Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   2   3   4   5   6   7   8   9   ...   54

 

yaratmış Azərbaycan  şairlərinin  ədəbi irsinin türk bədii 
düşüncəsinə bağlılığını, bu zəmində xüsusi bir məktəb kimi 
formalaşdığını sübut etməyin düzgün yolu poetik sistem 
fərdiliyini tədqiq etməkdir. Müxtəlif dillərdə mövcud olan 
mənbələri təhlilə  cəlb etməklə Salman Savəcinin Azərbaycan 
şairi olduğunu dövriyəyə gətirməkdir.    
 
 
8
 
I   F Ə S İ L 
 
SALMAN SAVƏCİ HAQQINDA  
MÖVCUD OLAN MƏXƏZLƏR. 
ŞAİRİN İCTİMAİ-ƏDƏBİ MÜHİTİ  
VƏ HƏYATI 
 
1.1. Salman Savəci ilkin qaynaq  
və araşdırmalarda 
 
Türk xalqlarının, ümumiyyətlə Yaxın  Şərqin həyatında 
mədəni rol oynayan Azərbaycan xalqı  həmişə öz müstəqilliyi, 
dövlətçiliyi,  ərazi bütövlüyü uğrunda mübarizə aparmış, lakin 
onun bu mübarizəsi hər hansı bir zamanın müqavimətinə rast 
gəlmiş, böyük ədəbi simalar yadellilərin hakim dövlət dilinin 
qurbanları olmuş, bir parça çörək üçün, yaxud əsərlərinin geniş 
yayılması xatirinə o dildə yazıb-yaratmağa məcbur olmuşlar. 
Yaxın  Şərq  ədəbiyyatının inkişafında mənşəcə azər-
baycanlı olan sənətkarların şübhəsiz ki, böyük tarixi xidmətləri 
olmuşdur. Ancaq çox təəssüf ki, onlar çox vaxt öz milli 
ədəbiyyatımızdan təcrid olunmuş,  ədəbi irsi lazımi səviyyədə 
araşdırılıb yayılmamışdır. Bu ədəbi simalar dərindən 
öyrənilmədən milli ədəbiyyatımızın tarixi inkişaf təkamülü 
haqqında aydın bir təsəvvür yaratmaq mümkün deyil. 
Azərbaycan  ədəbiyyatının  ən parlaq simalarından 
Əfzələddin Xaqani (1126-1199), Nizami Gəncəvi (1141-1209) 
kimi  şairlər bu ədəbiyyatın çiçəklənməsinə böyük xidmətlər 
göstərmiş, onun ən dəyərli incilərini yaratmış, öz zəmanəsində  
və sonralar da çoxlarına örnək olmuş, əksər sənətkarlar onların 
şeir yaradıcılığından faydalanmış, şeirlərinə iqtibas və nəzirələr 
yazmışlar. Nizami ədəbi məktəbinə daxil olan belə 
şəxsiyyətlərdən biri də XIV əsrin istedadlı Azərbaycan  şairi 


 

Salman Savəcidir. 
Salman Savəcinin bədii irsinin öyrənilməsi Azərbaycan 
ədəbiyyatında yeni bir ədəbi simanın tanıdılması, digər tərəfdən 
də böyük Nizami ədəbi məktəbinin XIV əsrdəki 
davamçılarından birini müəyyənləşdirmək cəhətdən faydalıdır. 
«XIV  əsrdə gur inkişaf yoluna qədəm qoyan Azərbaycan 
intibah mədəniyyətinin (29, 183) daha bir görkəmli 
nümayəndəsi kimi yetişməsində Nizami ədəbi irsinin Salman 
Savəci yaradıcılığına güclü təsiri ol-muşdur». 
Müstəqil Respublikamızda xalq hakimiyyətinin 
qələbəsindən sonra klassiklərimizin əsərlərinin tədqiqi, nəşri və 
təbliği, onların mütərəqqi fikirlərinin şərh və izah edilib xalqa 
çatdırılması üçün geniş  şərait və im-kanlar yaradılır, böyük 
əməli tədbirlər həyata keçirilir. 
Dahi Azərbaycan  şairi Nizami Gəncəvinin anadan 
olmasının 850 illik yubileyinin keçirilməsi barədə Respublika 
hökumətinin qərarı ümummilli və bəşəri əhəmiyyətə malikdir. 
Böyük Nizaminin dünya ədəbiyyatında xüsusi mövqeyə 
malik sənətkarlığının, onun qabaqcıl ideya-larının, Yaxın və 
Orta  Şərq xalqlarının mədəniyyət tarixində  ədəbi məktəb 
yaratmış ecazkar təsir qüvvəsinə malik söz sənətinin 
öyrənilməsi və tədqiqi Azərbaycan şərqşünaslıq elminin həmişə 
diqqət mərkəzində dayan-mışdır. 
Nizami  əsərlərinin tədqiqi, təbliği, nəşri işinə ömrünün 
uzun illərini sərf etmiş professor M.Əliza-dənin qeyd etdiyi 
kimi, «Nizaminin misilsiz əsərləri, onun qabaqcıl ideyaları 
böyük sürətlə Yaxın və Orta Şərqə yayılaraq, bir çox xalqların 
ədəbiyyatının inkişafına müsbət təsir göstərmiş  və bu ecazkar 
təsir öz qüvvəsini əsrlər boyu saxlamışdır» (1, 106). 
Nizami  ədəbi irsi və onun davamçıları barədə dünya 
nizamişünaslığına qiymətli hədiyyələr bəxş etmiş görkəmli 
şərqşünas alimlərdən Y.Bertels, H.Araslı, M.Əlizadə, R.Əliyev, 
Q.Əliyev, Azadə R., habelə nizamişünas alimlərdən  Ə.Səfərli, 
 
10
X.Yusifli, M.Kazımov və b. elmi-tədqiqat  əsərləri öz elmi-
nəzəri səviy-yəsi ilə seçilir. 
Adlarını  çəkdiyimiz müəlliflərin böyük mütəfəkkir  şair 
haqqında söylədikləri fikirlər nizamişünaslıqda xüsusi 
əhəmiyyət kəsb etmiş, eyni zamanda şairin  ədəbi məktəbinin 
sonrakı davamçılarının həyat və yaradıcı-lıqlarının 
öyrənilməsində böyük rol oynamışdır. 
Nizami  ədəbi məktəbinin davamçıları olan Yaxın və Orta 
Şərq  şairlərinin dahi sənətkarın yalnız qələmə aldığı 
mövzulardan, onun səpk və üslubundan, bədii quruluş və ifadə 
vasitələrindən istifadə etməklə öz orijinal ədəbi simalarını 
parlatmış, bu məktəbin  əzəmətini və  təsir dairəsini 
genişləndirmişlər. Nizami ədəbi məktəbinin ümumdünya 
əhəmiyyəti bir də ondadır ki, şairin yaratdığı  məktəb dünya 
ədəbiyyatına yeni və mütərəqqi ideyalar gətirmişdir. Ona görə 
də Nizami ədəbi məktəbinin davamçılarından bəhs edərkən ilk 
növbədə Nizaminin Yaxın  Şərq  ədəbiyyatna gətirdiyi 
mütərəqqi ideyaların xələflərinin  əsərlərində davam və 
inkişafını izləmək çox zəruri və  məqsədəuyğundur. 
«Xəmsə»dən gələn intibah ideya və fikirlərin, ümumbəşəri 
bədii və fəlsəfi kəlamların Yaxın və Orta Şərq ədəbiyyatında öz 
inikasını tapması, hər şeydən öncə Nizami təsiri ilə izah oluna 
bilər.
*
 Bu baxımdan Salman Savəci yaradıcılığı da öz ideya-
bədii məzmunu ilə fərqlənir, yeni məna daşımaqdadır. 
Nizami Gəncəvinin Salman Savəciyə təsirini tədqiq etməyi 
qarşımıza məqsəd qoymasaq da, yeri gəldikcə bu barədə öz 
mülahizələrimizi irəli sürməyi məqsədəuyğun sayırıq. Burada 
tədqiqatçıların kifayət qədər öyrənmədiyi Salman Savəcinin 
həyat və yaradıcılığı, epik əsərləri, xüsusilə onun Nizami 
                                                 
*
 ХЫВ-ХВЫ ясрлярдя фарсдилли ядябиййатда нязирячилик яняняляри 
барядя бах: М.Д.Кязимов. «Хафт пейкар» Низами и традиция  назире в 
персоязычной литературе XIV-XVI вв.  Баку: Элм, 1987, 204 с. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə