Microsoft Word 13 Cumulative eia final az



Yüklə 492,7 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix11.04.2018
ölçüsü492,7 Kb.
#36940
1   2   3   4   5   6   7   8   9   ...   18

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/11 

Yekun variant 



13.5.3 Təsirazaldıcı tədbirlər və monitorinq 

 

ŞD2 Layihəsi ilə bağlı müntəzəm və qeyri-müntəzəm atqılar nəticəsində dəniz mühitinə olan 



təsirlərin azaldılması üçün nəzərdə tutulmuş  nəzarət tədbirləri və  əlaqədar hesabat vermə 

tələbləri bu ƏMSSTQ sənədinin 9, 10 və 11-ci Fəsillərində  təfsilatı ilə  təqdim olunub. Bu 

tədbirlərə layihələndirmə  və istismar prinsipləri (məsələn, heç bir qeyri-SƏQM atqısının 

planlaşdırılmaması), qurğunun texniki xidmət rejimləri, müvafiq kimyəvi materialların seçilməsi 

və səmərəli istismarı  və/və ya standartlara uyğunluğu təsdiq etmək üçün aparılan monitorinq 

daxildir. 

 

Hər bir ŞD2 layihə fazası üçün monitorinq və hesabatvermə prosedurları  və  sənədləşmə 



tələbləri BP Azərbaycan  şirkətinin  Ətraf Mühit, Sağlamlıq,  Əməyin Təhlükəsizliyi, 

Təhlükəsizlik və Ətraf Mühit (SƏTTƏM) üzrə siyasətinə (Fəsil 14-ə istinad edin) daxil edilib.  

Fəaliyyətə başladıqdan etibarən  ŞD2 AGT Regionunun bir hissəsinə çevriləcək və bununla 

mövcud  ŞD və AÇG platformalarında artıq istifadə edilməkdə olan prosedurlara əsasən və 

ona uyğun olaraq layihəyə xas monitorinq, idarəetmə  və hesabatvermə prosedurları  işlənib 

hazırlanacaq. 

 

13.6 

 Sosial-iqtisadi mühit: kumulyativ təsirlər 

 

13.6.1 Layihənin ayrı-ayrı təsirləri arasında kumulyativ təsirlər



 

 

Gözlənilən fəaliyyətlər və hadisələrə  əsaslanan ekoloji və sosial-iqtisadi təsirlərin hərtərəfli 



qiymətləndirilməsi  ƏMSSTQ-nin 12-ci Fəslində  təqdim edilmişdir. Qiymətləndirmə  hər bir 

fəaliyyət növünü və  təsiri yerində idarə etmək üçün təyin edilmiş  nəzarət tədbirlərini nəzərə 

alır. Təsirin azaldılması üçün əlavə  tədbirlərə ehtiyac olduğu aşkar edilməmişdir və bütün 

təsirlərin azaldıla bilməsi kifayət qədər praktik hesab edilir. 

 

ŞD2 Layihəsinin müxtəlif komponentlərindən kumulyativ sosial-iqtisadi təsir ilə  nəticələnə 



biləcək gözlənilən fəaliyyətlər və hadisələr bunlardır: 

 

 Tikinti 



mərhələsi zamanı məşğulluq imkanlarının artması 

 

Əsas tikinti və quraşdırma podratçılarından və onların  əlaqədar təchizat zənciri üzrə 



şirkətlər qrupundan istifadə nəticəsində iqtisadi axının artması, və 

 Bakı-Salyan şose yolunda yol nəqliyyat hərəkətində artım. 

 

13.6.1.1  İqtisadi axınlar 

 

ŞD2 layihəsinin məşğulluq və mal və xidmətlərin satın alınmasının artması yolu ilə regional 



(Qaradağ rayonu) və yerli səviyyədə iqtisadi axınları artırması gözlənilir. Bunun tikinti 

mərhələsi zamanı eyni zamanda müxtəlif tikinti və quraşdırma işləri üzrə podratçılardan 

istifadə edilməsi ilə baş verməsi gözlənilir.  İqtisadi axınların artımının regional səviyyədə 

sosial-iqtisadi inkişafa dəstək verməsi, səhiyyə, təhsil və digər sosial infrastrukturun hazırkı 

vəziyyətində təkmilləşmələrə gətirib çıxarması gözlənilir.  

 

13.6.1.2 Məşğulluq  

 

ŞD2 layihəsinin tikinti mərhələsi zamanı məşğulluq səviyyəsi aşağıdakı kimi nəzərdə tutulur:  



 

 2016-cı ildə pik səviyyəyə çatması gözlənilən Səngəçal Terminalında quruda tikinti 

işləri ilə bağlı 4800 iş yeri; 

 2015-ci 

ildə pik səviyyəyə çatması gözlənilən özülün tikintisi üçün istifadə olunan quru 

tikinti sahəsində 1500 iş yeri; 

 2015-ci 

ildə pik nöqtəyə çatması gözlənilən üst tikililərinin quruda tikintisi sahəsində 

2260 iş yeri; və 

 2015 


və 2016-cı illərdə pik nöqtəyə çatması gözlənilən dəniz sualtı  işləri ilə  əlaqədar 

2000 iş yeri.  

  

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/12 

Yekun variant 

ŞD2 layihəsi ilə əlaqədar yaranan, demək olar ki, bütün işlər müvəqqəti olduğundan, işçilərə 

işlədikləri müddətdə öz iş bacarıqlarını  və  təcrübəsini inkişaf etdirməyə imkan veriləcək.  

Buna  İşçilər ilə Münasibətlərin  İdarə olunması Planı  və formal təlim fəaliyyətlərinin yerinə 

yetirilməsi ilə nail olunacaq. 

 

Mövcud nəzarət tədbirlərini və məşğulluq ilə bağlı müsbət təsirləri nəzərə alsaq, hesab etmək 



olar ki, məşğulluq ilə əlaqədar kumulyativ təsirləri  müvafiq olaraq maksimum artırmaq üçün 

lazımi tədbirlər mövcuddur. 

 

13.6.1.3 Bakı-Salyan şose yolunda nəqliyyatın artması – artıq yüklənmə 

 

Bakı-Salyan şose yolu yerli ərazidəki əsas nəqliyyat yoludur və onun  Səngəçal terminalının 



yaxınlığında işləyən  əsas tikinti və quraşdırma işləri üzrə podratçılar ilə bağlı  nəqliyyatı 

tərəfindən istifadə ediləcəyi gözlənilir. Bakı-Salyan  şose yolundakı  nəqliyyatın hərəkətinin 

həddindən artıq yüklənməsi nəticəsində digər yol istifadəçilərinə narahatlıq yaranma 

potensialı var. 

 

Terminalın tikintisi və istismar işləri zamanı sahədən kənar avtomobillərin hərəkətinin pik 



nöqtəyə çatması, yəni Mərhələ 3 və Mərhələ 4 zamanı müşahidə olunduğu kimi gündə 1310-

a qədər çatması gözlənilir. Bu isə Bakı-Salyan şose yolunun nəqliyyat axınında cəmi 13,1% 

artımı əks etdirir.  

 

Bakı-Salyan  şosesininartıq yüklənməsini azaldacaq bir sıra təkmilləşmə  işləri artıqaparılır. 



Bütün tikinti və quraşdırma podratçılarının Yol hərəkəti və  nəqliyyatın idarə edilməsi planı 

tətbiq edəcəyi gözlənilir ki, onun məqsədlərindən biri də  yol istifadəçilərinə yaranan təsiri 

minimuma endirmək, BP şirkətinin avtomobillərlə və avtomobillərin təhlükəsiz idarə edilməsi 

ilə bağlı prosedurlarına ciddi əməl edilməsini təmin etməkdir. Yol hərəkəti və nəqliyyatın idarə 

edilməsi planı müntəzəm olaraq nəzərdən keçiriləcək və layihənin həyata keçirildiyi müddət 

ərzində  nəqliyyat axınında və ya marşrutla bağlı baş verən hər hansı  dəyişikliyi nəzərə 

alacaq. 

 

Bakı-Salyan  şosesinə planlaşdırılan gələcək təkmilləşmələri və Yol hərəkəti və  nəqliyyatın   



İdarə olunması Planında istifadəni nəzərə alaraq, ŞD2 Layihəsinin nəqliyyatın hərəkətinə 

təsirləri mümkün qədər minimuma endirilir.  

 

13.6.2 

Digər layihələrlə birlikdə kumulyativ təsirlər

 

 

13.6.2.1 Vizual 



təsirlər  

 

ŞD1 və  ŞD2 məşəllərinin istismarı  nəticəsində  Səngəçal Terminalının yaxınlığındakı 



reseptorlara kumulyativ vizual təsirlər potensialı var.   

 

ŞD2 layihəsi və  ŞD1 Məşəl layihəsi arasında baş verəcək kumulyativ vizual təsirləri təyin 



etmək üçün müşahidə təhlili aparılmışdır (Əlavə 12B-yə istinad edin). Müşahidə təhlili yerüstü 

məşəlin hündürlüyü yüksəyə qaldırılmış məşəl gövdəsindən yuxarı olduqda, bu şəraitləri əks 

etdirmək üçün nəzərdə tutulan qazın məşəldə qeyri-müntəzəm yandırılma ssenarilərinin 

sayına əsaslanmışdır. Ona görə də, bunun yerli icmaların sakinləri tərəfindən  görünə biləcəyi 

gözlənilir.   

 

Ərazinin topoqrafiyasına  əsaslanan və binalar və konstruksiyalar kimi xüsusiyyətləri nəzərə 



almayan təhlillər göstərmişdir ki, ŞD2 məşəl sisteminin minimum terminalı  əhatə edən 

ərazinin təxminən 75 %-i üçün görünən olması hesablanmışdır.  ŞD1-in  əlavəsi Səngəçalda 

görünmə  dərəcəsini maksimum 80%-ə  qədər artırmışdı. Bu, onu göstərir ki, Səngəçal 

qəsəbəsində yüksələn elementin əlavə görünmə  dərəcəsi nisbətən cüzi kumulyativ təsir ilə 

nəticələnməklə, 5% aşağıdır.    

 

Müşahidə təhlilinin nəticələri göstərir ki, ŞD2 Layihəsi və ya ŞD1 Məşəl layihəsi ilə əlaqədar 



yüksələn elementdən Ümid, Əzimkənd və Massiv 3 qəsəbələrinin sakinləri üçün görünmə 

dərəcəsi eynidir və hər iki layihənin yüksələn elementləri yerli sakinlər tərəfindən görülə bilər.   




Yüklə 492,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə