Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   21   22   23   24   25   26   27   28   29

105 
bir  cəsarət  əsasən  poçt  və  filateliya  ilə  əlaqədar  olan 
tarixçələrdə baş verib. 
–  Belaruslu  oğlan,  mənə  de  görüm  dünyada  ən 
böyük çay hansıdır? 
–  Əlbəttə,  Nildir!  -  Maksimka  dərhal  cavab  verdi.-
Uzun  müddət  hesab  edirdilər  ki,  ən  iri  çay  Amerika 
Missisipisidir... Lakin artıq iki yüz ildi ki, həqiqət məlum 
olub. Nilin uzunluğu 6650 kilometrdir. Ondan sonra gəlir 
Amazonka  çayı-6400  kilometr,  daha  sonra  Yantsızı-6300 
kilometr...Missuridən  başlayan  Missisipinin  uzunluğu  isə 
6275 kilometrdir. 
Düzgün cavab verdiyinə görə oğlan yuxarıya doğru 
uzanmağa  başladı,  artıq  şahzadə  onu  yaxşı  görürdü. 
Mekonın Menslikoviç Zerıxun gülməkdən uğundu. 
– Deməli, sən beləymişsən! Cəsur və sözəbaxmayan 
filatelist və Belarusdan gəlmiş səyyah!.. Nilin nəhəngliyini 
və  uzunluğunu  bilmək  ziyalı  olmağın  əlamətini  göstərir. 
Bir  çox  avropalılar,  bu  sakit  çaya  şübhəylə  yanaşırlar, 
lakin  onlar  elə  bu  çayın  sularında  həyatlarını  itiriblər... 
Yaxşı, növbəti sualı verirəm: De görüm o hansı quşdur ki, 
tikanlı küsdüm ağacında yuva qurur? Sənə hətta bir qədər 
kömək də edə bilərəm... 
Maksimka sağ əlini qaldırb etiraz elədi: 
–  Lazım  deyil...  Şimal-Şərqi  Afrikada  küsdüm 
ağacının üstündə yuva quran quşun adı Nil Qazıdır. Quşu 
həm  də  belə  çağırırlar:  Misir  Qazı.  Amma  qeyd  etmək 
istəyirəm ki, buna təəccüblənmək də lazım deyil. Bu quş 
həmin  ağacın  budaqlarından  yuva  düzəltsə  də,  yuvanın 
içinə özü üçün napnazik çöplər və otlar döşəyir. 
Mekonın  Menslikoviç  Zerıxun  bu  cəsur  səyyahı 
diqqətlə süzdü və gördü ki, oğlan onun gözləri önündəcə 
böyüyür, ehtiram əlməti olaraq azca gülümsədi, dedi: 


106 
–  Maksimka,  sən  yavaş-yavaş  mənim  xoşuma 
gəlirsən. Və ürəkdən istəyirəm ki, sən imtahan suallarının 
hamısına  cavab  verib  udasan.  Onsuz  da  sənsiz  biz  əsl 
həqiqəti  üzə  çıxara  bilməyəcəyik.  Lakin  asan  suallar  da 
olmayacaq. Başqa cür alınmayacaq. Bilərəkdən asan sual 
vermək,  razılaş  ki,  düzgün  deyil.  Bir  yalan  o  biri  yalanı 
doğurur...  Buna  görə  də  asan  suallar  dalınca  qaçmıram. 
Yaxşı,  de  görüm,  bilirsənmi  ki,  bir  zamanlar  belə  bir 
dövlət vardı-Xəlifət?.. 
– Əlbəttə, bilir... 
–  Bu  dövlət  Qərbi  Asiya,  Şimali  Afrika  və  Cənub-
qərbi  Avropada  ərəb  istilasından  sonra  yarandı.  Bizim 
eranın 750-ci ilinə qədər ölkədə yollar şəbəkəsi vardı, bu 
yollarla  səyyahlar  və  xəbərçilər  hərəkət  edərdilər.  Onlar 
piyada, dəvə, qatır, at belində məktub və poçtanı müxtəlif 
ünvanlara  daşıyardılar.  Bağdadın  əsasını  qoyan  Xəlifə 
Mənsur  bu  sözləri  təkrar  eləməyi  xoşlayarmış:  "Mənim 
taxt-tacım  dörd  sütun  üstündə  durub,  hakimiyyətim  isə 
dörd nəfərin çiynindədir..." Və o, dörd nəfərin adını çəkir- 
nöqsansız  qazının,  çevik  polis  rəisinin,  işgüzar  maliyyə 
nazirinin və bir də...Bax o dördüncüsü kim idi? 
– Əlbəttə, rabitə naziri!  Dövləti  yaxşı idarə eləmək 
üçün  Xəlifəyə  informasiya  lazım  idi.  Məlumatları  isə 
nəhəng  məmləkətin  xəbərçiləri  müxtəlif  yerlərdən 
gətirirdilər.  Etibarlı  rabitə  və  poçt  xidməti  olmasa  ölkəni 
idarə eləmək mümkün deyil... 
Cavabdan  dərhal  sonra  Maksimka  böyüdü. 
Doğrudur,  indi  o,  Şahzadənin  yarısı  boydaydı.  Nədənsə 
nənəsinin  xoşladığı  bir  atalar  məsəli  yadına  düşdü:"Elm 
ağlın  açarıdır".  Nənəsi  həm  də  deyərdi  ki,  "elmsiz  adam 
qolsuz  adama  bənzəyir".  Bilik  hər  zaman  kara  gəlir,  ən 
mürəkkəb vəziyyətlərdə belə adamı xilas edə bilir. 


107 
Maksimka  sevindi;  o,  demək  olar  ki,  əvvəlki 
vəziyyətinə  qayıtdı.  Həmin  köynək,  həmin  şalvar  idi 
əynindəki. Hətta krossovkaları da bir balaca toza batmışdı. 
Elə bil heç uzun və çətin yol gəlməyib. Lakin onu hələ bir 
sınaq da gözləyirdi. 
Mekonın  Menslikoviç  Zerıxun  dördüncü,  sonuncu 
sualı verdi: 
–  Əziz  Maksim,  əgər  bu  suala  da  düzgün  cavab 
versən,  biz  bərabər  səviyyədə  danışacağıq...  Bu  dəfə  lap 
asan sual verəcəyəm. Çünki sən özün onu qazandın. Xahiş 
edirəm,  de  görüm,  Efiopiyada  birinci  Olimpiya  markası 
hansı  ildə  buraxılıb?-Efiopiya  şahzadəsi  yenə  güldü.  O, 
Maksimkanın ümumi filatelist maraqları ilə tanış idi. Onun 
Minskili  yaşıdı  onun  özü  kimi  flora  və  faunaya  dair 
markalar toplayırdı. Doğrudur, Şahzadə bir şeyi də bilirdi: 
öz  kral  atası  kimi  Maksimkanın  atası  da  idmana  dair 
markalara aludə olmuşdu. 
– Efiopiyada ilk olimpiya markası yüz əlli il bundan 
qabaq,  1961-ci  ildə  buraxılıb,  –  deyə  oğlan  cəsarətlə 
bildirdi.-Yeri  gəlmişkən,  bu  marka  mənim  atamın 
kolleksiyasında  var.  O  zaman  Efiopiya  idmançılarının 
nailiyyətləri bir o qədər çox deyildi. Lakin Romada (1960-
cı  ildə)  və  Tokioda  sizin  həmvətəniniz  marafon 
yarışlarında qızıl medal almışdı... 
–  Hə,  sən  Abeb  Bikilu  barədə  danışırsan.  Bundan 
başqa  bu  idmançının  anadan  olmasının  yüz  illiyi 
münasibətilə  Ades-Abebanın  mərkəzində  qızıldan  abidə 
ucaldılıb. İndi bir çox idman növlərinə görə Efiopiyalılara 
bərabər idmançılar  yoxdu. Gələn il Belarusda keçiriləcək 
yelkənli qayıq  yarışlarında da iştirak edəcəyik, məncə bu 
yarışlar  Ptiç  çayında  olacaq,  –  deyə  Şahzadə  əlini 
Maksimkaya uzatdı. Oğlan artıq onunla bərabər boydaydı. 


108 
Görünür, şahzadə oğlanın əlini sıxıb bu bərabərliyi qəbul 
elədi.  
 
  
Bilici Babanın söylədikləri 
 
Nil Qazı (quşa həm də Misir Qazı deyilir) səhralıq və 
meşəliklərdən savayı Afrikada da geniş yayılıb. Onun 
əsas məskəni Nil vadiləri və Saharanın cənub 
səhralıqlarıdır. Qazlar əsasən yerdə yaşayırlar, lakin 
bəzən istirahət və özlərini qorumaq üçün ağacları və ya 
damları seçirlər. Nil Qazları yaxşı üzürlər. Ağır-ağır 
uçurlar. Onlar ağacların hətta dəlmə-deşiklərində də 
yuva qura bilirlər. Qədim misirlilər qazları müqəddəs 
quşlar adlandırırdılar. 
Abeba Bikilu (1932-1973) – Efiopiya marafonçusudur. 1960 
və 1964-cü illərdə Roma və Tokioda Olimpiya çempionu 
olub. Tarixdə ilk dəfə iki dəfə marafon yarışlarında 
olimpiya çempionu adına layiq görülüb. Romada 
məsafəni ayaqyalın qaçıb. Qələbədən sonra deyib:"Mən 
istəyirdim bütün dünya bilsin ki, mənim ölkəm – Efiopiya 
qətiyyəti və qəhrəmanlığı hesabına qalib gəldi". 1968-ci 
il yarışlarında ayağından aldığı zədəyə görə qaçış 
meydançasının 17-ci kilometrliyində yarışı dayandırıb. O 
zaman qalib onun həmyerlisi Mamo Volda oldu. 1969-cu 
ildə Abeba avtomobil qəzasına düşür və əlil olur. Bundan 
sonra oxatmayla məşğul olur. 1971-ci ildə dünya 
əlillərinin yarışlarında iştirak edir. O, 25 oktyabr 1973-
cü ildə vəfat edir. İdmançını son mənzilə 75 000 adam 
yola saldı. Efiopiya qəhrəmanının ölümünə görə 
imperator 1 Hayle Selasie ölkədə matəm elan eləmişdi. 
 


109 
 
Maksimka və Efiopiya şahzadəsi 
qarşılıqlı anlaşmaya nail olurlar 
 
Belarusdan olan səyyah Qara Leylək barədə 
əfsanə danışır. Mekonın Menslikoviç Zerıxun 
təsirli hekayətdən sarsılır. Puxoviçdə Quş 
Dostluğu muzeyi. 
 
 
erıxun  Mekonın  Menslikoviç  öz  Belarus  dostunun 
əlini  uzun  müddət  sıxdı.  Hər  şeydən  aydın 
görünürdü  ki,  uzaq  ölkədən  gəlmiş  səyyah  onun 
xoşuna gəlmişdi. Şahzadə həyəcanla bildirirdi ki, əsl dost 
tapmaq və dost olmaq çox vacib məsələdir. Maksimka isə 
Belarus  atalar  məsəlini  yadına  saldı:  "Dostsuz  insan 
odunsuz ocaq qalamaq kimidir"... 
–  Əziz  Mekonın  Menslikoviç  Zerıxun,  mən  sənə 
dəhşətli bir tarixçə danışmaq istəyirəm.  Bu hadisə qədim 
zamanlarda  bizim  ölkədə  baş  verib,  –  deyə  Maksimka 
Qara Leylək barədə söhbətin üstünə gəldi. 
– Əziz dost, sənə diqqətlə qulaq asıram, buyur. 
–  Bizim  Belarusda  bir  mif  var,  onu  nəsildən  nəslə 
ötürürlər... Bir zamanlar Qara Leylək ağ olub. O da o biri 
yaxşı  dostları  kimi  insanlarla  bir  yerdə  yaşayarmış.  Çox 
sadə, hər şeyə inanan bir quş imiş, insanın xeyirxahlığına 
və  səmimiyyətinə  xeyirxahlıq  və  səmimiyyətlə  cavab 
verərmiş.  Günlərin  birində  leyləyin  qırıltısı  bir  zalım 
adama  xoş  gəlmir  və  o,  quşun  yuvasını  dağıdır.  Bütün 
leylək balalarını yerə tullayır, onlar da ölürlər... Belə qəfil 
müsibəti görüb leyləklər kəndi tərk edirlər, uçub gedirlər 
qalın  meşələrə  ki,  orda  özlərinə  sığınacaq  tapsınlar. 
Hündür  bir  palıd  ağacında  özlərinə  yer  eləyirlər. 


110 
Adamlardan  mümkün  qədər  uzaq  olmaq  istəyirlər. 
Nəhayət,  yeni  nəsil-ətçəbalalar  doğulur.  Onlar  da  ağ 
olurlar.  Ana-Leylək  öz  balalarına  zalım  insanın  onların 
başına  gətirdiyi  müsibəti  nəql  edir,  bundan  sonra  bütün 
bala quşlar matəm libasına bürünürlər- qanadları qaralır. O 
vaxtdan Qara Leyləklər yalnız meşələrdə yaşayırlar. Bizim 
Belarusda  isə  insanlar  mümkün  qədər  onlara  kömək 
etməyə  çalışırlar.  Çalışırlar  ki,  heç  olmasa  bir  qədər  o 
zalım  adamın  əməllərini  dualarla  unutdursunlar.  O 
vaxtdan  Qara  Leyləkləri  meşə  rahibləri  adlandırırlar... 
Bax, əziz Mekonın, mən sənə bunu söyləmək istəyirdim. 
Efiopiya şahzadəsi kürsüsündən durdu, Maksimkaya 
yaxınlaşdı, onun çiyinlarındən yapışıb qucaqladı. 
– Dostum, mən sənə inanıram. Bağışla ki, səni Qara 
Leyləkdən  ötrü  narahat  olmağa  vadar  elədim.  Biz  yalnız 
şad  olarıq  ki,  bütün  qış  aylarında  Qara  Leyləyi  və  onun 
doğma qohumlarını burda saxlayaq. 
– Sənin bu qərarına Şura etiraz etməz ki? 
–  Maksim,  mən  təkcə  əmr  eləməyəcəm,  həm  də 
sənin  mənə  danışdığın  əfsanəni  hamıya  danışacağam. 
Bizim  insanlar  çox  həssasdılar,  onlar  özgə  dərdinə  şərik 
olurlar... İndi isə mən bura bütün Afriklada ən nüfuzlu və 
böyük  sayılan  İnternet-qəzetin  redaktorunu  çağıracam.  O 
bizim  görüşümüz  barədə  reportaj  hazırlayar.  Və  iki-üç 
saatdan sonra bütün Efiopiya, dünya və ən müxtəlif saytlar 
da  bilər  ki,  Belarus  quşu  Qara  Leylək  və  onun  bütün 
qohum-əqrabası  bizim  ən  əziz  qonaqlarımızdır... 
Efiopiyada  hər  zaman  onları  çox  mehriban 
qarşılayacaqlar... 
Maksimka  üstündə  Qara  Leyləyin  təsviri  olan 
açıqcaya  əliylə  toxundu.  Və  birdən  şahzadədən  xahiş 
elədi: 


111 
–  Mekonın,  xahiş  edirəm  icazə  ver  açıqcanı  geri 
götürüm. Onu üstünə yapışdırılmış markayla birlikdə Quş 
Dostluğu  muzeyinə  verəcəm;  o  muzey  artıq  yarım  əsrdir 
ki,  mənim  baba  və  ulu  babalarımın  vətənində  işləyir. 
Orada, qədim Puxoviç kəndində leyləklərə xüsusi ehtiram 
var. Küçələrdən birinin adı da belə adlanır: Quşlar küçəsi. 
Leylək  yuvalarını  siz  hər  həyətdə  ağaclarda  görə 
bilərsiniz. Həmin küçə isə muzey malikanəsi ilə başa çatır. 
Orada ikimərtəbəli ağac-sarayda çoxlu kol və ağac da var. 
Palıd xiyabanı da var. Quşlar Muzeyində hamıya yer var. 
Sığırçınlar  sığırçın  yuvalarında  yaşayırlar.  Palıd 
ağaclarının  bir  çoxunda  ağacdələnlər  özlərinə  yuva 
qurublar,  başqa  quşların  da  yuvalarını  görmək  olur. 
Gecələr muzey malikanəsini qoca bayquş qoruyur. 
–  Maksimka,  sən  məni  qonaq  dəvət  edə 
bilərsənmi?...  Açıqcaya  gəlincə  isə,  onu  sənə  dərhal 
qaytararam,  qoy  bizim  baş  arxiv  işçiləri  onun  surətini 
çıxarsınlar, sonra dərhal qaytararam... 
Gənc  səyyahın  üzündə  sanki  xoşbəxt  bir  təbəssüm 
oynamaq  istəyirdi,  axı  əsas  missiya  yerinə  yetirilmişdi. 
Lakin  oğlanın  yadına  düşdü  ki,  o,  hələ  yenə  də 
gözləməlidir; yenə kimsə onu imtahana çəkməli, filateliya 
və  təbiətşünaslıq  sahəsində  biliklərini  yoxlamalıdır.  Əks 
halda,  o,  evə  qayıda  bilməzdi.  Yaxşı  tutaq  ki,  imtahan 
verməlidir;  axı  yeni  açıqca  da  lazımdır!  Poçtovikin  ona 
təklif  etdiyi  həmin  o  sehirli  açıqcadan  tapılacaqmı 
görəsən?.. 
– Əziz Mekonın, mən şəxsən böyük məmnuniyyətlə 
səni  Puxoviçə  və  Minskə  dəvət  edirəm,  əlbəttə,  belə 
yüksək çinli şəxsə bu dəvət caizdirsə... Yaxşı olar ki, bizə 
yazda gələsən. Biz təkcə Muzeydəki quşlarla yox, həm də 
Beryozin  qoruğu  və  digər  qoruqlarla  da  tanış  olarıq. 


112 
Amma indi məni narahat edən bir problem var: bilmirəm 
Belarusa necə qayıdım... 
–  Dostum,  bu  ki  problem  deyil.  Güman  edirəm  ki, 
sənin bizim kral "marabu"muz (təyyarənin adını füsunkar 
Afrika  leyləyinin  adıyla  qarışıq  salma!)  –  "Boeing  1787 
Dreamliner"dən  daha  çox  xoşuna  gələcək.  Amma  qoy 
atama  zəng  vurum,  öyrənim  görüm  bu  gün  ona  təyyarə 
lazım olmayacaq ki... 
Maksimka  şahzadəyə  mane  olmasın  deyə  kənara 
çəkildi. Bir neçə dəqiqədən sonra şahzadə atasıyla danışıb 
qurtardı.  Görünür,  onların  danışıqları  müsbət  sonluqla 
bitmişdi,  əks  halda,  Maksimkanın  təzə  dostu  beləcə 
məmnunluqla  gülümsəməzdi.  Bəli,  kral  öz  şəxsi 
təyyarəsindən  istifadə  etməyə  razılıq  vermişdi.  Həm  də 
gənc səyyaha "yaxşı yol" arzulamışdı, söz vermişdi ki, özü 
də Belarusa mütləq gələcək... 
...Bir  saatdan  sonra  Maksimka  artıq  Adis-Abeba 
hava limanında idi. Ondan olsaydı kral laynerinə daha tez 
minərdi,  lakin  şahzadə  onunla  nahar  etmək  istədi,  ona 
Efiopiyanın hansısa xüsusi milli yeməklərini təklif etdi, o 
da  razılaşdı...  Göydə  olarkən  Maksimka  Mekonın 
Menslikoviç Zerıxunun ona hədiyyə etdiyi yeni markalara 
baxırdı...  Hər  markanın  üstündəki  miniatür  adama  yeni 
nəsə deyir, gənc filatelist üçün yeni bir dünya açırdı.  
 
  
Bilici Babanın söylədikləri 
 
Bəşər övladının quşlara göstərdiyi belə bir diqqəti nəzərə 
alsaq, düşünmək olar ki, onlara ucaldılan abidələr də, 
tikilən muzeylər də kifayət qədərdir. Lakin belə muzeylər 
çox azdır. Sankt-Peterburqda "Minda" ekzotik quşlar 
muzeyi var. Rusiyanın Vladimir vilayətinin əfsanəvi 
"Meşera" Milli Parkında "Quşlar aləmi" adlı təbiət 


113 
muzeyi var. Almaniyanın Nürnberq şəhərində 
göyərçinlər muzeyi var. Rusiyanın Altay vilayətində 
Quseletevo kəndində qazlara aid muzey var. Rusiyanın 
Saxalin adasında Saxalinsk vilayətinin balaca 
Aleksandrovsk şəhərciyində quşlar muzeyi fəaliyyət 
göstərir. (Yeri gəlmişkən, Saxalinsk vilayətində 360 
növdə quş yaşayır). Yolunuz düşsə, bir muzeyə də baş 
çəkin- bu, Rusiyanın Kaluqa vilayətindəki quşlar 
muzeyidir. 
 
 
 
 


114 
 
 
Kitabın içindəkilər 
 
Ön söz əvəzi
 ............................................................................................... 3 
 
Maksimkanın Vətəndə və digər ölkələrdə 
sərgüzəştləri. Oxu
cuya ....................................................................... 7 
 
Yelski panlarının bulağı ..................................................................... 11 
Bilici Babanın söylədikləri ................................................................ 13
 
Bütün ölkə idmançını axtarır ........................................................... 14 
Bilici Babanın söylədikləri ................................................................ 16
 
Kuba filatelistlərinin gözlənilməz diqqəti .................................. 17 
Bilici Babanın söylədikləri ................................................................ 20
 
Atanın məsləhəti ................................................................................... 22 
Bilici Babanın söylədikləri ................................................................ 25
 
Zamanla səyahət ................................................................................... 26 
Bilici Babanın söylədikləri ................................................................ 28
 
Lekarla tanışlıq ...................................................................................... 29 
Bilici Babanın söylədikləri ................................................................ 34
 
Çıxış yolunu Kuba professoru göstərir ........................................ 36 
Bilici Babanın söylədikləri ................................................................ 40
 
Ptiç çayı xilas edilir .............................................................................. 41 
Bilici Babanın söylədikləri ................................................................ 46
 
Palıd qozası meşə sakinlərinə necə ev qurdu ........................... 47 
Bilici Babanın söylədikləri ................................................................ 52
 
Maksimka Latın Amerikasını... kəşf edir ..................................... 55 
Bilici Babanın söylədikləri ................................................................ 60
 
Qara Ağacdələnlə görüş ..................................................................... 62 
Bilici Babanın söylədikləri ................................................................ 67
 


115 
Professor Rodriqesə məktub ........................................................... 69 
Bilici Babanın söylədikləri ................................................................ 71
 
Qara Ağacdələnin qərarı .................................................................... 73 
Bilici Babanın söylədikləri ................................................................ 75
 
Poçt markalarının səyahəti .............................................................. 76 
Bilici Babanın söylədikləri ................................................................ 79
 
Gözlənilməz münaqişə ....................................................................... 80 
Bilici Babanın söylədikləri ................................................................ 85
 
Köməyə Poçtovik gəlir........................................................................ 86 
Bilici Babanın söylədikləri ................................................................ 92
 
Poçt kartoçkasının üstündə səyahət başlanır ........................... 94 
Bilici Babanın söylədikləri ................................................................ 97
 
*** ................................................................................................................ 99 
Bilici Babanın söylədikləri ............................................................. 101
 
Şahzadənin Maksimlə tanış olması ............................................ 103 
Bilici Babanın söylədikləri ............................................................. 108
 
Maksimka və Efiopiya şahzadəsi qarşılıqlı                 
anlaşmaya nail olurlar ..................................................................... 109 
Bilici Babanın söylədikləri ............................................................. 112
 
 


116 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kompüter səhifələnməsi və üz qabığının işlənməsi –  
Mətanət QARAXANLI 
 
 
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 
səhifələnmiş və çap olunmuşdur.  
 
 
Çapa imzalanıb: 21.09.2014. 
Format: 84x108 1/21. Qarnitur: Times. 
Həcmi: 7,5 ç.v. Tiraj: 500. Sifariş № xx.  
Qiyməti müqavilə ilə. 
 
 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az 
 

Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə