Microsoft Word 13 Cumulative eia final az



Yüklə 492,7 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix11.04.2018
ölçüsü492,7 Kb.
#36940
1   2   3   4   5   6   7   8   9   ...   18

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/9 

Yekun variant 

olunduğu kimi, ŞD2 layihəsinin məşəl sistemi üzrə qiymətləndirmə göstərmişdir ki, ŞD2 və 

ŞD1 məşəli ilə birlikdə ilin ən azı 99,3 %-i ərzində səs-küy həddi ilə uyğunl olması gözlənilirdi. 

Lakin səs-küy səviyyəsinin limit həddini ilin 12,1% ərzində keçəcəyi nəzədə tutulmuşdur. Bu 

həddi keçmə  səbəbinin  ŞD1 kompressorunun nasazlıqla bağlı keçid tezliyi və onun davam 

etmə müddətinə bağlı olması  aşkar olunmuşdur.  ŞD1 Məşəl sistemi üzrə Layihə bu 

ssenarinin tezliyini və davam etmə müddətini azaltmaq üçün qazın məşəldə yandırılma ilə 

bağlı siyasətini həyata keçirməyi öhdəsinə götürmüşdür.  

 

13.5  



Dəniz mühiti: Kumulyativ təsirlər 

 

13.5.1 Layihənin ayrı-ayrı təsirləri arasında kumulyativ təsirlər 

 

Aşağıdakı  fəaliyyətlər və  əməliyyatlar nəticəsində  ətraf mühitə  təsirlər ortaya çıxacağı 



gözlənilir: 

 

 Boru 



kəmərinin və axın xəttinin quraşdırılması (fiziki narahatlıq); 

 Boru 


kəmərinin istismara verilməsi (emal olunmuş  dəniz suyunun və o cümlədən 

qoruyucu kimyəvi maddələrin atqıları); 

 Qazma 

şlamları və qazma məhlullarının atqıları; 

 Sualtı quyu dəstəsi infrastrukturunun quraşdırılması (fiziki narahatlıq); 

 Platformanın quraşdırılması (fiziki narahatlıq); 

 Platforma 

əməliyyatları; 

 Müntəzəm sualtı əməliyyatlar (nəzarət /fluidmaye atqıları); və 

 Qeyri-müntəzəm sualtı müdaxilələr (MEQ, kondensat, su və  nəzarət fluid/maye 

atqıları). 

 

Borunun düzülməsi və  həmçinin sualtı  və platforma qurğuları ilə bağlı fiziki təsir 



infrastrukturun əhatə dairəsiqədər xeyli məhdudlaşdırılır. Borunun düzülməsi zamanı lövbərin 

qurulmasında yaranan narahatlıq müvəqqəti xarakter daşıyacaq. Fiziki narahatlığın 

kumulyativ təsirinin olması və ya digər təsirlər ilə kumulyativ qarşılıqlı əlaqəsinin baş verməsi  

ehtimal olunmur. 

 

Boru kəmərlərinin axın xətlərinin istismara verilməsi ilə bağlı  təmizlənmiş  dəniz suyunun 



atqıları(o cümlədən qoruyucu kimyəvi maddələrin atqıları) bir neçə il ərzində fərqli həcmlərdə 

90-dan çox müvəqqəti hadisənlər zamanı baş verəcəklər. Bu hadisələrin əksəriyyətinin təsiri 

minimumdur (Fəsil 10 Bölmə 10.8.3-ə istinad edin). Daha böyük miqyaslı hadisələr vaxt və 

məkana uyğun paylanılır və təsirləri bir-biri ilə üst-üstə düşmür.  Nəzərdə tutulur ki, bu atqılar 

arasında kumulyativ təsir və digər təsirlər ilə kumulyativ əlaqə olmayacaq. 

 

Qazma  şlamlarının yığılması  həm dayaz sulu, həm də  dərin sulu quyular və iki ayrı qazma 



mərkəzlərində tək quyudan atqılar və altı quyudan atqılar üçün modelləşdirilib (Fəsil 9 Bölmə 

9.4.2-yə istinad edin). Hər bir quyu dəstəsində qazma proqramının gedişi növbəti quyulardan 

yığılan çöküntülər arasında kumulyativ təsirə gətirib çıxaracaq; lakin dayaz və dərin yerlərin 

hər ikisində  şlam çöküntüləri (1mm qalınlığında gözlənilən çöküntü) 200m radiusda (qazma 

yerində suyun dərinliyindən asılı olaraq) toplanmanın maksimum dərinliyi 1,2m olmaqla, quyu 

dəstəsinin mərkəzində 100-400m radiusa qədər məhdudlaşdırılacaq. Sualtı quyu dəstələri 

geniş  şəkildə ayrılır və onların arasında heç bir kumulyativ əlaqə olmayacaq. Quyu 

dəstəsindəki bütün quyular tamamlandıqdan sonra, artıq  şlamların qazıntısı  və  yığınları 

olmayacaq. Sualtı hasilat qurğularının quraşdırılması zamanı meydana çıxa biləcək sement 

mexaniki yolla və ya su şırnağı ilə dispersiya olunacaq.  

  

Müntəzəm sualtı  əməliyyatlar zamanı  ətraf mühitə yeganə  təsir sualtı  nəzarət mayelərinin 



atqısından yaranacaq. Bu atqılar iki şəkildə  həyata keçiriləcək; manifoldlar və quyu ağzı 

avadanlıqda istiqamətləndirici nəzarət klapanlarından çox aşağı  səviyyədə (hər klapanda 

dəqiqədə 0.03sm

3

) davamlı atqı  şəkilinə  və  uzaqdan idarəetmə klapanları  işləyərkən daha 



böyük həcmlərdə dövri atqılar şəkilində (hər hadisədə litrlərlə). Bu sızmalar modelləşdirilmiş 

və  sızma nöqtəsindən 20 m-dən artıq məsafədə heç bir təsirin baş verməyəcəyi və  təsirin 

mümkün davam etmə müddətinin bir saatdan az olacağı göstərilmişdir (Fəsil 11 Bölmə 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/10 

Yekun variant 

11.6.3-ə istinad edin). Nəzərdə tutulur ki, bu atqılar nəticəsində heç bir kumulyativ təsir 

olmayacaq və digər təsirlər ilə kumulyativ əlaqə ehtimalı yoxdur.  

 

Müntəzəm platforma əməliyyatları zamanı əsas atqılar soyutma suyu, fekal su, məişət tullantı 



suları  və açıq drenaj suları olacaq. Soyutma suyunun atqısı termal təsir potensialını 

qiymətləndirmək üçün modelləşdirilmişdir

4

.  Modelləşdirmə göstərmişdir ki, atqı şleyf və atqı 



nöqtəsindən 11m məsafədə  dəniz temperaturu arasında tələb olunan 3ºC temperatur 

dərəcəsinə cavab verəcək.  Digər müntəzəm atqılar həcminə görə kiçikdir və heç bir davamlı 

və ya kumulyativ təsiri yoxdur.  

 

Proqnozlaşdırıla bilən sualtı müdaxilələrlə  əlaqədar olan MEQ atqıları  həcminə görə azdır 



(1.3m

3

) və tez-tez baş verməyəcək, yəni, HPBS müddətində hər hasılat idarəetmə cihazı üzrə 



bir dəfə. Təsir az mənfidən artıq olmayaraq qiymətləndirilmişdir (Fəsil 11 Bölmə 11.6.4-ə 

istinad edin). 

 

Ümumilikdə, quyu dəstələrində sonrakı qazma işlərindən yaranan yüksək dərəcədə 



lokallaşdırılmış, kumulyativ nəticələr istisna olmaqla, heç bir hadisə  və ya fəaliyyətin nə 

özünə, nə də digər layihə təsirləri ilə birlikdə kumulyativ təsirləri olmayacaq.  

 

13.5.2 Digər layihələrlə birlikdə kumulyativ təsirlər 

 

Şəkil 13.3-də mövcud ŞD və AÇG dəniz qurğuları kontekstində  ŞD2 dəniz və sualtı 



qurğularının yeri göstərilib. Yuxarıda 13.5.1 Bölməsində müzakirə olunduğu kimi, nəzərdə 

tutulur ki, boru kəmərindən və axın xəttinin istismar öncəsi işlərindən təmizlənmiş dəniz suyu 

atqıları, qazma məhlulu atqıları  və  təzyiqə  nəzarət mayeləri üzrə atqılar, atqı yerində kiçik 

əraziyə təsir edəcək (400m radiusdan çox olmayaraq). Ona görə də ŞD2 layihəsindən, AÇG 

Müqavilə Sahəsi daxilində əməliyyat platformalarından  (şimal şərqə doğru 60 km-dən çox) və 

ŞD Alfa platformasından atqılar (ŞDB platforma kompleksindən təxminən 7km və  ən yaxın 

ŞD2 quyularından təxminən 3-4 km) arasında kumulyativ təsir potensialı yoxdur.   

 

Şəkil 13.3 Mövcud ŞD və AÇG dəniz tikinti qurğularının və nəzərdə tutulan ŞD2 dəniz 



və sualtı qurğularının yeri 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                      

4

 CORMIX 8.0GT (yəni ən son variant) termal atqının modelləşdirilməsi üçün istifadə edilmişdir 



ŞD2  32” qaz boru kəməri 

MEQ (Monoetilen Qlikol)

ŞDB (Şahdəniz 

Bravo) Platforma 

Kompleksi 

ŞDA Platforması 

NF 

WF 


WS 

ES 


 

ŞD2 Boru kəməri dəhlizi 

ŞD1 Boru kəməri dəhlizi

ŞD2 16” Kondensat boru kəməri 

ŞD2 6” MEQ boru kəməri 

ŞD1 12” Kondensat boru əməricorridor 

ŞD1 6” Qaz boru kəməri 



Yüklə 492,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə