Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə23/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 89 
ovsunladığı kimi, Fikrət Nəbiyevi də döyüş meydanına səsləmiş, 
Vətəninin qurtuluşu üçün ona hazır olmaq əmri vermişdi. Fikrət 
müəllim bu əmri dərhal yerinə yetirmiş, düşmənin  əl-qol açmaq 
imkanlarını  rəhbərlik etdiyi batalyonda heçə endirmişdir. Vətən, 
vətənpərvərlik və azadlıq haqqında böyük mütəfəkkirlərin 
söylədikləri onun həyatının devizi olmuş, qəlbi ilə duyduqlarının 
əsl sərvətinə çevrilmişdi. M.F.Axundov demişdir: «Əsl yüksək 
əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, özünün 
bütün hərəkət və davranışlarını 
əsl vətənpərvərliklə 
uyğunlaşdırsın». 
Davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırmağı bacaran 
Fikrət müəllim Vətənə, gələcək nəsillərə faydalı yadigarlar qoyub 
gedən insanları ölməz hesab edir. İ.V.Hötenin müdrik bir 
kəlamında deyilir: «Yaşamağa və azadlığa yalnız o adam layiqdir 
ki, o hər gün bunların uğrunda döyüşə gedir». Fikrət Nəbiyevin 
də həyat amalı, ömür yaşantılarında sanki bir narahatlıq, həyəcan 
və narazılıq var. Bu hələ də düşmən tapdağı altında haray qoparan 
Vətən torpaqları, Vətən nisgili, bir də ulu babaların narahat 
ruhudur. 
Sözümü böyük sosial demokrat Nəriman Nərimanovun bir 
aforizmi ilə bitirmək istəyirəm: «Siz ata-babalarımızın müqəddəs 
yerlərinə o vaxt gedə bilərsiniz ki, onun sahibi olarsınız». Fikrət 
müəllim hansı mövzuda yazırsa-yazsın, yazılarında bir an olsun 
belə acizlik göstərənləri, kənardan durub döyüşü izləyənləri 
sevmir. O, bunu böyük Şeyx Nizaminin ruhuna bir xəyanət hesab 
edir. Əgər acizlik göstərilirsə: 
Acizlik ürəyi ağrıdır bilsən, 
Bir alçaqlıq olar hər zülmə dözsən. 
Mən onun milli qəhrəman adına yüksələnlərin sırasında yer 
alacağına ümid bəsləyirəm. Çünki namuslu insan olub ömrünün 
mənasını  Vətənə xidmətdə, çətinliyə sinə  gərməkdə görənlər 
qəhrəmanlığa layiqdirlər. 
 
M.Ə.TAĞIYEVA 
«Politologiya» şöbəsinin elmi işçisi  


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 90 
 
 
Fikrət Nəbiyevi vətənpərvər insan, sədaqətli dost, xeyirxah 
yoldaş kimi tanıyıram. Ümumiyyətlə, bütün müsbət keyfiyyətləri 
görürəm Fikrət müəllimdə. Gözəl tədqiqatçı alim olduğu kimi də 
gözəl hərbiçi olub. Onu tanıyanlar onun Qarabağ döyüşlərindəki 
igidliklərindən heyranlıqla danışırlar. Mən Fikrət müəllimi 
tanıyan gündən öz işlərim də qaydasındadır. Çətinə düşəndə 
həmişə ondan məsləhət alıram. O seyiddir. çətin vaxtlarımda 
yanımda olar və xeyrini də görərəm. Allah cədd-əbasına rəhmət 
etsin. mən inanıram ki, Fikrət müəllim çəkdiyi zəhmətlərə görə 
gec-tez qiymətini alacaqdır. O Azərbaycan Respublikasının Milli 
Qəhrəmanı adına layiqdir. 
 
Şahin BAĞIROV 
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar 
İnstitutunun elmi işçisi 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 91 
 
Şəkildə Fikrət Nəbiyev AMEA Fəlsəfə  və Siyasi-Hüquqi 
tədqiqatlar institutunun «Qloballaşma və sosial ekologiyanın fəlsəfi 
problemləri»  şöbəsinin alimləri və  əməkdaşları ilə birlikdə (soldan 
sağa A.İbrahimova, N.Məmmədova, F.Əliyeva, f.e.d. S.Hüseynov, f.e.d. 
A.Şükürov, f.e.n. S.İskəndərova, f.e.n. T.allahyarova) 
 
 
Gənclərimizin mərdliyi, qorxmazlığı, şücaəti ilə hər zaman 
qürur duymuşuq. Sevindirici haldır ki, bu xüsusiyyətlər bu gün də 
bir çox gənclərimizdə yaşayır. «Vətən həsrəti, mübarizə bir çox 
igidlərin əməyindən xəbər verir». 
Bu igidlərdən biri Nəbiyev Fikrət Həbib oğlu ilə 1998-ci 
ildən AMEA «Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda» 
əməkdaşlıq edirik. Mən Fikrət Nəbiyevi fəlsəfə elmləri namizədi, 
kimi daima elmi axtarışda olan bir alim kimi tanıyıram. 
Onun haqqında kitablarda, çap edilmiş məqalələrdə, AzTV-
1-də verilmiş  sənədli filimlərdə qibtə oluna biləcək təssüratlar 
məni də heyrətləndirdi. Beləliklə, Nəbiyev Fikrət Həbib oğlunun 
şücaəti, ordu sıralarında, döyüş bölgələrində hamının dilinin 
əzbəri, qəhrəmanlıq nümunəsi olduğunu öyrəndim. Gənc  əsgərlər 
ondan ibrət götürməyi özlərinə borc bilirlər. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 92 
Gənc yaşlarından ömrünü, həyatını  Vətənə, torpağa qurban 
verməyə hazır olan Fikrət müəllimin keçdiyi həyat yolu o qədər də 
asan olmayıb. O, dəfələrlə güllələrlə üz-üzə  gəlmiş, ölümün 
qucağına atılmış, düşmənin gözlərinin içinə dik baxmışdır. Bu 
günə  qədər bir an da olsun qəlbindən peşimançılıq hissi 
keçirməyən Fikrət Nəbiyevə sanki Tanrı «qorxu» adlı hissdən pay 
ayırmamışdı. Qəlbində də, ağlında da, hərəkətlərində də yalnız bir 
fikir sezilirdi: «Hər şey Vətən üçün!» Sanki daxilində yaşatdığı bu 
möhtəşəm hissin əsirinə çevrilmişdi Fikrət Nəbiyev. Dəfələrlə 
döyüşə birinci addımlamış, ön sıralarda getmiş, qorxmazlığı ilə 
digərlərinə nümunə olmuşdur. 
Bu günə  qədər onunla bir cəbhədə vuruşmaqdan qürur 
duyan o qədər insanlar var ki… 
Xüsusilə  də Fikrət müəllimin ölümlə  nəticələnə biləcək 
terror aktının qarşısını alaraq, tabor komandiri Mustafa Əliyevi 
təxribatçıların  əlindən qurtarması bütün ordu tərəfindən yüksək 
qiymətləndirilmişdi. 
Sözsüz ki, möhtəşəm insanın  şücaəti, qəhrəmanlığı 
danışmaqla bitən deyil. Bütün ordu sıralarının tanıdığı, az qala 
qarşısında baş  əydiyi insanı sizlərin də qiymətləndirməyinizi 
istəyirəm. Hamımız yaxşı adamlardan ibrət götürməyi bacarmalı, 
vətən uğrunda can verməyə hər zaman hazır olmalıyıq. Məhz elə 
Fikrət Nəbiyev kimi! 
 
 
İSGƏNDƏROVA SƏBIRƏ 
Fəlsəfə elmləri namizədi 
 
 
Mən AMEA Fəlsəfə  və Siyasi-Hüquqi Tədqiqatlar 
İnstitutunun elmi işçisi Fikrət Nəbiyevin keçdiyi döyüş yolu 
haqqında qəzetlərdə yazılmış  məqalələrə öz münasibətimi 
bildirmək istəyirəm. Mən bu yazıları oxuyarkən çox 
həyəcanlandım. Bir tərəfdən sevindim ki, bizim belə  mərd, 
cəsarətli gənclərimiz vardır. Onlar erməni qəsbkarlarına qarşı 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə