Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   2   3   4   5   6   7   8   9   ...   54

 
19
qısa məlumat vermişdir (135, 85, 96-97,125). H.Ete Salmanı Nizami 
Gəncəvi  ənənələrinin davamçılarından biri kimi yüksək 
qiymətləndirmişdir. H.Ete «Fars əlyazmaları kataloqu» əsərində 
S.Savəcinin Bodleyan kitabxanasındakı tarixi məlum olmayan nəstəliq 
xətti ilə yazılmış «Cəmşid və Xurşid» və «Fərağnamə» məsnəviləri 
haqqında qısa qeydlərlə kifayətlənmişdir (62, 718). 
Mirzə Abdulla Qafarov 1914-cü ildə Salmanın rus dilində nəzmə 
çevrilmiş 20 qəzəlini müqəddimə  və fars mətnləri ilə birlikdə çap 
etdirmişdir (49, 4). 
Əbülqasim Zərrə «Vostok» məcmuəsində  dərc etdirdiyi «İran 
ədəbiyyatı oçerkləri» adlı yazısında S.Savəcini XIV əsrin Yaxın Şərq 
şairləri sırasında görkəmlilərdən olduğunu qeyd etmişdir (60, 71). 
«Altı  əsrin  şöhrəti» kitabının müəllifi tanınmış  tədqiqatçı 
M.Zənd Salman Savəcinin mənşəcə      azərbaycanlı olduğunu 
göstərmiş  və onun Nizami Gəncəvi  ədəbi irsinin təsiri altında 
yazıb-yaratdığını qeyd etmişdir (50, 155). 
Rus  şərqşünaslıq elmini özünün samballı  əsərləri ilə 
zənginləşdirmiş Y.E.Bertels «Nəvai və Cami» (1965-ci il) 
monoqrafiyasında Salman Savəcini XIV əsrin «məşhur 
şairi» hesab etmiş,  əsərlərinin təsir dairəsindən danışmış 
(45, 29-30, 32, 34, 36, 52, 191), onun «məsnu» (süni) 
qəsidəsindən nümunələr gətirmişdir (45, 38-39). 
Tacik tədqiqatçısı N.Sayfiyev 1971-ci ildə Tacikistan EA-
nın Düşənbədə Hafiz Şirazinin 650 illiyi münasibətilə 
«Doniş» nəşriyyatı  tərəfindən buraxılmış «Caşnnomai-
Xofiz» məcmuəsində («Xofiz və Salmoni Sovaci» məqaləsi) 
(138,  125-135) qeyd edir ki, qəzəldə XIV əsrin ustad şairləri 
sırasında «etiraf edilən Salman Savəci Hafizin də diqqətindən 
kənarda qalmamışdır. Xacə Hafiz Salman Savəciyə  və onun 
yaradıcılığına xüsusi diqqətlə yanaşmış,  şeirlərini müntəzəm 
olaraq mütaliə etmişdir» (138, 126). Tədqiqatçı eyni zamanda 
hər iki çağdaş  şairin  şeirlərindən nümunələr gətirərək onların 
bəzi qəzəllərinin vəzn və formaca oxşarlığını göstərmişdir. 
 
20
Salman Savəci Azərbaycan  ədəbiyyatşünaslığında da bəzi 
tədqiqatçıların diqqətindən kənarda qalmamışdır. Azərbaycan 
Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əliyar 
Səfərli və prof. Xəlil Yusiflinin müəyyənləşdirmələrinə görə, 
XV əsrin görkəmli azərbaycanlı şairi Hamidinin bir qəsidəsində 
Xaqani və Salman Savəcinin adlarını  çəkməsi göstərir ki, o, 
həmin sənətkarların  ədəbi irsini  yaxşı  mənimsəmişdir (34, 
335). Balağa Quliyev «Zəhir Faryabi və Salman Savəci» 
məqaləsində Z.Faryabi ilə Salman Savəci yaradıcılığının qarşı-
lıqlı əlaqəsi barədə fikir söyləmişdir (53, 314-328). 
Qulamhüseyn Beqdeli «Şərq  ədəbiyyatında «Xosrov və 
Şirin» mövzusu» əsərində S.Savəcinin adını Nizaminin 
xələfləri sırasında çəkmiş, onun «Cəmşid və Xurşid» məsnəvisi 
barədə bir sıra qeydlər vermişdir (9, 176-181). 
Abbasəli Sarovlu (Quliyev) Fəxri Gürganinin «Vis və 
Ramin» epopeyasının  şərhində  «Əslən azərbaycanlı olan 
Salman Savəcinin məşhur «Cəmşid və Xurşid» poemasının 
müəllifi olduğunu» qeyd etmişdir (32, 470). 
Professor Mübariz Əlizadə, f.e.n. Əbülfəz Rəhimov və b. 
S.Savəci  ədəbi irsinin öyrənilməsinə dair bir sıra faydalı 
mülahizələri vardır. 
Respublika Əlyazmaları İnstitutunda FR-1256 saylı şifrə ilə 
tarixi və müəllifi məlum olmayan Azərbaycan dilində yazılmış 
bir  əlyazmada S.Savəcinin bədii irsi haqqında mövcud olan 
bəzi məqalələr, ayrı-ayrı əsərlərinin tərcüməsi və s. barədə qısa 
qeydlər verilmişdir (23). 
Son illərdə Azərbaycan  şərqşünaslıq elmində Salman 
Savəci  ədəbi irsinə maraq göstərilmişdir. F.e.d., prof. Mehdi 
Kazımov «Поэтическое  наследие  Джамали  Табризи» 
(«Cəmali Təbrizinin  ədəbi irsi») əsərində haqlı olaraq XIV 
əsrdə epik poeziyanın dinamik inkişafından bəhs edərkən 
Salman Savəcinin də adını bu dövrün görkəmli  şairləri 
sırasında çəkmiş, onun «Fərağnamə»  və «Cəmşid və Xurşid» 


 
21
poemalarının müəllifi olduğunu qeyd etmişdir (57,7). Filolo-
giya elmləri namizədi Məsiağa Məhəmmədi «Saib Təbrizi və 
farsdilli poeziyada «hind üslubu» monoqrafiyasında (27) və 
filologiya elmləri namizədi Səadət Şıxıyevanın «Salman Savəci 
və türk ədəbi mühiti» (35) və «Nəsiminin sələfləri ilə 
«mübahisələri» (36) məqalələrində Salman Savəci 
yaradıcılığına toxunan maraqlı məqamlar açıqlanmışdır.
*
 
Salman Savəcinin həyat və yaradıcılığı mövzusunda elmi-
tədqiqat işi aparan bu sətirlərin müəllifi indiyədək şairin həyatı, 
ədəbi irsi barədə bir neçə məqalə ilə çıxış etmişdir.  
Salman Savəcinin yaradıcılığı öz dövründən  ədəbi 
ictimaiyyətin diqqət mərkəzində olmuş, bədii irsi zamanın 
sınaqlarından keçərək  əlyazmaları  şəklində Yaxın və Orta 
Şərqdə geniş yayılmış, müxtəlif dövrlərdə  xəttatlar tərəfindən 
üzü köçürülərək «Divan» və «Külliyyat» adı ilə dünyanın bir 
çox kitabxanalarında qiymətli  əsərlər sırasında  əsrimizə  qədər 
qorunub saxlanılmaqdadır. Salmanın bədii irsi barədə 
mənbələrdəki məlumatlar da müxtəlifdir. 
XVII əsr təzkirəçisi Təğiəddin Kaşi Salman Savəci irsinin 
20 min beytdən artıq olduğunu göstərmiş (79; vər. 580b-581a), 
İran tədqiqatçılarından  İbn Yüsif Tehranın Sipəhsalar 
məscidindəki 21.500 beytdən ibarət XV əsrdə yazılması təxmin 
edilən «Külliyyat»ı barədə xəbər vermişdir (115, 301). 
Müasir  İran  ədəbiyyatşünaslarından Təği Təfəzzəli  şairin 
«Divan»ına müqəddiməsində  İranın Milli, Sipəhsalar, Məclis 
(Biri 10.500 və digəri 16.400 beytdən ibarət iki «Külliyyat»ı) 
kitabxanalarında, habelə bir çox şeir, ədəbiyyat həvəskarlarının 
şəxsi kitab rəflərində S.Savəcinin əsərlərinin əlyazmaları oldu-
ğunu qeyd etmişdir (85). 
Əldə olan məlumata görə, Britaniya muzeyi, Bodleyan, 
                                                 
*
  М.Мящяммяди  вя    С.Шыхыйеванын  мцлащизяляри  барядя  сонракы 
фясилдя ятрафлы мялумат веряъяйик. 
 
22
Parij, Benqal, Pakistan, İstanbul, Mosul, Tehran, Təbriz, Məşhəd və 
s. şəhər  kitabxanalarında və eləcə də dünyanın 75-ə qədər müxtəlif 
elm və  mədəniyyət mərkəzlərində Salman əsərlərinin  əlyazmaları 
(118, III c.,  1870-1872, 2356) mövcuddur. Bu sətirlərin müəllifinin 
şəxsi araşdırmalarına əsasən Kabul şəhərinin Maarif kitabxanasında 
(86),  şairin bir əlyazması  aşkar olunmuşdur, habelə Leninqrad 
(Sankt-Peterburq) (87), Bakı (88), (89) Daşkənd, Düşənbə və başqa 
şəhərlərdə S.Savəcinin əsərlərinin əlyazmaları mühafizə olunur. 
Salmanın yaradıcılıq irsi çoxcəhətli və  rəngarəngdir. O, 
Yaxın  Şərq  ədəbiyyatının o zamankı  ənənəvi mərsiyyə, qəzəl, 
qitə, tərcibənd, tərkibbənd, rübai və məsnəvi janrlarında yazıb-
yaratmışdır.  Əgər bir sıra icmal xarakterli kiçik həcmli 
məqalələr nəzərə alınmazsa, Salman Savəcinin həyatı  və 
yaradıcılığı indiyədək Azərbaycan  ədəbiyyatında  ətraflı  tədqiq 
edilməmiş, eyni zamanda əsərlərinin də elmi-tənqidi mətni çap 
ediməmişdir. 
1911-ci ildə Bombeydə «Külliyyat» (99) şəklində çap 
edilən 235 səhifədən ibarət kitabda 8500 beyt həcmində şairin 
yalnız qəzəl, qəsidə və rübailərinin bir qismi verilmişdir. 
Salman «Divanı»nın 1958-ci ildə Tehran nəşrində  şairin 
cəmi 8.500 beytə qədər 313 qəzəli, 4 tərcibəndi, 111 qəsidəsi, 
86 rübaisi toplanmışdır (85). 
Azərbaycan tarixçisi və  ədibi A.Bakıxanovun  şəxsi 
kitabxanasında Salman Savəcinin  əlyazmasında bir «Divan»ı 
olmuşdur (4, 90-91). 
S.Savəci «Külliyyat»ının Tehran çapında (127) isə  şairin 
qəsidə, qəzəl, qitə, rübai, tərcibəndləri ilə yanaşı yuxarıda qeyd 
etdiyimiz məsnəviləri də böyük ixtisarla verilmişdir. 
1969-cu ildə Tehranda Salmanın  ən görkəmli  əsəri 
«Cəmşid və Xurşid» poeması çapdan buraxılmışdır (100). 
Poemanın elmi-tənqidi mətn  əsasında çap edilməsi görkəmli 
şairin  ədəbi irsinin öyrənilməsi və  nəşri sahəsində atılan ilk 
faydalı addım idi. Danimarkalı C.P.Asmuson və  İran 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə