Microsoft Word 13 Cumulative eia final az



Yüklə 492,7 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix11.04.2018
ölçüsü492,7 Kb.
#36940
1   ...   10   11   12   13   14   15   16   17   18

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/40 

Yekun variant 

damcıları formasında olacaq. İri kondensat kürəcikləri ixrac boru kəmərinin partlaması ilə 

əlaqədar daha az intensiv burulğan vasitəsilə dağıdılacaq. Kondensat damcıları  və ya 

kürəcikləri su sütunu ilə yuxarı qalxacaq və yuxarı qalxdıqca suda həll oluna bilən 

komponentlərini suda itirəcək. Dəniz səthinə çatdıqda, daha çox buxarlana bilən 

komponentlər buxarlanma yolu ilə sürətlə itəcək. Bunun bəzi dağılma hallarında dənizin 

səthində parafin qalıqlarına səbəb olması çox ehtimal olunur.    

 

13.10.7.2 Kondensatın qəza dağılmaları nəticəsində ekoloji təsirləri 

 

Kondensatın qəza dağılmaları nəticəsində ətraf mühitə təsirlərinin iki mümkün mənbəyi var. 



 

Su sütununda ekoloji təsirlər 

 

Kondensatın su sütununa qəza nəticəsində  sızması kondensatdan su sütununa dağılan 



potensial toksik birləşmələrin yüksək səviyyəsinə görə  həmin yerdəki dəniz orqanizmlərinə 

mənfi təsirlərə səbəb ola bilər.  

 

Xam neftlərin tərkibində dəniz orqanizmlərinə toksik təsirlər göstərmək potensialına malik bir 



neçə sinifdən olan kimyəvi birləşmələr mövcuddur (Cədvəl 13.16). Kondensatların tərkibində 

də  həmin birləşmələrin hamısı yox, bəziləri var. Su sütununda bu birləşmələrin müxtəlif 

siniflərə bölgüsünün və ya havada buxarlanmasının miqyası onların potensial təsirinin 

müəyyənləşdirilməsində başlıca amildir. 

 

Cədvəl 13.16 Dəniz orqanizmlərinə toksik təsir göstərə bilən xam neft və 

kondensatlardakı kimyəvi birləşmələr 

 

Kimyəvi 



birləşmələr 

Buraya daxildir 

Potensial 

təsirləri 

Təsir yolu 

Transformasiyası 

Kiçik molekulyar 

çəkili alkanlar 

Pentan, Heksan, Heptan 

Narkoz (çox 

vaxt bərpa 

olunur) 

Suda azca həll 

olunur 

Suyun səthindəki 



təbəqədən havaya 

buxarlanır 



BTEK 

Benzol, Toluol, 

Etilbenzollar və Ksilollar 

Kəskin 


toksiklik 

Suda orta dərəcədə 

həll olunur 

Suyun səthindəki 

təbəqədən havaya 

buxarlanır, yaxud 

su sütununda 

bioloji cəhətdən 

parçalanır 

YUÜB (Yarım-

Uçucu Üzvi 

Birləşmələr) 

Əvəz olunmuş 

(alkillənmiş) naftalinlər 

Kəskin 


toksiklik 

Dispersiya olmuş 

kondensat 

damcılarından su 

sütununa keçir 

Bioloji cəhətdən 

parçalanan 

PAK (Polisiklik 

Aromatlı 

Karbohidrogenlər) 

3, 4 yaxud 5 (və ya daha 

çox) birləşməli aromatlı 

halqalar və buraya 

antrasen, xrizen, benzo-

a-piren (və bir çox 

başqaları) daxildir. 

Xroniki 


toksiklik 

Kondensatın 

udulması və 

nəticədə 

metabolizasiya 

Dayanıqlı 

 

Bu kimyəvi birləşmələrin dəniz orqanizmlərinə göstərə biləcəyi mənfi təsirlərin təhlükəliliyi, 



onların təsirlərə məruz qalma funksiyası olacaq.  Təsirə məruz qalma bu kimyəvi birləşmələrin 

suda konsentrasiyası və orqanizmlərin məruz qaldığı müddət funksiyasıdır.  

 

Quyudan atqı ssenariləri 

 

Quyudan atqı ssenariləri ilə (Bölmə 13.10.6.1) yaranan suda ümumi karbohidrogenlərin 

maksimum konsentrasiyası (həm həll olmuş, həm də kondensat damcıları halında) 3 ilə 10 

mh arasında olacaq modelləşdirmə ilə proqnozlaşdırılır (Cədvəl 13.11). Həll olmuş 

karbohidrogenlərin konsentrasiyası  aşağı  (Şəkil 13.10 və 13.11), lakin təsirə  məruz qalan 

dəniz orqanizmlərinə  mənfi təsir göstərmək üçün kifayət qədər yüksəkdir. Xüsusilə  də, ona 

görə ki, onlar bütün atqı müddətində bu səviyyələrdə saxlanılacaq və aşağı səviyyələr ilə əvəz 

olunması daha bir neçə gün çəkəcək. Təsirə  məruz qalmanın müddəti təsirə  məruz qalmış 

dəniz orqanizmlərinə ciddi mənfi təsirlərə səbəb ola bilər.  



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/41 

Yekun variant 



Axın xəttinin partlaması ilə dağılma ssenariləri 

 

Axın xəttinin partlaması ssenarilərində yaranan suda karbohidrogenlərin maksimum 



konsentrasiyasının (Bölmə 13.10.6.2) 0.3 və 4.9 mh arasında olması proqnozlaşdırılır (Cədvəl 

13.13. Lakin təsirə  məruz qalma müddəti yalnız 1-2 gün olacaq. Yüksələn həll olmuş 

karbohidrogenlər ilə suyun həcmi (Şəkil 13.14-də təsvir olunan nümunədəki kimi) kiçik olacaq 

və axın xəttinin partladığı yerə yaxın yerləşəcək. Təzyiqli su həcmlərindəki nisbətən qısa 

müddət təsirə məruz qalma dəniz orqanizmlərinin təsirə məruz qalmış toplumuna yalnız çox 

lokal və müvəqqəti təsirlərə səbəb ola bilər.  

 

Kondensat ixrac boru kəmərinin dağılması ssenarisi 

 

Sahilə yaxın dayaz suda partlayan boru kəmərindən kondensatın dağılması (Bölmə 



13.10.6.3-də EL2 ssenarisi) suda 68 və ya 93 mh karbohidrogenin həddindən artıq yüksək 

konsentrasiyasını yaradacaq (Cədvəl 13.15). Həll olmuş karbohidrogen konsentrasiyaları 

boru kəmərinin partlama yerinə yaxın su həcmində çox yüksək, 5 mh-dən yuxarı olacaq (Şəkil 

13.15).  Bu yüksək konsentrasiyalar 6 və ya 7 gün saxlanılacaq və onların təsirə məruz qalan 

dəniz orqanizmlərinə ciddi təsiri ola bilər.   

 

Dəniz səthinə və sahilə ekoloji təsirlər 

 

Dənizdə nisbətən uzun müddət  ərzində qalacaq kondensatın parafinli qalığı xroniki məruz 



qalma ilə mənfi təsirlər göstərə bilən potensial toksik kimyəvi birləşmələrdə tükənmiş olacaq. 

Demək olar ki, bütün BTEK və YUÜB həll olma və buxarlanma ilə əvvəlcədən itmiş olacaq. 

Kondensatın tərkibində xroniki məruz qalma ilə  mənfi təsirlərə  səbəb ola biləcək Polisiklik 

Aromatlı Karbohidrogenlər (PAK) nəzərəçarpacaq səviyyədə yoxdur. Əksər xam neftdən fərqli 

olaraq, kondensat kiçik sahil heyvanlarını boğa biləcək və  dəniz quşlarının lələklərini 

çirkləndirə biləcək sabit yağlı su emulsiyaları yaratmır.  

 

Kondensat dağıldıqdan sonra sahilə  çıxan parafinli qalıqlar lokallaşdırılmış konsentrasiyalar 



ola bilməsinə baxmayaraq, sahil xətti boyunca geniş yayılmış parafin hissəcikləri və ya 

dənəvərlər formasında olacaq. Bu parafinli hissəciklər gün ərzində günəş altında  əriyə  və 

qumlu sahil xətti yatağına nüfuz edə bilər. 

 

Ona görə də, sahilə çıxan parafinli kondensat qalığının ekoloji təsirləri minimum ola bilər. O, 



əsasən sahilə çıxan emulsiya əmələ gətirən xam neft halında olduğundan, təsiri daha aşağı 

kəskinlikdə ola bilər.   

 

13.10.7.3 Dizelin qəza dağılmaları nəticəsində ekoloji təsirləri 

 

Dəniz səthinə ekoloji təsirlər 

 

Dəniz səthinə dağıdılmış dizelin altındakı suyun dərinliyi həmişə  təhminən 70 metrdən artıq 

olacaq. Bu suyun yuxarı təbəqələri yüksək oksigen kosentrasiyalı olacaqlar. Dağıdılmış dizel 

suyun səthində maksimum 2 gün müddətində qalacaqdır. Bu müddət ərzində dağıdılmış dizel 

oksigenin suya daxil olmasına 

maniyəçilik törədən

 bitişik, stasionar qat şəklində 

olmayacaqdır.  Əksinə, bu dizel dəniz səthində  hərəkət edən və daimi şəkildə dalğaların 

dağıdıcı təsirinə məruz qalan və nəhayət bu təsirlərin nəticəsində təmamilə dağılan neft ləkəsi 

şəklində təqdim olunacaqdır. Su sütununun yuxarı hissəsində oksigenin tükənməsi çox kiçik 

miqyasda və ya təmamilə baş verməyəcəyi gözlənilir ki, bu da dəniz orqanizmlərinə 

əhəmiyyətli təsirlərin yaranmamağını göstərir. 



 

Su sütununda ekoloji təsirlər 

 

Hərəkət edən neft ləkələrinin altındakı lokallaşdırılmış  ərazilərdə suda olan dizelin 



konsentrasiyası maksimum 1 Mh (Milyonda hissə) dərəcəsinə çatacaq və növbəti 48 saat 

ərzində  25  Mh  dərəcəsinə  qədər sürətlə düşəcək.  Əldə olunan təcrübəyə  və laboratoriyada 

keçirilmiş tədiqatlara əsasən göstərilən müddət ərzində bu konsentrasiyaların təsirinə məruz 

qalan dəniz orqanizmlərinə göstərilən ziyan çox aşağı əhəmiyyətli və çox qısa olur. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/42 

Yekun variant 



13.10.8 Material 

dağılmalarının qarşısının alınması  və onlara qarşı cavab 

tədbirlərinin planlaşdırılması. 

 

13.10.8.1 Neft dağılmalarının qarşısının alınması  Planı – Azərbaycan dəniz sektoru 

 

Şahdəniz  əməliyyatları ilə bağlı (bu əməliyyatlara dənizdə  səyyar qazma qurğuları, 



platformalar, sualtı boru kəmərləri və dəniz gəmiləri daxildir) karbohidrogen dağılma hadisələri 

zamanı görüləcək təlimat və tədbirləri təmin edən Neft Dağılmalarına Qarşı Cavab Tədbirləri 

Planı hazırlanmışdır. Bu, sistemlərin istismara verilməsi, əməliyyatı və istismardan çıxarılması 

zamanı baş verə biləcək dağılmalar üçün etibarlıdır.   

 

Neft Dağılmalarına Qarşı Cavab Tədbirləri Planı aşağıdakılar üçün hazırlanmışdır: 



 

 

Dəniz əməliyyatları zamanı və əlaqədar qurğularla bağlı ortaya çıxa biləcək dağılma və 



ya dağılma təhlükəsinə nəzarət etmək üçün prosedurlar hazırlamaq; 

 Cavab 


tədbiri üzrə  əməliyyatların 1-ci Səviyyədən 2/3-cü Səviyyə dağılma və ya 

dağılma təhlükəsinə keçməsinə yardım etmək üçün prosedurlar hazırlamaq; 

 Karbohidrogen 

dağılmasının hərəkətini vaxtında mənbədə saxlamaqla minimuma 

endirmək; 

 Neft 


dağılmasının vaxtında cavab tədbiri ilə ətraf mühitə təsirini minimuma endirmək

 

Cəlb olunacaq müvafiq avadanlıq və texnikaların seçilməsi vasitəsilə bərpa üzrə cavab 



tədbirlərinin effektivliyini artırmaq; və 

 

Təlim keçmiş və səriştəli əməliyyat qrupları ilə cavab tədbirinin effektivliyini artırmaq.  



 

BP  şirkətinin cavab tədbirləri strategiyası  aşağıdakılara  əsaslanır: qazma və platforma 

əməliyyatlarının və sualtı boru kəmərlərinin  ətraflı risk qiymətləndirməsi; potensial dağılma 

hərəkətinin təhlili; ətraf mühitin həssaslıqları və; cavab tədbirləri resurslarının optimal növü və 

yeri. BP öz xüsusi təyinatlı ehtiyatlarına ixtisaslaşmış dağılmalara qarşı cavab tədbirləri 

podratçılarının dəstəyini əlavə edir.  

 

BP şirkəti özünün dəniz əməliyyatlarından yaranan Səviyyə 2 üzrə neft dağılması hadisələrinə 



qarşı cavab tədbirini təmin etmək üçün Azərbaycanda neft dağılmalarına qarşı cavab tədbiri 

üzrə müstəqil podratçı ilə müqavilə bağlamışdır. Bu ehtiyatlar Azərbaycanda daha böyük 

dağılmalar üçün istifadə oluna bilər. “Oil Spill Response” (Ltd) (OSRL) şirkəti BK və 

Sinqapurda ofisi olan 3-cü Səviyyə üzrə cavab tədbiri göstərən  şirkətdir. O, böyük dağılma 

hadisəsi zamanı BP şirkətinə  Səviyyə 3 və/və ya yüksək dərəcədə  həssas hadisə baş 

verdikdə, Səviyyə 2 üzrə xidmətlər göstərəcək. Avadanlıqların təchizatına əlavə olaraq, onlar 

həmçinin cavab tədbirləri üzrə texniki işçilər və supervayzerlər də təmin edə bilər.   

 

BP şirkətin həm neft dağılması hadisələrindən əvvəl, həm də hadisə zamanı Azərbaycanda 



yerli fövqəladə hallar üzrə xidmətlər və dövlət agentlikləri ilə  əlaqə yaradacaq, belə ki, 

Fövqəladə Hallar Nazirliyində də bunun üçün əlavə ehtiyatlar mövcuddur. NDQCTP Planları 

BP  şirkətinin bu ehtiyatlardan onların yerləşdikləri  ətraf mühitin mühafizəsində necə istifadə 

olunmasını təsvir edir. 



  

13.10.8.2 BP şirkətinin quyunun bağlanması üzrə ehtiyatları – Azərbaycan dəniz 

sektoru 

 

Neft dağılmalarına qarşı cavab tədbiri bacarıqlarına əlavə olaraq, BP şirkətinin hava yolu ilə 

şirkətin işlədiyi dünyanın istənilən yerinə daşına bilməsi üçün layihələşdirilmiş quyunun qəza 

halında bağlaması, disperqator, qalıqların təmizlənməsi və MİOA cihaz sistemi var.  Bundan 

başqa, BP şirkətin Sualtı Quyulara qarşı Cavab Tədbirləri Layihəsinə  (SQCTL) qoşulub və 

onun vasitəsilə dörd quyunun qəza halında bağlanması qurğusu və iki sualtı disperqator 

sisteminə daxil ola biləcək (2013-cü ildən və mümkün olduğu vaxtda). OSRL şirkəti 

Stavangerdə, Rio-de-Janeyro yaxınlığında, Keyptaun yaxınlığında və Sinqapurdakı bazalarda 

dörd qəza halında bağlanma qurğusu və iki disperqator sisteminə sahiblik edəcək, 

saxlayacaq və texniki xidmət göstərəcək. Bu sistemlər dünyanın istənilən yerində (ABŞ istisna 

olmaqla) yerləşdirilə bilər. Həm BP, həm də SQÇTL-nin qəza halında bağlanma qurğusu 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/43 

Yekun variant 

sistemləri Azərbaycana daşına bilər, lakin aşağıda təsvir olunduğu kimi, onların Xəzər 

dənizində yerləşdirmə məhdudiyyətləri var. 

 

Xəzər regionu cavab tədbiri üzrə gəmilərin, uyğun MİQ ilə gəmilərin sayına və qəza halında 



bağlama sistemlərinin köçürülməsi üçün sualtı kran imkanlarına görə  məhduddur. Həmçinin 

Xəzərdə yüksək axın səviyyəsində olan quyuların dayaz sular ilə birlikdə sıradan çıxmış AƏP-

nə (atqı  əleyhinə preventor) şaquli daxil olmanı  məhdudlaşdırması ilə bağlı narahatlıq var.  

Bu, suyun səthindəki yüksək səviyyədə UÜB (Uçucu Üzvi Birləşmələr) və gəminin su səthində 

işləmə şəraitinin çətinlikləri ilə bağlıdır. 

 

Hal-hazırda, operatorun Xəzərdəki quyularda qəza halında bağlama sistemini işlətməsi üçün 



mühüm çətinliklər var. Bununla belə, sıradan çıxmış  AƏP-la bağlı  qəza halında bağlama 

sisteminin yerləşdirilməsi məhdudiyyətlərini başa düşmək, yerləşdirmə üzrə  tələbləri 

qiymətləndirmək, Xəzər dənizində baş verən hadisəyə cavab vermək məqsədilə  şaquli 

köçürmə ilə yerləşdirmə metodlarını hazırlamaq üçün SQCTL və BP vasitəsilə  işlər davam 

etməkdədir.   

 

 



13.10.9 Hesabatvermə

 

 

ŞD2 layihəsinin bütün fazaları  ərzində bütün təsdiqlənməmiş material dağılmaları (mayelər, 



qazlar, yaxud bərk maddələr), o cümlədən təsdiqlənmiş  hədləri, yaxud müəyyənləşdirilmiş 

şərtləri aşan material dağılmaları  şirkətin daxilində hesabatla məruzə olunur və araşdırılır. 

ETSN ilə razılaşdırılmış mövcud xarici tərəflərə məlumatların verilməsi ilə bağlı tələblər ŞD2 

layihəsinin istismar mərhələsi zamanı qəbul olunacaq və bunlar aşağıdakılardır: 

 

 

Həcmi 50 litrdən artıq mayenin ətraf mühitə dağılması ilə  nəticələnən qəza baş 



verdikdən sonra 24 saat ərzində ETSN-nə  şifahi və 72 saat ərzində yazılı formada 

məlumat veriləcək və 

 

Əgər  ətraf mühitə dağılmış material 50 L-dən az olarsa, o zaman dağılma barədə 



məlumat BP AGT Regionunun Planlaşdırılmamış Dağılmalara dair Hesabatına daxil 

ediləcək və aylıq olaraq ETSN-ə təqdim olunacaq. 

 

Əsas tikinti və quraşdırma podratçılarının sahələrində baş verən və onların işlətdiyi 



gəmilərdən material dağılmaları barədə ETSN-nə podratçılar tərəfindən məlumat veriləcək.  

 

2012-ci ilin dekabr ayında BP şirkəti və ETSN arasında imzalanmış “Nəzərdə tutulmayan 



material atqılarının tənzimlənməsi üzrə  əməkdaşlığın  əsas prinsiplərinin razılaşdırılması” 

Protokolunda təsdiq edilmiş atqı “tətbiq olunan HPBS, ETSN tərəfindən icazə verilən və / və 

ya təsdiq edilmiş  sənədlər, o cümlədən  ƏMSSTQ,  ƏMTQ, Texniki Qeyd, Texniki Məktub, 

ETSN-ə  təqdim edilmiş atqı ilə bağlı ayrıca müraciət məktubları  və ya ETSN ilə  hər hansı 

digər yazılı razılaşma ilə icazə verilən atqı” kimi müəyyən edilir. Təsdiq edilməmiş atqılar bu 

açıqlamaya daxil olmayan atqılardır. 



 

Yüklə 492,7 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə