Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
(2 aprel 1993-cü il)
K
əlbəcər rayonunun Ermənistan tərəfindən
işğalından 24 il ötür
Azərbaycan Respublikasının cənub-
qərb bölgəsinin zirvəsi hesab olunan
Kəlbəcər rayonu dəniz səviyyəsindən
1500-
3800 m yüksəklikdə Tərtər çayı
vadisində Kiçik Qafqazda yerləşir.
Kəlbəcər antik dövrün abidəsi olmaqla,
çox zəngin flora və faunası olan bir
təbiət muzeyidir. Rayonun "Qaragöl",
"Zalxa" gölləri sahillərində, "Ayı-
çınqıl" və "Pəriçınqıl" dağlarında qaya-
lara həkk edilmiş qayaüstü təsvirləri
tədqiqatçı alimlər tərəfindən öyrənil-
mişdir.
Məlum olmuşdur ki, dəniz səviy-
yəsindən 3000 m yüksəklikdə yerləşən
bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə
texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün
əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb
kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması
demək idi.
1976-
cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış
mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin
ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların
yaşayış məskəni olmuşdur.
Kəlbəcərin səthi dağlıqdır.
Dəlidağ, Keyti, Murovdağ,
Kəpəz, Sərgi Göyçəgölü, Göy-
çənin Mıxtökən, Qarabağ yayla-
sının bir hissəsi Kəlbəcərin təbii
sərhədlərini təşkil edir.
Ən yüksək dağ zirvəsi
olan
"Camışdağ"ın (Murovdağın
başıdır) hündürlüyü 3724 m-dir.
Kəlbəcər inzibati rayon kimi
1930-cu il avqustun 8-
də təşkil
edilmişdi. Rayonda 1 şəhər
(Kəlbəcər), 1 şəhər tipli qəsəbə
(İstisu) və 128 kənd vardı.
Kəlbəcər rayonu işğal edilərkən
1936 kvadratkilometr
ərazisi, 70 minə yaxın əhalisi olmuşdur ki, Kəlbəcərin işğalından
sonra r
ayon sakinləri Azərbaycanın 59 rayonunda məskunlaşıb.
Kəlbəcər işğal olunana qədər
rayonda sənaye müəssisələri -
İstisu mineral sudoldurma zavodu,
Şorbulaq Civə zavodu fəaliyyət
göstərmişdir.
* * *
1980-
ci ildən sonra rayon əsl
tikinti
meydançasına çevrilmiş-
dir.Tikinti işləri aparmaq üçün yeni
tikinti ida
rələri (50,51, 52, 53,54
saylı), "Aqrotikinti" birliyi, Kənd
tikinti tresti, yol tresti, 27,61,93,51
saylı yol idarələri fəaliyyət
göstərirdi.
* * *
R
ayonun Başlıbel, Zülfuqarlı, Qılınclı, Zar, Şurtan, Seyidlər, Yanşaq, Şorbulaq
kəndlərində, İstisu qəsəbəsində və Kəlbəcər şəhərində hər birinin 320, 460, 1186 şagird
yeri olan məktəb binaları və mədəniyyət evləri tikilib istifadəyə verilmişdi.
* * *
Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və
arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstəmiş, hər il min
tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu.
Respublikanın 21 rayonunun 3 mln. baş qoyun-quzusu və 100 min baş mal-qarası yay
aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi.
* * *
Kəlbəcər
rayonunda
rayonu
respublikanın digər rayonları ilə
birləşdirən 60 km uzunluğunda
respublika əhəmiyyətli avtomobil
yolu olmuşdur.
Rayon ərazisində dəmir yolu
olmamışdır.
* * *
Rayonun İstisu qəsəbəsində SSRİ
dövründə ümumittifaq əhəmiyyətli
1 və 2 nömrəli İstisu sanatoriyaları
fəaliyyət göstərirdi. Hər il orada 50
min nəfər müalicə olunur və
istirahət edirdi.
* * *
Kəlbəcər şəhərində müasir standartlara cavab verən 5000 yerlik stadion və Şahmat
idman məktəbi fəaliyyət göstərirdi.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban
kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə
Uluxan qalası, Tərtər çayının Bulanıq
çayı ilə qovşağında yerləşən Alban
kilsəsi,
Qalaboynu
kəndində
Qalaboynu qalası, Comərd kəndində
Comərd qalası, Camışlı kəndində
Keşikçi qalası, Kəlbəcər şəhərində
məscid, Başlıbel kədində məscid,
Otaqlı kəndində məscid, Soyuqbulaq
kəndin-də Tərtər çayı üzərindəki
Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-
diyarşünaslıq muzeyi, Aşıq Şəmşir
adına mədə-niyyət evi, Söyüdlü yay-
lağında
Seyid
Əsədullanın
ziyarətgahı olmuşdur.
Həmin tarixi abidələr işğal zonasında
qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.
Kəlbəcər rayonu 1993-cü il aprelin
2-də Ermənistan tərəfindən işğal olunub
Kəlbəcərin işğalı nəticə-sində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov
götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmə-lərinin martın 27-də başlanan genişmiqyaslı hücumu
Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş
rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, "İstisu"
sanatoriyası,
.
128
kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, 97
məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana,
13 min fərdi mənzil dağıdılıb, 38 min hektar meşə sahəsi, təbii ehtiyatlar, o
cümlədən zəngin qızıl yataqları talan edilib.. və s. Ermənistan silahlı qüvvələri
tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ
müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
1993-
cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528
milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam
qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822
saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və
Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin
indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan
BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli
rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi
ilə bağlı 884-cü qətnamələri qəbul elib, lakin həmin qətnamələr kağız parçası olaraq
qalmaqdadır.
Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik
yeddi rayon Ermənistan Silahlı
Qüvvələrinin işğalı altındadır.
1994-
cü ildə tərəflər atəşkəs
rej
iminə dair razılaşma əldə
ediblər və o vaxtdan bəri
ATƏT-in Minsk qrupunun
himayəsi altında, Rusiya,
Fransa və ABŞ-ın həmsədrliyi
ilə hələ də nəticəsiz sülh
danışıqları aparılır. BMT
Təhlükəsizlik Şurasının Dağlıq
Qarabağ və ətraf rayonların
azad edilməsinə dair qəbul
etdiyi
dörd
qətnaməni
Ermənistan bu günə qədər
yerinə yetirməyib.
Kəlbəcər rayonunun əhalisi isə Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707
yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış
13.000-d
ək fərdi mənzil, 37.852 ha meşə sahəsi və digər təbii sərvətləri indi də talan
olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq
1999-cu
ildən Kəlbəcər
rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
Kəlbəcərli Milli Qəhrəmanlar
Torpaqla
rımızın azadlığı uğrunda gedən müharibədə şücaət göstərmiş, Milli
Qərəman adına layiq görülmüş Kəlbəcər övladları:
1.
Şükürov Şahlar Əvəz oğlu
17 may 1952-
ci ildə Kəlbəcər
rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil
olmuşdur. 1972-ci ildə təhsilini başa vuraraq, ordu sıralarına
yollanmışdır. Ordudan tərxis olunduqdan sonra Bakıda İslah Əmək
müəssisələrinin birində işləmişdir. Daha sonra fəaliyyətini Ucar rayon
Daxili İşlər Şöbəsində davam etdirmişdir. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını
bitirmiş, 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə
təyin edilmişdir. Polis mayoru rütbəsinə qədər yüksələn Ş. Şahlar 1990-cı ildə Tərtər -
Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin
qəfil hücumu ilə qarşılaşır. Qeyri - bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək,
həlak olur. Ailəli idi. İki övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 8
oktyabr 1992-
ci il tarixli 264 saylı Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz
oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.Zərdab rayonunda küçələrin
biri onun adını daşıyır. Məktəblərin birinə onun adı verilmişdir.
2. Səfərov Sərdar Mədət oğlu 1960-cı ildə Kəlbəcər şəhərində
anadan olmuşdur. 1977 – ci ildə orta məktəbi bitirmiş , bir müddət
kalxozda işləmişdir. 1979 – 91 – ci illərdə əsgəri xidmətdə olmuşdur.
Hərbi xidmətdən sonra Bakı Avtomobillər Zavodunda işləmişdir. Bir
müddətdən sonra Rusiyanın Tula vilayətindəki Zaoksi şəhərinin DİŞ –
də milis kimi fəaliyyətə başlamış və bu sahədə təhsil almaq üçün
Kaunas Xüsusi Orta Milis Məktəbinə göndərilmişdir. 1987 – ci ildə həmin məktəbi
bitirmiş və bir müddət köhnə iş yerində sahə müvəkkili işləmişdir. 1991 – ci ildə Sərdar
Səfərov Vətənə qayıtmış və Qusar rayon DİŞ- də sahə müvəkkili vəzifəsinə təyinat
almışdır. 1991 – ci il sentyabrın 25 – də Əsgəran rayonunun ərazisində erməni
terrorçuları “ QAZ – 53 ” markalı sərnişin avtobusuna hücum etmişdilər. Hadisə yerinə
gələn istintaq - əməliyyat qrupunun tərkibində Qarabağa könüllü ezam olunmuş Sərdar
Səfərov da var idi. Xankəndi yaxınlığında həmin qrupa hücum edən erməni quldurlarına
cavab verən Sərdar Səfərov həmin döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Polis
baş leytinantı Sərdar Səfərov ölümündən sonra Azərbaycan Respublikası prezidentinin
fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
3.
Nəcəfov Yunis İsa oğlu 1967 – cı il
31 avqust tarixdə Kəlbəcər
rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunun Alabaşlı
kəndində məktəbə getmiş, 1985-ci ildə Goranboy rayonunun Qarqucaq
kənd orta məktəbini bitirmişdir.
Hərbi işə olan marağı onu Bakı Ali Hərbi Komandirlər Məktəbinə
gətirir. Yunis ikinci kursdan təhsilini Çelyabinsk Tank Məktəbində
davam etdirir. O, 1989-
cu ildə leytenant rütbəsi alır və oradakı hərbi
hissələrin birində qulluğa başlayır. 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı siyasi
çıxışlarına görə hərbi sahədən uzaqlaşdırılır. O, Bakıya qayıdır və Biləcəri Dəmiryol
İdarəsində çalışmağa başlayır. Burada bir müddət mühəndis işləyir. O, idmana da böyük
həvəs göstərirdi. Sambo üzrə idman ustalığına namizəd idi.
Vətənimizin başı üstünü qara buludlar alanda gənc leytenant rahatlıq tapmır. O,
1991-
ci ildə könüllü olaraq cəbhəyə yollanır və 701 saylı hərbi hissədə bölük komandiri
kimi xidməti vəzifəsinə başlayır.
Cəsur döyüşçü Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində iştirak
edir. Bir müddətdən sonra onu, döyüşə yeni əsgərlər hazırlamaq məqsədilə Bakıya
g
öndərirlər. Şuşa və Laçın rayonları ağır sınaqlarla üz-üzə qalanda Y.Nəcəfov yenidən
cəbhəyə qayıdır. O, Kəlbəcər kəndlərinin müdafiəsində iştirak edir, bir neçə kəndin geri
alınmasında igidlik göstərir. Baş leytenant Y.Nəcəfovun son döyüşü 24 avqust 1992-ci
ildə olur. O, Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə böyük rəşadət
göstərərək, şəhid olur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı
fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir.
Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilmiş, Goranboy rayonunda və Biləcəri
qəsəbəsində büstü qoyulmuşdur.
Bu gün işğal altında olan Kəlbəcərin tarixi keçmişi, talan edilən təbii
sərvətləri, tarixi-mədəni abidələri, son 24 ildə baş verən acınacaqlı qaçqın və
köçkün həyatı, torpaqlarımızın azadlığı yolunda canını qurban verən qəhrəman
övladları haqda yazılmış bir neçə kitabı Sizə təqdim edirəm:
Kəlbəcər rayonu haqqında
kitablarda:
1.
Abdullayev, Əli Kamran oğlu. Qartallı dağlar / Ə. K. Abdullayev ; red.
A. Uluxanlı. - Bakı : OSKAR NPM, 2015. - 720 s.
Bu kitab
Torpaqlarımızın işğaldan azad olunması uğrunda işğalçılara qarşı
aparılan döyüşlərdə canlarını qurban verməkdən çəkinməyən və indiki nəsli
torpaqlarımızın azad olunmasına çağıran elimizin sevimli övladlarının bir qisminin
keçdikləri döyüş yollarından bəhs edən faktlara istinad edilərək yazılan
bədiiləşdirilmiş kitabdır.Siz kitabdan
2. Abdullayev, Əsgər İbrahim oğlu. Qarabağ faciəsi : monoqrafiya / Ə. İ. Abdul-
layev ; elmi red. Ə. Əliyev ; baş red. İ. Səfərov ; red. R. Cəbrayılova ; Azərbaycan
Dövl
ət İqtisad Universiteti. - Bakı : İqtisad Universiteti nəşriyyatı, 2016. - 228 s.
Kitabda Rusiyanın ermənilərə havadarlığının artması və Qarabağ; Ermənistanın
sovet hakimiyy
əti illərində Azərbaycana qarşı məkrli siyasəti; Şuşanın işğalı; Laçının
işğalı; Kəlbəcərin işğalı; Füzulinin işğalı və s. kimi bölmələr verilmişdir.
3. Azərbaycanın iqtisadi və sosial coğrafiyası : dərslik / A. A. Nadirov [et al.] ; red.
V. Ə. Əfəndiyev ; Bakı Dövlət Universiteti. – Bakı : Bakı Universiteti Nəşriyyatı,
2010.
– 496 s.,
D
ərslikdə respublikanın təbiətindən səmərəli istifadə, əhali və təsərrüfatının ərazi
t
əşkili problemləri, onun sahə və regional xüsusiyyətləri əks olunmuşdur. Siz kitabda
dünya tarixind
ə, elm və mədəniyyətində gğrkəmli yeri olan Azərbaycan
Respublikasının əhalisinin etnik xüsusiyyətləri, adət ənənələri, habelə təsərrüfatının,
sosial infrastrukturunun inkişafı ilə, onun yerləşmə qanunauyğunluğunu və prinsipləri
il
ə tanış olacaqsınız.
4. Əhmədov, Elçin İldırım oğlu. Ermənistanın Azərbaycana təcavüzü / E.İ. Əhmədov ;
elmi red. Ə. M. Həsənov ; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu.
II kitab : Etnik t
əmizləmə, soyqırıml, terror, işğal. - Bakı : Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2015. - 408 s.
Kitabda XX
əsrin 80-ci illərinin ikinci yarısında başlayaraq Ermənistanın
Az
ərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən
m
ərhələsinin təhlili xronikası verilmişdir. Bununla yanaşı, Ermənistanın Azərbaycana
t
əcavüzü nəticəsində işğal edilmiş rayonların statistik ğöstəriciləri, dağıdılmış və
m
əhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahisi və bu təcavüzün faktlarla
sübuta yetirilm
əsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da verilmişdir.
5. Əhmədov, Elçin İldırım oğlu. Ermənistanın Azərbaycana təcavüzü : təhlili xronika:
1987-
2011: monoqrafiya / E. İ. Əhmədov ; elmi red. Ə. M. Həsənov ; Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, "Azərbaycan
Respublikas
ı Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcması" İctimai Birliyi. -
Ensiklopedik n
əşr. - Bakı : Letterpress, 2012. - 912 s.
Monoqrafiyada XX
əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın
Az
ərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən
m
ərhələsinin təhlili xronikası verilmişdir. Eyni zamanda dünya birliyinin bu işğalla
bağlı mövqeyi və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər də
kitabda t
əhlil edilir. Bununla yanaşı, münaqişənin nizama salınmasına dair BMT,
ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO İslam Əməkdaşlıq Təşkilatı tərəfindən
q
əbul edilmiş sənədlər də ardıcıllıqla və sistemlı şəkildə əlavələr bölməsində öz
əksini tapmışdır.
6. Əliyev, Elçin Behbud oğlu. Nəcəfalılara gedən yol / E. B. Əliyev, A. Həmid.– Bakı :
“E.L.” NPŞ MMC, 2010. – 424 s.
Kitabda N
əcəfalılar kəndinin tarixindən, əhalisinin ulu keçmişindən, adət-
ənənələrindən, məişətindən və təbiətindən bəhs edilir. Bu məlumatlar elimizin müdrik
insanları, uzunömürlüləri, dəyərli ağsaqqalları və başqalarının söylədikləri rəvayətlər
əsasında yazılmışdır.
7. Həbiboğlu, Saleh. Yol gedirmi Kəlbəcərə? / S. Həbiboğlu ; red. M. Nərimanoğlu. -
Bakı : Elm və Təhsil, 2015. - 212 s.
Kitabda el şairinin qələmə aldığı vətən, torpaq, yurd, eləcə də məhəbbət
mövzularına həsr edilmiş qoşma, gəraylı və bayatıları toplanmışdır.
8. Kamalov, Akif Haqverdi oğlu. Kəlbəcər batalyonu və əfsanəvi alay
/ A. H. Kamalov. -
Bakı : Azərnəşr, 2012. – 330 s.
Kitab Qarabağ müharibəsi tarixinin kiçik bir hissəsini əhatə etməklə, müasir
Az
ərbaycan ordusunun və onun bölmələrinin yaradılmasından və keçdiyi şərəfli
döyüş yollarından bəhs edir.
9. Kəlbəcər dünyası : folklor nümunələri: rəvayətlər, əfsanələr, hikmətli deyimlər,
l
ətifələr, məzəli əhvalatlar, bayatılar / tərt.: K. Nemət, M. Nərimanoğlu, red., ön
sözün mü
əl. M. Nərimanoğlu. – Bakı : Adiloğlu, 2009. – 448 s.
“Kəlbəcər dünyası: folklor nümunələri” adlı bu kitabda Kəlbəcərdə yaranan
t
əkcə lətifələr deyil, məzəli əhvalatlar, xalq deyimləri, atalar sözləri ilə yanaşı,
bayatılar, ağılar, xalq oyunları da toplanmışdır. Kitab Kəlbəcərdə yaranmış şifahi
xalq
ədəbiyyatı nümunələri ilə maraqlananlar üçün tədqiqat obyekti kimi də
diqq
ətçəkəndir.
10. K
əlbəcər: sazın-sözün harayı : almanax / tərt. M. Nərimanoğlu, F. Ramazanoğlu,
X. Əsgərov ; red. Y. Hüseyn. – Bakı : Adiloğlu, 2006. – 452 s.
Kitabda öt
ən əsrin əvvəllərində və ondan da öncə yaşamış kəlbəcərli aşıq və el
şairlərinin yaradıcılığından və bu gün Kəlbəcərsizlik həsrətindən yaranan poetik
deyiml
ərdən nümunələr verilmişdir.
11.
Qarabağ – irsimizin əbədi yaddaşı = Garabakh – the eternal memory of Azerbaijan
heritage / Az
ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; ideya müəl.
Ə. M. Qarayev ; layihənin rəh. Ə. Vəliyev ; foto H. Hüseynzadə [et al.]. – Bakı :
R
əqəmli Dövr, 2008. – 379 s.
Erm
əni işğalçıları tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarında milli
m
ədəni irsimizin çoxsaylı və dəyərli abidələri erməni terroru təhlükəsi ilə üz-üzədir.
İşğal olunmuş ərazilərdə Azərbaycan xalqının çoxəsrlik tarixinin bütün
m
ərhələlərini özündə əks etdirən dünya əhəmiyyətli 13 (onlardan 6-sı memarlıq, 7-si
arxeoloji), ölk
ə əhəmiyyətli 292 (119 memarlıq, 173 arxeoloji), yerli əhəmiyyətli
330 (270 memarlıq, 22 arxeoloji, 23 bağ-park və xatirə abidələri, 15 dekorativ xalq
s
ənəti örnəkləri) və başqa tarix və mədəniyyət abidələri qalmışdır.
M
ədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə işıq üzü görən “Qarabağ –
irsimizin
əbədi yaddaşı” kitabında 300-ə yaxın rəngli illüstrasiya, cizgi və abidələrin
fotoları yer alıb. Kitabda verilən abidələrin hamısı hal-hazırda işğal altında olan
ərazilərdə yerləşir. Nəşrdə memarlıq abidələri ilə yanaşı, həmin ərazilərdəki
arxeoloji obyektl
ər və daş plastikası nümunələri də öz əksini tapıb. Bütün
materiallar işğal olunmuş hər bir rayon üzrə təqdim olunub. Nəşrin sonunda əsərdə
rast g
əlinən tarixi şəxslər barəsində izahlı lüğət və işğal altında olan tarix-
m
ədəniyyət abidələrinin ətraflı siyahısı yerləşdirilib. Kitab Azərbaycan və ingilis
dill
ərində hazırlanıb.
M
ədəniyyət və Turizm Nazirliyi gələcəkdə bu mövzuda daha bir neçə nəşrin
hazırlanmasını nəzərdə tutur.
12. Qarabaр: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.
M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli
I kitab
: Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan,Qubadlı, Laçın və Kəlbəcər
rayonlarından toplanmış folklor örnəkləri / tərt.: İ. Rüstəmzadə, Z. Fərhadov ; red.
L. V. Süleymanova.
– Bakı : Elm və Təhsil, 2012. – 464 s.
13.
Qarabağ: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.
M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli
III kitab
: Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və
Şuşa rayonlarından toplanmış folklor örnəkləri / tərt. İ. Rüstəmzadə ; red.
M. Abbasova.
– Bakı : Elm və Təhsil, 2012. – 468 s.
14.
Qarabağ: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.
M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli
VI kitab : C
əbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış 11andalis örnəkləri
/ t
ərt. L. V. Süleymanova ; red. İ. F. Rüstəmzadə. – Bakı : Zərdabi LTD MMC,
2013.
– 468 s.
15.
Qarabağ: folklor da bir tarixdir / AMEA Folklor İnstitutu; layihənin rəh.
M. K. İmanov ; nəşrə məsul Ə. Y. Ələkbərli
VIII kitab : K
əlbəcər rayonundan toplanmış folklor örnəkləri / tərt. İ. F. Rüstəm-
zad
ə ; red. O. S. Əliyev. – Bakı : Zərdabi LTD MMC, 2014. – 440 s.
16.
Qarabağ : yaddaş / Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Sağlam
İnkişaf və Maarifləndirmə" İctimai Birliyi ; tərt., layihənin rəh. A. Ə. Xəlilov. - Bakı
: MHS-poliqraf, 2010. - 192 s.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Gənclər və İdman Nazir-
liyinin maliyy
ə dəstəyi ilə “İşğal olunmuş torpaqlarımızı unutmayaq” layihəsi
ç
ərçivəsində
“Qarabağ: yaddaş”
kitabını
nəşr etdirib.
500 tirajla
çap olunan
kitabda
Qarabağın ümumi tarixi, erməni işğalçıları tərəfindən
Da
ğlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı haqqında yığcam
m
əlumat verilir. Kitabı
dəyərli
ed
ən
başlıca amil isə
burada
işğal
olunmuş hər bir rayonun tarixi, coğrafiyası, əhalisi, mədəniyyəti, tarixi mədəniyyət
abid
ələri, görkəmli şəxsiyyətləri, milli qəh-rəmanları və işğalı ilə bağlı
m
əlumatların yer almasıdır. Kitabda bu gün işğalından 24 il keçən, hər dağı, daşı,
t
əbii sərvətləri və qeyri-adi gözəllikləri ilə yaddaşımıza həkk olunan Azərbaycanın
Q
ərb qapısı Kəlbəcər rayonu haqqında məlumatlar da verilib.
17. M
əmmədli, İlham Müseyib oğlu. XX əsr Kəlbəcər ədəbi mühiti : monoqrafiya
/ İ. M. Məmmədli ; red., ön sözün müəl. Ş. H. Alışanlı. - Bakı : Elm, 2010. - 180 s.
Monoqrafiyada XX
əsr Azərbaycan ədəbi prosesinin orijinal qollarından olan
K
əlbəcər ədəbi mühitinin ədəbi-tarixi qaynaqları, onun bədii özəllikləri, ayrı-ayrı
nümay
əndələrinin yaradıcılığı tədqiq olunur.
18. M
əmmədov, Həbib Rza oğlu. Bir Kəlbəcər vardı : şeirlər / H. R. Məmmədov ; red.
Ə. Keştəkli. – Bakı : Nərgiz, 2008. – 76 s.
19. M
əmmədov, Zahid Səttar oğluRegionların iqtisadi inkişaf problemləri : 1995-
2001-ci ill
ər: monoqrafiya / Z. S. Məmmədov ; elmi red. Z. Ə. Səmədzadə.
I kitab.
– Bakı : Elm, 2007. – 465 s.
Monoqrafiyada bazar iqtisadiyyatı şəraitində regionların sosial iqtisadi inkişaf
istiqam
ətləri müasir tələblər baxımından təhlil edilir. Ayrılıqda iqtisadi rayonların
t
əbii-iqtisadi qiymətləndirilməsi verilir. Kitabda bu gün işğal altında olan Kəlbəcər
rayonunun iqttisadi imkanları barədə də məlumatlar öz əksini tapıb.
20. N
ərimanoğlu, Məhəmməd. Ağdaban faciələri = А
н ки
ии =
Agdaban tragedy = Tragedie Agdaban / M. N
ərimanoğlu ; red. Y. Hüseyn. – Bakı :
Adiloğlu, 2010. – 104 s. ; [8] s. : foto ; 20 sm. – Azərbaycan, rus, ingilis, fransız və
fars dill
ərində.
Kitabda K
əlbəcər rayonunun Ağdaban kəndinin iki dəfə (1992-ci il 8 aprel, 1993-
cü il 26 mart) erm
əni vandalları tərəfindən vəhşicəsinə odlara qalanması və
ağdabanlıların, xüsusən də Dədə Şəmşirin və atası şair Ağdabanlı Qurbanın
əlyazmalarının və onların nəsil daşıyıcılarının bir gecənin içərisində diri-diri odlara
qalanmasından, ümumiyyətlə, bu kəndin strateji əhəmiyyətindən danışılır. Kitabda
h
əmçinin qəddar erməni quldur dəstələrinin insanlığa qarşı törətdiyi 12andalism aktı
foto-
şəkillər əsasında da göstərilir.
21.
Rza, Ənvər. Kəlbəcərə gedən yollar / Ə. Rza ; red., ön sözün müəl. Ə. Ağalarov ;
Az
ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı : Azərnəşr, 2010. -
412 s.
Görk
əmli şair, tərcüməçi, alim Ənvər Rzanın bu kitabı demək olar ki, külliyatıdır.
Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeir, poemaları, həmçinin
ingilis dilind
ən birbaşa tərcümələri də bu kitabda toplanmışdır. Canlı xalq
ədəbiyyatının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və
mahiyy
ətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.
22. T
əhməzov, Məzahir Oruc oğlu. Kəlbəcər : ensiklopedik məlumatlar – toponimlər
– fotoşəkillər – xəritələr / M. O. Təhməzov ; baş red., ön sözün müəl. Ə. Ağalarov,
red.: Ə. Misiroğlu, İ. M. Məmmədli. – Bakı : Azərnəşr, 2008. – 400 s.
Bu kitabda K
əlbəcərin qısa ensiklopedik fiziki-coğrafi məlumatları, faydalı
qazıntıları, filiz yataqları və filiz mədənləri haqqında məlumatlar, bəzi yer adlarının
toponiml
əri, Kəlbəcər təbiətini əks etdirən fotoşəkillər, kəndlərin sxematik inzibati-
ərazi xəritələri daxil edilmişdir. Kitabda uzun illər Kəlbəcərin faydalı qazıntılarının
v
ə filiz yataqlarının kəşf edilməsində əməkləri olan bir sıra geoloqlar haqqında qısa
m
əlumat verilir.
T
ƏRTIBÇI
:
İ
NFORMASIYA
-
RESURS ŞÖBƏSININ BÖYÜK KITABXANAÇISI
M
ƏMMƏDOVA
T
AMELLA
Ünvan:
Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203
Е-mail: ryl.az@m
ail.ru
URL: www.ryl.az
Əlaqə telefonları:
(+994 012) 538 02 47
538 54 57
538 93 54
Document Outline - Tərtibçi: İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı
- Məmmədova Tamella
Dostları ilə paylaş: |