Microsoft Word 13 Cumulative eia final az



Yüklə 492,7 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix11.04.2018
ölçüsü492,7 Kb.
#36940
1   2   3   4   5   6   7   8   9   10   ...   18

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/13 

Yekun variant 

Bu göstərir ki, Ümid, Əzimkənd və Massiv 3-ün demək olar bütün sakinlərinin ŞD2 Layihəsi və 

ŞD1 Məşəl layihəsi ilə bağlı elementləri görməsi proqnozlaşdırılır. Nəticə etibarilə, ŞD1 Məşəl 

layihəsinin bu reseptorlara kumulyativ təsiri cüzidir.  

 

ŞD2 Layihəsi və  ŞD1 Layihəsi ilə  əlaqədar yüksəyə qaldırılmış elementlərdən kumulyativ 



vizual təsirlərin qiymətləndirilməsinin məhdud olması gözlənilir və heç bir əlavə təsirazaltma 

tədbirləri tələb olunmur.  

 

13.6.2.2 Bakı-Salyan şose yolunda nəqliyyatın artması – artıq yüklənmə 

 

Bakı-Salyan şose yolundan Bölmə 13.2.2-də təsvir olunan digər layihələr ilə bağlı nəqliyyatın 



istifadə etməsi gözlənilir. Digər layihələrin Bakı-Salyan  şose yolunda artan nəqliyyat 

hərəkətinin artıq yüklənmə nəticəsində digər yol istifadəçilərinə narahatlıq yaratması ehtimalı 

var, xüsusilə  də, sahədən kənar avtomobillərin hərəkətinin  ən çox olduğu  ŞD2 Layihəsinin 

tikinti mərhələsi zamanı.  

 

Bölmə 13.2.2-də təsvir olunan digər layihələr arasında, nəqliyyatın hərəkət axınına ən yüksək 



təsir ilə  nəticələnmə potensialının 2015-ci ildən Səngəçal Terminalının 25 km cənubunda 

yerləşən yük daşınması  işləri zamanı Yeni Bakı Limanı  və ARDNŞ-nin Neft-Kimya 

Kompleksində tikinti işləri ilə bağlı  nəqliyyatın hərəkəti olması (bu layihə üzrə faktiki vaxt 

cədvəli məlum deyil) gözlənilir.   

 

Qızıldaş Sement Zavodu layihəsinin də şose yolunda əlavə nəqliyyat axını ilə nəticələnəcəyi 



gözlənilir, lakin tikinti işlərinin 2014-cü ildə tamamlanması  nəzərdə tutulur

5

. Ona görə  də



tikintinin ŞD2 Layihə işləri ilə üst-üstə düşməsi məhdud vaxt müddətini əhatə edir. 2014/2015-

ci il ərzində  ŞD1 Məşəl layihəsinin tikinti mərhələsi ilə bağlı tikinti nəqliyyat vasitələrinin 

hərəkətinin gündə sahədən kənar 26 nəqliyyat vasitəsinə çatması gözlənilir. 

 

Digər layihələrin miqyasını  nəzərə alaraq, ŞD2 Layihəsi proqramının həyata keçirilməsi 



zamanı Bakı-Salyan  şose yolundan istifadə edəcək nəqliyyatın həcminin tədricən artması 

gözlənilir. Lakin nəqliyyatın axınına ümumi kumulyativ təsirin, xüsusilə  əməliyyat mərhələsi 

zamanı kiçik olması gözlənilir, xüsusən Bakı-Salyan  şose yolunun genişlənməsi  ŞD2 

Layihəsinin tikinti mərhələsi zamanı aparılarsa.  

 

13.6.2.3 Məşğulluq  

 

ŞD2 layihəsi və Bölmə 13.2.2-də təsvir olunan digər layihələr ilə bağlı iş imkanlarının artması 



yerli, regional səviyyədə  işə  cəlb olunan ayrı-ayrı  fərdlərə  və ailə  təsərrüfatlarına fayda 

verəcək.   Nəzərdə tutulur ki, digər layihələrin tikinti mərhələləri üçün tələb olunan işçi qüvvəsi 

Səngəçal terminalında və  ŞD2 layihəsi tərəfindən istifadə olunan qurudakı tikinti sahələrinə 

lazım olanlar ilə eyni olacaq. Tikinti işləri vaxt baxımından digər layihələr ilə üst-üstə 

düşdükdə, maaşların inflyasiyasına gətirib çıxaran yüksək ixtisaslı və təcrübəli tikinti işçilərinin 

xidmətlərini təmin etmək üçün layihəçilər arasında rəqabət arta bilər. Azərbaycanın başqa 

yerlərində olan iş axtaranların regional sahəyə daxili miqrasiyasının səviyyəsi, böyük sayda 

tikinti işçiləri tələb olunduqda, bir-biri ilə üst-üstə düşmədən də arta bilər.  

 

13.6.2.4  İqtisadi axınlar 

 

ŞD2 layihəsinin Bölmə 13.2.2-də  təsvir olunan digər layihələrə  təsiri yerli, regional və milli 



səviyyələrdə iqtisadi axınların artmasına səbəb olacaq. İqtisadi axınlardakı bu artımın 

miqdarını müəyyən etmək mümkün deyil, çünki digər layihələrdən gözlənilən iqtisadi 

mənfəətlər qeyd edilməmişdir.  Bununla belə, digər layihələrin iqtisadi miqyasını, xüsusilə də 

başlıca neft və qaz işlənmələrini təmsil edən ARDNŞ-nin Neft-Kimya Kompleksini nəzərə 

alaraq, yaranan iqtisadi axınlar  ŞD2 layihəsinə aid olanlardan daha artıq ola bilər. Bu 

Qaradağ rayonu daxilində  sənayeləşmənin və sosial-iqtisadi inkişafın ümumi səviyyəsini 

artıra,  əlavə olaraq “növbəti” layihələri cəlb edə  və regionu gücləndirməyə davam edəcək 

müasir nəqliyyat və rabitə infrastrukturunun yaranması ilə nəticələnə bilər.  

 

                                                      



5

 Qızıldaş Sement Zavodu üzrə ƏMSSTQ, 2009 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/14 

Yekun variant 



13.6.2.5  İcmanın İnkişaf təşəbbüsləri 

 

Bölmə 13.2.2-də  təsvir olunan digər layihələr tərəfindən həyata keçirilən və layihələşdirilən 



icma təşəbbüsləri ilə bağlı məlumat azdır. BP şirkətinin icmalara sərmayə qoyuluşu proqramı 

Fəsil 7, Bölmə 7.12-də  təsvir edilmişdir. Hazırda BP təhsil proqramları ilə  məşğul olur ki, 

həmin proqram təhsil prosesində çox gənc yaşda olan şəxslərə dəstək verir və  bu, ali məktəb 

səviyyəsindən elmi-tədqiqat mərhələsinə kimi davam edir. BP həmçinin təlim və maliyyə 

proqramları, bacarıqların inkişaf etdirilməsi vasitəsilə,  şirkətin daxili standartlarını  və  iş 

təcrübələrini lazımi dərəcədə bölüşdürməklə yerli təchizatçıların da inkişafını  dəstəkləyir.  

Belə  fəaliyyətlər daha çox sayda yerli müəssisənin  şirkətin təchizat zəncirində  iştirakını 

mümkün edir. 

 

BP şirkətinin icmalara sərmayə qoyuluşu proqramlarının digər layihələrdən eyni təşəbbüslər 



ilə  həyata keçirilməsinin kumulyativ təsirlərinin müsbət olması gözlənilir və bunun yerli 

icmalara müsbət təsiri var.  

 

13.6.2.6 Nəticə 

 

Yuxarıda Bölmə 11.3.4-də 



təqdim edilmiş sosial-iqtisadi kumulyativ təsirlərin 

qiymətləndirilməsi göstərir ki, ŞD2 layihəsi və  Səngəçal terminalının yaxınlığındakı digər 

layihələrlə əlaqədar mənfi kumulyativ təsirlərin məhdud olacağı gözlənilir. Müsbət kumulyativ 

təsirlərin məşğulluqdan, iqtisadi axınların artmasından və icma inkişaf təşəbbüslərinin həyata 

keçirilməsindən yaranması gözlənilir. Bu müsbət təsirlər nəqliyyat, rabitə, kommunal 

birləşmələr və sosial infrastrukturda təkmilləşmələrə  səbəb ola biləcək Qaradağ regionu 

boyunca sənayeləşmənin artmasına paralel şəkildə baş verəcək.  

 

13.7  



Atmosferə atılan qeyri-istixana qazı emissiyaları: Kumulyativ 

təsirlər 

 

Atmosferə atılan emissiyalar aşağıdakılarla əlaqədar hər bir ŞD2 layihə fazasında yaranacaq: 



 

 Tikinti 

və əməliyyatlar ilə bağlı qurğunun iş prosesi; 

 

Səyyar qazma qurğularının və gəmilərin iş prosesi; 



 Qazların məşəldə yandırılması (qazma və istismar işləri zamanı); və 

 Qeyri-mütəşəkkil emissiyalar. 

 

Şəkil 13.4-də hər bir ŞD2 layihə fazası üçün qeyri-istixana qazı (qeyri-İXQ) emissiyalarındakı 



azot oksidlərinin, kükürd oksidlərinin, karbon monoksidin və qeyri-metan karbohidrogenlərinin 

həcmləri təqdim olunur. 

 



Yüklə 492,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə