Microsoft Word 13 Cumulative eia final az



Yüklə 492,7 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix11.04.2018
ölçüsü492,7 Kb.
#36940
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/17 

Yekun variant 

 

13.8  

Atmosferə atılan qeyri-istixana qazı emissiyaları: Transsərhəd 

təsirlər 

 

Qeyri-İXQ emissiyaları ilə bağlı transsərhəd təsirlərin mümkünlüyü potensial reseptorların 



yerindən əlavə, həm də çirkləndiricilər ilə bağlı ətraf mühitə/sağlamlığa təsirlərdən, mövcudluq 

müddətindən (yəni atmosferdə qalma müddəti) və atmosferdəki çirkləndiricilərin gözlənilən 

dispersiya xüsusiyyətlərindən asılıdır. 

 

Sağlamlığa təsirlər baxımından  ən  əhəmiyyətli çirkləndirici NO



2

-dir. Yalnız  ŞD2 layihəsinin 

fəaliyyətləri ilə bağlı emissiyaların və AÇG və ŞD quru fəaliyyətlərindən ən pis halda meydana 

çıxan kumulyativ emissiyaların Azərbaycandakı  ən yaxın quru reseptorlarında NO

2

 

konsentrasiyaları üzrə  hər hansı  nəzərəçarpan dəyişikliklərlə  nəticələnməyəcəyi məlum 



olmuşdur. Atmosferdə sürətlə dispersiya olunacaq çirkləndiricilərin növlərinin məhdud coğrafi 

miqyasına  əsasən, havanın keyfiyyəti və insan sağlamlığı ilə bağlı transsərhəd təsirlər 

proqnozlaşdırılmır.  

 

Həm quru, həm də  dəniz fəaliyyətləri üçün ŞD2 layihəsi nəticəsində atılan emissiya 



həcmlərinin (gözlə görünən bərk hissəciklər də daxil olmaqla) atmosferdəki və yağıntıdan 

formalaşan axıntı sularındakı çirkləndirici konsentrasiyalarda çox kiçik artıma səbəb olacağı 

gözlənilir. Amma bunlar bioloji/ekoloji reseptorlar üçün nəzərəçarpan olmayacaq. SO

2

 



emissiyaları müntəzəm işlər  şəraitində platformada və  ŞD2 layihəsinin qurudakı Terminal 

obyektlərində istifadə edilən yanacaq qazında az kükürdlü dizeldən və aşağı H

2

S tərkibindən 



planlaşdırılmış istifadə vasitəsilə minimuma endiriləcək və avadanlıqların müvafiq 

layihələndirilməsi hesabına bu emissiyaların sürətlə dispersiya olunacağı gözlənilir. Ona görə 

də, SD2 layihəsinin SO

2

 emissiyalarının turşulu yağışların formalaşmasında  əhəmiyyətsiz 



dərəcədə rol oynayacağı gözlənilir. 

 

13.9 Atmosferə atılan istixana qazı emissiyaları: Kumulyativ və 

transsərhəd  təsirlər 

 

ŞD2 fəaliyyətləri nəticəsində gözlənilən istixana qazı (İXQ) emissiyaları haqqında m\lumat bu 



ƏMSSTQ sənədinin 5-ci Fəslində layihənin bütün fazaları üzrə təqdim olunur. Şəkil 13.5-da 

hər faza üzrə proqnozlaşdırılan faiz nisbəti göstərilir. 



 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/18 

Yekun variant 



Şəkil 13.5 ŞD2-nin hər bir layihə fazası üzrə formalaşan ŞD2 istixana qazı emissiyaları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



İXQ-nin  əksəriyyətinin (79.8%) ŞD2 layihəsinin  əməliyyatlar mərhələsi zamanı quruda və 

dənizdə həyata keçirilən fəaliyyətlər nəticəsində yaranması proqnozlaşdırılır. Qazma işləri və 

ŞD2 quyularının tamamlanması ilə bağlı  fəaliyyətlərin  ŞD2 layihəsinin yaratdığı  İXQ 

emissiyalarının ümumi həcminin 13.0 %-ni təşkil etməsi proqnozlaşdırılır.  

 

Şəkil 13.6 AÇG layihəsinin Faza 1, 2 və 3 üzrə əməliyyatların 2012-ci ildə ŞD1 layihələri 



zamanı qeydə alınmış illik İXQ emissiyaların həcmi və proqnozlaşdırılmış ŞD2 layihəsinin 

əməliyyatlar mərhələsində orta illik İXQ emissiyalarının həcmini təqdim edir.

 

Qazma və tamamlama 



işləri,                

1,606 kiloton

13%


Terminal  qurğularının 

quruda  tikintisi və 

istismar istismara 

verilməsi,           



391 kiloton

3%

Dəniz və sualtı 



qurğuların quruda tikintisi 

və istismara verilməsi,   



59 kiloton

0.5%


Platformanın quraşdırma 

və istismaravermə işləri, 



59 kiloton

0.5%


Platformanın dənizdə 

quraşdırılması, istismara 

sazlanması və istismara 

verilməsi,   



366 kiloton

3%

Platformanın dənizdə 



quraşdırılması, istismara 

sazlanması və istismara 

verilməsi,          

59 kiloton

0.5%


Dəniz əməliyyatları, 

3,725 kiloton

30%


Qurudakı əməliyyatlar, 

6,150 kiloton

51%



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/19 

Yekun variant 



Şəkil 13.6 AÇG və ŞD1 istixana qazı emissiyaları (2012) və ŞD2 istixana qazı 

emissiyalarının orta illik proqnozu 

 

Şəkil 13.6 Azərbaycanda BP-nin kəşfiyyat-hasilat fəaliyyətlərindən yaranan illik əməliyyat İXQ 



emissiyalarında ŞD2 layihəsinin payının təxminən 13% olacağını göstərir.  

 

Azərbaycanda  İXQ emissiyalarının  ən son proqnozu göstərir ki, 2020-ci ilədək  İXQ 



emissiyalarının ümumi həcmi təxminən 109895 kt ola bilər ki, bunun da əksəriyyəti enerji 

sənayesində yandırılan yanacaq nəticəsində formalaşır.

8

 2020-ci  ilədək olan bu müddət 



ərzində  ŞD2 layihəsinin proqnozlaşdırılan  İXQ emissiyalarının respublika üzrə ümumi 

göstəricilərdə təxminən 0,36% paya malik olacağı gözlənilir. 

 

BMTİDÇK (BMT-nin İqlim Dəyişkənliyi üzrə  Çərçivə Konvensiyası) 1995-ci ildə Azərbaycan 



Respublikasının Milli Məclisinin qərarı ilə  təsdiqlənib. UNFCCC konvensiyasının 

imzalanmasından sonra sözügedən konvensiya çərçivəsindəki öhdəlikləri yerinə yetirmək 

üçün Azərbaycan Respublikasının Prezidenti cənab H.Ə. Əliyevin sərəncamı əsasında 1997-

ci ildə  İqlim Dəyişikliyi Problemləri üzrə Dövlət Komissiyası yaradıldı. Dövlət 

Hidrometeorologiya Komitəsinin sədri sözügedən Komissiyanın sədr müavini təyin olundu. 

2003-cü ildə Prezidentin fərmanı  əsasında Dövlət Hidrometeorologiya Komitəsinin sədri 

Komissiyada Ekologiya və Təbii Sərvətlər naziri ilə əvəz edildi. 2005-ci ildə Ekologiya və Təbii 

Sərvətlər Nazirliyinin tərkibində İqlim Dəyişmələri və Ozon Mərkəzi təsis olundu. Bu Mərkəzin 

məqsədi Konvensiyanın icrasını  təmin etmək, iqlim dəyişmələri sahəsində müxtəlif 

fəaliyyətləri koordinasiya etmək və Dövlət Komissiyasının icraçı qolu qismində  fəaliyyət 

göstərməkdir. 

 

Azərbaycan Respublikası milli inkişaf strategiyalarının, yoxsulluğun azaldılması strategiyaları 



və sektor siyasətlərinin bir hissəsi kimi inkişaf prioritetlərini artıq müəyyən etmişdir. Bu 

strategiyalar “Bərpa olunan və Alternativ Enerji Mənbələri üzrə Dövlət Proqramı (2008-2015)”, 

“Yanacaq Enerji Kompleksinin İnkişaf etdirilməsinə dair Dövlət Proqramı (2005-2015)”, 

“Azərbaycan Respublikası  Əhalisinin Etibarlı  Ərzaq Məhsulları ilə  təmin olunmasına dair 

Dövlət Proqramı (2008-2015)” və digər bu kimi uzun müddətli Dövlət Proqramlarında öz əksini 

tapır


9

 



                                                      

8

 Azərbaycanın İqlim Dəyişikliyinə dair Birinci Milli Kommunikasiyası, 23 may 2000-ci il 



9

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Texnologiya Ehtiyaclarının Qiymətləndirilməsi üzrə Hesabat-Adaptasiya (iyul 

2012-ci il) 

İllik AÇG əməliyyatları 

(2012) 82%

3377 kiloton

İllik ŞD1 əməliyatları 

(2012)

5%

187 kiloton



İllik orta ŞD2 

əməliyyatları 

(proqnozlaşdırılmış)

13%


538 kiloton


Yüklə 492,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə