Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   2   3   4   5   6   7   8   9   ...   54

 
15
adlarını  çəkdiyimiz müəlliflərə nisbətən bir qədər genişdir. 
F.Ə.Səfi müasirləri ilə Salman Savəci arasında baş vermiş bəzi 
əhvalatlardan,  şairin yara-dıcılıq xüsusiyyətlərindən ilk dəfə 
olaraq bəhs etmişdir (116, 227-228, 250-252, 270-271, 273, 
287-288, 315). 
Salman Savəci haqqında  Şərqin böyük şair və 
mütəfəkkirlərindən Hafiz Şirazinin (103, IV c., 2762-2763), 
Kamal Xocəndinin (vəfatı 1400-1401-ci illər) (124, 28), Bədr 
Şirvaninin (1387-1450) (71, vər.166a, 361a), Məazi Təbrizinin 
(XV  əsr) (83, 119b), Əbdürrəhman Caminin (1414-1492) (81, 
302, (82, vər. 113b), Əlişir Nəvainin (1441-1501) (62, 73), 
Məhəmməd Füzulinin (1498-1556) /15, IV c., 202, 335/ və b. 
mülahizələri də    şairin  ədəbi  şəxsiyyəti və istedadına yeni bir 
münasibətin ifadəsidir. 
XIV  əsrin sonu və XV əsrin  əvvəllərində bir müddət 
Şirvanşah  Şeyx  İbrahimin (1382-1414) sarayında yaşamış 
Məazi Təbrizi S.Savəcinin şeirlərinə nəzirələr yazmış (83, vər. 
135 a, 139b, 159b) həmin hökmdara ithaf etdiyi qəsidələrinin 
birində isə «Mənim  şeir dəftərim öz rövnəqini Salmandan 
almışdır», – deyərək onu özünə ustad qəbul etmiş, yaradıcılıq 
keyfiyyətlə-rindən öyrəndiyini bildirmişdir (83, vər. 59a). 
Məazinin «Divan»ında Zülfüqar Şirvani,  Əssar Təbrizi və b. 
Azərbaycan şairləri sırasında dönə-dönə Salman Savə-cinin də 
adını çəkməsi təsadüfi deyil  (83, vər. 119a). 
Digər azərbaycanlı  şair Bədr  Şirvani (1387-1450) də 
S.Savəci sənətkarlığına hüsn-rəğbət göstərənlərdən biri kimi 
qəsidələrində onun adını hörmətlə xatırlamış, yüksək bədii 
sənət bacarığına malik olduğunu söylə-mişdir  (71, vər. 166a, 
361a). 
Bədr  Şirvani tez-tez Xaqani, Nizami, Mücir Beylə-qani, 
Salman Savəcinin adlarını  çəkir, özünü onların varisi sayırdı 
(34, 331). 
Əbdürrəhman Cami Nizami Gəncəvinin «Xəmsə»si 
 
16
müqabilində  qələmə aldığı «Həft ovrəng»də («Yeddi təxt») 
S.Savəcinin bir neçə beytini vermiş, onun bədii irsini müsbət 
qiymətləndirmişdir (63, 302), «Baha-rıstan»  əsərində isə 
Salmanın «gözəl poetik dilə malik olduğunu» qeyd edərək 
şairin lakonik, aydın və hissi – emosional ifadə qabiliyyətinə 
malik olduğunu demiş, onu «gözəl söz ustası» adlandırmışdır)  
(82, vər. 113b). 
Məşhur özbək şairi Əlişir Nəvai Salmanı «nəzm və qəsidə 
fənlərinin ustası» hesab edirdi (65, 73). 
Böyük Azərbaycan şairi Məhəmməd Füzuli istedadlı şairin 
yaradıcılığına böyük əhəmiyyət verərək Salmanı ümmana, 
özünü isə onun müqabilində bir qətrəyə bənzədirdi (15, IV c., 
202). 
Türkiyə  tədqiqatçılarından professor M.F.Köprülü-zadə 
«Divan ədəbiyyatı antologiyası» kitabında türk klassik şeirinin 
inkişaf yolundan danışarkən qeyd edirdi ki, XIV əsrin sonunda 
Anadolu şairləri Firdovsi, Nizami, Əttar, Sədi, Movləvi, Kamal 
Xocəndi kimi şairlərlə yanaşı, Salman Savəcinin də  əsərlərini 
müvəffəqiyyətlə tərcümə və təqlid edirdilər (43, 12). 
Şəmsəddin Sami «Qamusul-ə’lam»  əsərində Salman 
yaradıcılığına yüksək qiymət verərək  şairi «zəmanənin fəridi» 
(yeganəsi) adlandırır, onun «lətif və nadir şeirlər söylədiyini» 
qeyd edirdi (104, 2606). 
Əfqanıstanda nəşr edilmiş «Dairətül-məaref»də («Maarif 
ensiklopediyası» (84, 702) və ingilis dilində  nəşr olunmuş 
«İslam ensiklopediyası»nda (63, 115) və s. mənbələrdə S. 
Savəcinin həyatı və bədii irsi barədə qısa xülasələr verilmişdir.  
İran müəlliflərindən professor Səid Nəfisi /98, 202-203/, 
Zəbihulla Səfa /75, IIIc., 27/; /128, III c., 226/, Rzazadə Şəfəq 
/76, 324-327/,  Zəhra Xanləri /Kiya/ /117, 274/; /92, 209/, Ağa 
Bozorq Tehrani /69, 1392-1324/, Abbas İqbal /108, 205/ və 
başqalarının S. Savəciyə aid dəyərli fikirləri vardır. 
İranda son zamanlarda nəşr olunmuş  tədqiqat  əsərləri 


 
17
içərisində Tehran Universitetinin professoru Rəşid Yasəminin   
    ﻰﺟوﺎﺳ  نﺎﻤﻠﺳ  رﺎﺛﺁ  و  لاﻮﺣا  و  دﺎﻘﺘﻧا  و  ﻊﺒﺗ/78/ /«Salman Savəcinin 
həyat və yaradıcılığının tədqiqi və  tənqidi araşdırmaları») 
kitabını xüsusilə qeyd etmək lazımdır. R.Yasəminin bu əsərində 
Salman Savəcinin həyatı  və yaradıcılığına dair axtarışlar 
edilməyə  təşəbbüs göstərilmişdir. Lakin S.Savəcinin həyatı  və 
bədii irsinin öyrənilməsi üçün bu əsər də  qənaətbəxş hesab 
edilə bilməz. R.Yasəmi  əksər hallarda Salman haqqında orta 
əsrlər təzkirə müəlliflərinin söylədiklərini təkrar edərək  şairin 
həyatına dair yazılarında ən çox onunla dövrünün hökmdarları 
arasındakı münasibətlərdən, səfərlərindən,  şəxsi  əmlakından, 
məz-həbindən və s. bəhs etməyə daha çox yer vermişdir. Son 
dörd fəsil kitabın diqqəti cəlb edən yerlərindəndir. Bu fəsillərdə 
S.Savəcinin sələfləri Firdovsi, Nizami, Mənu-çehri, Sənai, 
Ənvəri, Xəyyam, Zəhir Fariyabi, Kəma-ləddin  İsmayılın 
yaradıcılıq yolundan istifadə etməsi, onların Salman ədəbi 
irsinə təsirinə dair qeydlər verilir (78, 97-106). 
Kitabın 13-cü fəslində Salman ilə onun müasiri Hafiz 
Şirazi qəzəllərinin qarşılıqlı müqayisəsindən bəhs edilir (78, 
112-121). 
R.Yasəmi S.Savəcinin tarixi məlum olan və olmayan 
«Külliyyat»larının 10-a qədər  əlyazmasından istifadə etmiş, 
tarixi bəlli olmayan bəzi əlyazmalarının Salmanın ömrünün son 
vaxtlarında qələmə alındığını ehtimal etmişdir. R.Yasəmi 
Savəcinin diqqəti cəlb edən əlyazmalarından 1429-30-cu illərdə 
və 1469-70-ci illərdə  üzü köçürülmüş  əlyazma nüsxələrinin 
adlarını  çəkmiş (78, 112-121), şairin ona məlum olan 5 min 
beyt  qəsidəsinin, 450 beyt qit’əsinin, iki tərkibbəndi, 1100 beyt 
qəzəli, «Fərağnamə» (1000 beyt) və «Cəmşid və Xurşid» (3200 
beyt) məsnəviləri, 32 rübaisinin olması barədə  bəhs açmışdır 
(78,  112-121). 
Lakin R.Yasəminin adı  çəkilən  əsəri Salman Savəcinin 
həyatı  ıə yaradıcılığı barədə tam təsəvvür yaratmır, 
 
18
dünyagörüşünə aid məsələlərdən, onun icti-mai, etik və estetik 
görüşləri, ən başlıcası isə sənətkarlıq xüsusiyyətlərindən ətraflı 
bəhs etmir. 
İran  ədəbiyyatşünaslarından Təği Təfəzzüli 1958-ci ildə 
Salman Savəcinin Tehranda nəşr edilmiş «Divan»ına yazdığı 
müqəddimədə onu «XIV əsrin böyük şairlərindən biri» hesab 
edərək, fars dilində ilkin gözəl  şeirlər yazan sənətkarlar 
cərgəsində «qəzəl, qəsidə  və digər  şeir növlərində yüksək 
yerlərdən birini tutduğunu» söyləyir (85;
ص  ،ﻪﻡﺪﻘﻡ 
  .
  ﻩدزاود
). 
T.Təfəzzəli S.Sa-vəcinin  İranın Milli, Sipəhsalar məscidi, 
Məclis kitabxanalarındakı  və  bəzi  şəxsi kitabxanalarda olan 
əlyazmaları barədə  qısa məlumat verərək, yaradıcılığın-dan 
nümunələr gətirmişdir (85; 
ص ،ﻪﻡﺪﻘﻡ
 .
ﻚﻳ
-
ود و ﻰﺳ
).  
Rus 
şərqşünaslığının görkəmli tədqiqatçılarından 
A.Y.Krımski «İran tarixi, onun ədəbiyyatı  və  dərviş 
teosofiyası» kitabında Salman Savəcini Nizami ənənələrinin 
sadiq davamçısı, təbrizli şairlərin ən görkəmlisi və «Cəlairilərin 
Təbriz sarayının ən istedadlı (lirik, epik – romantik və məddah) 
şairi adlandırmışdır (56, III c., 98-100). 
A.Krımskinin məlumatına görə, XIX əsr Avropa 
şərqşünaslarından Hammer (1774-1856), Bland, Ovseley, 
Rozensveyq – Şvannau (1791-1865), Erdmann, Herman Ete, 
Pitsi və başqaları  şairin ayrı-ayrı  qəzəl, qəsidə  və digər lirik 
şeirlərindən alman, ingilis, italyan dillərinə  tərcümələr etmiş, 
haqqında məqalələr yazmışlar (56, III c., 98-100).  
Məşhur ingilis alimi Edvard Braun 4 cildlik «İran  ədəbiyyatı 
tarixi» adlı əsərində S.Savəcinin dövrü və həyatından xülasələr vermiş, 
ədəbi irsinin fars dilli ədəbiyyatın inkişaf etməsində oynadığı böyük 
roldan, eləcə  də Yaxın  Şərq xalqları  ədəbiyyatı  və  bədii söz 
təfəkkürünün təşəkkül etməsinə  təsirindən və s. bəhs açmışdır (61), 
(72, 260-271). 
Alman  şərqşünaslarından Herman Ete «Fars ədəbiyyatı tarixi» 
kitabında S.Savəcinin yaradıcılığına xüsusilə toxunmuş, həyatı barədə 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə