Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   2   3   4   5   6   7   8   9   ...   54

 
23
şərqşünaslarından Fəridun Vəhmanın birgə  səyləri sayəsində 
nəşr olunmuş  həmin kitaba müqəddimədə müəlliflərin 
qeydlərindən məlum olur ki, əsərin elmi-tənqidi mətni 
məsnəvinin Hindistanın  İndiya-Ofis,  İngiltərənin Britaniya 
muzeyində olan iki əlyazma nüsxəsi və Kopenhagen Dövlət 
Kitabxanasındakı iberi (yəhudi)  əlifbası ilə yazılmış 
əlyazmaları əsasında hazırlanmışdır (100). Lakin bu müəlliflər 
Salman Savəcinin «Cəmşid və Xurşid» poemasının iberi 
əlifbası ilə  İran yəhudilərinin ləhcəsində yazıldığını 
söylədiklərindən (100) poemanın həmin dilə  tərcümə 
olunduğunu və ya orijinalın həmin  əlifba ilə üzünün 
köçürüldüyünü aydınlaşdıra bilmirik. Bu isə şairin şah əsərinin 
dünya xalqları ədəbiyyatında yayıldığını sübut edir. 
 
 
1.2. Şairin ictimai-ədəbi mühiti 
 
Salman Savəcinin yaşayıb-yaratdığı XIV əsr Yaxın Şərqdə, 
o cümlədən Azərbaycanda bir çox ictimai, siyasi və tarixi 
hadisələrin cərəyan etdiyi bir dövrdür. 
Tarixi mənbələrin və tarixçilərin məlumatına  əsasən 
Salman Savəcinin yaşadığı dövrün qısa xarakteristikasına nəzər 
yetirməklə  şairin dünyagörüşünün hansı bir şəraitdə 
formalaşdığını müxtəsər şəkildə söyləmək faydalı olardı. 
Orta  əsrlərdə yaranmış yazılı  mənbələr xəbər verirlər  ki, 
XIII  əsrin ikinci yarısında (1258-ci ildə) Çingiz xanın nəvəsi 
Hülaki (1217-1265-ci illər) tərəfindən əsası qoyulan Hülakilər, 
yaxud Elxanilər adlanan sülalə XIV əsrin  əvvəllərində 
zəifləməyə  və  tədricən parçalanmağa başlayırdı (2, 204). 
Vəssaf, Rəşidəddin Fəzlullah, Məhəmməd Naxçıvani, Həm-
dullah Mustofi Qəzvini və onun oğlu Zeynəddin Hafiz Əbru, 
Əbdürrəzzaq Səmərqəndi, habelə bu dövrün bir çox 
müəlliflərinin  əsərlərindən göründüyü kimi, monqolların işğal 
 
24
etdikləri ölkələrdə, o cümlədən Azərbaycanda dəhşətli feodal 
zülmü hökm sürürdü (44, 322-327). 
Qeyd etməliyik ki, XIV əsr Azərbaycan tarixinin bu 
dövrünü  ətraflı öyrənmək üçün Həmdullah Mustovfi 
Qəzvininin (1281- ) «Zeyl-e tarix-e qozide» («Seçilmiş tarix»ə 
əlavə) və onun oğlu  Zeynəddin bin Həmdullah Qəzvininin 
«Zeyl-e tarix-e qozide»
*
  («Seçilmiş tarix»ə əlavə) adlı olduqca 
görkəmli və dəyərli əsərləri f.e.d., prof. M.D.Kazımov və t.e.d. 
V.Z.Piriyevin gərgin zəhmət tələb edən giriş, Azərbaycan və 
rus dillərinə tərcümələri, müqəddimə, şərhlər və göstəriciləri ilə 
1986-cı  və 1990-cı illərdə «Elm» nəşriyyatında çapdan 
buraxılmışdır. 
Qızıl ordalılarla elxanilər arasında təqribən yüz il davam 
edən müharibələr və feodal çəkişmələri nəticəsində Yaxın Şərq 
ölkələrinin, eləcə də Azərbaycanın əhalisi tamamilə var-yoxdan 
çıxmış,  şəhərlər talanmış, qədim mədəniyyət abidələri yerlə-
yeksan olunmuş,  əkin üçün yararlı münbit torpaqlar hərbi 
əməliyyat meydanına çevrilmişdi (3, III c., 74). Bütün bu yürüş 
və müharibələrin ağırlığı xalq kütlələrinin üzərinə düşürdü. Bu 
hadisələrin canlı  şahidi olmuş  məşhur tarixçi Rəşidəddin 
Fəzlullah (1247-1318) – («Cameət-təvarix») («Tarixlər 
toplusu»)  əsərində yazırdı ki, Bəlx,  Şibirğan, Talakan, Mərv, 
Herat,  Ərdəbil, Gəncə, Bağdad, Mosul və s. kimi çoxlu əhali 
yaşayan şəhərlərdə və ətraf vilayətlərdə istila zamanı monqollar 
camaata işkəncə verir, qoşun keçən yerlərdə xalq bütünlüklə 
qılıncdan keçirilir, torpaqlar isə istifadəsiz qalırdı (120, 556-
558). 
Monqol zülmü Yaxın və Orta Şərq xalqlarının mədəni 
inkişafını geriyə atmışdı (48, III c., 585), «bu əsarət nəinki 
                                                 
*
 Щямдуллащ Гязвининин «Зейл-е тарих-е гозиде» ясяри цч щиссядян 
ибарятдир вя ян гядим заманлардан 1392-ъи иля гядярки тарихи щади-
сялярин шярщини ящатя едир (М.Ф.) 


 
25
əzirdi, hətta onun qurbanı olmuş xalqın ruhunu təhqir və puç 
edirdi» (48, III c.,  198). 
Monqol basqınları  nəticəsində Azərbaycanın iqtisadi və 
mədəni yüksəlişi prosesi dayandırıldı (2, 149). 
XIII-XIV 
əsrlərdə ardı-arası 
kəsilməyən feodal 
müharibələri zamanı iqtisadi həyatın sarsılması xalqın mənəvi 
həyatında böhranın yaranmasına səbəb oldu. Olmazın 
məşəqqətləri ilə üzləşən xalq həyatdan üz döndərir, bədbin 
əhval-ruhiyyəyə qapılırdı. Bu dövrdə Azərbaycan və Yaxın 
Şərqin bir çox ölkələrində ictimai ədalətsizliklərdən narazılığın 
müəyyən bir ifadəsi kimi yayılmış sufizm dünyagörüşü xalq 
kütlələrinin mənəviyyatına nüfuz etməyə başlayırdı (52, 75); 
sufizm ictimai fikirdə, xüsusilə  şeir  sahəsində geniş vüsət 
almışdı.  Şeyx Mahmud Şəbüstəri, Seyid Zülfüqar Şirvani, 
Fəzlullah Nəimi,  İmadəddin Nəsimi və başqa  şair və 
mütəfəkkirlərin əsərlərində sufizm meyllərinin əks olunması da 
məhz həmin şəraitin təsirindən irəli gəlirdi. 
Yaxın Şərq ölkələrində yaranmış belə bir ağır siyasi-ictimai 
vəziyyət xalq kütlələrinin mənəvi cəhətdən  şikəst olmasına 
səbəb olurdu. Feodal əsarətindən, 40 illik çəkişmələrdən yaxa 
qurtarmaq istəyən  əhali doğma yurdunu tərk edirdi. 
Belələrindən o zamanlar əhali içərisində məşhur olan görkəmli 
elm, mədəniyyət və ictimai xadimlər də var idi. Təbrizin 
məşhur din xadimlərindən  Şeyx Kücəci, səfəvilər sülaləsinin 
banilərindən Sədrəddin  Ərdəbili, Qazi Məhyəddin Bərdəi və 
başqaları  vətənini tərk edənlər içərisində idilər. Təzkirəçi 
Əbdürrəzzaq Səmərqəndi xəbər verir ki, Şeyx Kücəci  Şiraza, 
Xacə Sədrəddin Ərdəbili Gilana qaçmış, Məhyəddin Bərdəi isə 
o zamanlar Qızıl Ordanın paytaxtı olan Saraya getmiş  və ya 
zorla aparılmışdı (125, 289). Əbdüllah Razinin «Tarix-e İran» 
əsərində qeyd etdiyinə görə, Sultan Əbu Səidin (1316-1335) 
ölümündən sonra quruluşca möhkəm olmayan elxanilər dövləti 
bir neçə böyük əmirlər arasında parçalanmışdı (109, III c., 443). 
 
26
Dövlətşah Səmərqəndinin məlumatına görə, Sultan Əbu Səidin 
vəfatından sonra dövlətdən narazı olan əhali tərəfindən çoxlu 
üsyanlar baş verdi və ölkədə asayiş  və  əmniyyət pozuldu. 
Sultanın vəliəhdi olmadığından  ətraf vilayətlərin  əmirləri tac-
taxta sahib olmağa can atır, fitnəkarcasına müstəqillikdən dəm 
vururdular. Nəticədə ölkədə  hərcmərclik yaranır, dövlət 
parçalanırdı (73, 172). 
Azərbaycanda  Şeyx Həsən,  Əmir Çoban və  Şeyx Həsən 
Cəlayir (Böyük Həsən) qiyam qaldırdılar.  İraqda və fars 
vilayətində  Məhəmməd Müzəffər qələbə çaldı. Xorasanda isə 
sərbədarlar hakimiyyəti  ələ aldılar, tayfalar bir-birinə dinclik 
vermirdilər, vilayət-vilayət,  şəhərbəşəhər, kəndbəkənd camaat 
arasında pərakəndəlik əmələ gəlmişdi (73, 172). 
Əbu Səidin ölümü ilə elxanilərin sonuncu nümayən-
dələrinin süquta uğramaları arasında 20 ilə yaxın bir fasilədə 
İranın müxtəlif guşələrində beş yeni sülalə meydana gəlmişdi 
(109, III c.,  443). Belə sülalələrdən biri də  Ağbuğa Cəlayirin 
nəvəsi Əmir Hüseyn Buğanın oğlu Böyük Həsənin (1336-1356) 
monqol mənşəli cəlayirilər sülaləsi idi (1336-1410). 
Böyük Həsən  Əbu Səid hakimiyyətinə varis olmaq üçün 
yerli feodallar arasındakı ixtilaflara qoşuldu. O, Azərbaycanı, 
sonra İraqı ələ keçirdi, Bağdad şəhərini paytaxt edərək (1340-cı 
ildə) yeni müstəqil dövlət yaratdı  (19, 13-58), (75, III c., 27). 
Bu, o zaman İranın cənubunda meydana gəlmiş (paytaxtı Şiraz 
şəhəri) Müzəffərilərdən (1313-1393) sonra ikinci qüdrətli 
dövlət idi. İranın şimalı və cənubunda yaranmış bu iki qüdrətli 
dövlət eyni zamanda ədəbiyyat sahəsində  də  rəqabət aparırdı 
(56, III c., 96). Şimalda Təbriz, cənubda isə  Şiraz istedadlı 
şairləri özündə  cəmləşdirirdi. Hülakilərın istilasından sonra 
artıq XIV əsrdə iki yüz min əhalisi olan Təbriz iqtisadi 
yüksəlişə qədəm qoymuşdu. Elxanilər zamanı Təbriz çox böyü-
müşdü: onun sahəsi 5-6 dəfə genişlənmişdi (3, III c., 72). Digər 
tərəfdən Bağdad ədəbiyyat və mədəniyyətin mərkəzləşməsində 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə