Mehriban Firdovsi qızı Məmmədovanın VII sinif üçün ədəbiyyat fənnindən “Səməd Vurğunun “Bənövşə”



Yüklə 33,2 Kb.
tarix29.10.2017
ölçüsü33,2 Kb.
#7469
növüDərs



Gəncə şəhər İ.Məmmədov adına 27№ -li

fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mehriban Firdovsi qızı Məmmədovanın VII sinif üçün ədəbiyyat fənnindən “Səməd Vurğunun “Bənövşə”

əsərinin oxusu, məzmunu və təhlili”

mövzusunda keçəcəyi

açıq dərsin icmalı

Mövzu: S.Vurğunun “Bənövşə” əsərinin oxusu, məzmunu və təhlili.
Məqsəd: 1. Şeirin məzmununun öyrənilməsi, ideyası və bədii xüsusiyyətləri

barədə təsəvvürlərin yaradılması.

2. Vətənimizin bənzərsiz təbiəti, bitkilər aləmi haqqında məlumatın

zənginləşdirilməsi.

3. Şagirdlərin vətənpərvərlik hisslərinin dərinləşdirilməsi.

4. Şagirdlərin bədii-estetik tərbiyəsinin zənginləşdirilməsi.

5. Şagirdlərin əməkdaşlıq, birgə işləmək bacarığının inkişaf etdirilməsi.

6. Məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi.


İş forması: Kollektiv və kiçik qruplarla iş.

İş üsulu: Beyin həmləsi, müsahibə.

Resurslar: Dərslik. Işçi vərəqəsi, İKT vasitələri

DƏRSİN GEDİŞİ
MOTİVASİYA:

Səməd Vurğunun “Azərbaycan” şeirinin monitorda səslənməsi və ölkəmizin gözəlliklərinin seyr edilməsi.

Şagirdlər eşitdikləri şeirin müəllifini və adını söyləyirlər.

Sonra S.Vurğunun həyat və yaradıcılığı haqqında çəkilmiş kiçik bir filmə tamaşa edərək şair haqqında bildiklərini bird aha xatırlayırlar. Filmə baxdıqdan sonar şagirdlərə belə bir sualla müraciət etmək :



  • S.Vurğunun xalq tərəfindən çox sevilməsinin səbəbi nədir?

Şagirdlər bunu şairin dilinin şirinliyi, sadə və asan başa düşülən olması, əsərlərindəki vətənpərvərlik və öz xalqına mənsubluqdan qurur hissi keçirməsi, ana torpağımızın təbiətinə, doğma ellərimizə vurğun olması ilə əlaqələndirirlər. Eyni zamanda, Azərbaycanın təbiət gözəlliklərindən bəhs edən şeirləri içərisində müxtəlif güllərə və çiçəklərə aid yazılmış əsərlərin olduğunu da qeyd edərək “Bənövşə” şeirinin adını çəkirlər. “Bənövşə” şeiri şagirdlər tərəfindən dinlənilir.

TƏDQİQAT SUALI:

“Bənövşə” şeirinin ideyası nədir?

Sualın cavabı ilə bağlı şagirdlərin fərziyyələri dinlənilir.

Sonra sinfə müraciət edərək fikirlərin bir-birindən fərqləndirini, onların hansının həqiqət olduğunu, yaxud həqiqətə yaxın olduğunu söyləmək üçün araşdırma aparılmalıdır.

TƏDQİQATIN APARILMASI:

Şagirdləri beş qrupa bölmək və hər qrupa üzərində suallar yazılmış iş vərəqələri vermək.



I QRUP:

1. Şeirdə müraciət obyekti nədir?

2. “Yazın novbarısan bizim diyarda” misrası ilə şair nə demək istəyir?

II QRUP:

1. Bənövşəyə müraciət edərkən şair hansı hisləri keçirir?

2. Şair hansı cəhətinə görə özünü bənövşə ilə müqayisə edir?

III QRUP:

1. Şeir sizdə doğma təbiətə qarşı hansı hissləri oyatdı?

2. Şeir hansı janrda yazılmışdır?

IV QRUP:

1. Şeirdə Vaqifin adının çəkilməsi nə ilə bağlıdır?

2. Şeir hansı vəzndə yazılmışdır?

V QRUP:

1. Şeirin son bəndində şair bənövşəni nikbinliyə çağırmaqda nə demək istəyir?

2. Bu zəif çiçəyin hansı cəhəti sənətkarın diqqətini cəlb etmişdir?
İNFORMASİYA MÜBADİLƏSİ:

Qruplar öz işlərinin nəticələrini bir-bir şərh edir. Bütün qrupların təqdimatı dinləndikdən sonra dərsin nüvbəti mərhələsinə keçilir.


İNFORMASİYA MÜZAKİRƏSİ:

Söylənilmiş fikirlər müzakirə və müqayisə edilir, hansının daha səmərəli fəaliyyət göstərdiyi müəyyənləşdirilir.


NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ:

Müzakirə başa çatdıqdan sonra qrup işlərinin nəticələri ümumiləşdirilir və nəticə çıxarılır.

Xalq şairi S.Vurğun “Bənövşə” qoşmasında təbiətinə vurğun olan hər bir insanın ürəyindən keçənlərin əks etdirmişdir. Bu şeirdə incə ruhlu sənətkarın kövrək duyğuları, təbiətin gözəllik nümunəsi olan bir çiçəyə həssas məhəbbət və münasibəti öz əksini tapmışdır.

YARADICI TƏTBİQ ETMƏ.

Öyrəndiklərini tətbiq etməyi bacardıqlarını yoxlamaq üçün şagirdləri mövzu ilə bağlı cədvəl üzərində işlətmək. Bunun üçün hər qrupa üzərində cədvəl çəkilmiş işçi vərəqləri paylanır.



Şairin yaşadığı dövr və yer

Şairin adı və təxəllüsü

S.Vurğunun ilk şeirlər kitabı

Bənövşə şeirinin mövzu və ideyası

Şeirin janrı

Bənövşə” şeirinin vəzni

















Şagirdlərdən cədvəli tez və düzgün doldurmaq tələb olunur. Qoyulmuş vaxt tamam olduqda işçi vərəqləri toplanır və yoxlanılır.



EV TAPŞIRIĞI: “Azərbaycanın təbiəti gözəldir” mövzusunda inşa yazmaq.

QİYMƏTLƏNDİRMƏ:

Cədvəldəki meyarlara əsasən şagirdləri qiymətləndirmək və qiymətlərini gündəliklərinə yazmaq.






Qruplar
Meyarlar

Qiymətləndirmə

Bənövşə

Lalə

Sarmaşıq

Qızılgül

Yasəmən

1

Təqdimat
















2

Analiz edir
















3

Nəticə çıxarır
















4

Əməkdaşlıq
















Yüklə 33,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə