Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə28/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 107 
gəldi, yetirdiyi uşaqlarla elə söhbət etdi ki, uşaqların hamısı, bir 
nəfər kimi boyevoy halda getdik, hücum etdik. İnanırsınız ki, 
bizim tanklar gedə bilmirdilər. O yolu gedə bilmirdilər. 
Rəhmətlik Şirin Mirzəyev tankın böyrü ilə. Fikrət orada nə təhər 
uşaqlarla danışdı, nə  təhər ruh verdisə, biz özümüz, bax mən 
tankın sağ tərəfi ilə, özü Allah şahididir, düz qabaqda, tankın on-
iyirmi metr qabağında gedirdik, sürünə-sürünə, tanka yol açırdıq. 
Orada bizim uşaqlar erməniləri düz Yeniqaralara qədər qovdu. 
Yeniqaralardan da o tərəfə keçib erməniləri çıxartdıq oradan. 
Orada çay var, o çaydan keçdik, ermənilər qaçıb getdilər. Demək 
onların orada avtomatları da, silahları da, ratsiyaları da qaldı». 
 
Fikrət Nəbiyevin ifadəsi: 
- … Mən Moskva təlimini görmüş bir insan idim. Mosk-
vada hərbi hissədə komandirin siyasi işlər üzrə müavini 
işləmişdim. Deməli, bu təcrübəmə  əsaslanmışdım və eyni 
zamanda mən idman ustası Mirəli Seyidovun karate döyüş 
məktəbini keçmiş bir insan idim.  
Deməli məqsəd nə idi? Məqsəd bizə qarşı olan təcavüzün 
qarşısını almaq. Ermənilərə qarşı mübarizə aparmaq, döyüş 
qüdrətimizi bilavasitə düşmənə göstərmək. Belə bir yolda da mən 
özümü kənarda qoya bilməzdim. Çünki mən bilirdim ki, həmin o 
döyüş prosesində  mən hardasa həm təşkilatçı kimi, həm də 
döyüşçü kimi lazımam. Xalqı bu bəladan qurtarmaq birinci 
növbədə  mənim üzərimə düşür. Mənim kimi insanların, mənim 
kimi, azərbaycanlıların üzərinə düşür. Ona görə  də  mən evdə 
döyüşə getməyim barədə anama məlumat verdim ki, «Ana, mən 
döyüşə gedirəm». … mən fikirləşirdim ki, anam hardasa zəiflik 
göstərəcək, etiraz edəcək.. Anam isə o saat cavab verdi ki, mən 
elə səndən onu gözləyirdim ki, sən döyüşə gedəcəksən, mən səni 
o ruhnan tərbiyə eləmişəm ki, sən mütləq o döyüşdə olmalısan.  
Bakıdan Ağdama yol aldım. … Milli Qəhrəmanımız, bizim 
fəxrimiz, rəhmətlik  Şirin Mirzəyevlə görüşdüm.  Şirin Mirzəyev 
məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim döyüşməyə 
gəlmişəm. Dedi: harda oxumusan, hansı  tərəfdə olmusan? Mən 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 108 
isə ona dedim ki, mən burda vəzifə tutmağa gəlməmişəm. Mən 
könüllü döyüşçülər silahı  əllərinə alıb döyüşə getdikləri kimi, 
onlarla bir yerdə döyüşə getmək istəyirəm. Bir müddətdən sonra 
o, məni batalyon komandirinin müavini təyin elədi. 
 
Xüsusi müxbirin ifadəsi: 
- … Söhbət zamanı onu da söylədi ki, onda döyüşçülərin 
görüşünə gələnlər çox idi. Bu gəlişlər bizi daha yaxşı savaşmağa, 
düşmənə qarşı barışmazlığa, mübarizliyə ruhlandırırdı. 
Xocalı  İcra hakimiyyətinin başçısı Elman müəllimin 
ifadəsi (hazırda Milli Məclisin deputatıdır): 
- … Mən çox sevinirəm ki, bu günkü gündə bizim bu hərbi 
hissəyə Fikrət kimi, başqa komandirlər kimi intizamlı  oğlanlar, 
qoçaq oğlanlar rəhbərlik edir. Mənə elə  gəlir ki, belə 
komandirlərin rəhbərliyi altında siz qələbə qazanacaqsınız. 
Ermənilərin dizini yerə qoyacaqsınız, arxasını yerə qoyacaqsınız. 
Yadınıza salın bir şeyi! 1941-1945-ci ilin müharibəsini yadınıza 
salın və yaxud ondan qabaq 1812-ci ildə Napoleon ki, Fransadan 
hücum elədi, gəldi Moskvaya qədər tutdu. Onu yadınıza salın. 
Sonrası necə oldu: o müharibənin aqibəti tarixdən hamımıza 
yaxşı  məlumdur. Biz hazırlaşmamışdıq ki, müharibəyə. Bu 
müharibəyə erməni hazırlaşıb. Özü də on illərnən hazırlaşmışdı. 
Özü də tək hazırlaşmamışdı.  
 
Xanım Ofeliya Nəzərli (Diviziyona maddi yardıi 
göstərdi): 
- … Mənim, Elman müəllimin arzusu olub ki, bu bayramı 
sizinlə birlikdə keçirək.  
 
Xüsusi müxbirin ifadəsi: 
- … Gör neçə ildir. Qarabağ torpağı Qarabağ  şikəstəsini 
eşitmir. Yəqin ki, Qarabağ  şikəstəsi dağların xəyalından qopub, 
indi həzin-həzin, layla deyir qayalara. Düşmən tapdağı altında 
qalan dərdli, həsrətli torpağa. Vətən torpaqları uğrunda şəhid ol-
muş müqəddəslərin ruhu yurdlarımızın azad olacağı günün 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 109 
həsrətindədir və onlar inanırlar ki, onların yarımçıq qalmış arzusu 
tezliklə başa çatdırılacaq. Qarabağda yenə Qarabağ  şikəstəsi 
səslənəcək. Qarabağa yol yaxındır, getmək isə çətindir. Amma bu 
yolu gedəcək qüvvələr var. Azərbaycan  əsgəri Vətən yürüşünə 
başlayan kimi düşmən pərən-pərən olacaq. Çünki ordumuzun 
sıralaırnda xidmət edən hər bir gənc Vətən torpaqları  uğrunda 
canından keçməyə hazır olan döyüşçülərin layiqli davamçılarıdır. 
Həm də Qarabağ torpaqları uğrunda gedən savaşların iştirakçıları 
da döyüşmək, düşməndən qisas almaq arzusundadırlar. Onlar or-
dumuzun sıralarında xidmət edən əsgər və zabitlərlə görüşlərində 
də keçmiş xatirələrini danışırlar. Vətən uğrunda gedəcək 
döyüşlərdə canlarından keçməyə hazır olduqlarını söyləyirlər. 
 
Fikrət Nəbiyevin ifadəsi: 
- … Erməni lap keçmişdən bizim torpaqları  zəbt etməklə 
məşğuldur. Vaxtilə  İrəvan deyilən xanlıq bizim ərazimiz olub. 
Mənim «Siyasi təfəkkür» adlı bir kitabım çıxıb ki, orada bu 
proses öz əksini tapır. Bizim əsas məqsədimiz Qarabağın azad 
edilməsidir. Bunun üçün bizim vətənpərvər qardaşlarımız, 
daxilən döyüş ruhu ilə yaşayan insanlar həmin döyüşdə böyük 
fəaliyyət göstəriblər. Yəni bütün Azərbaycan xalqı ayağa dur-
muşdu, amma döyüş ruhlu insanlar səngərdə idi. Yəni döyüş 
ruhlu insanların bilavasitə  fəaliyyəti uzun müddət erməni 
təcavüzkarlarına qarşı bizim mübarizəmizin  əsas, həlledici fak-
toru olaraq özünü göstərdi. O cümlədən, orada iştirak edən 
döyüşçülər, məsələn  İnsan var ki, döyüşdən söhbət gedəndə 
deyirlər mən də döyüşərəm. Ancaq onun daxilində elə bir enerji 
olmalıdır ki, o enerji o insanı döyüşə aparsın, erməni 
təcavüzkarlarının qarşısına aparsın. Yəni söz ilə  əməlin vəhdəti 
olmalıdır. O dövr üçün, məsələn  əyninə döyüş paltarı geyinmiş, 
ürəkli, könüllü olaraq bu döyüşə gedən insanlar döyüşün 
müqəddəratını demək olar ki, həll etmək səviyyəsində idilər. O 
vaxtlar, o cümlədən, məsələn Kamil, İbad, Fəxrəddin, Allahverdi 
Bağırov, Yavər kimi döyüçü qardaşlarımız olub. Bunlardan, 
Mustafa müəllim bizim komandirimiz olub. Bu torpaqların azad 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə