Maksimkanin vətəndə və digər ölkələrdə


Bilici Babanın söylədikləri



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə17/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

60 
 
  
Bilici Babanın söylədikləri 
 
Ağacdələn – ağacdələn quşlar sinfinə aiddir, Avropa və Şimali 
Afrikada yayılıb. Xırda və orta ölçülü ağacdələnlər 
əsasən ağaclarda yaşayırlar. Onlar dimdikləri ilə ağac 
qabığının altından ziyanverici həşəratları çıxarıb 
yeyirlər. Bəzən ağacdələnlər boş konserv qutularından 
təbil kimi istifadə edir; bu dəmir qabın parçalarını 
tıqqıldadırlar ki, onların səsi mümkün qədər uzaqlara 
gedib çatsın. Belədə ağacdələnlər o biri ağacdələnləri 
çağırırlar. 
Palıd Ağacdələn qış mövsümünə çox böyük tədarük görür. O, 
payızda palıd, evkalipt, sikamor ağacının gövdəsində, 
yekə budaqlarında, hətta teleqraf dirəklərində minlərlə 
xırda dəliklər açır. Sonra da həmin dəliklərə qozalar 
yerləşdirir, özü də qozalar çox kip yerləşdirilir. Elə hallar 
olur ki, bir ağacdələn iri şam ağacına 50 minə yaxın qoza 
yerləşdirir. Palıd qozası Ağacdələnləri qrup halında 
(üçdən on ikiyə qədər) yaşayırlar və bir-birlərinin 
müdafiəsini təmin edirlər. 
Peru – Cənubi Amerikada dövlətdir. Onun rəsmi adı Peru 
Respublikasıdır. Peru Ekvador, Kolumbiya, Braziliya
Boliviya və Çili kimi ölkələrlə sərhəddir. Ərazisinə görə 
Cənubi Amerikada Braziliya və Argentinadan sonra 
üçüncü ölkədir. Perunun adı ilk dəfə Fransisko Pisça və 
Dieqo de Almaqronun birinci ekspedisiyası zamanı 1525-
ci ildə çəkilib. Lakin Perunun ilk sakinləri bizim 
eramızdan əvvəl onuncu minillikdə peyda olublar. On 
ikinci yüzillikdə qədim inklərin
1
 dövləti yarandı. Ölkəni o 
zamanlar idarə edən bir qrup adama ink deyirdilər və 
onlar ölkənin əsas sərvətinə malik idilər, sadə camaatı 
idarə edirdilər. İnklərin hakimiyyəti illərində peruluların 
əsas məşğuliyyəti əkinçilik idi. Torpağı dəyənəklərlə 
                                                 
1
 inklər: Peru ərazisində yaşamış yüksək mədəniyyətli qədim xalq. 


61 
yumşaldırdılar. İnklərin kotandan heç xəbərləri yox idi. 
Onlar qarğıdalı, maniok
1
, kartof, pamidor, lobya, tütün 
yetişdirirdilər. 1535-ci ildə Perunun paytaxtı Limanın 
əsası qoyuldu. 
Palma – tropik ağacdır. Düz, hamar gövdəli ağacdır, 
təpəsində yekə və möhkəm yarpaq dəstəsi olur. Onun 
təxminən 1000-ə qədər növü məlumdur. Ən çox yayılanı 
kokos və xurma palmalarıdır. 
 
                                                 
1
 maniok: kökündən un hasil edilən tropik bitki. 


62 
 
Qara Ağacdələnlə görüş 
 
Qara Ağacdələn Maksimkaya öz səyahət 
tarixçəsini danışır. Belarus quşu sincabı xilas 
edir. Ah-uf çıxış yolunu göstərməkdə kömək edir. 
 
 
irdən sanki torpağın altından hündürboy saqqallı bir 
adam  çıxdı,  düz  Maksimkanın  qabağında  dayandı. 
Adam  Maksimkadan  təxminən  üç  dəfə  hündür  idi. 
Saqqallı  adam  Maksimkaya  qorxmağa  belə  imkan 
vermədi, dərhal birnəfəsə sözə başladı: 
– Ah-Uf, Ah-Uf! Hamı ah-uf edir, hamı oh-vay edir! 
Heç  özləri  də  bilmirlər  nə  istəyirlər.  Ah-Uf,  oh-vay,  bəs 
sən nə tələb edirsən, hə?- Adam gözlərini oğlana zillədi. 
– Bir cam sərin bulaq suyu!-deyə oğlan dərhal "Ana 
sözü" dərsini xatırladı. Bu dərsdə dəfələrlə cin, əcinnə və 
şeytanlardan  danışardılar.  Ah  o  məxluqdur  ki,  yerin 
altında yaşayır. Lakin onu meşədə olarkən bərkdən dilinə 
gətirsən dərhal əcinnə peyda olar. Beləliklə, özünü bəlaya 
sala bilərsən. 
– Bəlkə elə sənin könlündən Yelski panlarının bulaq 
suyu  keçir,  hə?!-  Ah-Uf,  görünür,  hələ  də  təslim  olmaq 
istəmirdi,  sübut  eləmək  istəyirdi  ki,  burda  hakim  odur. 
Əgər  ondan  qorxduğunu  bildirməsən,  o,  özü  başlayacaq 
əsməyə, meşəyə qonaq gələn adamın hər hansı bir xahişini 
yerinə yetirəcək. Qoy lap tropik meşəsi olsun! 
–  Əlbəttə!  Yalnız  Yelski  bulağının  suyunu 
istəyirəm! Başqa su lazım deyil! – deyə oğlan qətiyyətini 
sındırmadı. 
Ah-uf necə qəfil gəlmişdisə, eləcə də qəfil yox oldu. 
Lakin  palma  ağacı  yaxınlığındakı  yoxuşda  taxta  parç 


63 
vardı.  Maksimka  qulpu  olan  bu  iri  taxta  parça  baxanda 
düşündü  ki,  bu,  doğurdan  da  Yelski  malikanəsindən, 
Dudiçlərin vaxtından qalıb. Axı belə ağac qabığından olan 
parçları artıq iki yüz ildi ki, düzəltmirlər. Maksimka parçı 
götürdü və acgözlüklə başına çəkdi. Onun canına yenidən 
güc gəldi, beyni təzələndi, başı açıldı. 
–  Maksimka,  tanış  ol,  sənin  doğma  Qara 
Ağacdələnin uçub gəldi!-deyə Palıd Ağacdələn dimdiyi ilə 
tıqqıldatdı. 
Oğlan  ətrafına  göz  gəzdirdi,  bambuk  çubuğunu 
axtardı ki, quşla danışmağa kömək etsin. Axı yaşıl palma 
yarpaqları  üstündə  qeyd  elədiyi  sözlər  "lüğəti"  ağacın 
yaxınlığındakı  yoxuşdaydı.  Oğlan  cavab  verməyə  macal 
tapmamış, yuxarıdan, Palıd Ağacdələnin oturduğu yerdən 
bir qədər aşağıdan səs gəldi: 
–  Maksimka,  Belarusda  ağacdələnlər  də  bizim  çay 
və  göllərin,  güllərin,  ağacların  dilini  bilirlər...Və  mən  də 
buraya təsadüfən gəlib düşmüşəm. Amma doğma Belarus 
dilimi  yaddan  çıxarmamışam.  Və  sən  də,  nə  desən 
eşidəcəyəm və anlayacağam. 
–  Bəs  sən  bu  qərib  ölkədə  neynirsən?  Doğma 
meşələrimizdə yaşamaq daha yaxşıdır... 
–  Bir  işdi  oldu  da...  Bilirsən,  bizim  "meşə 
poçtumuzla"  xəbər  gəldi  ki,  bəs,  Peruda  qara 
ağacdələnlərin nəsli  yox olub. Onlar isə mənim  ən  yaxın 
doğmalarım olan quşlar ailəsindəndir. Buna görə də bütün 
qara  ağacdələnlər  bir  yerə  yığışıb  iclas  keçirdilər, 
Beryozina  boyu  olan  bütün  qədim  ağaclardakı 
ağacdələnlər  də  gəlmişdi...  Beləliklə,  qərar  verib  məni 
uzaq ölkəyə yola saldılar... 
Ağacdələn  okean  üzərindən  uçub  gəldiyini 
təfərrüatları ilə Maksimkaya danışdı. Dedi ki, Palıd Qozası 
ağacdələnləri  dəstəsinə  qoşulub,  onlarla  dostluq  edib. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə