Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 
27
böyük rol oynayırdı. Dövrünün görkəmli sənətkarlarından 
Übeyd Zakani (vəfatı 1370/71-ci illər),  Şərəfəddin Rami, 
Hafiz  Şirazi (1300-1390), Salman Savəci (1300-1377), 
Əssar Təbrizi (1325-1390) və başqaları paytaxta üz 
tutmuş, yaxud dəvət olunmuşdular (75, III c.,  27). 
Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 
1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin 
Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran 
(1357-ci il) Təbriz  əhalisinə kömək məqsədilə oraya gəlir, 
Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmiz-
ləyir (2, 205); Azərbaycan, Aran, Muğan,  Şirvan cəlayirilərin 
nüfuzu altına keçir. Təbriz cəlayirilər dövlətinin paytaxtı oldu. 
Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı  ərazi), 
Ərəb  İraqı, Fars İraqı, Ermənistan və  Şərqi Anadolu daxil idi. 
Qarabağ  ərazisi isə köçəri Cəlayiri  əyanlarının qışlaq yerinə 
çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın 
əzəməti artdı (2, 152-153). 
Cəlayiri Üveysin hakimiyyəti illərində feodal 
müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında 
müəyyən dərəcədə dirçəliş,  şəhərlərdə  bərpa işləri başlandı. 
Akademik  Ə.Əlizadə Üveysin dövründə  cəlayirilər dövlətinin 
genişlənməsi və möhkəmləndiyini qeyd edərək yazırdı ki, 
«Şeyx Üveysin hakimiyyəti illərində Azərbaycanda bir 
canlanma yaranmış,  əhalinin sayı çoxalmışdı. Təbrizlə yanaşı 
ticarət yolunun üzərində olan başqa  şəhərlər də  əhəmiyyətli 
dərəcədə inkişaf etmişdi» (44, 322-327). 
Sultan Üveys dövründə bir tərəfdən Bağdad və  Təbriz 
arasında, digər tərəfdən, Misir və başqa şəhərlər arasında siyasi, 
iqtisadi  əlaqələr bərpa edilirdi. Hətta uzaq Misir sultanlığı ilə 
müqaviləyə  əsasən oraya səfirlər göndərilir, ticarət və  mədəni 
əlaqələr yaranırdı. Sultan Üveys Təbriz ilə Trabzon arasında 
qədim ticarət yolunun açılmasında, Azərbaycanla ticarət 
əlaqələrinin  genişlənməsində səy göstərirdi (75, III c.,  27, 28). 
 
28
XIV  əsrin  əvvəllərində  Təbrizdə  təsis edilmiş «Dar-üş 
şəfa» mədəni mərkəz kimi elm və müxtəlif sənət sahələrinin 
inkişafında  əhəmiyyət kəsb edirdi. Məhəmməd Hinduşah 
Naxçıvaninin «Dəstur-əl-katib fi təyini  əl-məratib» və bu 
dövrün digər Azərbaycan tarixçilərinin  əsərlərində ölkədə baş 
verən siyasi-ictimai hadisələr və  mədəni inkişaf Azərbaycanın 
mədəni həyatında öz inikasını tapırdı. Musiqi, təsviri incəsənət 
sahəsində mühüm nailiyyət  əldə edilirdi. Hüsnxət sənəti geniş 
yayılmışdı. Bütün kitabları  xəttatlar gözəl xətlə köçürüb 
yazırdılar. Təbrizdə böyük bədii hüsnxət məktəbi yaranmışdı 
(2, 214). Mahmud Şəbüstəri (1287-1320), Marağalı  Əvhədi 
(1274-1338), Salman Savəci (1300-1377), Fəzlullah Nəimi 
(1339-1394), Qazi Əhməd Bürhanəddin (1344-1398), Əssar 
Təbrizi (1325-1390), Arif Ərdəbili (XIV əsr),  İmadəddin 
Nəsimi (1369-1417) və başqaları öz dövrünün görkəmli filosof 
və şairləri kimi şöhrət tapmışdılar. 
Nizami məktəbinin yeni-yeni davamçıları meydana gəlirdi. 
Yuxarıda adlarını xatırladığımızdan  şirvanşahlar sarayında 
müəllimlik edən  ərdəbilli Arif «Fərhadnamə», Salman Savəci 
«Cəmşid və Xurşid» (1362) poemalarını Nizami Gəncəvinin 
«Xosrov və Şirin»inə cavab yazmış, Xacu Kirmani Nizaminin 
«Xəmsə»si müqabilində özünün «Xəmsə»sini yaratmış,  Əssar 
Təbrizi böyük şairin yaradıcılığından bəhrələnərək «Mehr və 
Müştəri» kimi gözəl sənət  əsərini qələmə almışdı.  İbn Yəmin 
Fəryumədi, Hafiz Şirazi, Xacu Kirmani, habelə,  İraqi, Übeyd 
Zakani, Nizari Qöhestani  (1247-1320) Cəmali Təbrizi (XIV-
XV  əsrlər) və b. kimi bədii söz ustaları farsdilli ədəbiyyatın 
çiçəklənməsinə böyük xidmət göstərirdilər. 
Prof. M.D.Kazımov ilk dəfə olaraq Azərbaycanın orta əsr 
şairlərindən Cəmali Təbrizinin poetik irsi, «Xəmsə»si, buraya 
daxil olan poemalarının ideya-mövzu əsasları, onların bədii 
xüsusiyyətləri, eyni zamanda Nizami ədəbi məktəbinin XIV-
XVI  əsrlərdə davamçıları barədə  ətraflı  məlumat vermişdir 


 
29
(57). 
 
 
1.3. Həyatı 
 
Yaxın Şərq xalqları ədəbiyyatı tarixində Salman Savəci adı 
ilə tanınmış  və  məşhur olmuş  şairin  əsl adı  Məhəmməd, 
təxəllüsü Salman, ləqəbi Cəmaləddin, nisbəsi Savəcidir (79, 
575) (109, III c., 152). Salman Savəci h. 700-cü ildə – 1300-cü 
ildə Təbriz şəhərində anadan olmuşdur. 
Salmanın atası  mənşəcə Savə türklərindən olan Xacə 
Əlaəddin Məhəmməd Savəci ömrü boyu 1258-ci ildə 
yaradılmış monqol mənşəli Hulaku hökmdarlarından Qazan 
xan (1295-1304) və  Əbu Səid (1316-1335) dövründə  Təbriz 
sarayının vəqf idarəsində mühasiblik etmiş, sarayın nüfuzlu 
adamlarından hesab  olunmuşdur. 
İran  ədəbiyyatı  tədqiqatçısı,  şair, Tehran universitetinin 
tarix müəllimi olmuş Rəşid Yasəmiyə görə, (vəfatı 1330 h.ş. – 
1951 m.) Salmanın atası  Əlaəddin Məhəmmədin saraya 
xidmətə düzəlməsində saray vəzirlərindən Xacə  Sədəddin 
Savəcinin, ya da Rəşidəddin Fəzlullahın vasitəçiliyi istisna 
edilmir. Lakin zənnimizcə,  Əlaəddin Məhəmmədin saraya 
xidmətə gətirilməsində ən çox sarayın nüfuzlu vəziri Sədəddin 
Savəcinin qohumluq əlaqəsi olmuş, yaxud bir həmyerlisi kimi 
ona yaxından köməklik etmişdir. Məlumat üçün deməliyik ki
vəzir Sədəddin Savəci ulcaytuların sarayına yol tapmış daş-qaş 
taciri savadsız Tacəddin  Əlişahın xəyanətinin qurbanı oldu; h. 
711-ci ildə (1312-ci m.) Bağdad yaxınlığındakı Mohəvvəl 
kəndində edam olundu (109, III c., 320). Xacə Tacəddin Əlişah 
digər nüfuzlu vəzir Rəşidəddin Fəzlullahın da xəyanət yolu ilə 
qətlə yetirilməsinə nail oldu. O, Rəşidəddin kimi güclü 
rəqibinin qətlindən sonra şadlığından hədiyyələr bağışlayır, 
ənamlar verirdi. Elə həmin il - h. 718-ci ildə –1319-cu ildə) hər 
 
30
biri min misqal vəznində iki qızıl halqanı  rəqibləri üzərində 
qələbəsinin nişanəsi olaraq asılmaq üçün Kəbəyə göndərdi 
(109, III c., 328-329). 
İndiyədək Salman Savəcinin milli mənsubiyyəti, dolğun 
tərcümeyi-halı,  ədəbi mühiti, zəngin  ədəbi irsi, yaradıcılığının 
təsir dairəsi  ətraflı surətdə  bərpa olunmamış, Yaxın və Orta 
Şərq xalqları, xüsusilə Azərbaycan  ədəbiyyatındakı mövqeyi, 
əsərləri elmi cəhətdən araşdırılıb lazımınca tədqiq 
edilməmişdir. 
Son dövr Azərbaycan tədqiqatçılarından az miqdarı  şairin 
adını digər şəxsiyyətlərə aid məqalə və yazılarında ötəri olaraq 
azərbaycanlı  şair kimi yad etsələr də, bütövlükdə S.Savəcini 
Azərbaycan  ədəbiyyatında milli şair kimi tanıtdırmağa səy 
göstərməmişlər. Odur ki, Salman Savəci kimi istedadlı  şair 
mənsub olduğu xalqının  ədəbiyyatında öz layiqli yerini 
tapmamışdır. Ona görə  də bu mühüm elmi əhəmiyyəti olan 
məsələ üzərində dayanmağı zəruri  hesab  edirik. 
Salman mənşə etibarilə saray məmuru zümrəsinə  mənsub 
olmuş, təmsil etdiyi təbəqənin mənafeyi, maraq dairəsi onun 
yaradıcılığında müəyyən mənada öz əksini də tapmamış 
deyildir. 
Şair əvvəlcə hülakilərin Təbriz sarayında, sonralar isə xeyli 
müddət Cəlayiri hökmdarlarının paytaxtı Bağdad  şəhərində 
yaşayıb-yaratmışdır. 
Teymurilər dövrünün görkəmli təzkirə müəllifi Dövlətşah 
Səmərqəndi (vəfatı 1494-95-ci il) /73, vər. 282a/, /123, III c., 
193/, I Şah Abbas Səfəvi dövründə yaşamış  məşhur təzkirəçi 
Təğiəddin Kaşi (təvəllüdü 1539/40-cı illər) (79,  575), 
coğrafiya və  məşhur  şəxsiyyətlərin həyatı barədə  qələmə 
alınmış «Həft iqlim» (1593-94) kitabının müəllifi Əmin Əhməd 
Razi (66, 529) və digər orta əsr təzkirəçilərin məlumatına görə, 
Salman ilk təlim-tərbiyəsini atasından almışdır. Dövlətşah 
Səmərqəndi göstərir ki, «Salmanın nəslinə sultanlar həmişə 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə