Maksimkanin vətəndə və digər ölkələrdə


Palıd qozası meşə sakinlərinə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

47 
 
Palıd qozası meşə sakinlərinə  
necə ev qurdu 
 
Qızılı palıd qozası ilə görüş. 
"Alba"ya baş çəkmək təklifi. Maksimka yuxuda 
Duboviklə tanış olur. Havanalı filatelistin yeni 
ideyası: Kuba poçt markalarında belarus 
tədqiqatçıları. 
 
 
azar  günləri  atası  Nesvijə  getməyi  təklif  etdi. 
Razılaşmışdılar  ki,  şənbə  gnü  səhər  tezdən  yola 
çıxsınlar.  Maşını  evdə  qoymağı  qərara  almışdılar. 
Paytaxtdan  kənara  "hava  tramvayı"  ilə  gedəcəkdilər. 
Əlbəttə,  çox  sürətli  olmasa  da,  şüşə  vaqoncuqda,  özü  də 
yüz metr hündürlükdə getmək adamın xoşuna gəlir. Sübh 
çağı  yuxarıdan  şəhərə  tamaşa  edirsən.  Şəhər  rəhbərləri 
fikirləşirdilər  ki,  bu  hava  tramvaylarını  artıq  çoxdan 
yığışdırmağın  vaxtıdır,  onları  daha  müasir  nəqliyyat 
vasitələri  ilə  əvəz  etmək  lazımdır.  Həm  də  axı  şəhər 
camaatı  o  nəqliyyat  vasitəsindən  artıq  çox  nadir  hallarda 
istifadə  edirdilər..  Buna  baxmayaraq  belə  bir  səyahət 
adama məmnunluq gətirirdi. 
Şəhərdən  kənarda  Maksimka  atasıyla  birgə  məftil 
yola  çıxmalıydı.  Məftilli  yol  artıq  bir  neçə  il  idi  ki, 
fəaliyyət  göstərirdi.  Çoxları  hündür  dor  ağacları  arasına 
birləşdirilən  polad  məftillər  üstündə  sürətlə  hərəkət  edən 
balaca  vaqonlara  həyəcansız  baxa  bilmirdi.  Dor 
ağaclarının durduğu yerlərdə yol bir qədər yuxarı qalxırdı. 
Məftil  xırda  oxun  üstünə  pərçimlənmişdi.  Belə  təsəvvür 
yaranırdı  ki,  bu  relslərin  birləşdiyi  nöqtədir.  Vaqoncuq 
adətən  bu  yerdən  keçəndə  silkələnirdi,  sonra  yenidən 


48 
məftil  yoldakı  kimi  rəvan  sürət  götürürdü.  Zamirdə  bu 
yaxınlarda  dəmiryolu  stansiyası  Qorodey  öz  köhnə  adını 
geri  qaytardı,  burdan  "Muzey  yolu"  başlanırdı.  Köhnə 
dəbli  "Alba"  avtomobilləri  bu  ekskursiya  marşrutu  ilə 
hərəkət  edirdilər.  Onları  yüz  il  bundan  qabaq 
buraxmışdılar.  Avtomobillərin  nazik  təkərləri  demək  olar 
ki,  geniş  qanadları  altında  görünməz  olmuşdu.  Açıq 
kabinənin  uzunsov  yarısı  məhəccərli  baxış  meydançasını 
xatırladırdı.  Günəşli  havada  kabinəni  açıq  çadırla  örtmək 
olardı.  "Alba"nın  mühərriki  günəş  enerjisiylə  işləyirdi. 
Belə  maşınlara  gözəl  Nesvij  parkının  adı  verilmişdi;  bu 
parkın  əsasını  isə  bir  zamanlar  Radzivil  knyazları 
qoymuşdular. "Alba" maşanlarını daha istehsal etmirdilər. 
Lakin bu müddət ərzində bir neçə nümunəsi qalmışdı... 
–  "Alba"da  heç  hara  tələsmək  lazım  gəlməyəcək. 
Gəl Snovski malikanəsinin parkına baş çəkək,-deyə cümə 
günü atası marşrutu belə müəyyənləşdirdi.-Ora elə gözəldi 
ki! Ağcaqayınlar, cökələr, tozağacı xiyabanları... Deyirlər 
hətta 300 yaşı olan palıd da var... 
Maksimka özünü saxlaya bilmədi, soruşdu: 
– O necə olur? 
–  Hündür  və  əzəmətli!  Heç  əllə  də  qucaqlamaq 
olmur! Düz sözümdü. Biz onunla elə ora yaxın bir yerdə 
səhəri  tanış  olarıq...  –  deyə  anası  cavab  verdi  və 
Maksimkaya  "gecən  xeyrə  qalsın!"  deyib  onu  yatmağa 
yolladı.-  Oğlum,  get  yat,  güc  topla,  sabah  bizi  maraqlı 
görüşlər gözləyir. 
 
O,  yatmaq  istəmirdi.  Lakin  Maksimka  itaət  edib 
yataq  otağına  getdi.  Adətən  yatmazdan  qabaq  o,  heç 
olmasa  yarımca  saatlığa  notbuku  açırdı.  İnternetə  girirdi, 
günün  maraqlı  xəbərləri  ilə  tanış  olurdu.  Xüsusilə  idman 
xəbərlərini  oxuyurdu,  təbiət  saytları  ilə  maraqlanırdı. 


49 
Dördüncü  sinifdə  hər  gün  "Təbiəti  qoru"  dərsi  olurdu. 
Müəllimə Oressa Lyubanskaya hər dərsdə demək olar ki, 
bir  neçə  dəqiqəni  vacib  ekoloji  xəbərlər  səhifəsinə  həsr 
edirdi.  Başının  üstünü  təhlükə  alan  bu  və  ya  digər 
heyvanın, bitkinin, ağacın həyatından danışırdı. Bax elə bu 
gün  də  Oressya  Pavlovna  palıd  ağaclarının  həyatından 
danışdı.  Maksimka  öyrəndi  ki,  bəzi  ağaclar  hətta  2000 
ilədək  yaşaya  bilir.  Və  bu  axşam  da  çox  istəyirdi  ki,  bu 
mövzuda  nəsə  oxusun,  "Təbiətin  işığı"  saytına  girsin. 
Lakin  valideynlərini  aldatmaq  istəmədi.  Bundan  başqa, 
axı, sabah o, sübh tezdən durmalıydı... 
Sabahkı Nesvij səyahətinə görə həyəcan keçirsə də, 
Maksimka tez yuxuya getdi. Və yuxu gördü... 
"Dərslərini oxumusanmı?" deyə yuxuda qoca bir kişi 
ondan  soruşdu.  Balacaboy  qoca  nənəsinin  evinin 
yanındakı dükanda oturmuşdu. "Mənə elə gəlir ki, evə heç 
bir  tapşırıq  verilməyib",  -deyə  Maksimka  özünə  bəraət 
verməyə  çalışdı.  "Bax  elə  sənə  elə  gəlir!...Əgər  Oressya 
Pavlovna  sizi  məcbur  eləməsəydi  ki,  ev  tapşırıqlarını 
elektron  gündəliyə  yazasınız,  onda  hesab  edərdin  ki,  heç 
nə  bilmək  lazım  deyil,  hə?..  Amma  mən  sənə  deyirəm-
istəyirsənsə həyatda nəyəsə çatasan, özün, zorsuz-filansız, 
biliyin  ardınca  sürün,  oxu,  öyrən...Kitablarla  yaşa,  axı 
təsadüfi deyil, kitab haqqında tapmaca da var: Tumurcuq 
açılar, ondan yarpaqlar boylanar, kim ki onlara baxar, çox 
şeylər öyrənər. Bax belə, əzizim, indi özündən böyüklərə 
qulaq  as.  Mən  Dubovikəm,  sənə  heç  bir  pis  şey 
arzulamaram... 
"Nə  Dubovik?  Məncə,  sən  nənəmin  qonşusu 
Konstantin babaya oxşayırsan..." 
"Mən  sənin  nənəni  də,  qonşunu  da  tanıyırdım, 
onların atalarını, babalarını da... əcdadlarını da... Ona görə 
Dubovikəm ki, həşəmətli şahanə ağaca nəzarət etmək üçün 


50 
gəlmişəm.  Özü  də  mən  bunu  heç  nəsiz,  könüllü  edirəm. 
Görürəm ki, mənim palıd ağacımı görənlər onun gücüylə, 
əzəməti və həşəmətli fiqurasıyla fəxr edirlər. Heç uşaqları 
demirəm-  onlar  məhsul  dövründə,  yayda,  payızın 
əvvəlində  mənim  qozalarımı  görəndə  necə  sevinirlər, 
atılıb-düşürlər, onlarla oynayırlar!" 
"Palıd qozaları mənim də xoşuma gəlir!.. Olar mən 
də bir qədər bu qozalardan yığım evə aparım? Nə vaxtsa 
mən  atamla  birlikdə  bu  qozalarda  vəhşi  heyvanların 
fiqurlarını  düzəldirdik.  Atamın  Kubadan,  professor 
Ernesto  Rodriqesdən  aldığı  markaların  üstündə  də  bu 
məlumatlar  var.  Atamın  filatelist  dostu  bizə  çoxlu  serial 
markalar  göndərib.  Markalardan  birinin  üstündə  palıd 
qozasından düzəldilmiş meymun fiquru var, o birində qoz 
ağacından düzəldilmiş dəniz xərçənginin, üçüncüsündə isə 
manqo çəyirdəklərindən düzəldilmiş timsahın fiquru təsvir 
olunub.  Hələ  taxıl  dənələrindən  düzəldilmiş  bir 
ağacdələnin təsviri olan marka da var...Lakin bu markaları 
biz  üzərində  Dunin-Qarkoviçin  portreti  olan  Çin  poçt 
markalarına dəyişdik..." 
"Dunin-Qarkoviç kimdir belə? Familyası tanış gəlir, 
sanki belarus familyasıdır... Elə bil məşhur yazıçı Dunin-
Marçinkeviçin familyasına oxşayır..." 
"Bu  meşəbəyidir,  Tobolun  Şimalından,  Şərqi 
Sibirdən  olan  tədqiqatçıdır.  Hə,  belarusdur.  O  Rusiyanı, 
Rusiya-Çin  sərhəd  zonalarını  öyrənmək  üçün  çox  şeylər 
toplayıb. Buna görə də Çin poçtxanaçıları onun xatirəsinə 
hörmət əlaməti olaraq marka buraxıblar. Biz bütöv marka 
blokunu cənab Rodriqesə göndərdik". 
"Axı üstündə belarusun obrazı olan Çin poçt markası 
Kubalı professorun nəyinə lazımdır?" 
"Havanalı 
alimin 
kolleksiyasındakı 
belarus 
bölməsinin  məzmunu  mənə  məlum  deyil,  amma  dəqiq 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə