Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə23/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

83 
lüğətləri  varaqlamaq  yaxşı  bir  adət  idi.  Həm  də  bu, 
sağlamlığa  xeyir  idi-gözlərin  ağrımırdı,  kompüterin 
qabağındakı kimi yorulmurdun. 
Dünya  xalqlarına  və  ölkələrinə  aid  ensiklopediyada 
Maksimka müvafiq məqaləni tapdı. Biləndə ki, Efiopiyada 
Yeni  ili  12  sentyabrda  qeyd  edirlər,  çox  təəccübləndi. 
Çünki  efiopiyalılar  büt  kalendarından  istifadə  edirlər.  Bu 
kalendara  görə  ilin  cəmi  13  ayı  var.  Kalendarın  adı  nə 
üçün  bütdür?  Bu  da  Bütpərəst  pravoslav  Kilsəsinin 
adından götürülüb. Bu kilsənin təliminə görə, Allahın oğlu 
olsa  da,  İsa  Peyğəmbər  Yer  adamı  olub.  Maksimka 
düşündü:"Hər  ölkənin  öz  adət-ənənsi  var!".  Maksimka 
daha  sonra  öyrəndi  ki,  Yeni  il  ərəfəsində  Adis-Abeba 
küçələrində  axşamlar  evkalipt  və  ya  küknar  ağaclarından 
tonqallar qalayırlar. Ölkənin paytaxtındakı əsas meydanda 
isə  ən  böyük  tonqal  qalanır.  Və  onu  da  kral  özü  məşəllə 
yandırır.  Tonqalın  ortasında  hündür,  beş-altı  metrlik 
şalban olur. Alov qalxandan sonra rəqslər başlayır. Hesab 
edin ki, bizim Belarusda Kupalye
1
 bayramıdır. 
Maksimka  Efiopiyalı  yaşıdının  məktubunun  ardını 
oxudu:"...Sizin  poçt  bu  səhvi  düzəltməlidir.  Əks  halda, 
bunun  ağlagəlməz  nəticələri  ola  bilər.  Poçt  və  Təbiət 
şuralarının  birgə  iclasında  gündəliyə  belə  bir  məsələ 
salınacaq:  müharibə  elan  olunmasa  da,  ən  yaxşı  halda 
                                                 
1
 Yayın qızmar vaxtı Belarusda ən qədim milli bayram -Kupalye bayramı qeyd 
olunur; günəşin və torpağın oyanışı şərəfinədir. Magik rituallar və 
mərasimlər hələ bütpərəstlik dövründən qalıb – "kupalo" "hirsli, çılğın, 
qəzəbli" demək idi, qədim əcdadlar günəşi məhz belə adlandırır, onun 
möcüzəvi gücünü belə dəyərləndirirdilər. Bayram zamanı adamlar magik 
gücə malik ünsürlərə- Oda, Suya və Torpağa minnətdarlıq əlaməti olaraq 
təntənə düzəldirdilər. "Kupalo" həm də "kupat", yəni "çimmək" sözü ilə uyğun 
gəlir. Xalqın inancında da bu bayramın adı beləcə qarışıq qalıb. "Çimmək 
mərasimi" bayramı bu gün Belarusda pravoslav ənənəsinə görə iyulun 6-dan 
7-nə keçən gecə, katolik kilsəsi ənənəsinə görə isə 24 iyunda qeyd edilir.  
 


84 
Qara  Leyləklərə  Efiopiyanın  sərhədlərini  aşmağa  qadağa 
qoyulması barədə məsələ..." 
–  Bu  da  sənin  şahzadən!-Maksimka  özünü  saxlaya 
bilmədi.-Görəsən,  doğrudanmı  o,  başa  düşmür  ki,  Qara 
Leylək  uzaq  ölkələrə  uçan  köçəri  quşdur,  ən  əsası  isə 
qonaq quşdur?.. Axı burada heç Poçt müharibəsinə də bir 
əsas yoxdur!.. 
Maksimka  ikinci  rəfə  yaxınlaşdı;  burada  cərgə  ilə 
marka  albomları  düzülmüşdü.  Onların  arasında  quşların 
təsvirləri olan bir neçə klyasser də vardı. Maksimka qalın 
albomlardan  birini  götürdü,  başladı  səhifələməyə.  Budur, 
təxminən yüz yaşı olan markalar. Hər markanın da altında 
iri  hərflərlə  imza  var:  SSRİ  Poçtu.  Markalardan  birinin 
üstündə Mosol qoruğundan olan qaradiş Qaqaranın
1
 təsviri 
var.  İkinci  markanın  üstündə  Askanin-Novodan  olan 
Dəvəquşunun  şəkli  var.  Digərinin  üstündə  isə  Astraxan 
qoruğundan olan Sultan toyuğu əks olunub. Maksimkanın 
kolleksiyasında  çoxsaylı  müxtəlif  markalar  arasında 
əsasən  durnalara  aid  markalar  üstünlük  təşkil  edirdi. 
Xüsusilə  ağ  durnalara  həsr  olunmuş  markalar. 
Qanadlarının  ucları  qara,  qırmızı  dimdikli,  başının, 
ayağının və qanadlarının bir hissəsi isə ağappağ qar kimi. 
Maksim bilirdi ki, hələ yüz əlli il bundan qabaq ağ durna 
məhvolma  təhlükəsi  ilə  üzləşmişdi.  Bütün  dünya  narahat 
olmağa  başladı.  Hətta  durnaların  müdafiəsi  üçün 
Beynəlxalq Müdafiə Fondu da yaratdılar. İnkubator təşkil 
elədilər,  durnaları  yetişdirməyə  başladılar.  İndi  durnaları 
elə bir təhlükə gözləmir. Buna görə də durnaların təsvirini 
əks etdirən çoxlu marka buraxdılar ki, insanların diqqətini 
bu quşların qorunmasına yönəltsinlər... 
Albomun  bir  səhifəsində  isə  yalnız  leyləklər  vardı. 
Müxtəlif  ölkələrin  markalarında  ağ  leylək,  yəhərvari 
                                                 
1
 Qaqara:Şimalda yaşayan su quşudur. 


85 
dimdiyi olan leylək, həm də qara təkailəli leylək... Rusiya, 
Ukrayna,  Qazaxıstan,  İspaniya,  Yunanıstan,  Asiya  və 
Afrika ölkələrinin buraxdığı markaların üstündə bu gözəl 
quşların təsvirləri əks olunmuşdu. "Yaxşı bəs biz nə üçün 
vuruşmalıyıq?"-  Maksimka  yenə  fikrə  getdi.  Leylək 
həyatda  da,  markaların  üstündə  də  bütün  dünyanı  gəzir, 
hara istəyir uçur, ona hər yerdə xoşdur.  
 
  
Bilici Babanın söylədikləri 
 
Qara Leylək leyləklər ailəsinə mənsub quşdur. Rusiya, Belarus, 
Ukrayna və Qazaxstanın Qırmızı Kitablarına düşüb. Bu 
quş əsasən AvroAsiya meşə zolaqlarında yayılıb. Cənubi 
Asiyada qışlayır. Qara Leyləklər Afrikada da yaşayırlar. 
Qara Leyləklərin ən geniş yayılmış dəstəsi Belarusun 
müvəqqəti qoruğu sayılan Poqremokun ərazisindədir. 
Hind leyləyi də leyləklər ailəsinə mənsubdur. Adı ərəb mənşəli 
sözdən – "marabut" sözündən götürülüb. Ərəb dilində 
mənası "müsəlman ilahiyyatçısı" deməkdir. Bu quşun 
uzunluğu 110-150 sm-dək olur. Qanadlarının ölçüsü 
210-250 sm arası olur. Cəmdəyinin və qanadlarının 
yuxarı hissəsi qaradır, alt hissəsi isə ağdır. Başı keçəldir, 
dimdiyi iri və qalındır. Afrika, Hind və Yava leyləkləri də 
var. 
Evkalipt mərsinlər ailəsinə mənsub çoxnövlü həmişəyaşıl 
ağacdır. Hündürlüyü 100 metrə qədər olur. Evkalipt 
ağacı təxminən 2-10 yaş arasında çiçəkləməyə başlayır. 
Əsasən Avstraliya, Yeni Zelandiya, Tasmanidə bitir. 
Avstraliya sərhədlərindən kənarda evkaliptin təkcə 15 
növünə rast gəlmək olar. Bu ağaca Kubada, Şimali və 
Cənubi Afrika ölkələrində də rast gəlmək olar. İnkişaf 
sürətinə görə bu ağac o birilərindən çox fərqlənir. 10 il 
müddətinə 20-25 metr boy atır. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə