Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə12/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

43 
versin.  "Amma  mənim  kostyumum  idmançının  əyninə 
olacaqmı?.." 
Lakin  birdən  tavanın  altından  hansısa  səs  onu 
fikirdən ayırdı. Elə təsəvvür yarandı ki, o səs mikrofondan 
gəlir: 
– Narahat olmayın... Sən də, Maksimka, çox götür-
qoy eləmə! Mən sizə burdan çıxmaqda kömək edəcəyəm. 
Lakin əvvəlcə üç tapmacanı tapmaq lazımdı! 
Səs  Maksimkaya  çox  tanış  gəlirdi.  Amma  onun 
bütün fikri-zikri tapmacada idi. 
–  Hə,  qulaq  asın:  o  nədir  ki,  yekəqarın  və  qaradır, 
suda üzür... 
–  Bu  ki  qayıqdır!-  oğlan  sevindi.  Maksimka  səsin 
onu  sınadığına  fikir  vermədi.  Əsas  məsələ  düzgün  cavab 
vermək idi. 
– 
İkinci  tapmaca:  Arabasız  qoşqu,  qumsuz  yol,  fit 
verərək gedir, ölümün üzünə baxır. 
Maksimka  tavanın  altından  gələn  səsin  Lekarın 
səsinə bənzədiyini zənn etdi. 
–  Maksmka,  tapmaca  barədə  fikirləş,  mən  Lekar 
deyiləm!  –  deyə  naməlum  səs  onun  fikrini  oxudu.-Lakin 
biz sənin tanışınla yaxınıq. Hər ikimiz Aleksandr Karloviç 
Yelskinin  dövründə  bu  səhifədə  peyda  olmuşuq.  Mənm 
adım  Balıqçıdır.  Artıq  iki  yüz  ildən  çoxdur  ki,  mən  bu 
çayın  mühafizə  xidmətində  çalışıram.  Adamlara 
məsləhətlər verirəm, deyirəm ki, təbiətlə necə harmoniya 
yaratmaq  lazımdır,  onunla  birgə  necə  yaşamaq  lazımdır. 
Doğrudur,  indi  tez-tez  balıqlara  və  çayın  özünə  müraciət 
edirəm,  deyirəm  ki,  adamlarla  necə  birlikdə  yaşamaq 
lazımdır, yaxud onlardan nə zaman və hansı məqamda can 
qurtarmaq  olar...  Bax  belə...  Hə,  qardaşım,  di  tez  ol, 
tapmacanı tap... 


44 
–  Təkərsiz,  qoşqusuz  araba-  qayıq  deməkdir... 
Qumsuz  yol-  çay...  Vıyıltıyla,  fitlə  qovmaq-avar  çəkmək 
deməkdir...  Deməli,  tapmacanın  cavabı-  qayıqda  avar 
çəkib üzmək deməkdir. 
–  Əhsən,  oğlan!  Görürəm,  şəhərli  olsan  da,  həyatı, 
təbiəti  bilirsən.  Üçüncü  tapmacanı  da  tapsan,  qayıqçıyla 
bərabər  dərhal  sahildə  olacaqsan!  Amma  məkiki  mənə 
saxlayın!  Ona  baxmaq  istəyirəm!  O,  mənim  gücümü 
artırar.  Əgər  adamlar  keçmişə  hörmətlə  yanaşırlarsa, 
deməli, heç də hər şey itməyib...Tapmacanı dinlə... Kimsə 
gəldi,  nəsə  götürdü,  getdim  axtarmağa,  izi-tozunu  da 
görmədim... 
–  Bunu  da  bilirəm,  –  deyə  Maksimka  sevincindən 
qışqırdı.  – İnsan və qayıq... 
Oğlan  istədi  yenə  nəsə  desin.  Lakin  birdən  otaq 
fırlanmağa başladı. Görünür, tapmacanın cavabları öz sirli 
işini  görmüşdü...  Qayıqçıyla  Maksimka  bir-birinə 
sarıldı...Bir  də  ayılıb  gördülər  ki,  sahildədirlər.  Günəşin 
zərrin  şüaları  çəmənlikləri  oxşayır,  gül-çiçəyin  üzünə 
qonub oynaşırdı. Maksim söyüdlüyün arxasında sığınacaq 
yerini  tapdı,  dərhal  əynini  dəyişdi.  Və  Sobolla  birlikdə 
jurnalistlərin  yanına  qaçdı.  Orda  isə  adamlar  daha  da 
çoxalmışdı.  Televiziyadan  da  gəlmişdilər.  Bundan  başqa 
bir maşının üstündə iri hərflərlə bu sözlər yazılmışdı: "Su 
ehtiyatlarının  mühafizəsi  Baş  departamenti!".  Qamətli, 
ağsaç bir kişi bir qrup jurnalistə müsahibə verirdi. 
–  ...Artıq  qərar  qəbul  edilib:  Ptiç  çayının  suyu 
dayandırılacaq! Təxminən on dəqiqədən sonra hadisə baş 
verdiyi  hövzənin  yuxarı  sahələrindəki  bütün  su  qapıları 
bağlanacaq.  Və  bir  neçə  saat  sonra  isə  idmançının  itkin 
düşdüyü  yer  dəqiq  müəyyən  olunacaq,  konkret  axtarış 
işləri  həyata  keçiriləcək...  İnanırıq  ki,  hər  şey  yaxşı 
qurtaracaq. 


45 
– Axı mən tapılmışam! – deyə arxadan Sobolun səsi 
gəldi və o, jurnalistlərə yaxınlaşdı. 
 
Gərək bu səhnəni gözünlə görəsən! Bütün mikrafon 
və  kameralar,  fotoaparatlar  sanki  öz  sahiblərindən  də 
qabaq  dərhal  dönüb  idmançıya  tuşlandı.  Maksimka  isə 
xilasetmə əməliyyatının rəhbərinə sarı yürüdü. Rəhbər isə 
özünü  vacib  şəxs  kimi  göstərməyə  çalışırdı,  lakin  ona 
xüsusi  maraq  belə  göstərilmədi.  Axı  kimsə  dərhal 
bildirməliydi  ki,  çaya  toxunmaq  olmaz!..  Hündürboy, 
qaşqabaqlı  rəis,  Dudiçətrafı  bütün  kəndlərdə  gözlənilən 
reportajların  rəhbəri  dərhal  əl  telefonunun  düymələrini 
basdı və mikrafona qızğın səsiylə qışqırdı: 
–  Təcili  bütün  işləri  dayandırın!  Çaya  toxumağı 
qadağan  edirəm!  Biz  artıq  idmançını  xilas  etmişik!.. 
Xilasetmə  əməliyyatı  uğurla  keçdi!  Tezliklə  siz  onu 
televiziya  ekranlarından  görəcəksiniz!  Sobol  sağ  və 
salamatdır!.. Rəhbərliyin tapşırığı yerinə yetirldi! 
Maksimka bəxtiyar-bəxtiyar gülürdü. Hə fərqi var -
Sobolun  və  Ptiç  çayının  əsas  xilaskarı  kim  olub!  Əsas 
vacib şey başqadır- doğurdan da hər şey uğurla bitdi, çox 
gözəl şəkildə! 
 
Sonda bir neçə söz 
 
...Sonrası  necə  oldu  və  Maksim  Minski  evə  hansı 
fikirlərlə qayıtdı? Bütün bunlar barədə siz o biri nağıldan 
biləcəksiniz.  Lakin  bir  şeyi  dərhal  nəzərinizə  çatdırmaq 
istəyirəm: sizi yenə bizim baş qəhrəmanla birgə səyahətlər 
gözləyir.  Həm  də  təkcə  Belarusa  yox.  Lakin  sizə 
deməliyəm  ki,  bizim  ölkəyə  səyahət,  Minsk  vilayətində 
macəra axtarmaq, yaxud da Vitebsk gölü ətrafı rayonlarda, 
Slonimdə,  ya  da  Brestin  Polesyasında  sərgüzəştlər 


46 
axtarmaq heç də maraqsız məşğuliyyət deyil; bu, bəlkə də 
Amerikanı kəşf eləməkdən, ya da Hindistanla tanışlıqdan 
daha maraqlıdır...  
 
  
Bilici Babanın söylədikləri 
 
Merejka- balıq tutmaq üçün ləvazimat; dar girişləri olan 
konus şəklində söyüd çubuqlarından toxunan balıqçı 
torudur. Merejkaya tor da deyirlər. 
Kriqa-balıqçılıq şəbəkəsidir. İki tir və şüvüldən ibarət olur, 
ona "baba" da deyirlər. Ona qalın iplərdən ibarət şəbəkə 
pərçim edilir. Tirlərin ucları elə birləşdirilir ki, hər hansı 
bucaq yarada bilirlər. Balığı kriqlə üç nəfər tutur. İkisi 
tirlərin ucundan yapışır, şəbəkəni dartır, üçüncü şəxs isə 
şüvülün köməyi ilə şəbəkəni suyun dibinə basır. Ovu 
yoxlamaq üçün tirləri birgə bururlar və kriqanı suyun 
üzünə qaldırırlar. 
Tor- balıq tutmaq üçün şəbəkə. Adətən bu konusşəkilli asan 
idarə olunan çıxıntılı ləvazimatı suya salanda balıqlar 
ona tərəf gəlir. Bu torlarla bir nəfər də balıq tuta bilər, 
köməkçilərə ehtiyac olmur. 
Klomlya-ənənəvi belarus balıq tutan cihazı, üç tini olan 
prizma şəklindədir, torla örtülür, bir tini isə açıq qalır. 
Karkas üstündə söyüd çubuqlarından düzəldilir. Klomlya 
vasitəsilə iki nəfər balıq tuturdu. Onu suya salır və 
balıqlar onun içinə doluşurdular. 
 
 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə