Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə18/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

64 
Doğrudur,  buna  çox  vaxt  sərf  etməli  olub.  Çünki 
ağacdələnlər yaxınlıq etməyi çox da sevmirlər. Buna görə 
də Palıd ağacdələnlər cüt-cüt yaşayırlar, bir-birindən uzaq 
məsafələrdə.  Əməksevərlik  ağacdələn  üçün  yaranıb.  İki 
ağacdələn 300-400 kilometrlik bir məsafədə yeganə həkim 
olmağa  hazırdı  ki,  gecə-gendüz  ziyanverici  həşəratlara 
qarşı  mübarizə  aparıb  onları  məhv  etsin.  Belədə  onlar 
vaxta baxmazlar. 
–  Doğurdan  da  mən  burda  bir  dənə  də  olsun  qara 
ağacdələn görmədim. Amma özüm üçün iş tapdım, özü də 
bir günlük yox... Yüngül qayğılardan başladım... 
 
Yüngül  qayğılar  deyəndə  o,  qışa  yem  tədarükünü 
nəzərdə  tuturdu.  Bax  elə  Palıd  Qozası  Ağacdələnini 
götürək.  Ailəli  olsa  da  bu  məsələyə  çox  sadəlövhlüklə 
yanaşırdı. Axı onlarda qış o qədər də sərt keçmir. O zaman 
Qara Ağacdələn bir, ya iki həftəyə köhnə palıd ağacında, 
cüllütün yanında özünə xırda yuvalar düzəltdi: hər yuvaya 
bir qoza! Ağac qocalmışdı, bəzi yerləri lap ovalanırdı. Axı 
həm  də  Qara  Ağacdələn  çoxlu  böcək,  qabıqyeyən 
cırcırama yemişdi, doymuşdu, hətta toxluq eləyib heydən 
düşmüşdü! Palıd ağacında  yuvaların sayı çoxalanda Qara 
Ağacdələn  də  oraya  qozaları  daşımağa  başladı.  Palıd 
Qozası  Ağacdələni  və  onun  dostları  Qara  Ağacdələnə 
təəccüb  elədilər,  o  isə  sadəcə  dedi:"Pis  günə  ehtiyat 
yığıram, nə ziyanı var ki? Sizin məmləkətlərdə fəlakətlər 
az olur bəyəm? Birdən leysan yağdı, ya da sel basdı aləmi, 
yerdə  nə  var  hamısını  basdı  altına,  onda  nə  yeyəcəksiz, 
hə?!" 
Palıd  Qozası  Ağacdələni  yalnız  ona  minnətdarlıq 
əlaməti  olaraq  bütün  meşəni  gəzib  dolaşdı,  qara 
ağacdələnləri,  heç  olmasa  yerli  qara  ağacdələnləri 
axtaramağa  başladı.  Amma  axtarışları  heç  bir  nəticə 


65 
vermədi.  Bir  dənə  belə  qara  ağacdələn  tapa  bilmədi. 
Belaruslu qonaq (onun bu yerlərdə daimi qalmaq fikri yox 
idi!)  qurub-yaratmaqla  məşğul  olmağa  başladı.  Bir  dəfə 
səhər  yeməyini  palma  ağacında  edirdi,  ağacın  qabığı 
altında  çox  dadlı  ziyanverici  həşəratlar  vardı.  Aşağı 
boylanıb  baxanda  gördü  ki,  otun  üstündə  bir  sincab 
uzanıb.  Sincab  nazik  budaqlardan  özünə  çəpər 
düzəltmişdi,  ayaqlarını  budaqcıqlara  ilişdirib  böyrü  üstə 
uzanmışdı.  Qara  Ağacdələn  başladı  ona  söz 
atmağa:"Nədir,  vaxt  öldürürsən?  Sən  gərək  belaruslu 
bacılarından  bir  şey  öyrənəsən.  Onlar  payızın  belə  bir 
çağında  özlərini  günə  verməzlər.  Yuvalarına  qoz 
daşıyırlar.  Qış  üçün  göbələk  qurudurlar..."  Sincabın  heç 
tükü də tərpənmədi. Qara Ağacdələn bir qədər də aşağılara 
endi, diqqətlə baxdı, gördü ki, sincab heç gözlərini açmır. 
Qara  Ağacdələn  dimdiyi  ilə  ağac  qabığını  tıqqıldatdı. 
Sincab da tərpəndi. Çalışdı ki, ayağa dursun, amma dərhal 
yenə  yıxıldı.  Görünür,  sincabın  ayağına  nəsə  olmuşdu. 
Dodaqları əyilmişdi, lap ağlamaq istəyirdi. 
Qara  Ağacdələn  üçün  yerdə  gəzmək  çətin  idi; 
həmişə  dırnaqlarını  nəyəsə  ilişdirib  durmalıydı, 
müvazinətini  beləcə  saxlayırdı.  Qara  Ağacdələn  axır  ki, 
sincabın yanına düşdü. Ehtiyatla onun ayaqlarına toxundu. 
O  ayağıydı  ki,  köməksiz  vəziyyətdə  asılı  qalmışdı. 
Deməli,  balaca  sincab  buna  görə  ayağa  dura  bilmirmiş. 
Qara  Ağacdələn  yerdən  bir  neçə  xırda  budaq  yığdı, 
sincabın sınmış ayağı boyu budaqcıqlar düzdü, sonra onu 
quru  otla  bağladı.  Daha  sonra  isə  balaca  sincabı 
caynaqlarına  alıb  qonşu  ağacda  oyduğu  yuvacığa  apardı. 
Yumşaq  gözəlçənin  dodaqcıqları  aralandı  və  Qara 
Ağacdələnə elə gəldi ki, sincabın təbəssümündə nəsə var, 
yazıq  heyvan  nəsə  sevincindən  cüyüldəmək  istəyir,  hey 
gözləriylə  aşağılara  baxır.  Qara  Ağacdələnin  bu  vaxta 


66 
qədər yaşadığı doğma meşədə heç bir heyvanla çəkişməsi-
filanı  olmamışdı.  O,  bütün  sakinlərlə  dil  tapmışdı.  Lakin 
bura  Perunun  meşəsiydi.  Burda  tamam  başqa  bir  mühit, 
başqa  bir  dil  vardı...  Qara  Ağacdələn  əvvəlcə  belə  başa 
düşdü:  yəqin  yuvacıq  sincabın  xoşuna  gəlmədi.  Quş 
başladı yuvaya budaqcıqlar gətirməyə. Sonra bura qozalar 
də  gətirib  yığdı.  Qara  Ağacdələn  özünü  ora-bura  vurdu, 
belaruslu qayğıkeş həkimciyəz birdən yerdən kəskin ciyilti 
eşitdi. Aşağıya boylandı və gördü ki, yerdə, otun üstündə 
iki  bala  sincab  da  var.  Düşündü:"Deməli  mənim  yaralı 
xəstəm bunlar üçün narahat imiş!". Qara Ağacdələn dərhal 
sincab  balalarını  da  otun  üstündən  götürdü,  onları  yaralı 
ana sincabın yanına gətirdi, özü üsə daha yuxarılara qalxdı 
və  başladı  özü  üçün  təzə  yuva  tikməyə.  Eybi  yox,  qoy 
sincab balaları böyüsünlər, sonra öz yuvalarına köçərlər. 
–  Qara  Ağacdələn,  de  görüm  bu  məmləkətdə  daha 
hansı qayğılarla üzləşmisən? – deyə Maksimka sual verdi. 
–  Balaca  sincablara  ev  quran  kimi  başladım  bacı-
qardaşlarımı  axtarmağa...Lakin  uzun  müddətdi  axtarıram, 
amma heç bir nəticəsi  yoxdu, heç kəsi tapa bilməmişəm. 
Çox narahatam, evə əliboş qayıdacağam... 
–  Qulaq  as,  mənim  bir  professor  tanışım  var, 
doğrudur, o, Peruda  yaşamır, lakin Amerika ölkələrindən 
birində, Kubada yaşayır. Daha doğrusu, o, mənim atamın 
dostudur,  filatelistdir.  Yaxşı  olar  ki,  onunla  əlaqə 
saxlayasan, bəlkə elə Kubaya uçasan? 
–  Maksimka,  Kuba  heç  də  yaxın  deyil.  Ora  uçmaq 
bilirsən  nə  qədər  vaxt  aparar!  Həm  də  axı  oraya  uçmaq 
üçün  güc  lazımdı.  Bu  uzun  yolu  qət  etməyə  bizim 
gücümüz çatacaqmı?! 
– Bəlkə bizə Ah-Uf kömək elədi, hə? Ah-Ufff!... 
–  Ah-Uf!  Hamı  ah-uf  edir,  hamı  oh-vay  edir!  Heç 
özləri  də  bilmirlər  nə  istəyirlər!  –  deyə  Maksimkanın 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə