Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə16/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

57 
qayğıyla, hansı nazla məlum deyildi. Bəs ağacdələnə hansı 
dildə  cavab  versin?  İspan  dilində?  Axı  quş  ispan  dilini 
bilmir?! Maksimka isə ispan dilində az-maz danışa bilirdi. 
Atasının  kubalı  filatelistlə  dostluğu,  professor  Rodriqesin 
Belarusa  göndərdiyi  markalarla  tanışlıq  ona  kömək 
eləmişdi. Bəlkə mən... 
Gənc  macəraçıya  qərar  qəflətən  gəlir  –  nənəsinin 
kəndində olarkən o, palıd qozaları arasında öz tapıntısına 
əllə toxunmuşdu. Dubovikin dediyinə görə şapkasız palıd 
qozası  həyatda  sənə  xilas  yolunu  göstərməlidir,  bütün 
işlərdə  yardımçı  məsləhətlər  verməlidir.  Maksimka 
barmaqları arasındakı isti açıq qozanı yavaşça oynatdı. Az 
sonra astadan ciyilti eşitdi: 
– Maksim, mən səyahətlərdə adama kömək edirəm. 
Mənə rast gələn adam mükafat alır, minlərlə o biri qozalar 
arasından  məni  götürən  adama  mən  güc  verirəm-  o  bir 
neçə dəqiqə ərzində minlərlə kilometrlik məsafəni qət edir
bir  anda  okeanı  adlayır,  Şimaldan  Cənuba  düşür.  Lakin 
mən sənin bütün məsuliyyət və qayğını öz üzərimə götürə 
bilmərəm.  Məndə  yalnız  bir  vergi  var-  mən  yalnız 
istedadlı,  bacarıqlı  və  zəhmətsevər  insanlara  kömək 
edirəm... 
– Sağ ol, Palıd qozası! Çalışaram özüm çıxış yolunu 
tapım.  Axı  necə  olsa  mən  evə  dönməliyəm.  Sabah  səhər 
ata-anamla  birlikdə  Nesvijə  gedəcəyəm...  İstəməzdim  ki, 
valideynlərim məndən ötrü narahat olsunlar... 
–  Narahat  olma!  Palıd  Ağacdələn  sənə  kömək 
edəcək. Ola bilsin ki, öz ailəsindən olan hansısa quşu da 
dəvət  eləsin,  kömək  üçün.  Və  onunla  danışmaq  da  olar, 
dili asandır. Diqqətlə qulaq as, gör o quş dimdiyi ilə necə 
işləyir.  Eşidirsən,  zərbə  var,  güclüdür,  zərbə  var, 
yüngüldür.  Bəzən  dimdik  ağac  qabığına  çox  yüngülcə 
dəyir...  Ağacdələnin  işini  ətrafda  baş  verən  hadisələrlə 


58 
müqayisə elə, quşların əlifbasını tərtib elə. Belə  bir elmə 
vaxt sərf eləməyə heyfin gəlməsin. Həmişə belə olur- hər 
şeyin  əvvəli  çətin,  sonrası  asandır...  Başlıcası  budur  ki, 
diqqətli  olasan...  İndi  isə,  Maksimka,  bağışla,  mənim 
enerjim bitmək üzrədir. Xahiş edirəm şapkanı başıma qoy 
və  icazə  ver  bir  qədər  dincimi  alım.  Biz  səninlə  yenə 
görüşəcəyik! 
Oğlan palıd qozasının xahişini yerinə yetirdi və onu 
cibinə  qoydu.  Özü  isə  ağacın  altında  oturub  ağacdələnin 
tıqqıltılarına  diqqətlə  qulaq  asmağa  başladı.  Bir  saatdan 
sonra  balaca  qərib  macəraçı  elə  səs  və  melodik  ritmlər 
kəşf  elədi  ki,  özü  də  özünə  məəttəl  qaldı."Görəsən  bu 
səslərin hamısı  yalnız təkcə Palıd Ağacdələninə  aiddir?!" 
Quş  gah  guruldadır,  gah tıqqıldadır,  gah dınqıldadır,  gah 
vızıldadır,  gah  da  çatırdadırdı.  Maksimka  hansısa  koldan 
bir  yarpaq  dərdi.  Səslər  təkrar  olunduqca,  o  yarpağın 
üstündə  nazik  budaqcıqlarla  nişanlar  qoyurdu.  Tezliklə 
yarpaqların  sayı  artdı.  Maksimka  onların  hamısını  bir-
birinə caladı. Bir azdan yarpaqlar üst-üstə qalandı və yaşıl 
"lüğət"  əmələ  gəldi;  balaca  macəraçı  artıq  Ağacdələnlə 
danışıqlar  aparmağa  hazırlaşırdı.  Həm  də  axı  quş  özü  də 
dincini  almağa  hazırlaşırdı.  Maksimka  ağacın  başına 
dolandı,  qalın  və  hündür  otluqlar  arasında  dar  bir  cığır 
gördü.  Bir  neçə  addım  atmışdı  ki,  gözünə  qurumuş 
bambuk zoğu dəydi. Cibindən bıçağı çıxarıb uzunsov çöpü 
kəsdi. Sonra Palıd ağacına tərəf dönüb gəldi, yuxarı baxdı. 
Ağacdələn 
başını 
sanki 
doqquzmərtəbəli 
ev 
hündürlüyündə olan ağacın budaqları arasına soxdu, sonra 
Maksimkaya  baxdı.  Ağacdələn  üçün  bu  qədər 
hündürlükdən baxmaq çətin olsa da, Maksimkaya elə gəldi 
ki,  quş  dimdiyi  ilə  ona  gülümsədi.  Balaca  oğlan  palıd 
ağacının  qarşısında  diz  üstə  çökdü,  sol  böyrünə  "yaşıl 
lüğəti"ni qoyub başladı onun yarpaq varaqlarına baxmağa, 


59 
bayaq kəsdiyi çöplə kəsik-kəsik ruladlar vurmağa başladı, 
eynilə Ağacdələn kimi. "Dayan, Ağacdələn, getmə, mənim 
adım Maksimkadır..." 
Ağacın başından səs gəldi:"Dostum, səni görməyimə 
şadam...De görüm, sən bizə hardan təşrif gətirmisən?" 
"Mənim Vətənim Belarusdur. Peruda belə bir ölkəni 
çox çətin tanısınlar. Biz Perudayıq, elə deyilmi?" 
"Bəli,  bəli,  bura  Perudur.  Amma  nahaq  belə 
fikirləşirsən  ki,  bizim  cəngəlliklərdə  sizin  ölkəni 
tanımırlar...Palma  meşələrində,  kokoslar  və  sarmaşan 
bitkilər  arasında  bizim  ağacları  zərərvericilərdən  sizin 
belarusdan  olan  Qara  Ağacdələn  qoruyur.  Mən  belə  bir 
işgüzar və həssas ağacdələn heç vaxt görməmişdim... Sən 
burda onunla görüşə də bilərsən..." 
Maksimka bir qədər həyəcanlandı da. Oğlanın əlləri 
tərlədi,  özünü  itirdi,  qorxdu  ki,  palıd  qabığını  Ağacdələn 
kimi döyəcləyə bilməsin, axı ona cavab verməliydi. Lakin 
birtəhər  özünü  ələ  aldı,  sakitləşdi,  sonra  başladı 
"teleqrafını" işə salmağa. 
"Mənə  çox  xoşdur,  sən  bizim  Qara  Ağacdələn 
barədə  yaxşı  sözlər  deyirsən.  Boynuma  alıram  ki,  onu 
Belarusda  heç  vaxt  görməmişəm.  Lakin  bizə  "Təbiəti 
qoru" dərsində bu quş barədə çox danışıblar. Onunla burda 
görüşsəm, çox sevinərəm". 
Yuxarıda  sükut  yarandı.  Palıd  Ağacdələni  susdu. 
Maksimka bilmədi neyləsin. Birdən  gördü ki, o,  ağacdan 
uçub getdi. Bir neçə dəqiqə ötdü. Palma və digər ağacların 
başında hələ də heyrətamiz sükut dolaşırdı. Yalnız hardasa 
uzaqlardan su şırıltısının səsi gəlirdi."Bəlkə bu yaşıl ağac 
divarlar  və  otlar  arxasında  şəlalə  gizlənib?"  oğlan 
düşündü. "Soyuq suyun  altına nə  girərdim!  Lap  babamın 
bağında bürkülü havada olduğu kimi!.." 
 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə