Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə15/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

54 
Parkda çoxlu kanal və süni göllər var. 
Palıd ağacdır, 600-dən çox növü var. Yer kürəsinin əsasən 
Şimal yarımkürəsində bitir. Cənub sərhədlərində 
yayılması tropik yüksək dağlıq ərazilərdə müşahidə 
edilir. Bir neçə növünə ekvatordan cənub istiqamətindəki 
ərazilərdə də rast gəlmək olar. Palıdı qozasına görə 
tanıyırlar, əslində onlara qoz da deyirlər. İngilis 
folklorunda Kral Padub və Kral Dub (Palıd) kimi 
personajlar vardır ki, bunlar ili iki yerə bölürlər, hər biri 
öz mövsümündə ağalıq edir. Bir zamanlar gəmilərdən 
Virciniya palıdından hazırlanmış top mərmiləri atılırdı. 
Fransada elə bir nəhəng palıd ağacı var ki, içində üç 
metr yarımlıq balaca bir otaq düzəldiblər. Deyirlər, bu 
palıdın 2000 ilə yaxın yaşı var. Palıdı həm də Peru ağacı 
adlandırırlar. Karpat slavyanları hələ bütpərəstlik 
dövründə inanırdılar ki, palıd ağacı dünya ilə birlikdə 
yaranıb. Polesyedə belə bir ənənə var: ailədə oğlan uşağı 
doğulanda palıd ağacı əkirlər. 
İqnatiy Domeyko (1802-1889) geoloqdur, Çili tədqiqatçısı 
olub. Ömrünün əsas hissəsini Latın Amerikasında 
yaşayıb. And dağlarının, Atakama səhralarının və Çilinin 
cənubundakı Araukani əyalətinin geoloji-mineroloji 
xüsusiyyətlərini öyrənib. Santyaqoda Universitet rektoru 
olub. Onun adına domeykit mineralı, bənövşə və 
həmçinin Araukanidə şəhər adı var. 
Yevstafiy Tışkeviç (1814-1873) tarixçi, arxeoloq, ölkəşünas 
olub. O, Belarus elmi arxeologiyasının banilərindən 
biridir. Qolşan, Druçk, Zaslav, Sluçk, Minsk, Mir 
əyalətlərindəki qədim şəhərlərin tarixini öyrənmişdir. 
Mikola Kaspereviç (1900-1937), məşhur Belarus ölkəşünası, 
bir çox tədqiqat kitablarının müəllifidir. 1920-ci illərdə 
Mərkəzi ölkəşünaslıq Bürosunun təşkilatçılarından biri 
olmuşdur. 
 


55 
 
Maksimka Latın Amerikasını...  
kəşf edir 
 
Yeni peyzajlar. Maksimka anladı ki, Belarusdan 
çox-çox uzağa – Latın Amerikasına düşüb. Palıd 
ağacında ağacdələnlə tanışlıq. 
 
 
im  bilir  nə  qədər  vaxt  ötdü,  amma  oğlanın 
qarşısındakı aləm ona tamamilə tanış olmayan bir 
məkan  idi.  Elə  bil  burda  da  həmin  günəşdir. 
Belarusdakı  kimi  burda  da  mavi  səma  var.  Və  burdakı 
palıdlıq  da  Qomel  və  ya  Brestdəkindən  heç  də  pis  deyil. 
Lakin  yenə  də  nəsə  düz  gəlmir...Enliyarpaq  otlar 
Maksimkanın  atasının  boyundan  da  hündürdür.  Burdakı 
qəribə  tünd-qəhvəyi  və  məxməri  qanadlı  və  açıq-qırmızı 
zolaqlı  qəşəng  quşlar  bizim  kəpənəklərə  oxşamır...  "Ay 
səni,  axı  bu,  gün  kəpənəyidir,  Latın  Amerikasında  olur! 
Daha dəqiqi Peruda!.. Görəsən bu kəpənəklər bizə okeanı 
addayıb  gəliblər?  Bəlkə?.."  Maksim  dalısını  düşünə 
bilmədi, gözü qəflətən palıda oxşamayan bir ağaca sataşdı. 
Onun  qarşısındakı  nə  şam  idi,  nə  də  ağcaqayın  ağacı, 
sadəcə adi... hə, palmaydı. Yuxarı dümdüz uzanan ağacın 
başında  yaşıl  tac  vardı.  Yarpaqları  arasından  gün  şüaları 
düşürdü, orda bir neçə iri kokos ağacı da vardı. 
Yeni  mənzərələr  onu  heyrətə  gətirmişdi.  Maksim 
artıq başa düşürdü ki,  Belarusa uçub  gələn  gün  kəpənəyi 
deyil, əslində o, özüdür buraya gələn, heç məlum da deyil 
necə  olub  ki,  o,  Latın  Amerikasına  düşüb.  "Axı  bu  necə 
olub?"-Maksimka ətrafdakı heyrətamiz şeyləri görüb suala 
cavab tapmaq istədi. Ağzını açmamışdı ki, mavi və günəşli 


56 
yaşıllıqla  dolu  işıqlı  sükutu  iti  tıqqltılar  pozdu-ağacdələn 
idi, palıdın budağında oturmuşdu. 
Maksim  bu  12  qanadı  olan  güclü  quşun  belinə 
heyrətlə baxdı; qüvvətli əzələləri xatırladırdı. Görünür, elə 
bu  əzələlər  də  ağacdələnə  palıd  ağacının  möhkəm 
qabıqlarını  deşməkdə  kömək  edir.  Az  sonra  quş  susdu, 
başını  yellətdi.  Sonra  yenə  dimdiyi  ilə  tıqqıldatmağa 
başladı,  təxminən  on  iki  dəfə,  bəlkə  də  çox,  iti  dimdiyi 
ağac  qabığına  dəyirdi.  Maksimka  düşündü:  "Sevgi 
ruladasının
1
 ritmləri də belədi". 
Maksimka  tilsimə  düşmüş  kimi  gözlərini  quşa 
zilləmişdi. Belə bir görüşü heç vaxt gözləməmişdi. Yalnız 
bircə  dəfə  canlı  ağacdələn  görmüşdü.  Ötən  il  Mərkəzi 
Botanika  bağında  açılmış  quş  yetişdirmə  məntəqəsində. 
Otaq  böyüklüyündə  olan  bir  qəfəsdə  şüvüllərin  üstündə 
iki-bir,  üç-bir  quşlar  oturmuşdu.  Qəfəsdən  qəfəsə  keçib 
baxarkən atası onu ağacdələnlərlin hər biri ilə tanış edirdi. 
O zaman şəhərin quşyetişdirmə məntəqəsində əllidən çox 
ağacdələn  vardı.  Hətta  Şam,  İmperator  ağacdələnləri  də 
gətirib 
yığmışdılar 
qəfəslərə... 
Hələ 
Ağburun, 
Qırımızıhalqalı  və  digər  ağacdələnlər  də  vardı,  bəziləri 
nadir  növlərdən  idi,  Yer  üzündə  bəlkə  də  bir-iki  nüsxə 
olar,  ya  olmazdı.  Orda  Belarus  gözəlçə  ağacdələnləri  də 
vardı-Ağbelli, Yumşaqtüklü, Yaşıl və digər ağacdələnlər... 
Orda Palıd Ağacdələnləri də vardı, bax elə indi  onlardan 
biriylə görüşmək ona nəsib oldu. 
Palıd  ağacdələni  Maksimkaya  baxdı.  "Niyə  mənə 
belə qəmli-qəmli baxırsan?"-ağacdələn sanki dimdiklərini 
ağac  qabığına  tıqqıldada-tıqqıldada  soruşurdu.  "Görünür, 
qəribsən,  hə?".  Bax  bu  tıqqıltılı  sualları  Maksimka  necə 
başa  düşsün,  hə?  Təsəvvür  edin  ki,  başa  düşdü.  Oğlan 
anladı  ki,  quş  məhz  ona  müraciət  edir.  Lakin  hansı 
                                                 
1
 rulada: melodiyanın mahiranə surətdə ifa edilən hissəsi. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə