Mühazirə: 18 Sinifdənkənar işlərin təşkili



Yüklə 10,52 Kb.
tarix18.01.2022
ölçüsü10,52 Kb.
#82957
növüMühazirə
ətraf 18


Mühazirə: 18

Sinifdənkənar işlərin təşkili
Şagirdlərlə sinifdənkənar işlər təlim-tərbiyə prosesinin zəruri hissəsidir. Bu işlər gənc nəslin hərtərəfli inkişafına və elmi dünya-görüşlərinin formalaşmasına, biliklərə dərindən yiyələnməsinə xid-mət edir.

Sinifdənkənar işin başlıca vəzifəsi məktəblilərin maraqlarının, meyllərinin, bacarıqlarının hərtərəfli inkişafından və onların asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Sinifdənkənar işlər mək-təblə həyat arasında bağlayıcı bir həlqə hesab edilir. Onlar dərsdə keçilənlərin. Öyrəni-lən biliklərin başa düşülməsində mühüm əhə-miyyət kəsb edir.

Sinifdənkənar işlərin könüllü xarakteri məktəblilərin orada istə-dikləri işdə iştirak etmələrinə, maraqlarına, istəklərinə uyğun hərə-kət etmələrinə şərait yaradır. Bu isə sinifdənkənar işləri həyata keçi-rənlərin qarşısına böyük məsuliyyət hissi qoyur.

Şagirdləri sinifdən kənar işlərə cəlb edərkən çox vaxt yaş və ha-zırlıq səviyyələri deyil, işə maraq, meyli əsas götürülür.

Sinifdənkənar işlərə bir sıra tələblər baxımından yanaşılmalıdır:


  1. Sinifdənkənar işlər şagirdlərin ideya-mənəvi tərbiyəsinə xidmət etməlidir.

  2. Şagirdlərin görüş dairəsini genişləndirməli, biliklərini inkişaf etdirməli, zehni və fiziki qabiliyyətlərini təkmilləşdirməlidir. Ona görə də şagirdlərin maraq dairəsinə uyğun tədbirlər seçilməlidir.

  3. Sinifdənkənar işlər dərslərdə keçilənlərlə, proqram materialla-rı ilə sıx əlaqələndirilməlidir.

  4. Bu işlər həyatda daha zəruri məsələlərə həsr edilməlidir.

Belə olarsa sinifdənkənar işlər tədrislə əlaqəli həyata keçirilər, şa-girdlərin əqli və mənəvi inkişafına, bilik keyfiyyətinin yüksəlməsinə, nəticədə isə hərtərəfli şəxsiyyətin formalaşmasına kömək etmiş olar.

Sinifdənkənar işlər əsasən üç formada aparılır;



  1. Kütləvi şəkildə, 2) Qrup şəklində, 3) Fərdi şəkildə.

Qrup şəklində sinifdənkənar işlərə “Gənc təbiətçilər” dərnəyi, di-gər dərnəklər, fakültətivlər və s. aiddir.

Kütləvi sinifdənkənar işlərə kinofilmlərə baxış, ekskursiya gəzinti, səhnəciklər, sərgilər, meşəsalma həftəsi, quş günləri, yaşıllışdırma aylığı,çiçək bayramı və s.göstərmək olar.

Fərdi məşğələlərə isə canlı guşədə,tədris-təcrübə sahəsində,tə-biət qoynunda aparılan məşğələlər,sinifdənkənar qiraət və digərləri aid edi-lir.

Ətraf aləmlə tanışlıqdan «Gənc təbiətçilərə»,«Yaşıl patrullar»dərnəyi yaratmaq olar.Oraya bütün siniflərdən şagirdləri cəlb et-mək mümkündür.Yaxudda paralel siniflərdən təbiət elmlərinə hə-vəs göstərən şagirdlərin seçilməsi yaxşı nəticə verir.

Sinifdənkənar işlərlə yanaşı məktəbdənkənar işlər də həyata ke-çirilir.Sinifdənkənar işlər o işlərdir ki,bunlara bilavasitə məktəb rəhbərləri və fənn müəllimləri rəhbərlik edirlər.

Məktəbdə sinifdənkənar işlərdən gənc təbiətçilər dərnəyi mühüm yer tutur.Məktəblərdə belə bir dərnək təşkil olunur və məşğələlər keçirilir.Dərs məşğələlərində öyrədilməsi çətinlik törədən,lakin hə-yatda zəruri olan məsələlərin dərnək məşğələlərində öyrədilməsi mümkün olur.Dərnək məşğələlərində öyrədilən biliklərə əsasən gənc nəsil onları əhatə edən təbiət,təbiətdə baş verən hadisələr,onun qanun və qanunauyğunluqlarını dərindən mənimsəyirlər.Həm də şagirdlər aldıqları nəzəri biliklərini həyata tətbiq etməyi,yüksək nəticələr qazanmağın yol-larını öyrənirlər.

Dərnək üzvləri başlıca olaraq mədəni və yabanı bitkiləri,onların quruluşunu,məktəbin yerləşdiyi ərazidə bitən,geniş yayılan bitki nümunələri üzərində müşahidələrini təşkil etməklə bitkilər haqında biliklərə yiyələnirlər.Eyni zamanda ərazidə,xüsusilə Azərbaycanda bitən dərman bitkiləri,onların əhəmiyyətli işlədilmə qaydaları və s.ilə də tanış olurlar.Gənc təbiətçilər canlı guşədə,tədris–təcrübə sa-həsində bir sıra təcrübə və müşahidələr təşkil edirlər.

Dərnək üzvlərinin müşahidələri aşağıdakı istiqamətdə aparıla bi-lər.



  1. Bitkilərin həyat şəraiti və quruluşunu öyrənmək

  2. Bitkilərin əhəmiyyətinin öyrənilməsi.

  3. Heyvanların quruluşu,həyat tərzinin tanış edilməsi.

  4. Heyvanların iqtisadi faydasını öyrənilməsi və s.

«Gənc təbiətçilər »dərnəyində heyvanlar üzərində də təxminən eyni məzmunda müşahidə və təcrübələr aparıla bilər.Təcrübə və müşahidələr əsasında heyvanların quruluşu,çoxalması,qidalanması,məhsuldarlığı və s.məsələlər öyrənilir.Yerli fauna və heyvanların faydasının öyrənilməsi məsələsinə xüsusilə barama qurdu,bal arısı,heyvandarlıq təsərrüfatlarında əməkçilərin fəaliyyəti ilə tanışlığa daha çox fikir verilməlidir.

Dərnəklərə üzv yazılması dərs ilinin əvvəlində könüllü olaraq apa-rılır.Təxminən dərnəyə 20 nəfər şagird yazıla bilər.Ən əvvəl dərnə-yin illik iş planı tərtib edilir.Orada iş bölgüsü aparılır.Dərnək üzvlə-rinin görəcəyi işlər müəyyən edilir.Onlara görəcəkləri işlərə həsr olunmuş maraqlı ədəbiyyat,şəkilli jurnallar verilir.Dərnək məşğələ-lərində görülən işlər hər ayın axırında yekunlaşdırılır,qiymətlən-dirilir.Nəticələr əsasən ilin sonunda sərgi ilə yekunlaşdırıla bilər.Çalışmaq lazımdır ki,dərnək üzvlərinin sərgisi maraqlı,məzmunlu,zəngin olsun.Daha qiymətli eksponatlar rayon,şəhər,respublika miqyaslı sərgilərə göndərilsin.Bu da şagirdlərin təbiət fənlərinə və onların öyrənilməsinə marağını artırar,təlimdə yüksək müvəffəqiy-yətlərə nail olarlar.

Kütləvi ictimai-faydalı işlər və tədbirlər əsasən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsinə şərait yaradır.Gənc nəsil fermer təsərrüfatları ilə əlaqə saxlayır,onların işi ilə tanış olurlar,peşələri öyrənirlər,heyvanlara qulluq işləri ilə maraqlanırlar.Hey-van və bitkiərin məhsullarının toplanmasında,hesaba alınmasında,qiymətəndirilməsində iştirak edə bilirlər.

Məktəbdə qış günü,təbiət həftəsi,təbiəti mühafizə günü,yaşıllıq ayı və s. keçirilməsinin də böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır.Bu tədbirlərin keçirilməsi nəinki şagirdlərin bitki,heyvan,ümumi-likdə təbiət haqqında biliklərin artırır,həm də onların təbiəti sev-məsinə,təbiətə, bitki,heyvan və insanlara qayğı ilə yanaşmaq vər-dişlərinə yiyələnirlər.Tədbirlə bağlı iş bölgüsü aparılır,əlavə ədə-biyyatlardan istifadə olunur.Təbiətdə bitki və heyvanların qayğılı münasibətə əsaslanan işlər,quşlar,üçün yuva düzəltmək,onları yemləmək,bəsləmək,qulluq etmək tədbirləri həyata keçirilir.



Kütləvi tədbirlər çox zaman bayram,səhərcik,sərgi və s.təşkili ilə yekunlaşdırlır.Tədbirinssenarisi qabaqcadan hazırlanır,ssenari əsasında iş aparılır.Hərkəs tapşırılan işə müvafiq hazırlaşır.Öz bilik və bacarığını nümayiş etdirir.Şagirdlər təbiətlə,cəmiyyətlə,bayram və mərasimlərlə bağlı çoxlu şeir,mahnı,səhnəcik,yarışlar hazırlayır,öz qabiliyyətlərini nümayiş etdirirlər.

Müxtəlif tarixi günlərə,bayramlara həsr edilmiş tədbirlərin,sər-gilərin də təlim –tərbiyədə əhəmiyyəti böyükdür.
Yüklə 10,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə