Microsoft Word 13 Cumulative eia final az



Yüklə 492,7 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix11.04.2018
ölçüsü492,7 Kb.
#36940
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/20 

Yekun variant 



13.9.1 

Nəticə 

 

ŞD2 Layihə  əməliyyatlarından  əmələ  gələn  İXQ emissiyalarının  əsas mənbələri elektrik 



generatorları, Səngəçal terminalında texnoloji isitmə  və qurğuların, işçi qüvvəsinin və  ətraf 

icmaların təhlükəsizliyinin təmin olunması üçün tələb olunan qazın məşəldə qeyri-müntəzəm 

yandırılması ilə bağlıdır. BP şirkəti  İXQ emissiyalarının qiymətləndirilməsi və (praktiki 

cəhətdən mümkün olduğu hallarda) azaldılmasına dair öhdəlik götürüb. Hər bir layihənin 

həyata keçirilməsində aşağıdakı prinsiplərə riayət edilmişdir: 

 

 



Məşəldə yandırılmanı azaltmaq üçün variantları qiymətləndirmək – məşəl qurğusunun 

istismarına dair siyasət işləyib hazırlamaq və həyata keçirmək; 

 Enerji 

səmərəliliyini maksimuma çatdırmaq; 

 Quyu 

sınaqlarına dair tələbləri nəzərdən keçirmək və əsaslandırmaq; 



 Yanma 

nəticəsində ayrılan emissiyaları  və qeyri-mütəşəkkil emissiyaları minimuma 

endirmək; və 

 Qazların havaya atılmasına yol verməmək. 

 

AÇG və Şahdəniz işlənmələri boyunca İXQ-lərin yaranmasının qarşısını almağa kömək edən 



layihələndirmə ilə bağlı tədbirlərə aşağıdakılar daxildir: 

 

 Quruda 



məşəldə yandırılan qazın bərpası; 

 

Quruda inert üfürmə (təmizləmə) qazı; 



 Azəri yatağı üçün dənizdə mərkəzləşdirilmiş elektrik enerjisi; 

 Hasilat 

üçün 

məşəldə yandırılmanın davamlı həyata keçirilməməsi; 



 Azəri yatağında qazın təkrar laya vurulması (məşəldə yandırılmanın əksinə olaraq) 

 Terminalda 

üzən qapaqlı çənlər; 

 Aeroturbinlərdən istifadə; və 

 

Faza 3 və ÇNL-də elektrik mühərriki ilə işə salınan ixrac kompressiyası. 



 

Bu tədbirlərə əlavə olaraq, AÇG Layihəsi qazın idarə olunması strategiyasında iştirak edir ki, 

bu strategiyaya əsasən AÇG işlənmələri tərəfindən hasil olunan səmt qazının  əksər hissəsi 

müntəzəm olaraq laylara geri vurulur. Qalan qaz həcmi isə  dəniz platformasının elektrik 

generatoru üçün əsas qaz turbinlərində istifadə edilir və Səngəçal terminalına nəql olunur.   

 

“Qiymətləndirilmiş variantlar” adlı  Fəsil 4-də  təsvir olunduğu kimi, ŞD2 layihəsi işlənib 



hazırlanarkən enerji səmərəliliyi və  İXQ-nin azaldılmasının mühüm bir aspekti kimi nəzərə 

alınmışdır ki, bu da aşağıdakıların seçilməsinə yardım edir: 

 

 

Quruda kompressiya ilə müqayisədə dənizdə kompressiya;  



 Ventilyasiya 

ilə müqayisədə dənizdə məşəl;  

 Elektrik 

ötürücüləri ilə müqayisədə quruda birbaşa işləyən qaz turbinləri;  

 

Quruda kompressiya qaz turbinlərində çıxış istilik utilizatoru; və 



 Quruda 

məşəl qazının tutulması. 

 

Bunlar ŞD layihəsi üzrə HPBS müddətində təxminən 103700 kton CO



2

 emissiyasına qənaət 

ilə nəticələnmişdir. 

 

Qeyri-İXQ emissiyaları üzrə olduğu kimi, hər bir AÇG və  ŞD layihəsi üçün İXQ-yə dair 



monitorinq və hesabatvermə prosedurları  və  sənədləşmə  tələbləri BP Azərbaycan  şirkətinin 

Ətraf Mühit, Sağlamlıq,  Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və  Ətraf Mühit (SƏTTƏM) üzrə 

siyasətinə (Fəsil 14-ə istinad edin) daxil edilib. Fəaliyyətə başladıqdan sonra ŞD2 layihəsi 

mövcud AÇG platformalarında artıq istifadə edilməkdə olan prosedurlara əsasən və ona 

uyğun olaraq İXQ üzrə layihəyə xas monitorinq, idarəetmə  və hesabatvermə prosedurları 

işləyib hazırlayacaq. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13 

Kumulyativ və transsərhəd təsirlər və 

təsadüfi hadisələr 

 

Noyabr 2013-cü il 



13/21 

Yekun variant 



13.10 Təsadüfi hallar 

 

Təsadüfi hallar müntəzəm və qeyri-müntəzəm fəaliyyətlərdən ayrı  nəzərdən keçirilir, çünki 



onlar yalnız texniki nasazlıq, insan xətası  və ya seysmik hadisə kimi təbiət hadisələri 

nəticəsində meydana çıxır. 

 

Bu bölmədə dağılmış materialın dayanıqlığı  və üstünlük təşkil edən  ətraf mühit şərtləri kimi 



aspektlər nəzərə alınmaqla, kondensat və dizel yanacağının dənizdə baş verən 

dağılmalarının mümkün nəticələri nəzərdən keçirilir.   

 

13.10.1 

Qısa xülasə 

 

Kondensatın dağılması ilə  nəticələncə biləcək bir sıra təsadüfi hallar nəzərdən keçirilmiş  və 



modelləşdirilmişdir. Atqılar, axın xəttinin partlaması, qaz kondensat ixrac boru kəmərinin 

partlaması  və platformada dizel ehtiyatının itkisi daxil olan hadisələrin yerləri  Şəkil 13.7-də 

göstərilir.  Əlavə 13A-da dağılmaların modelləşdirilməsi üzrə qiymətləndirmə hesabatının 

xülasəsi verilib.  

 

Şəkil 13.7 Dağılmaların modelləşdirilməsinin qiymətləndirilməsində nəzərdə tutulan 

kondensatın sızması ilə nəticələnən təsadüfi  halların yerləri 

 

13.10.2 



Quyu atqısı zamanı kondensatının sızma ssenariləri 

 

Kondensat  ŞD2 quyularında digər lay flüidləri (qaz və lay suyu) ilə birgə mövcud olacaq. 



Quyuya nəzarətin itməsi nəticəsində baş verən quyu atqısı (fontan) bütün flüidlərin (qaz, lay 

suyu və kondensat) böyük həcmlərdə  sızması ilə  nəticələnəcək və kondensat sızan qaz 

axınında tutulmuş olacaq. Maye kondensat proporsiyası suya daxil olan yüksək təzyiqli və 

yüksək sürətli qaz axınının yaratdığı intensiv burulğan vasitəsilə kiçik damcılar kimi su 

sütununa təbii  şəkildə dispersiya olacaq. Kondensat damcılarının həcmi kiçik olduğundan, 

onların özünə xas üzmə qabiliyyəti olacaq, lakin qazın tərkibində tutulmuş kondensat flüidləri 

sürətlə yuxarı doğru qalxan qaz şleyfi ilə birlikdə su sütunu ilə yuxarı doğru hərəkət edəcək. 

Daha iri kondensat damcılarının dəniz səthində kifayət qədər üzmə qabiliyyəti olacaq. 




Yüklə 492,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə