Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

 
35
Azərbaycan türklərindən ibarət olan Savə mahalının (şəhrista-
nının) mərkəzi şəhəridir (38, 147-150), (130, 139). 
Savə  şəhərinin özündə 110 min, bütövlükdə mahalda isə 
250 min nəfərə qədər əhali yaşayır. Savənin ətrafındakı Bayati-
Zərənd, Xaki-Əfşar, Bəydili, Cəfərabad və s. kəndlərin əhalisi 
də Azərbaycan türkləridir. 
1969-cu ildə Tehranda nəşr edilmiş «Dairətül-məaref ya 
fərhəng-e daneş  və honər» (90, 952) («Maarif ensiklopediyası 
ya elm və incəsənət lüğəti») məcmuəsində Savə haqqında 
məlumatda göstərilir ki, Savə mahalı Tehranın cənubunda 
yerləşir və o, Nobəran, Zərənd, Xərqan və  Cəfərabad 
rayonlarından təşkil olunur. 1967-ci ildə siyahıyaalınmaya görə 
Savə mahalının  əhalisi 142,450 nəfər olmuş  və  hər km

-ə 14 
nəfər düşürmüş. Məcmuədə qeyd edilir ki, Savənin bağlarında 
nar daha çoxdur və narına görə Savə  məşhurdur. Tehran ilə 
Savə arasındakı məsafə 219 km-dir (90,  952).  
1887-ci ildə Beyrutda ərəb dilində  nəşr olunmuş «Maarif 
ensiklopediyası»nda (9-cu cild) Biters əl-Bistani Savə haqqında 
yazısında Yaqut Həməviyə istinadən qeyd edir ki, Savə Rey və 
Həmədan arasında gözəl bir şəhərdir. Onu Avə  şəhərindən 30 
fərsəx məsafə ayırır. Avənin  əhalisi  şiə, Savənin  əhalisi isə 
sünni şafeidir. 
Zənnimizcə, Savə (yaxud Sava) adında Təbriz yaxınlığında 
vaxtilə digər bir yaşayış  məntəqəsinin də olduğunu ehtimal 
etmək olar.
*
 
Salman Savəcinin müasiri, monqol dövrünün məşhur 
tarixçisi, yazıçı  və  şair Həmdulla Mustovfi Qəzvini (1281/82-
1350) «Nüzhət ül-qülub» (1340)  coğrafi kitabında yazırdı ki, 
Savə  şəhərinin cənnətə  bənzər bağlarının  ətirli meyvələri, 
xüsusilə narı çox məşhurdur, torpağı münbit, insanları gözəl 
bənizlidir (136, vər. 141b). Yuxarıda adını  çəkdiyimiz  ərəb 
                                                 
*
 Бу барядя сонракы гейдляря бах. 
 
36
müəllifi Biters əl-Bistani isə Savənin gözəllərindən heç yerdə 
olmadığını qeyd edirdi (126, 428). 
Vəzir Rəşidəddin Fəzlullahın göstərişi ilə  Qəzvin və 
Zəncanın maliyyə işləri ilə  məşğul olan Həmdulla Mustovfi 
Qəzvini həm də Savənin tarixi və coğrafi mövqeyi barədə 
məlumatında Savə  şəhərini dördüncü iqlimə daxil etmiş 
(136, vər. 141b) və onun bünövrəsinin Xacə Zahirəddin  Əli 
Savəci tərəfindən inşa olunduğunu göstərmişdir. 
H.M.Qəzvini və orta əsrlərin digər müəllifləri hələ o 
zamanlar Savə  əhalisinin elm və  ədəbiyyatı çox xoşladığını, 
burada karvansarayların, mədrəsə, xəstə-xana, böyük və 
zəngin kitabxananın mövcudluğun-dan xəbər vermişlər (136, 
vər. 141 b. – 142 a.). 
Savənin dünya şöhrətli kitabxanası monqol istilası zamanı 
məhv edilmişdir. 
Savə şəhəri eyni zamanda ətraf region üçün bir mədəni 
mərkəz rolunu da oynayırdı. Savə öz dövrünün bir çox 
tanınmış adamları ilə  də  məşhur idi. O zamanlar Xorasan 
vilayətinin hakimi Durmuş xanın vəziri Xacə  Həbibullah Sa-
vəci, azərbaycan dilində «Hüsn və del» («Gözəllik və  qəlb») 
məsnəvisinin müəllifi Səlahəddin Seyrəfi Savəci (135, 241), 
Hülakilərin sonuncu hökmdarı  Əbu Səidin (1316-1335) vəziri 
Sədəddin Savəci, bir çox istedadlı  şairləri və  şəxsiyyətləri 
göstərmək olar. 
XVI əsrin məşhur tarixçisi Qiyasəddin Xandəmirin (vəfatı 
1534/35-ci illər) «Həbib-üs siyər»ində (1522/23-cü illər) 
verdiyi məlumat son dərəcə maraq doğurur. Müəllif göstərir ki, 
Xacə Nəsirəddin Tusi (1201-1274) də əslində Savəlidir, amma 
Tusda anadan olub, orada boya-başa çatdığına görə Tusi kimi 
tanınmış  və  məşhur olmuşdur (113, 105-107). İran 
müəlliflərindən  Əbdülhüseyn Nəvai də bu məlumatı 
Q.Xandəmirin «Həbib-üs siyər»i əsasında tərtib etdiyi «Rical-e 
Həbib-üs siyər» (1324-cü il şəmsi – 1909-cu il) kitabında 


 
37
vermişdir (97, 7-9). 
Salmanın  əsərlərindən aydın olur ki, o, dövrünün 
mükəmməl təhsil görmüş şəxsiyyətlərindən biri kimi çox ciddi 
mütaliə sayəsində  qədim və orta əsr  elmlərini, xüsusilə  ərəb, 
fars, Orta Asiya xalqlarının mədəniy-yətini, Yaxın və Orta Şərq 
tarixini, fəlsəfə    və s. dərindən öyrənmiş, musiqi və  şahmat 
oyununun incəliklərinə yiyələnmişdir (85, 67, 267, 285, 290). 
Təbiidir ki, Salman Savəci kimi istedadlı şairlər o zamanlar 
zəminsiz yarana bilməzdi. Müasir ədəbiyyat-şünasların qeyd 
etdikləri kimi, bu qisim şairlərin meydana gəlməsində mövcud 
dövrün ictimai və  mədəni mühiti başlıca rol oynayırdı. 
Yaradıcılığından məlum olduğuna görə, o, kənd həyatı, məişəti, 
türk xalqlarının adətləri və ənənələri ilə, şifahi xalq ədəbiyyatı, 
qəhrəmanlıq və  məhəbbət dastanları ilə yaxından tanış 
olmuşdur. Bu isə  şairin yaradıcılığının çoxcəhətli olmasına 
əsaslı təsir göstərmişdir. 
Salmanın fikrinin və dünyagörüşünün inkişafında şübhəsiz 
ki, o zamankı qaynar Təbriz mühitinin oyna-dığı təsirli rolu da 
nəzərdən qaçırmaq olmaz. 
Yaxın və Orta Şərq, eləcə  də Orta Asiya və Rusiyaya 
böyük karvan yollarını birləşdirən Təbriz  şəhərinin 
Hülakilərin paytaxtı olduqdan sonra daha sürətlə inkişaf 
etməsi buraya istedadlı sənətkarlar, xəttatlar, şairlər və s. top-
layırdı ki, bu da insanlar arasında  ədəbi, həm də  mədəni 
əlaqələrin artıb inkişaf etməsinə  səbəb olurdu. Burada 
Rudəkidən tutmuş Hafizə  qədərki  Şərqin  əzəmətli söz 
ustalarının ədəbi irsi öyrənilir, yunan və Şərq fəlsəfəinə maraq 
daha da artırdı. Xüsusilə  şifahi xalq ədəbiyyatının təsirilə  
yazan  şairlər meydana çıxır, XI-XII əsrlərdən baş-layan 
Azərbaycan intibahının və  ədəbiyyatda Nizami ənənələrinin 
qüvvətli təsiri altında yeni-yeni bədii əsərlər yaranırdı. 
Belə bir dövrdə ilk yaradıcılığa qədəm qoyan Salman 
Savəci o zamankı elmin müxtəlif sahələrinə yiyələnir, 
 
38
dövrünün görkəmli sənət əsərlərinə bələd olurdu. 
Şairin  əsərlərindən göründüyü kimi, o, ən böyük 
nailiyyətləri xəttatlıq və münazirə  (şeirləşmə, mü-bahisə) 
sənətində  əldə edə bilmiş, qədim və orta əsrlər Yaxın  Şərq 
xalqlarının tarixi və  ədəbiyyat aləminin nailiyyətlərinə 
yiyələnmişdir. 
Əsərlərinin tədqiqindən aydın olur ki, Salman qədim yunan 
fəlsəfəsi, xüsusilə  Əflatunun (eramızdan  əvvəl 427-347) 
fəlsəfəsi ilə yaxından tanış olmuş, orta əsrin Şərq fəlsəfəsinin, 
humanitar elmlərinin incəlik-lərinə  bələd olmuş, sələflərindən 
Firdovsi, Sənai, Ünsüri, Ənvəri,  Əfzələddin Xaqani, Nizami 
Gəncəvi, Ömər Xəyyam, Kəmaləddin  İsmayıl, Zülfüqar 
Şirvani, Zəhirəddin Faryabi, Sədi Şirazi və b. ədəbi-bədii irsini 
ciddi mütaliə etmiş, onların yaradıcılığından bəhrələnmiş, 
əsərlərində  bəzilərini təzmin etmiş, bir qisminə isə cavablar 
yazmışdır. 
XIII-XIV  əsrlərdə Azərbaycanda iqtisadiyyatın sarsılması 
nəticəsində insanların mənəvi həyatında böhranlar yaranır, 
sufizm dünyagörüşü bir fəlsəfi təlim kimi şeir və  ədəbiyyatda 
da yayılırdı. Lakin Salman yaradıcılığında ictimai fəlakət 
pərdələnməmişdir. Salman həqqi – Allahı  dərk etmiş, dini 
mövzuda qəsidələr də yazmışdır. 
S.Savəci yaşadığı orta əsrlər  şəraitinin mövcud 
dünyagörüşü baxımından çıxış edərək bəzən insanlara öz 
nicatını, dirçəlişini Qəzalinin təlimlərindən,  İbn Sinanın 
«Qanun» və  «Şəfa» kitablarından deyil, məhz haqq-taalanın 
rəhmətindən axtarmağı, ona ümid bəsləməyi lazım bilirdi (85, 
344). 
Salman Savəci dini-fəlsəfi qəsidələrində bəzən də İbn Sina 
(980-1038),  Əbu Hamid Əl-Qəzali (1059-1111) və b. Şərq 
filosoflarının adlarını hörmətlə  çəkir; sufizm təliminin təsiri 
altında insanları humanizmə  səsləyir (85, 343) bəzən də 
cahilliyin, savadsızlığın  əlacını «Qanun» və  «Şəfa» («Tibb») 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə