Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 
31
hörmət bəsləmişlər» (123, III c.,  192). Dövrünün savadlı  və 
gözüaçıq adamlarından sayılan Xacə  Əlaəddin Məhəmməd 
oğlu Salmana öz sənətini, o zamanlar Yaxın  Şərq ölkələrində 
mühasibat və kargüzarlıq işlərində  tətbiq edilən işarələrdən 
ibarət hesablama sistemi «səyaq»ın (yaxudقﺎﻴﺳ  ﻂﺧ    «xətt-e 
siyaq»ın)
*
 istifadə üsullarını da öyrətmişdir (73, 286). Salman 
bu peşəyə yiyələnir və bundan sonra dəftərxana mühasibatı 
işlərində böyük məharətə malik olur (109, III c., 152). Digər 
tərəfdən  ədəbi  ənənələrə  həmişə sadiq qalan Təbriz mühitinin 
də,  şübhəsiz ki, Salmanın fikrinin inkişafında çox mühüm 
rolunu istisna etmək olmaz. Məhz belə bir mühitdə Salman 
gənc yaşlarından şeirə, ədəbiyyata maraq göstərməyə başlayır, 
zirəkliyi və    işgüzarlığı ilə saray adamları arasında tanınmağa 
başlayırdı. 
Cəmaləddin Salman Savəcinin təvəllüd tarixi barədə 
fərziyyələr və fikirlər də müxtəlifdir. Məsələn, alman 
ədəbiyyatşünas alimi Herman Ete (135, 85), rus 
şərqşünaslarından Y.E.Bertels (46, 65), (43; 30), A.Krımski 
(56, III c., 96) və A.Qafarov (49, 4) S.Savəcinin təvəllüd 
tarixinin 1291-ci il olduğunu göstərmişlər.  
                                                 
*
  ХЫВ  ясрдя  йарадылмыш  бу  хяття  «Сийагят  хятти»  дя    дейилирди 
(М.Ф.) 
 
32
Hind alimi Mövləvi Əbdülmüqtədir, onun fikrinə əsaslanan 
ingilis professoru E.Braun (61, 5), (69, 291), «Altı  əsrin 
şöhrəti» (Fars-tacik ədəbiyyatı oçerkləri) kitabının müəllifi 
M.İ.Zənd (50, 155) Salman Savəcinin 1300-cü ildə  təvəllüd 
tapdığını göstərmişlər. Rəşid Yasəmi (78, 5-6) Salman 
Savəcinin hicri 709-cu ildə (1309-1310-cu illər) anadan 
olduğunu qeyd etmişdir ki, bu rəqəmlər də  şairin təvəllüd 
tarixinin daha dəqiq müəyyənləşdirilməsi baxımından maraq 
doğurur. 
Bu barədə mülahizə yürütmək üçün biz, hər şeydən əvvəl, 
şairin bilavasitə öz əsərlərinə müraciət etməliyik. Məlumdur ki, 
orta  əsr  şəraitində yaşayıb-yaratmış  hər hansı bir sənətkarın 
həyatı  və yaradıcılığını öyrənmək üçün ən yaxşı  mənbə onun 
əsərləridir. 
Yuxarıda qeyd etdiyimiz kimi, Salman Savəcinin təvəllüd 
tarixi əsasən onun «Fərağnamə» poemasının «Yazılma səbəbi» 
hissəsi  əsasında müəyyənləşdirilir. Salman «Fərağnamə» 
poemasının «Oğluma nəsihət» hissəsində yaşının 61-i keçdiyini  
qeyd etmişdir: 
 
 رد ﻚﻳ و ﺖﺼﺷ زا ﻢﻝﺎﺳ نﻮﻨآ
ذﮔ
 رد ﻰﻤه ﻢﻃﺎﺸﻧ طﺎﺴﺏ          ﺖﺷ
ذﮔ
    ﺖﺷ
       (77, 282а). 
(Yaşım indi altmış    birdən keçdi, şadlıq büsatım da məni 
tərk etdi). 
 
XV  əsr müəlliflərindən Kəmaləddin  Əbdürrəzzaq 
Səmərqəndi (1413-1483) (125, 312-313), Mirxand (1433-1498) 
(129, IV c., 190), Xandəmir (1475-1533-35-ci illər) (113, III c., 
81) S.Savəcinin həmin  əsəri hicri tarixi ilə 761/62-ci illərdə 
(1360/61-ci ildə) qələmə aldığını göstərirlər. 
S.Savəcinin 700-cü hicri tarixində (1300-cü il) təvəllüd 
tapdığını göstərən müəlliflər  Əbdürrəzraq Səmərqəndinin 
«Mətlə-e sədeyn» (125, 312-313), Qiyasəddin Xandəmirin 


 
33
1522/23-cü illərdə qələmə aldığı «Həbibüs-siyər» (113, III 
c., 81) və Mirxandın «Rövzütüs -səfa» (1474-cü il) (129, IV c., 
190)  əsərlərinə istinad edirlər. Belə ki, tarixi mənbələrin 
müəlliflərinin qeyd etdiklərinə görə, Sultan Üveys Bağdad 
hakimi Sultan şah Xazənin oğlu Bayram bəylə yaxın dost idilər. 
Hicri 761-ci ildə (1361-ci ildə) Təbrizdə  şərab məclislərinin 
birində aralarına mübahisə düşür, Bayram bəy Sultan Üveysdən 
inciyir, məclisi tərk edərək Bağdada gedir. Adlarını sonda 
çəkdiyimiz təzkirə müəllifləri iki dost arasındakı ixtilafın 
yaranma tarixini dəqiq göstərmişlər. Məsələn, S.Savəcinin 
dövrünə daha yaxın və mötəbər tarixi mənbələrdən biri 
«Rövzətüs-səfa»nın müəllifi Mirxand Xavəndşah yazırdı: 
«Sultan  şahın oğlu Bayram bəy padşahın /Sultan Üveysin/ 
ayrılmaz dostu idi. Şərab məclislərinin birində  məclis iştirak-
çıları ilə mübahisə zamanı aralarına inciklik düşdü, Sultan onu 
Bağdada göndərdi, bir-birindən ayrı düşdülər. Zeynəddin bin 
Həmdullah Qəzvini (40, 33-34) və Mirxand Xavəndşahın 
«Rövzət üs-Səfa» (129, IV; 190) məlumatlarına görə, Xacə 
Salman Savəci «Fərağnamə»ni bu zaman qələmə almışdır». 
Beləliklə, əgər bu əhvalat 761-ci hicri ilində baş veribsə və 
şair həmin il yaşının 61 olduğunu qeyd edirsə, deməli, onun 
XIV  əsrin əvvəllərində – 1300-cü ildə anadan olduğunu qəbul  
edə bilərik. 
Salman Savəci 1362-ci ildə tamamladığı «Cəmşid və 
Xurşid» poemasında özünün 50 il sarayda xidmət etdiyini 
göstərirsə, deməli,  şairin  ən azı 12-13 yaşlarından saray 
həyatına gəlməsi və  bəlkə  də atasının yanında kargüzarlıq 
işlərində xidmət etdiyini nəzərdə tutmasını ehtimal etmək doğru 
olardı. Digər tərəfdən Salmanı Yaxın  Şərq  ədəbiyyatında 
məşhurlaşdıran səbəblərdən biri də onun vəzir Qiyasəddin 
Məhəmmədə ithaf etdiyi «xaricdivan» məsnu (yəni bir şeir 
daxilində  həmin  şeirin ayrı-ayrı altından xətt çəkilən sözlərin 
 
34
hesabına düzələn yeni süni şeir formaları  və s.) olmuşdur.
*
 
Məlum olduğu üzrə, Salman Savəci həmin qəsidəni 1335-ci 
ildə  vəzirin qətlinə  qədərki bir vaxtlarda yüksək sənətkarlıqla 
yazılan,  şairi öz dövründə, həm də sonrakı dövrlərdə  məşhur-
laşdıran və Yaxın  Şərq  ədəbiyyatında onun adını ölməz 
sənətkar kimi əbədiləşdirən son əsrlərdə də yaşadan bu qəsidəni 
qələmə almışdır. Yüksək  şeiriyyətlə yazılan həmin qəsidəni 
Salmanın, təbiidir ki, gənc yaşlarında 22-23 yaşlarında yaza 
bilməsi də az ehtimal doğurur. Bu xüsusda digər gələcək 
qeydlərimizdə S.Savəcinin təvəllüd tarixinin 1300-cü ildən on 
illərlə əvvələ  təsadüf edə biləcəyini iddia edənlərə, xüsusilə də 
mərhum  İran tədqiqatçısı  Rəşid Yasəmiyə heç vəchlə haqq 
qazandıra bilmirik. 
Salman Savəcinin Savədə, yaxud Təbrizdə anadan olduğu 
barədə    hələlik  əlimizdə tutarlı  əsas yoxdur. Lakin saray 
məmuru atası Əlaəddin Məhəmməd Savəcinin öz ailəsini uzaq 
Savədə deyil, bəlkə Təbrizdə saxlaması ehtimalı da istisna edilə 
bilməz. Lakin məlumdur ki, Salman daim atası Xacə Əlaəlddin 
Savəcinin qayğısı və nəzarəti altında böyümüş, onun sayəsində 
elm və təhsil qazana bilmişdir. 
Şairin ata-baba vətəni Savə son vaxtlar Azərbaycan tarixi 
və etnoqrafiyasına dəyərli bir hədiyyə kimi qiymətləndirə 
biləcəyimiz Azərbaycan Milli Elmlər Akademiyasının 
akademik Z.M.Bünyadov adına  Şərqşünaslıq  İnstitutunun 
əməkdaşları Tağıyeva  Ş., Rəhimli  Ə. (Bije) (38) tərəfindən 
hazırlanmış «Güney Azərbaycan» kitabında və  «İran 
coğrafiyası»nda haqqında məlumat verilən,  ərazi bölgüsünə 
görə Güney Azərbaycanın ərazisinə daxil olub, qədim türk tay-
faları – qacar, şahsevən, əfşar, qaşqay, baharlı, xələc, tərəkəmə, 
qaragözlü, şəqaqi və s. məskunlaşdığı qədim yaşayış məntəqəsi 
olub,  ətraf kəndlərinin  əhalisinin də  əksəriyyət etibarilə 
                                                 
*
 Бу барядя бир даща нювбяти фясилдя бящс едяъяйик. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə