Kollokvium suallarının cavabları MÖvzu 1 1



Yüklə 436,53 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü436,53 Kb.
#65645
növüQaydalar


“Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları” fənni üzrə  

kollokvium suallarının cavabları 

 

MÖVZU 1 

1.

 

Hüququn anlayışı 

Hüquq  -  dövlətin  müəyyənləşdirdiyi  və  ya  sanksiyalaşdırdığı  və  onun  gücü  ilə 

qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur.Bu 

zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada işlədilir:  

a) obyektiv hüquq və ya obyektiv mənada hüquq

Hüquq  normaları  sistemində  ifadə  olunan  ümumməcburi  davranış  qaydalarının 

məcmusu  kimi  hüquq  obyektiv  hüquqa  aiddir;  b)  subyektiv  hüquq  və  ya  subyektiv 

mənada  hüquq.  Subyektiv  hüquq  və  ya  başqa  sözlə  «subyektin  hüququ»  -  bu  konkret 

şəxsə  məxsus  olan  hüquq  olur  (məsələn,  müəyyən  əşyaya  mülkiyyət  hüququ). 

Subyektiv  hüquq  şəxsiyyətin  azadlığını,  bu  və  ya  digər  davranışının  mümkünlüyünü, 

sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən təmin edir. Məsələn, 

hər  bir  Azərbaycan  Respublikasının  vətəndaşına  məxsus  olan  əmək  hüququ  əməyə 

münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət 

sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını 

ifadə edir.

 

Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv hüquqda başlıcası, 



sərbəst  fəaliyyət  göstərmək,  şəxsi  davranış  növünü  və  onun  həddini  sərbəst  seçmək 

imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu 

xarakteristikasına  əlavələr  etmək  lazımdır.  Məsələn,  onlar  müəyyən  sosial  rifahlardan 

istifadə  etmək  imkanını,  başqa  şəxslərdən  müvafiq  davranışı  tələb  etmək  imkanını, 

habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə 

əl atmaq imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən 

başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq - qanun çərçivəsində hərəkət etmək, öz 

davranış növünü və həddini seçmək imkanıdır. 



2.

 

Dövlət və hüququn qarşılıqlı əlaqəsi 

Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. 

Hüquq  sıx  qarşılıqlı  əlaqədə  olduğu  dövlətlə  birlikdə  inkişaf  edir.  Bu  qarşılıqlı  əlaqə 

aşağıda göstərilənlərdə təzahür edir: 

1.  Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki,  dövlət elə 

bir  siyasi  mexanizmdir  ki,    o,  hüququ  ümumməcburi  davranış  qaydaları  (hüquq 

normaları)  şəklində  formalaşdırır.  Qanun  -  dövlətin  müvafiq  səlahiyyətli  orqanlarının 

(parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir. 

2. Dövlət  hüquq  normalarının  həyata  keçirilməsini  təmin  edir,  hüququ  qoruyur. 

Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq 

normalarını  cəmiyyətdə  fəaliyyət  göstərən  digər  sosial  normalardan  (məsələn,  adət, 

əxlaq və s.) fərqləndirir. 

3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. 

O  hüquqa  arxalanmadan  normal  və  səmərəli  fəaliyyət  göstərə  bilməz.Belə  ki,  dövlət 




aparatının  fəaliyyəti  qanunvericiliyin,  hüququn  möhkəmləndirilməsini  tələb  edir.  . 

Söhbət  dövlət  orqanları  sisteminin  daha  əlverişli  təşkilindən,  onların  səlahiyyət  və 

fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir. 

Bütün  bunlar  dövlət  orqanlarının  özbaşınalığını  aradan  qaldıran  vacib  şərtlərdir, 

cəmiyyətdə  qanunçuluq  rejiminin  elementləridir,  vəzifəli  şəxslə  vətəndaş  arasında 

qarşılıqlı əlaqənin əsasıdır. 

 

3.

 

Hüquq normaları 

Norma  o  şərtləri  nəzərdə  tutur  ki,  burada  müəyyən  olunmuş  qaydalar  icra 

olunmalıdır.  Normanın  bu  hissəsi  hüquq  elmində  hipoteza  adlanır.  Məsələn,  pensiya 

hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir (kişilər üçün - 

63 yaş həddi və 25 ildən az olmayan əmək stajı; qadınlar üçün müvafiq olaraq 60 yaş və 

20 il). 


İkincisi,  hüquq  normaları  davranış  qaydalarının  özünü,  hüquq  subyektlərinin 

hüquq  və  vəzifələrini,  yəni  dispozisiyanı  müəyyən  edir.  Məsələn,  ailə  hüquq 

normalarına  müvafiq  olaraq  valideynlər  öz  uşaqlarını  tərbiyə  etməyə,  onların  fiziki 

inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar. 

Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət 

orqanları  buna  müvafiq  olaraq  normadakı  göstərişləri  yerinə  yetirməyən  və  ya  lazımi 

qaydada  yerinə  yetirməyənlərə  qarşı  bu  məcburi  təsir  vasitələrini  (sanksiya)  tətbiq 

etmək  iqtidarında olur. Bunlar intizam  xarakterli (töhmət, işdənçıxarma  və s.), inzibati 

(cərimə və s.) və cinayət xarakterli (azadlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər. 

Başqa sözlə hüquq normaları aşağıdakıları müəyyən edir: 

a)  kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza); 

b) bu icra nədən ibarət olmalıdır (dispozisiya); 

c) normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya). 

İnsanların  davranışını  müəyyən  edən  hüquq  normaları  onların  fəaliyyətini 

subyektiv  hüquqların  verilməsi  ilə,  yaxud  üzərilərinə  vəzifələrin  qoyulması  ilə 

tənzimləyir. 

 

4.

 

Hüququn mənbələri 

Davranış  qaydasının  hüquq  norması  olması  üçün  o  müəyyən  hüquqi  formaya 

salınmalıdır.  Bu  dövlətin  hüquqyaratma  fəaliyyəti  nəticəsində  baş  verir  ki,  bunun 

köməyi  ilə  qanunvericinin  iradəsi  öz  ifadəsini  icra  üçün  məcburi  olan  bu  və  ya  digər 

hüquqi aktlarda tapır. 

Hüquq  ədəbiyyatında  hüququn  mənbəyi  kimi,  adətən  dövlətin  qanunvericilik 

fəaliyyətinin  zahiri  forması  ifadə  olunur,  yəni  hüquq  normalarını  müəyyən  edən, 

səlahiyyətli  dövlət  orqanlarının  aktları  başa  düşülür.Belə  orqanlara  məsələn,  – 

Azərbaycan  Respublikasının  Milli  Məclisi,  Prezidenti,  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti və b. aiddir. 

Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola 

bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, 

normativ  aktlar  hüququn  mənbəyi  hesab  olunur.  Məsələn,  prezidentin  müxtəlif  fəxri 

adların  konkret  elm,  incəsənət  xadimlərinə  və  başqalarına  verilməsi  haqqındakı 




sərəncamları  hüququn  mənbəyi  hesab  olunmur,  baxmayaraq  ki,  onun  dövlət-hüquq 

xarakteri göz qabağındadır. Onlar hüquq mənbələri kimi çıxış edə bilməzlər, ona görə 

ki,  onlarda  ümumi  qaydalar,  yəni  hüquq  normaları  yoxdur.  Belə  fərdi,  konkret 

məsələləri  müəyyən  edən  aktlar  fərdi  aktlar  adlanır.  Onlar  öz  səlahiyyətləri  daxilində 

bütün  dövlət  orqanları  tərəfindən  verilir  (məsələn,  hakimiyyətin  müvafiq  strukturu 

vətəndaşa mənzil sahəsinin verilməsi, təqaüdün təyin olunması və s. barədə qərar qəbul 

edir), lakin bunlar hüquq mənbəyi olabilməzlər. 

5.

 

Qanun və qanun qüvvəli aktlar 

Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir. 

Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi 

qüvvəyə malik olan normativ hüquqi aktdır.Azərbaycan Respublikasında qanunlar 

hüquqi əhəmiyyətinə görə aşağıdakı qanunlara bölünür: 

a)

 



Azərbaycan Respublikasının Konstitusiyası; 

b)

 



referendum yolu ilə qəbul olunmuş qanunlar; 

c)

 



Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsində və 

95-ci    maddəsinin  II  hissəsində  nəzərdə  tutulmuş  məsələlər  üzrə  Azərbaycan 

Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar. 

Hüquq  mənbəyi  kimi  qanun  qüvvəli  aktlar  içərisində  Azərbaycan  Respublikası 

Prezidentinin  fərmanları  mühüm  yer  tutur.  Hüquq  mənbəyi  -  prezidentin  o  fərmanları 

hesab  olunur  ki,  onlar  normativ  xarakterli  olaraq  ictimai  münasibətləri  nizamlamağa 

xidmət edir. 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 

beynəlxalq 

müqavilələrin 

qanunvericilik  sisteminin  tərkib  hissəsi  hesab  edilməsi  və  hüququn  mənbəyini  təşkil 

etməsi Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində əks olunmuşdur. 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  və  Azərbaycan  Respublikasının 

qanunvericilik  sisteminin  tərkib  hissəsini  təşkil  edən  beynəlxalq  hüquqi  aktlarla 

Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvə baxımından qarşılıqlı əlaqəsi 

Azərbaycan  Respublikası  Konstitusiyasının  müvafiq  olaraq  12-ci  və  151-ci 

maddələrində müəyyən olunur. 

 

6.

 

Hüquq sahələri, anlayışı və sistemi 

Hüquq sistemi böyük tərkib hissələrinə  - hüquq sahələrinə bölünür. Bu bölgünün 

əsasında  ölkədə  mövcud  olan  ictimai  münasibətlərin  müxtəlifliyi  dayanır  ki,  bu  da 

hüquqi  nizamlanmanın  predmetini  təşkil  edir.  Hüquq  sahələrini  təşkil  edən  hüquq 

normaları aralarındakı fərqlərə baxmayaraq bir-birilə uzlaşır, sıx qarşılıqlı əlaqədədirlər, 

vahid  bir  sistem  yaradırlar.İctimai  münasibətlərin  müəyyən  növü  (hakimiyyət, 

idarəçilik,  əmlak,  əmək  və  s.)  nizamlanma  predmetindən  (ictimai  münasibətlərin 

xarakterindən)  asılı  olaraq  hüquq  sahələrində  qruplaşan  müvafiq  hüquq  normaları  ilə 

tənzimlənir. 

Hüquq sahəsi - cəmiyyət həyatının müəyyən sahələrində mövcud olan və xaraktercə 

bir-birinə  yaxın,  həmcins  olan  ictimai  münasibətləri  nizamlayan,  bir-birilə  qarşılıqlı 

əlaqədə olan normaların məcmusudur. 

Beləliklə,  hüquq  sahələrini  hər  şeydən  əvvəl  öz  nizamasalma  predmetinə  görə 

fərqləndirirlər. 




Hər sahənin hüquqi nizamasalma predmetinin, yəni ictimai münasibətlərin müəyyən 

növünün  özünəməxsusluğu  var  ki,  bu  da  öz  növbəsində  bu  münasibətlərin  hüquqi 

xüsusiyyətlərini  təyin  edir.Ona  görə  də  hüququn  sahələr  üzrə  bölüşdürülməsi  üçün 

hüquqi nizamasalma metodu hüququn predmeti ilə yanaşı digər əsası təşkil edir. 



7.

 

Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri 

Hüquq  münasibətləri  üçün  onun  iştirakçılarının  (subyektlərinin)  subyektiv 

hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları 

üçün  qarşılıqlı  hüquq  və  vəzifələr  müəyyən  edir.Ona  görə  də  hüquq  münasibətlərinə 

şəxslər  arasında,  onların  qarşılıqlı  hüquq  və  vəzifələrində  ifadə  olunan,  hüquqi  əlaqə 

kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq münasibətinin özü yoxdur. 

Məsələn, hər bir tələbə ilə ali məktəb arasında hüquq münasibəti vardır. Tələbənin təhsil 

almaq hüququ vardır, ali məktəb isə, öz növbəsində təhsil proqramına uyğun olaraq ona 

müvafiq  biliklər  əldə  etmək  üçün  şərait  yaratmağa  borcludur.  Hüquq  münasibəti 

iştirakçılarının  hüquq  və  vəzifələri  hüquq  münasibətlərinin  hüquqi  məzmununu  təşkil 

edir.Hüquq  elmində  «hüquq  münasibətlərinin  tərkibi»  anlayışından  istifadə  olunur  ki, 

onun da elementləri aşağıdakılardır: 

a) hüquq subyekti; 

b) hüquq münasibətlərinin məzmunu; 

c) hüquq münasibətlərinin obyekti. 

Hüquq münasibətlərinin maddi məzmununu onun subyektlərinə tərəf kimi məxsus 

olan qarşılıqlı hüquq və vəzifələrin reallaşması ilə əlaqədar davranış və hərəkətlər təşkil 

edir.  Bu  mənada  hüquqi  əlaqələrin  hüquqi  məzmunu  -  hüquq  münasibətinin 

subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - hüquq münasibəti 

subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir. 



8.

 

Hüquq pozuntusunun anlayışı və növləri 

Ümumi  şəkildə  hüquq  pozuntusu  ictimai  təhlükəli  olan,  yəni  cəmiyyətə  ziyan 

vuran  və  qanunla  cəzalandırılan  əməl  kimi  səciyyələndirilə  bilər.Qanunvericilikdə 

hüquq  pozuntusunun  konkret  əlamətləri  müəyyən  edilir  ki,  bu  da  onu  insanların 

törətdiyi  digər  cəmiyyətə  zidd  əməllərdən  (məsələn,  qanunla  cəzalandırılmayan  qeyri-

əxlaqi  hərəkətlərdən)  fərqləndirməyə  imkan  verir.  Bütün  hüquq  pozuntuları  ictimai 

təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə və xətalara bölünür. 

Cinayət  -  cinayət  qanunvericiliyi  (cinayət  hüquq  normaları)  ilə  qadağan  edilmiş 

ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, 

o  cəmiyyətin  mövcud  olmaq  şərtlərinin  özünə,  vətəndaşların  əsas  hüquq  və 

azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd 

əməllər  cinayət  hesab  olunmur.  Belə  ictimai  təhlükəli  əməllər  başqa  növ  hüquq 

pozuntularına aiddir. 

Xətalar  -    hüquq  pozuntusunun  subyektindən,  vurulmuş  ziyanın  xarakterindən  və 

həcmindən,  habelə  bunlara  müvafiq  olaraq  tətbiq  olunan  hüquqi  sanksiyaların 

xüsusiyyətlərindən  asılı  olaraq  inzibati,  intizam  və  mülki  hüquqpozmalara  bölünür  ki, 

bunlar da müəyyən hüquq sahələrinə aid olur. 

İnzibati xətalar - ən başlıcası dövlət idarəçiliyinə qəsd edən hüquqpozmalardır (küçə 

hərəkəti  qaydalarının,  yanğın  təhlükəsizliyi  qaydalarının,  sanitar  qaydalarının  və  s. 

pozulması). 




İntizam  xətaları  -  əmək,  xidməti,  yaxud  təhsil  intizamına  qəsd  edən  hüquq 

pozuntusudur. 

 

9.

 

Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri və növləri 

Hüquqi  məsuliyyət  hüquq  pozuntusu  törətmiş  şəxs  üçün  arzuolunmaz  nəticələrlə 

ifadə  olunur.  Hüquqi  məsuliyyətin  əmələ  gəlməsinə  əsas  hüquq  pozuntusunun 

törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq 

normalarını  (ümumməcburi  davranış  qaydaları)  müəyyən  edərək,  həm  də  hüquqazidd 

davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.Hüquqi məsuliyyətin fərqli əlaməti - 

hüququ pozan  şəxsin  hüququn  tələblərini icra  etməsinə  dövlət məcburiyyətidir. Dövlət 

məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, 

başqa  şəxslərin  pozulmuş  hüququnun  bərpası  üzrə  vəzifələrin  qoyulmasıdır.Bu  halda 

söhbət hüquq pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri sahəsində tətbiq 

olunan hüququn bərpası tədbirlərindən gedir. 

İkincisi,  dövlət  məcburetməsi  cəza  tədbirlərində  ifadə  oluna  bilər,  yəni  hüquq 

pozuntusuna  qarşı  cinayət  (məsələn,  azadlıqdan  məhrumetmə)  cəzası,  inzibati  cərimə, 

inzibati tənbeh tətbiq edilə bilər. 

Hüquqi  məsuliyyət  dövlət  məcburiyyəti  xarakteri  daşıyır.  Dövlət  məcburetmə 

tədbirləri hüquq normalarında, onların sanksiyalarında müəyyən edilir. 

Sanksiya  -  müvafiq  hüquq  normalarında  nəzərdə  tutulan  hüquq  pozuntusunun 

arzuolunmaz  nəticəsi,  məhrumetmə  vasitəsidir.  Sanksiya  səlahiyyətli  dövlət  orqanları 

(məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir. 

 

MÖVZU 2 

10.

 

Dövlətin anlayışı və formaları 

Dövlət,  cəmiyyətin  daxili  təkamülünün  məhsulu  olub,  obyektiv  olaraq,  təşkilati 

yetkinliyə məruz qalmışdır. Müxtəlif zamanlarda və müxtəlif şəraitdə dövlət cəmiyyəti 

idarə  edən  təşkilati,  hökmranlıq  mexanizmi  kimi  çıxış  edir.  Dövlətin  daimi  mahiyyəti 

yoxdur, o, hər şeydən əvvəl yaşamağın yeni təşkilati-əmək formaları və insanların təkrar 

istehsalı ilə əlaqədar yaranmışdır.  Dövlətə - sosial qrupun, xalqın iradə və maraqlarını 

ifadə edən xüsusi dövlət aparatına malik olan cəmiyyətin siyasi hakimiyyətinin xüsusi 

təşkilatı kimi tərif vermək olar.Dövlətə - sosial qrupun, xalqın iradə və maraqlarını ifadə 

edən  xüsusi  dövlət  aparatına  malik  olan  cəmiyyətin  siyasi  hakimiyyətinin  xüsusi 

təşkilatı kimi tərif vermək olar. Dövlətin formaları aşağıdakılardır: 

a)

 

totalitar dövlət; 



b)

 

avtoritar dövlət; 



c)

 

unitar dövlət; 



d)

 

federasiya; 



e)

 

konfederasiya. 



 

11.

 

Dövlət və dövlət hakimiyyəti 

Dövlət  və  dövlət  hakimiyyəti  anlayışları  bir-birilə  sıx  qarşılıqlı  əlaqədə  olan 

anlayışlardır. Dövlət hakimiyyəti, onu insan cəmiyyətinin digər sosial  strukturlarından, 



qeyri-hökumət 

təşkilatlarından: 

partiyalardan, 

dini 


birliklərdən, 

həmkarlar 

təşkilatlarından  və  s.  fərqləndirən  çox  mühüm  əlamətdir.Hüquqi  dövlətdə  dövlət 

hakimiyyəti  sistemi  hakimiyyətin  bölgüsü,  hüquqi  qanunların  aliliyi,  hamının  qanun 

qarşısında  bərabərliyi  prinsiplərinə  əsaslanır.  Hüquqi  qanunun  aliliyi  o  deməkdir  ki, 

dövlət  orqanları  qanuna  bağlıdırlar,  yəni  qarşısında  duran  vəzifələri  yerinə  yetirmək 

üçün  onlara  ayrılmış  dövlət  hakimiyyəti  səlahiyyətləri  həddində,  öz  səlahiyyətləri 

çərçivəsində  ciddi  surətdə  konstitusiyaya  və  qanunlara  riayət  edərək  fəaliyyət 

göstərirlər.  Qanunlar  isə  haqqa  və  ədalətə,  bərabər  mənafelərə  bərabər  münasibət 

prinsipinə əsaslanır.Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız 

xalq,  hakimiyyətin  əsas  mənbəyi  sayılır.  Lakin  xalqın  iradəsinin  ifadəçisi,  xalq 

hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış 

edir.  Bununla  bərabər  xalqın  bilavasitə  öz  iradəsini  ifadə  etmək,  ona  məxsus  olan 

hakimiyyəti  bilavasitə  həyata  keçirmək  hüququ  vardır  (məsələn,  dövlət  və  ya  ictimai 

həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi olan referendum yolu ilə). 

Dövlət  və  dövlət  hakimiyyəti  özünün  norma  yaratma,  nizamlayıcı  təsirini  əməli 

olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. 

 

12.



 

Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti 

Hakimiyyət  -  mürəkkəb,  çoxcəhətli  bir  hadisədir  ki,  onun  tədqiqinə  təbii  olaraq, 

müxtəlif  cür  yanaşmalar  mövcuddur.  Hüquq  ədəbiyyatında  hakimiyyətə  yalnız 

insanların  birgə  fəaliyyəti  kimi  baxılmır.  O,  cəmiyyətdə  sosial  qurumların  vahid 

fəaliyyətini  və  möhkəm  qaydaları  təmin  edən  mütəşəkkil  bir  qüvvə  kimi  xarakterizə 

olunur.  Bundan  əlavə,  hakimiyyət  ayrı-ayrı  adamların,  sosial  qurumların,  bütünlükdə 

xalqın  öz  iradəsini  xüsusi  metodların  köməyi  ilə  həyata  keçirməyə,  bunu  başqalarına 

qəbul  etdirməyə  olan  real  qabiliyyəti  kimi  də  başa  düşülür.  «Hakimiyyət»  anlayışının 

mahiyyətinə başqa cür yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin 

bu və ya digər tərəfini əks etdirir. 

Ən  ümumi  şəkildə  hakimiyyəti,  insanların  davranış  və  fəaliyyətini  bütün 

cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə 

etmək olar. 

Hakimiyyət - sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə 

yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi işləri görmək 

tələbatı  zəruri  etmişdir.  Onun  meydana  gəlməsinə  tayfa  və  qəbilələrdə  insanlar 

arasındakı  münasibətlərin  qaydaya  salınması,  müxtəlif  növ  ümumi  əhəmiyyətli 

funksiyaların  icrası:  qidanın  bölünməsi,  ailə-nikah  münasibətlərinin  nizamlanması, 

əməyin  cinsə,  yaşa  görə  bölünməsi  və  s.  zərurətin  yaranması  səbəb  olmuşdur.  Öz 

təbiətinə görə bu, hər şeydən əvvəl ictimai rəyin - yığıncağın qərarı, ağsaqqallar şurası, 

rəhbər,  qəbilə  başçısı  və  s.  ictimai  hakimiyyətin  nüfuzuna  söykənməklə  mövcud 

olmuşdur.  İbtidai  icma  cəmiyyətində  insanların  yaşamaq  uğrunda  amansız  mübarizəsi 

şəraitində  meydana  gələrək  bərqərar  olmuş  qadağa  və  davranış  qaydalarına  riayət 

etməsinin  ciddi  vacibliyi,  hakimiyyətin  tələblərinin  könüllü  icrasına  səbəb  olmuşdur. 

Əlbəttə,  zəruri  hallarda  məcburetmə  də  tətbiq  olunurdu  (məsələn,  qəbilədən  qovma, 

həyatdan  məhrumetmə  və  başqa  tədbirlər).  Lakin,  ibtidai  icma  cəmiyyətində 

hakimiyyətin  həyata  keçirilməsinin  xüsusiyyəti  hakimiyyətin  tələblərini  yerinə 

yetirməyi təmin edən xüsusi məcburetmə aparatının olmamasıdır ki, bu da yalnız siyasi 

təşkilat olan dövlətdə mövcud olur. 



 

 

13.



 

Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı  

Konstitusiya  anlayışı  latın  dilində  olan  «constitucio»  sözündən  olub  hərfi  mənası 

«quruluş»,  «təsisat»,  «qurmaq»,  «təsis  etmək»  deməkdir.  Etimoloji  baxımdan 

konstitusiya  terminindən  ilk  dəfə  Qədim  Romada  imperator  hakimiyyətinin  ayrı-ayrı 

aktlarının  adlandırılması  üçün  istifadə  olunmuşdur.  Orta  əsrlərdə  Avropada  feodal-

zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür 

adlandırılmışdır. 

İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci 

ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını 

çəkmək  olar.  Avropada  ilk  yazılı  konstitusiyalar  1791-ci  il  Polşa  və  Fransa 

Konstitusiyaları  olmuşdur.Azərbaycan  Respublikası  Konstitusiyası  suverenliyi, 

müstəqilliyi  və  dövlət  hakimiyyətinin  aliliyini  təsbit  edən  hüquqi  təsis  sənədidir.  O, 

Konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans 

yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  (12  noyabr  1995-ci  il)  yalnız  dövlətin 

təşkilini  deyil,  həm  də  qeyri-dövlət  sahələrini  -  sosial-iqtisadi  quruluşun  əsaslarını, 

cəmiyyətin  mədəni  həyatını,  insan  və  vətəndaşın  hüquq,  azadlıq  və  vəzifələrini  əhatə 

edir. 


 

14.

 

Konstitusiyanın sosial-iqtisadi mahiyyəti 

Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. 

O,  sosial  sistemin  başlıca  ünsürlərini  bir-birilə  əlaqələndirir  və  onlara  hüquq 

çərçivəsində  davranış  imkanı  verir,  onları  təşkilatlandırır.  Ailə,  din  kimi  sosial 

təsisatlara,  atalıq,  analıq  kimi  sosial  dəyərlərə  təsir  göstərərək,  bütün  sosial  sistemdə 

mövcud  münasibətlərə  təsir  edir  və  yeni  dəyərlərin  formalaşması  üçün  zəmin  yaradır. 

Konstitusiya  sosial  sistemin  sabitliyini  təmin  edir,  onun  inkişafının  ümumi  əsaslarını 

müəyyənləşdirir.  Təhsil,  elm  kimi  sosial  sistemin  yaşamasına  birbaşa  təsir  göstərən 

ünsürlərə  təsir  etməklə  konstitusiya  bu  sistemin  həyati  əhəmiyyətli  maraqlarının 

müdafiəsini öz üzərinə götürmüş olur. 

Hər bir Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi 

özünün hüquqi mahiyyəti ilə bərabər, sosial-siyasi mahiyyətə də malikdir. Bu da ondan 

ibarətdir ki, Konstitusiya qəbul olunduğu zaman özündə mövcud olan siyasi qüvvələrin 

nisbətini təcəssüm etdirir.  

Azərbaycan  Respublikası  Konstitusiyası  suverenliyi,  müstəqilliyi  və  dövlət 

hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya quruluşuna 

sistemli  baxışa  əsas  verir,  dövlət  institutları  sistemində  balans  yaradır,  Konstitusiya 

quruluşunun sabitliyini təmin edir. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  yalnız  dövlətin  təşkilini  deyil,  həm  də 

qeyri-dövlət  sahələrini  -  sosial-iqtisadi  quruluşun  əsaslarını,  cəmiyyətin  mədəni 

həyatını,  insan  və  vətəndaşın  hüquq,  azadlıq  və  vəzifələrini  əhatə  edir.  Onun 

tənzimləyici  rolu  bütün  dövlət  orqanizminə  aiddir.  Odur  ki,  Azərbaycan 

Respublikasının  Konstitusiyası  onun  Konstitusiya  quruluşunun  əsaslarmı,  insan  və 

vətəndaşın  hüquqi  statusunu,  vətəndaş  cəmiyyətinin  əsas  cəhətlərini,  unitar  dövlət 

quruluşunu,  Azərbaycan  Respublikasında  qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti 



orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarım təsbit 

edir. 


 

15.

 

Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri 

Azərbaycan  Respublikasının  ilk  Konstitusiyası  1921-ci  il  29  mayda  I 

Ümumazərbaycan  Sovetlər  Qurultayı  tərəfindən  qəbul  edilmişdir.  O,  Konstitusiyanın 

sosialist  tipdə  inkişafının  başlanğıcını  qoymuş,  Azərbaycanın  sonrakı  konstitusiyaları 

SSRİ  konstitusiyalarına  müvafiq  olaraq  qəbul  edilməklə  bu  qəbildən  olan  prinsipləri 

inkişaf  etdirmişdir.1921-ci  il  Azərbaycan  SSR-in  Konstitusiyasından  sonra 

respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 

və  1995-ci  illərdə  yeni  konstitusiyaların  qəbulunu  zəruri  etmişdir.  1978-ci  ildə  qəbul 

edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz 

qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə 

uğrayan  Azərbaycan  SSR-in  Konstitusiyası,  1995-ci  il  Azərbaycan  Respublikası  Əsas 

Qanunu  qəbul  edilənədək  qüvvədə  olmuşdur.  Azərbaycan  Respublikasının  yeni 

Konstitusiyasının  qəbulu  ölkədə  baş  verən  köklü  ictimai-siyasi  və  iqtisadi 

dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə şərtlənirdi. 

1995-ci  ilin  yazında  Azərbaycan  Respublikası  Prezidentinin  təşəbbüsü  ilə 

Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır.  

Yeni  Konstitusiya  12  noyabr  1995-ci  ildə  ümumxalq  səsverməsi  yolu  ilə  qəbul 

edilmiş  və  27  noyabr  1995-ci  ildə  ümumxalq  səsverməsinin  nəticələri  nəşr  edildiyi 

andan qüvvəyə minmişdir.  

 

16.



 

Azərbaycan dövlətinin konstitusiya statusu 

Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I 

bölməsində  təsbit  olunmuşdur.  Konstitusiya  quruluşunun  əsasları  ayrı-ayrı  dövlətlərin 

konstitusiyalarında  müxtəlif  adlar  altında  verilmişdir.  Məsələn,  İtaliya  və  Almaniya 

Federativ  Respublikasının  Konstitusiyasında  «Əsas  Prinsiplər»,  Fransa  Respublikası 

Konstitusiyasında  «Suverenlik  haqqında»,  Türkiyə  Respublikası  Konstitusiyasında 

«Ümumi Əsaslar» və s. 

Azərbaycan  Respublikası  Konstitusiyasında  isə  cəmiyyətin  və  dövlətin 

fundamental  əsasları,  həyata  keçirilməsi  ölkəmizdə  konstitusion  dövlətin  bərqərar 

olunmasına  yönələn  başlıca  prinsiplər  isə  «Ümumi  müddəalar»  adı  altında  təsbit 

olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, 

vəzifə-normaları hesab olunur. 

Konstitusiya  quruluşunun  əsaslarının  aşağıdakı  struktur  elementləri  vardır:  xalq 

hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; 

Azərbaycan  dövlətinin  forma  və  mahiyyəti;  hakimiyyət  bölgüsü;  sosial  və  iqtisadi 

əsaslar;  dövlət  hakimiyyətinin  əsasları;  yerli  özünüidarəetmənin  tanınması  və  təmin 

olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması. 

 

17.



 

İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri 


Vahid  hüquqi  statusa  mənsub  olan  hər  bir  insanın  hüquqlarının  həcmi  müəyyən 

dərəcədə,  bu  fərdin  insan  yoxsa,  vətəndaş  kimi  çıxış  etməsindən  asılıdır.  Belə  ki, 

Azərbaycan  Respublikasının  Konstitusiyası  əsas  hüquq  və  azadlıqları  «insanın»  və 

«vətəndaşın» hüquq və azadlıqlarına bölməklə fərqləndirir. 

Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, 

özünürealizəsini,  onun  hər  hansı  qanunsuz  müdaxilədən  muxtariyyətini  və 

müstəqilliyini təmin etməkdən ibarətdir. 

Vətəndaş  hüquqları  fərdin  dövlətlə  münasibətlər  sferasını  əhatə  edir.  Burada  o, 

yəni  fərd,  təkcə  öz  hüquqlarının  qanunsuz  müdaxilədən  müdafiə  olunmasına  deyil, 

həmçinin  də  dövlət  tərəfindən  onların  həyata  keçirilməsinə  aktiv  dəstək  olunmasına 

ümid  edir.  Vətəndaşın  statusu  onun  dövlətlə  xüsusi  hüquqi  əlaqəsindən  -  vətəndaşlıq 

institutundan irəli gəlir (Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi) 

 

18.

 

İnsan və vətəndaşın əsas hüquq və azadlıqları:   sosial-iqtisadi hüquqlar 

Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya kimi 

çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir. 

İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir: 

1. Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf edir; 

2. Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil; 

3. İnsana doğulduğu andan məxsusdur; 

4. Toxunulmazlıq,  pozulmazlıq  xarakterinə  malikdir,  təbii  kimi  qəbul  edilir  (hava, 

torpaq və su kimi); 

5. Birbaşa qüvvəyə malikdir; 

6. Ali nemət kimi tanınır; 

7. Hüququn zəruri hissəsi kimi çıxış edir; 

8. İnsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və normalarını özündə əks 

etdirir; 

9. Onların  tanınması,  riayət  edilməsi  və  müdafiəsi  dövlətin  başlıca  vəzifəsi  hesab 

olunur. 


 

19.

 

Azərbaycan Respublikası vətəndaşlığı 

Vətəndaşlıq  məfhumu  hələ  qədim  Afina  və  Romada  tətbiq  olunmuşdur.  Burada 

vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə 

əvəz  olundu.  Konstitusiyamızın  52-ci  maddəsində  və  «Azərbaycan  Respublikasının 

vətəndaşlığı  haqqında»  1998-ci  il  30  sentyabr  qanununun  1-ci  maddəsində  göstərilir: 

«Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı 

hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır». 

Vətəndaşhğm əldə edilməsi yollarına aşağıdakılar daxildir: 

 

1) filimasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi). 

 

Burada iki prinsip var: 

1)   ius sanquini - qan hüququ; 

2)   ius soli - torpaq hüququ. 



 

Avropa dövlətlərində ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq şəxsin 

mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından doğulubsa həmin dövlətin 

vətəndaşı  sayılır.  Bu  prinsip  Roma  hüququndan  qalıb.  Azərbaycan  Respublikası 




Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından 

-  doğulmuş  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır.  Deməli,  bizdə  də  ius 

sanquini əsas götürülür.  

2)  naturalizasiya  (vətəndaşlığın  şəxsi  vəsatətlə  əldə  edilməsi).  Bu  bir  qədər 

mürəkkəb  qaydadır.  Burada  müxtəlif  şərtlər  var  ki,  onlara  əsasən,  şəxs  dövlətin 

vətəndaşlığını  əldə  edir.  Azərbaycan  Respublikasının  vətəndaşlığını  əldə  etmək  üçün 

şəxs: 


- ən azı 5 il Azərbaycanda daimi yaşamalı; 

- Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli

- Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir. 

 3)  optasiya (yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi). 



4  )transfert  (ərazilər  dəyişərkən,  yəni  bir  dövlətdən  digərinə  keçərkən  həmin 

ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması). 

Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edirsə, transfert hamıya 

aid edilir. 



5) 

vətəndaşlığın  bərpası  -  reinteqrasiya.  Yəni  şəxs  müəyyən  səbəbdən  öz 

vətəndaşlığını  itirib,  sonra  bərpa  etmək  istəyirsə,  vətəndaşlıq  bərpa  olunur. 

Reinteqrasiya  naturalizasiyaya  bənzəsə  də  irəli  sürülən  tələblərin  sadəliyi  ilə  ondan 

fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş 

vətəndaşlın bərpasıdır. Reinteqrasiya daha tez baş verir, şəxsin vəsatət qaldırması əsas 

götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var. 

Vətəndaşlıq aşağıdakı üsullarla xitam oluna bilər: 

1) 


vətəndaşlıqdan çıxma; 

2) 


vətəndaşlığı itirmə və s. 

Vətəndaşlıqdan  çıxmaya  denaturalizasiya  da  deyirlər.  Bu  zaman  şəxs 

vətəndaşlıqdan  çıxmaq  barədə  vəsatət  qaldırır  və  prezidentin  sərəncamı  ilə 

vətəndaşlıqdan çıxır. Bununla vətəndaşlıq xitam olunur. Şəxs bu hərəkətinin səbəblərini 

göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, cinayət 

məsuliyyətinə  cəlb  olunaraq,  məhkum  olunubsa,  mülki  hüquqi  şəxslər  və  dövlət 

qarşısında  öhdəlikləri  varsa,  onun  vəsatəti  qəbul  olunmur.  Bütün  bunlar  aradan 

qaldırılsa, şəxsin vəsatətinə baxılır. 



MÖVZU 3 

20.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  səlahiyyətləri  və  fəaliyyətinin  

əsasları

 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  hakimiyyətin  bölünməsi  ilə 

əlaqədar  səlahiyyətlər  yalnız  bir  hakimiyyət  budağına  münasibətdə  kəskin 

fərqləndirməklə  təsbit  edilmişdir.  Bu  da  qanunverici  hakimiyyəti  həyata  keçirən  Milli 

Məclisdir. Milli Məclisin səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci maddələrdə öz 

əksini  tapmışdır.  Konstitusiyasının  95-ci  maddədə  əsasən  prezidentin  vəzifəyə  təyin 

etdiyi  ayrı-ayrı  şəxslərin  və  irəli  sürdüyü  müxtəlif  proqramların,  təkliflərin 

təsdiqlənməsindən söhbət gedir.  

Azərbaycan 

Respublikasında 

qanunvericilik 

hakimiyyəti 

Azərbaycan 

Respublikasının Milli  Məclisi tərəfindən həyata  keçirilir.  Milli  Məclis 125 deputatdan 

ibarət  tərkibdə  fəaliyyət  göstərir.  Milli  Məclisin  deputatları  majoritar  seçki  sistemi, 

ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu 

ilə seçilirlər. 



Azərbaycan  Respublikası  Milli  Məclisinin  hər  çağırışının  səlahiyyət  müddəti  5 

ildir. Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün 

tutur: 

-     aşkarlıq; 



siyasi plüralizm, çoxpartiyalılıq; 

məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.  



 

21.

 

Qanunvericilik prosesi 

Qanunvericilik,  hüquqyaratma  fəaliyyətinin  əsas,  ən  mühüm  formasıdır. 

Qanunvericilik  fəaliyyəti  dedikdə,  ali  dövlət  hakimiyyəti  orqanının  qanunlar  qəbul 

etməyə  yönəldilmiş  fəaliyyəti  başa  düşülür.Qanunvericilik  fəaliyyəti  qanunvericilik 

prosesi  vasitəsilə  reallaşır.  Parlament  qanunvericilik  fəaliyyətini  yerinə  yetirərkən 

qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin pozulması qəbul 

edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur. 

Qanunvericilik  prosesi,  istənilən  hüquqi  proses  kimi  aşağıdakı  mərhələlərdən 

ibarətdir: 

1) Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü); 

2) Qanun  layihəsinə  parlament  palataları  və  komitələrində  (komissiyalarında) 

baxılması; 

3) Qanunun qəbul edilməsi; 

4) Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi. 

Qanunvericilik      prosesinin      ilkin      mərhələsi      qanunvericilik   

təşəbbüsüdür.Qanunvericilik  təşəbbüsü  -  səlahiyyətli  subyektin  qanun  layihəsi  və  ya 

qanuna  dair  təkliflərin  parlamentin  səlahiyyətli  orqanına  rəsmi  surətdə  təqdim 

edilməsidir.  Qanun  layihəsi  və  qanuna  dair  təkliflər  arasında  fərq  hərfi  mənada  özünü 

göstərir. Belə ki, qanun layihəsi gələcək qanun olduğu üçün qanunun bütün atributlarına - 

preambulaya,  maddələrə,  bəndlərə,  normaların  dəqiq  formulalarına  və  s.  malikdir. 

Qanuna dair təklif isə - gələcək qanun barəsində ideya, bəzən nəzəri konsepsiya şəklində 

olur.  


 

 

22.



 

Azərbaycan Respublikası Prezidentinin Konstitusiya statusunun əsasları 

Prezidentlik  institutu  dövlətçiliyimizin  inkişafı  tarixində  qısa  müddəti  əhatə  edir. 

Respublikamızda  prezidentlik  institutu  1990-cı  ilin  may  ayında  təsis  edilmişdir, 

sonradan, yəni 1991-ci il iyunun 26-da Azərbaycan Respublikası Ali Soveti tərəfindən 

«Azərbaycan Respublikası Prezident seçkiləri haqqında» qanun qəbul edilmişdir. 1991-

ci  il  oktyabrın  18-də  qəbul  edilmiş  «Azərbaycan  Respublikasının  Dövlət  Müstəqilliyi 

haqqında» Konstitusiya Aktında dövlət hakimiyyətinin hakimiyyətin bölgüsü prinsipinə 

əsaslanması  təsbit  edilmişdir.  13-cü  maddənin  III  hissəsində  deyilirdi:  «Ali  icra 

hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası prezidentinə 

məxsusdur». 

Konstitusiyanın  8-ci  maddəsi  «Azərbaycan  dövlətinin  başçısı»  adı  altında 

verilmişdir.  Burada 

deyilir: 

«Azərbaycan 

dövlətinin 

başçısı 


Azərbaycan 

Respublikasının  Prezidentidir».  Həmçinin  Konstitusiyanın  7-ci  maddəsinin  3-cü 

hissəsində  və  99-cu  maddəsində  qeyd  olunur  ki,  «Azərbaycan  Respublikasında  icra 

hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur». 




Konstitusiyanın bu müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının 

Prezidenti həm dövlət başçısıdır və həm də icra hakimiyyəti prezidentə mənsubdur.  

 

 

 



 

 

 



23.

 

Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qolu kimi 

Hər  bir  hakimiyyət  qolu  demokratik  cəmiyyətdə  müəyyən  rolu  yerinə  yetirir. 

Demokratik  cəmiyyətdə  məhkəmə  hakimiyyətinin  rolu  isə  müxtəlif  hüquqi 

mübahisələrdə  Konstitusiyada,  qanunlarda,  qanun  qüvvəli  aktlarda  və  beynəlxalq 

müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir. 

Məhkəmə  hakimiyyəti  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarını  müdafiə  edən, 

hüquq  qaydasını  cinayət  və  digər  hüquq-pozmalardan  mühafizə  edən  və  dövlət 

orqanlarının  fəaliyyətinin  hüquqi  çərçivədən  kənara  çıxmamasına  nəzarət  edən  dövlət 

hakimiyyətinin bir qoludur. 

Dövlət  hakimiyyətinin  bir  qolu  olmaq  etibarilə  məhkəmə  hakimiyyəti  dövlət 

hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək olar:  

a) dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil olunması;   

b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi;  

c) dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması;  

ç) dövlət hakimiyyətinin suverenliyi. 

Bütün  bunlarla  yanaşı  məhkəmə  hakimiyyəti  müəyyən  spesifik  əlamətlərlə  digər 

hakimiyyət qollarından fərqlənir. 

 

 



 

24.

 

Azərbaycan  Respublikasının  məhkəmə  sistemi:  məhkəmə  müdafiə 

hüququ  

Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə görə 

məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Həmin 

maddənin  III  hissəsinə  görə  isə  məhkəmə  hakimiyyəti  konstitusiya,  mülki  və  cinayət 

məhkəmə  icraatı  vasitəsilə  və  qanunla  nəzərdə  tutulmuş  digər  vasitələr  ilə  həyata 

keçirilir.  Göründüyü  kimi  konstitusiya  icraatı  ədalət  mühakiməsinin  bir  forması  kimi 

qəbul  edilir  və  Konstitusiya  Məhkəməsi  tərəfindən  həyata  keçirilir.  Hüquq 

ədəbiyyatında  ədalət  mühakiməsinə  verilən  anlayış  əsasında  Azərbaycan  Respublikası 

Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata keçirməsini təsdiqləmək olar: 

1. Ədalət  mühakiməsi  məhkəmələr  tərəfindən  həyata  keçirilir.  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  də  Azərbaycan  Respublikası  məhkəmə 

sisteminə daxil olan ali instansiyadır. 

2. Ədalət  mühakiməsi  məhkəmə  iclaslarında  həyata  keçirilir.  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi  də  onun  səlahiyyətinə  aid  edilmiş  işlərə 

məhkəmə iclaslarında baxır. 

3. Ədalət  mühakiməsi  Azərbaycan  Respublikası  Konstitusiyasında  və  digər 

qanunvericilik  aktlarında  müəyyən  edilmiş  demokratik  prinsiplər  əsasında  həyata 

keçirilir.  




4. Ədalət  mühakiməsi  qanunla  müəyyən  edilmiş  prosessual  qaydada  həyata 

keçirilir.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  də  Konstitusiya  icraatını 

«Konstitusiya  Məhkəməsi  haqqında»  qanunda  müəyyən  edilmiş  prosessual  qaydada 

həyata keçirir. 

 

 

 



 

25.

 

Azərbaycan Respublikası Prokurorluğu 

Azərbaycan  Respublikasının  Prokurorluğu  məhkəmə  hakimiyyəti  sisteminə  daxil 

olmaqla  ərazi  və  ixtisaslaşdırılmış  prokurorluqların  Azərbaycan  Respublikası  Baş 

prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. 

Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir: 

-  Azərbaycan Respublikasının Baş Prokurorluğu; 

-  Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 

-  Naxçıvan Muxtar Respublikasının Prokurorluğu; 

-  rayon (şəhər) prokurorluqları; 

-  hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları; 

-  tədris-elm  müəssisələri,  mətbuat  orqanları,  mətbəə,  sosial  məişət,  təsərrüfat 

təyinatlı digər qurumlar. 

Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada: 

-  cinayət işi başlayır və ibtidai istintaq aparır; 

-  ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin 

edir; 


-  təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində  qanunların  icra  və 

tətbiq olunmasına nəzarət edir; 

-  məhkəmədə  iddia  qaldırır  (ərizə  verir),  mülki  və  iqtisadi  mübahisələrə  dair 

işlərə baxılmasında iddiaçı kimi iştirak edir; 

-  məhkəmədə  cinayət  işlərinə  baxılmasında  tərəf  kimi  iştirak  edir,  dövlət 

ittihamını müdafiə edir; 

-  məhkəmə qərarlarından protest verir; 

-  məhkəmələr  tərəfindən  təyin  edilmiş  cəzaların  məqsədinə  nail  olunmasında 



iştirak edir. 

Yüklə 436,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə