1
Dünya Uşaq Ədəbiyyatı
Ales Karlyukeviç
MAKSİMKANIN
Vətəndə
və digər ölkələrdə
SƏRGÜZƏŞTLƏRİ
povest-nağıl
Bakı – Mütərcim – 2015
2
Tərcümə edən və ön sözün müəllifi:
Kamran NƏZİRLİ
filologiya üzrə fəlsəfə doktoru
Kitabın üz qabığındakı müəllifin fotosunu
Natalya Osmola çəkib
Ales Karlyukeviç. Maksimkanın Vətəndə və digər ölkə-
lərdə sərgüzəştləri. Povest-nağıl / Tərc. K.Nəzirli.
– Bakı:
Mütərcim, 2015 . – 116 səh.
Tanınmış Belarus yazıçısı Ales Karlyukeviçin uşaqlar üçün yazdığı
"Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri" kitabı maraqlı
süjet xətti və dərin məzmunu ilə diqqəti cəlb edir. Əsər filateliya və
təbiətşünaslığa böyük maraq göstərən Belaruslu məktəbli Maksimkanın
sərgüzəştlərindən bəhs edir. Onun təbiəti və heyvanat aləmini qorumaq
üçün göstərdiyi fədakarlıqlar və sərgüzəştlər ibrətamizdir. Əsərin əsas
ideyasını da məhz Vətən sevgisi, doğma torpağın fauna və florasına olan
diqqət və qayğı, təbiətin mühafizəsi, insan və təbiət münasibətləri təşkil
edir. Povest-nağıl orta əsr Avropa ədəbiyyatının populyar janrlarından
birində – sərgüzəşt, fantastik macəra janrında qələmə alınsa da, burda
təsvir olunan hadisələr müasir yazı üslubu və yazıçı priyomları ilə mə-
harətlə sintez edilir, nəticədə orijinal ədəbi nümunə kimi maraq doğu-
rur. Əsəri Azərbaycan dilinə yazıçı K. Nəzirli çevirib.
İnanırıq ki, istedadlı Belarus yazıçısı Ales Karlyukeviçin Azərbay-
canda çıxan ilk kitabı Azərbaycan məktəbliləri arasında da böyük ma-
raq doğuracaq.
K
026
4702120000
xx-15
© Mütərcim, 2015
© K.Nəzirli, 2015 (tərc.)
3
Ön söz əvəzi
Əziz dost!
İnanıram ki, mənim böyük maraqla oxuduğum və
tərcümə elədiyim bu kitabı sən də oxuyacaqsan. Çünki
bu kitab sənin gənc məktəbli dostun Maksimka və
onun maraqlı sərgüzəştləri barədədir. Bu kitab sənə
ana Təbiət, onun əsrarəngiz gözəllikləri, sakinləri və
sərvətləri barədə bilgilər verəcək, səni qeyri-adi səya-
hətə-Belarus torpağına, onun zəngin meşələrinə, Cənu-
bi Amerikaya, Afrikaya... daha haralara aparıb çıxa-ra-
caq. Və sən biləcəksən ki, dünya-aləm çayların, göllərin,
dənizlərin, ağacların, meşələrin, quşların, bütün
heyvanların... hesabına öz mövcudluğunu təmin edir və
buna görə də İnsan yaşayır, nəfəs alır, qurur, yaradır.
Əslində bizim hər birimizin missiyası yaşamaq, qurub-
yaratmaqla bərabər Təbiəti də qorumaqdan ibarət ol-
malıdır! Biz Ana Təbiəti də özümüz qədər sevməliyik,
Maksimka kimi!
Bu kitabın müəllifi Belaruslu yazıçı dostum Ales
Karlyukeviçdir. Mən Alesi ilk dəfə 5 iyun 2015-ci ildə
Minsk şəhərində gördüm. Elə ilk görüş məndə xoş və
unudulmaz təəssürat oyatdı. Ümumiyyətlə, qeyd edim
ki, Belarus çox gözəl ölkədir. Belarusun təbiəti onun
öyünməli sərvətidir. Amma düşünürəm ki, Belarusun
ən böyük sərvəti onun gülərüz, mehriban və xeyirxah
insanlarıdır. Burda sadə sürücüdən tutmuş ta ziyalıya
kimi hamı öz yurdu, Vətəni ilə fəxr edir, qürur duyur.
Hətta milliyyətcə belarus olmayan və Belarusda
yaşayan digər millətlərin nümayəndələri də (xüsusilə
mənim Azərbaycanlı həmvətənlərim Baxşı və Baldadaş
4
Qənbərov qardaşları, Kamil Kamal, Neyman, Füzuli,
Fərid, Akif....) fəxrlə deyirlər: "Biz də belarusluyuq!".
Belə bir ölkədə yaşayıb-yaratmaq, işləmək, təbiətin
qoynuna çıxıb əmin-amanlıqla istirahət etmək necə də
xoşdur!
Mənə unudulmaz təəssüratlar yaşadan insanlar-
dan biri də qeyd etdiyim kimi, Ales oldu. Bu mehriban,
xoşsima şəxsiyyətlə biz qısa zamanda dostlaşdıq. Ales
mənə öz kitablarını bağışladı, Maksimkanın sərgü-
zəştləri ilə bağlı yazdığı nağıl-povestini hədiyyə elədi.
Mən bu qiy-mətli "hədiyyəni" böyük məmnuniyyətlə
elə Belarusdaca açıb oxudum və dərhal düşündüm ki,
onu Azərbaycan məktəbliləri də doğma ana dilində
oxumalıdır. Niyə də yox? Axı belə gözəl əsərlər çox
nadir hallarda yazılır; düşünürəm ki, sənin üçün bu
kitabın tərbiyəvi və ibrətamiz əhəmiyyəti daha önəm-
lidir. Və sən bu kitabı oxyub bitirəndən sonra öz Vətə-
nini, torpağını, ağaclarımızı, meşələ-rimizi, dağlarımızı,
çaylarımızı, bulaqlarımızı, quşlarımızı, bütün heyvanla-
rımızı... daha çox sevəcək, onların qayğısına qala-
caqsan.
Bir şeyi də xatırlatmaq istəyirəm: insanların ək-
səriyyəti nağıllarla böyüyür; kimi onları əbədi yadda-
şına ya-zır, kimi onları unudur, kimi ömrü boyu nağıl-
larla yaşayır, kimi də nağıla elə nağıl kimi baxır. Bütün
hallarda nağıllar bizim ömrümüzün ən gözəl çağlarının
sehirli aləmidir. Və mən inanmıram dünyada elə bir
adam tapılsın ki, heç olmasa ömründə bir dəfə nağıl
eşitməsin, ya da nağıl oxu-masın.
Nağılların sehirli aləmi bizim üçün hələ uşaq-
lıqdan açılır, biz nağılla bərabər dünyayi-aləmi də tanı-
mağa başlayırıq. Tanış obrazlar, tanış süjetlər, bizə gah
doğma, gah da yad olan qəhrəmanlar aləmidir nağıllar.
Dostları ilə paylaş: |