Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

 
55
(«Lətayefət-təvayef» təzkirəsində bu əhvalatı  təfsilatı ilə 
xatırlatmışdır) (134, 251).  
 
Təzkirə müəllifinin qeyd etdiyinə görə, sultan şairin bu 
fürsətdən məharətlə istifadə etdiyini görərək zarafatla 
«tamahkar şairdən qızıl ləyəni almaq çətindir», - deyərək gülür 
və qızıl ləyəni ona bağışlayır. 
Salman Savəci  əsərlərinin  əksəriyyətini Müizzəddin 
Üveysə  həsr etdiyindən orta əsrlərin bir sıra tarixçi və 
təzkirəçiləri Salmanın adını yalnız Sultan Üveysin məddahı 
kimi çəkirlər. Dövlətşah Səmərqəndinin məlumatına  əsasən, 
Sultan  Üveys şeir yazmağa böyük həvəs göstərir,  şairlərlə 
şeirləşir, dövrünün məşhur xəttatı Xacə  Əbdüllahiyə  şagirdlik 
edərək, ondan nəqqaşlıq sənətini öyrənir, musiqiyə böyük 
maraq göstərirdi (73, 287). 
Məlumdur ki, Üveysin şairlik qabiliyyətinin inkişafına 
Salman Savəcinin əsaslı təlimi və təsiri olmuşdur. 
Salman Savəcinin Bağdadda Sultan Üveysin hakimiyyəti 
illərində
*
  qələmə aldığı  şeirlərində nikbin əhval-ruhiyyə 
səciyyəvi  xarakter daşıyır. Bunu da, hər  şeydən  əvvəl,  şairin 
maddi güzəranının yaxşılaşması ilə izah edə bilərik. Bu şeirlə-
rində o, təbii gözəllikləri, insanı vəcdə gətirən bahar çağını eyş-
işrət vaxtı, zövq və keyf əyyamı sayır, dünya nemətlərindən, 
gözəllikdən nəşələnməyi nikbinliklə vəsf edirdi. Məsələn, bahar 
fəslində Dəclə çayının füsunkar gözəlliyini təsvir edən: 
 
                                رﺎﻬﺏ سﺎﻔﻧا و ﻪﻠﺟد ﺐﻝ و ﺖﺴﺤﺒﺹ ﺖﻗو 
 ىا

                                   رﺎﻴﺏ داﺪﻐﺏ ﻂﺷ ﺎﺗ ﻰﻡ ﻰﺘﺸآ ﺮﺳ
 
                                                 
*
  Ятрафлы  мялумат  цчцн  бах:  Ябу  Бякр  Ял-Гцтби  Ял-Ящяри  Тарих-е 
Шейх  Цвейс.  Фарс  дилиндян  тяръцмя  вя  мцгяддимя  М.Д.Казымов  вя 
В.З.Пирийевиндир.  Шярщляр  вя  гейдляр  З.М.Бцнйадов,  М.Д.Казымов 
вя В.З.Пирийевиндир. Релактору  акад. З.М.Бцнйадов. Бакы: Елм, 1984, 
152 с. 
 
56
          (85, 532). 
 (Baharın nəfəsi duyulur, Dəclə kənarı və sübh vaxtıdır. Ey 
oğlan, şərab gəmisini («ﻰﻡ ﻰﺘﺸآ» (kəşti-ye mey»), «şərab qabı» 
mənasında işlənmişdir) Bağdad  çayı sahilinə gətir), – mətlə’li 
qəsidəsi, zənnimizcə, Salman Savəcinin Sultan Üveysə ithaf 
etdiyi şeiriyyətcə ən gözəl və müvəffəqiyyətli şeirlərdən hesab 
oluna bilər. 
Bağdadın xoş  mənzərəsini, Dəclə  və  Fərat çaylarının 
ürəkaçan görkəmini Salman şeirlərində  dəfələrlə  və böyük 
ilhamla təsvir etmişdir.  Şair zəngin təbiət lövhələrinə vurğun 
olduğu bu şəhəri «aləmin canı» adlandırırdı (85,  355). 
Salman Dəclə çayının təsvirində  şeir dililə yaratdığı 
tabloları real bir hissiyyat və düşüncələrlə təsvir etmişdir: 
 
 ﻪﻠﺟد

                                 ﻩﻮآ ىﻻﺎﺏ ﻦﻳو و ﻩﻮآ ﻰﺘﺸآ و ﺎﻳرد نو
 
ﺧ ﺖﺳﺮﺏا نﺎﺒﺋﺎﺳ
                                         نﺎﺒﺋﺎﺳ ﺮﻳﺰﺏ شﺪﻴﺷرﻮ
  
               (85, 595).  
(Dəclə  dəniz kimidir, (ondakı) gəmi bir dağ  və bu dağın 
üstündəki kölgəlik buluddur, günəş  də o çətrin altındadır). 
 
Bağdad sarayının «məliküş-şüərası» olan Salman Savəci 
özünü istedadlı bir şair kimi Yaxın Şərqin şeir-sənət aləmində 
yaxşı tanıtmışdı. O, əsərlərinin geniş yayılmasına işarə edərək 
bu münasibətlə yazırdı: 


 
57
 ىﺎﻬﺟرد           زوﺮﻤﻴﻧ و مﺎﺸﺏ ﻦﻡ ﻊﺒﻃز و داﺪﻐﺒﺏ ﻦﻡ

 اّﺮﻏ مﻮﻈﻨﻡ ﺮهو
          ﺪﺳﺮﻴﻡ 
(85, 487) 
(Mən Bağddadayam, təbi’min parlaq (qərra) mənzum 
gövhərləri Şam və Nimruza çatır).
*
 
 
Yuxarıdakılara əsasən görürük ki, şairin Bağdad həyatı xoş 
və  təmtəraqlı keçmiş, Sultan Üveysin himayəsi altında o, heç 
vaxt maddi güzəranından  şikayət etməmişdir,  əksinə, 
qocalmasına, xəstəliyinə baxmayaraq əsərlərini böyük ilhamla 
yazıb-yaratmışdır. A.Krımski hökmdarla şair arasındakı bu 
münasibətin tarixi köklərini araşdırmadan S.Savəcini sultanın 
fədakar məddahı  və yaxın adamı olduğuna görə onu «pul və 
şöhrət düşkünü», «saray məmuru», bir sözlə, «Sultan Üveysin 
həmpiyaləsi» adlandıraraq  şairin  şəxsiyyətinə  mənfi qiymət 
vermişdir (56, 98). 
Lakin professor Mübariz Əlizadənin qeyd etdiyi kimi, orta 
əsrlər şəraitində «şairə yaşayıb-yaratmaq üçün vəsait lazım idi; 
bu da ancaq hökmdarları  və ayrı-ayrı  sənət aşiqlərini  mədh 
etmək və yaxud əsərlərini onlara ithaf etmək yolu ilə əldə edilə 
bilərdi» (1,133). 
Digər tərəfdən isə, yaradıcılığında zəmanəsinin 
hökmdarının adını çəkmək və ya əsərlərini ona ithaf etmək orta 
əsr şairlərinin həyatında bir ənənəyə çevrilmişdi. Eyni zamanda 
bu qism şairlərin  əsas vəzifəsi öz məmduhlarını – şahları, 
əyanları, onların ailə üzvlərini  əslində  həmin kəslərə xas 
olmayan sifətlərlə  tərif edib, kütlələr arasında  şöhrət 
qazandırmaqdan ibarət idi. Bununla da təkcə  şairlik istedadı 
deyil, saraya, hakim təbəqəyə yaxın olması da Salman kimi  
şairlərin ölkədə, həm də qonşu dövlətlərdə  məşhurlaşmasına 
səbəb olan vasitəyə çevrilirdi. 
                                                 
*
 Нимруз-Яфганыстанын ъянуб-гярбиндя вилайят мяркязидир 
 
58
Nasir Buxari, Übeyd Zakani, Siracəddin Qumri, Xacu 
Kermani, Müzəffər Hərəvi,  Əssar Təbrizi, Arif Ərdəbili 
Salmanın müasirləri  idilər. Onlardan bəziləri Bağdada gedərək 
Salmanın  ədəbi məclislərində  iştirak etmiş, bəlkə  də  şeirlərini 
onun vasitəsilə sultana çatdırmaq istəmişdilər (56,  90). Məhz 
Sultan Həsənə həsr etdiyi qəsidələrinin birində Salmanın buna 
işarə etdiyini görürük. 
 
 ﺮﻴﺒآ ىاﺮﻡا ار ﻩﺎﺷ ﻪآ نﺎﺴﻧاز
ﺎﭙ
     ﺖﺳد رﺎﺒآ ىاﺮﻌﺷ ار ﻩﺪﻨﺏ ﺪﻨﺳﻮﺏ        ى
         
(85, 415) 
(Şahın ayağını böyük əmirlər öpdüyü kimi, mənim də əlimi 
böyük (kübar) şairlər öpürlər). 
 
Dövlətşah Səmərqəndi və başqa müəlliflər Salmanın 
ədəbi məclisləri, müasirləri ilə görüşləri barədə 
əsərlərində bəzi epizodları nəql etmişlər (123, 304, 323-
325, 449), (70, 227). 
Salmanın  şöhrətini eşidən dərviş  və  məşhur  şair Nasir 
Buxari Məkkəyə ziyarətə gedərkən yolüstü Bağdada gedir, 
Salmanı tapmaq və onunla görüşmək istəyir. Bahar vaxtı idi. 
Xacə Salman Bağdad qalasının barısında toplaşmış adamlarla 
Dəclə çayının tüğyan etməsini seyr edirdi. Nasir Xacə Salmana 
salam verir. Salman Savəci onun kim olduğunu soruşduqda o, 
uzaq ellərdən gəldiyini və şair olduğunu söyləyir. Salman onu 
imtahan etmək üçün bədahətən belə bir misra deyir: 
 
                               ﺖﺳا ﻪﻧﺎﺘﺴﻡ ﺐﺠﻋ ىرﺎﺘﻓر لﺎﺴﻡا ار ﻪﻠﺟد
 Dəclənin rəftarı bu il əcəb məstanədir). 
Nasir beyti tamamlayır: 
 
ﺎﭙ
 ﺮﻴﺠﻧز رد ى
 ﺐﻝ ﺮﺏ ﻒآ و
ﮕﻤ
                                   ؟ﺖﺳا ﻪﻧاﻮﻳد ر
 (123, 203)  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə