin hakimiyyətini rədd edən şiə qrupları 

da artmışdır, ancaq onlardan da ancaq cüzi bir hissəsi 

siyasi meylli, və daha az hissəsi radikal adlandırıla 

bilər. Bununla belə, hökumət bütün növ müstəqil 

İslami qruplara şübhə ilə yanaşır. O, bu qrupları Dini 

Qurumlarla  İş üzrə Dövlət Komitəsi (DQİDK) və 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) vasitəsilə nəzarət 

etməyə çalışır və adətən müstəqil fəaliyyəti sıxışdırır. 

QMİ-in nəzarətindən kənarda olan dinc icmaların 

üzvləri mütəmadi olaraq sıxışdırılır, tutulur və öz 

dediklərinə görə onlarla pis rəftar olunur. 

Hökumət öz sərt rəftarını ekstremizmlə mübarizə 

aparmaq və terrorizmin qarşısını almaq ehtiyacı ilə 

izah edir. 1990-cı illərin  əvvəllərində hakimiyyət 

nisbətən zəif idi və  bəzi ekstremist qruplar fəal idi. 

Hal-hazırda qarşıda duran vəzifə hər-hansı bir qrupun 

zorakılığa  əl atmasının qarşısını almaqla yanaşı, dini 

azadlıqların təmin edilməsidir. Dövlət gücləndikcə 

iddia edir ki, ekstremistlərin tutulub məhkum 

edilməsində daha bacarıqlı olmuşdur. Bu tutulanların 

hamısının ekstremistlərlə  fəal  əlaqəsinin olmasını 

demək isə çətindir. 

Görünən isə odur ki, hökumət dinc dini fəaliyyəti 

nəzarətdə saxlamaq üçün həddindən artıq səy 

göstərmişdir və ekstremist olması iddia olunanların 

məhkəmələri bağlı qapılar arxasında təzyiqlər altında 

alınan etiraflara söykənərək aparılır. Müstəqil dini 

qurumlar və eləcə  də siyasi müxalifət hakimiyyətin 

İslamçı terrorist təhlükəsindən Qərbin simpatiyasını 

qazanmaq və öz qeyri-demokratik fəaliyyətlərinə 

haqq qazandırmaq üçün istifadə etdiyini bildirirlər. 

Hökumətin bu taktikası  ən azından dinc qrupları 

cihada sövq etmək riskini artırır; açıq zorakılıq 

olmasa da, radikallıq Sələfi qrupların az bir hissəsində 

artıq görünür. 

Hökumət dindarlarla əməkdaşlığı gücləndirmək üçün 

gənc ruhanilərin dini təhsilinin təkmilləşdirilməsi və 

QMİ-də islahatların aparılması kimi bir sıra addımlar 

atmışdır. Hökumət yerli dəyərlərə  və  ənənələrə 

söykənən  İslamın yaranmasına və  kənar inancların 

sıxışdırılmasının qarşısını almağa çalışır ancaq o, öz 

səylərini artırmalı  və QHT-ləri və müstəqil dini 

icmaları dövlət və din haqqında müzakirələrə  cəlb 

etməlidir.  Ən  əsası isə, hökumət müstəqil dini 

icmalarla onları kriminallaşdırmadan ünsiyyətdə ola 

bilən və dini azadlıqlara daha çox hörmət edən bir 

yanaşma qəbul etməlidir. 

Bakı/Tbilisi/Brüssel, 25 mart 2008 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə