Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   2   3   4   5   6   7   8   9   ...   54

 
11
Gəncəvinin «Xosrov və  Şirin»  əsərinin təsiri altında yazdığı 
«Cəmşid və Xurşid» poeması barədə fikir yürütməklə,  əslində 
Nizami Gəncəvi  ədəbi məktəbinin Yaxın  Şərq xalqları 
ədəbiyyatı tarixində daha bir layiqli  davamçısı haqqında ilk 
dəfə olaraq ətraflı məlumat verməyə səy göstərəcəyik. 
Azərbaycan  ədəbiyyatının tanınmış klassiklərindən biri 
olan Salman Savəci (1300-1377) bədii-estetik fikir tariximizdə 
özünəməxsus  mövqeyi ilə seçilərək, zəmanəsinin uğurlarını 
şeirə  gətirmiş, zaman, dünya və insan haqqında yeni düşün-
cələrini ifadə etmişdir. Onun zəngin yaradıcılıq irsi, rəngarəng 
bədii lirikası, «Fərağnamə» (1361-ci il) və «Cəmşid və Xurşid» 
(1363-cü il) adı ilə  məşhur poemaları Yaxın və Orta Şərq 
xalqları arasında şöhrət qazanmış, XIV-XV yüzilliklər epik və 
lirik şeirin inkişafına güclü təsir göstərmişdir.  
Məlumdur ki, bütün zamanlarda olduğu kimi, orta əsrlərdə 
də  hər bir sənətkar,  əsasən, öz fitri istedadının imkanları 
dairəsində  əldə edə bildiyi yüksək sənət nailiyyətləri  əsasında 
ucalsa da, onu özündən  əvvəlki zəngin  ədəbi irsin ümumi 
inkişafı prosesindən təcrid etmək mümkün deyildir. 
Salman Savəci yaradıcılığının formalaşmasında onun öz 
sələflərinin də  təsiri ayrıca bir tədqiqat mövzusudur. Bu 
baxımdan Qətran Təbrizi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, 
Marağeyi Əvhədi və b. Şairlərin mütərəqqi fikirlərinin, yüksək 
bəşəri hisslərinin, saf, səmimi lirik duyğularının Salman Savəci 
yaradıcılığına müsbət təsiri ayrıca qeyd edilməlidir. 
Məlumdur ki, Salman Savəcinin qüdrətli sələfləri olduğu 
kimi, qüdrətli müasirləri də olmuşdur. Şairin yaşayıb-yaratdığı 
dövrdə lirik şeir ustası  Əmir Xosrov Dəhləvi (1252-1325) və 
Xacu Kirmaninin (vəfatı 1352-53-cü illər) məsnəvidə, Hafiz 
Şirazi (1300-1390) lirik şeirdə böyük müvəfəqiyyətlər  əldə 
etmişlər. Elmi araşdırmalardan belə qənaətə gəlirik ki, Salman 
Savəcinin  ədəbi irsi də öz dövründə  və sonralar şeir və 
ədəbiyyat biliciləri tərəfindən yüksək qiymətləndirilmiş, lakin 
 
12
farsdilli  ədəbiyyat tarixinin son əsrlərdəki bəzi təəssübkeş 
araşdırıcıları  şairin mənşəcə azərbaycanlı olduğunu bilərək, 
bəlkə  də  qəsdən onun mövqeyini və yüksək istedadını 
qiymətləndirmək və  təbliğ etməyə soyuqqanlı yanaşmışlar. 
Lakin bütün bunlara baxmayaraq S.Savəcinin həm 
sağlığında, həm də  vəfatından sonra yaranan orta əsrlərin 
qaynaqlarında onun istedadına yüksək qiymət verilmiş, 
görkəmli bir şair kimi yad edilmişdir.  İmadəddin Nəsimi  
(1369-1417), Bədr  Şirvani (1387-1450), Hamidi (XV əsr), 
Məhəmməd Füzuli (1494-1556), Vəhşi Bafqi  (vəfatı 1591) 
və digər azərbaycanlı  şairlərin bədii yaradıcılığında Salman 
lirikasının açıq təsirinin duyulması təsadüfi deyil.
*
 
Qeyd etməliyik ki, Salman Savəcinin sənətkarlığı, 
yaradıcılıq məharəti öz dövründən başlayaraq məşhur 
təzkirəçilər,  ədəbi  ənənələrinin pərəstişkarları olan Yaxın 
Şərqin bir çox görkəmli  şairləri tərəfindən yük-sək 
qiymətləndirilmişdir. Bir sıra  şairlər yeri gəldikcə  bədii 
əsərlərində onun adını  çəkmiş,  şeirlərindən təzmin etmiş
təzkirəçilər həyatından, yaradıcılığından müxtəlif mənbə  və 
məxəzlərdə bəhs etmiş, fikir söyləmişlər. 
S.Savəcinin həyatı, müasirləri və  bədii irsi  barədə ilkin 
məlumata XV əsrin məşhur təzkirəçisi Dövlətşah 
Səmərqəndinin «Təzkirətüş-şüəra»sında (1487-ci ildə 
tamamlanmışdır) rast gəlirik. Təzkirə müəllifi,  şübhəsiz ki, 
S.Savəci yaradıcılığı ilə yaxından tanış olduğundan onu «böyük 
şairlərdən» hesab etmiş, «şeir və şairlikdə öz dövrünün başçısı» 
adlandırmışdır (73, 286). 
S.Savəci ilə Dövlətşah Səmərqəndinin yaşadıqları dövr 
yaxın olduğundan, təzkirə müəllifinin  şair haqqında verdiyi 
məlumat xüsusi qiymətə malikdir. Buna görə  də Salman 
haqqında sonralar fikir söyləyən müəlliflər Dövlətşahın əsərinə 
                                                 
*
 Мянбяляр сонракы сящифялярдя верилмишдир. 


 
13
ilkin mənbələrdən biri kimi istinad etmişlər. Dövlətşahın 
qeydlərindən aydın olur ki, o, Salman yaradıcılığına yaxından 
bələd olmuş,  əsərlərini maraqla mütaliə etmişdir. Biz bunu 
müəllifin  Ənvəri, Zülfüqar Şirvani,  Əbdürrəzaq  İsfəhani, 
Siracəddin Qumru, Zəhir Fariyabi, Müzəffər Hərəvi, Übeyd 
Zakani, Nasir Buxari və b. Yaxın və Orta Şərq  şairlərinin 
ədəbi irsindən bəhs edərkən müqayisə yolu ilə Salman 
yaradıcılığına müraciət etməsində, onun əsərlərindən yeri 
gəldikcə misallar çəkməsində (73, 93, 146, 157, 164, 296, 304, 
324-325, 449) və s. aydın görürük. 
Böyük özbək şairi və ədibi Əmir Əlişir Nəvai (1441-1501) 
1490-1491-ci ildə  cığatay dilində  qələmə aldığı «Məcalisün-
nəfayes» (114, 16, 45, 192) əsərində S.Savə-cinin adını 
zəmanəsinin istedadlı  şairləri sırasında çəkir, «Mühakimətül-
lüğəteyn» (65, 73) əsərində Nizami və Əmir Xosrov Dəhləvini 
poemada, Salman Savəcini isə  qəsidədə müqayisəolunmaz 
sənət nümunəsi yaratdıq-larını göstərmişdir. Əhli Şirazi (1455-
1535-36) (45, 39) Ə.Nəvainin arzusu ilə S.Savəcinin «məsnu» 
(süni, xaricdivan) qəsidəsinə üç bənzətmə yazmışdır.  Ə.Nəvai 
Salmanın «məsnu» qəsidələrinə  ən çox cavablar yazan, 
gözlərinin xəstə olmasına görə  də «ikinci Salman» kimi 
tanınmış Mövlana Arifi /vəfatı 1449-cu il/ (45, 25), Fəsih Rumi 
və b.  orta  əsr  şairlərinin S.Savəcinin uğurlu yaradıcılıq 
üsulundan istifadə edərək, qəsidədə  də Salmanın icad etdiyi 
yeni yol ilə
*
 getdiyini yüksək qiymətləndirmişdir (45, 34-36).  
XVI  əsr təzkirəçilərindən görkəmli alim Əhdi Bağdadinin 
«Gülşən üş-şüəra» (7, 6), Əlaüddövlə Kami Qəzvininin 
«Nəfayes  əl-məaser»   (111, vər.
*
 82a-83a), Əmin  Əhməd 
Razinin «Həft iqlim» (1593-94-cü illər) (66, vər. 530a-530b), 
                                                 
*
  Бурада  «Гясидейи-мяснуи» (сцни  гясидя)  нязярдя  тутлур.  Бу  барядя 
бир  даща сонра мялумат веряъяйик. 
*
 Гейд: Бундан сонра вяряг сюзц вяр. йазылаъагдыр. 
 
14
Qulaməli xan Azadın «Xəzaneyi-amirə» (1761-62-ci illər) 
(112, 254). Şirəli xan Ludinin «Təzkireyi mirat ül-xəyal» (80, 
53-55), Lütfəli bəy Azərin «Atəşkədeyi-Azər» (1760-1779) 
(64, 223-226), Rzaqulu xan Hidayətin «Məcmə ül-füsəha» 
(1867-68) (96, II c.,19) təzkirələrində S.Savəcinin həyatı  və 
əsərləri barədə qısa məlumat verilir. 
Azərbaycan dilində ilk təzkirə müəllifi  Əhdi Bağdadi 
İraqda yaşayan Azərbaycan türkləri haqqında məlumat vermiş
Bağdad  ədəbi mühiti, xüsusilə  də M.Füzuli haqqında dəyərli 
fikirlər irəli sürmüş, Salman Savəcini də Yaxın Şərqdə sevilə-
sevilə oxunan lirik şairlərdən biri saymışdır.  Əhdi Bağdadi 
Füzuli haqqında qeydlərində yazırdı ki, onun üç dildə yazdığı 
Azər-baycan,  ərəb, farsca qəsidələri Xacə Salmanın qəsidə-ləri 
kimi fəsahətli (səlis) olub, şeir biliciləri tərəfindən sevilmişdir 
(7, 6). 
Məhəmməd Füzulinin qəsidə janrında Salman Savəci qədər 
hünər göstərərək, onun səviyyəsinə ucala bildiyini qeyd edən 
Əhdi Bağdadi Salman yaradıcılığı haqqında orijinal bir fikir 
irəli sürmüşdür. 
XIX  əsr müəlliflərindən Bəhmən Mirzə «Təzki-reyi-
Məhəmməd  Şahi» (70, vər. 75b) əsərində, XV-XIX əsr 
tarixçilərindən Mirxand Xavəndşahın (1433-1498), 
«Rövzətüs-Səfa» (129, IV c.,990-1002), Qiyasəddin 
Xandəmirin (1475-1535) «Həbibüs-siyər» (113, III-IV c, 
803-804), Yəhya Qəzvininin «Lübbüt-təvarix» (137, vər. 95-
97-98, 104-105), Qazi Əhməd Qəffarinin «Nigarıstan» (68, vər. 
240b-249a, 261, 264, 290-296), həmin müəllifin «Tarixe-cahan 
ara») (122, vər.164a),  Əbdi bəy  Şirazinin «Təkmilətül-əxbar» 
(107, vər. 206a-211a), Şərəf xan Bidlisinin «Şərəfnamə» 
(102, 33-64) və s. əsərlərdə  də Salman Savəcidən bəhs 
açılmışdır. 
«Lətayef  ət-təvayef»  əsərinin müəllifi Fəxrəddin  Əli 
Səfinin (vəfatı 1532-33) Salman haqqında məlumatı yuxarıda 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə